RÜSTƏMBƏY

Rüstəm bəy; igid, qəhrəman bəy; sağlam, cüssəli bəy.
RÜSTƏMALI
RÜSTƏMƏLİ
OBASTAN VİKİ
Rüstəmbəy kərtənkələsi
Rüstəmbəy kərtənkələsi (lat. Darevskia rostombekowi) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. Adı gürcüstanlı bioloq V.N.Rüstəmbəyovun şərəfinə adlandırılmışdır. Uzunluğu 5,6 sm və quyruğu isə iki dəfə uzun olur. Başı sıxılmış formaya malikdir. Pulçuqları hamardır. Yuxarı hissəsi qəhvəyi-sarı və ya açıq-qəhvəyi rəngdə olur. Bel hissələrində qözə bənzər şəkil vardır. Bəzilərində isə şəkil güçlə seçilir. Başından boğazı istiqamətində yaşıl-sarı rəngdə zolaq olur.
Aliyə Rüstəmbəyova
Rüstəmbəyova Aliyə Fətulla qızı (1907; Şuşa, Rusiya imperiyası – 1942 iyun; Rusiya SSFR, SSRİ) — İkinci dünya müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim. == Həyatının erkən dövrü == Aliyə 1907-ci ildə Şuşa şəhərində doğulmuş, hələ kiçik ikən ailəsi ilə birlikdə Bakıya köçmüşdü. Atası === Təhsili === Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyovanı rektorluq Moskvaya göndərməyi nəzərdə tutmuşdu. Lakin Aliyə Özbəkistanda Çirçik tikintisində çalışanların sağlamlığı üçün çalışmağa könüllü olacaq həkim axtarıldığının görür və Moskvaya təhsilini davam etdirmək əvəzinə Özbəkistana tikintidə həkim kimi çalışmağa gedir. 3 il burada çalışdıqdan sonra 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya göndərilir. == Fəaliyyəti == 3 il Özbəkistanda çalışdıqdan sonra 1938-ci ildən isə Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışmışdır. === Müharibədəki fəaliyyəti === ==== Qış müharibəsində ==== 1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə də həkim kimi cəbhəyə yollanır. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində hərbi tibbi xidmət edir. Müharibə 1940-cı il martın 12-də başa çatdıqdan sonra Aliyə Moskvaya qayıdıb, öz işini S.P.Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir.
Ağa bəy Rüstəmbəyov
Ağa bəy Gülməmməd bəy oğlu Rüstəmbəyov (1812, Şuşa – 1873, Şuşa) — Qarabağ bəyi, poruçik. == Həyatı == Ağa bəy Gülməmməd bəy oğlu 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qəza məktəbində oxumuşdu. Qarabağ atlı alayının sultanı vəzifəsində xidmət etmişdi. Bir çox savaşlara qatılmışdı. Podporuçik, poruçik rütbələri daşımışdı. == Ailəsi == Atası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov — 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi.
Baxış bəy Rüstəmbəyov
Baxış bəy Əsəd bəy oğlu Rüstəmbəyov (1870, Salyan, Cavad qəzası – 1942, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Cavad qəzasının rəisi (1918). == Həyatı == Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyan şəhərində anadan olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, Moskva Texniki Məktəbinə daxil olmuşdur. Oradakı təhsilini yarımçıq qoyaraq 1893-cü ildə isə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə qəbul olmuşdu. Məzun olmağa yaxın tələbə hərəkatında iştirak etdiyi üçün institutdan qovulsa da daha sonra bəroa olunmuşdur. İnstitutu bitirəndən sonra 1906-cı ilədək Şəmsi Əsədullayevin yanında müdir müavini olmuşdur. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifədə işləyən Baxış bəy daha sonra balıqçılıq sahəsində, 1910-1917-ci illərdə neft mədənlərində işləmişdir. === Sovet dövrü === Aprel işğalından sonra yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, balıqçılıq institutundan və texinkumunda, xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda müəllim olaraq dərs demişdir.1929-cu ildə həbs olunmuşdur. 1942-ci ildə azad olunmuşdur. Bakıya dönərkən yolda ölmüşdür.
Ceyhun Rüstəmbəyli
Rüstəmbəyli Ceyhun Həsən oğlu (d. 7 aprel, 1963) — rəssam. == Həyatı == Ceyhun Rüstəmbəyli 7 aprel 1963-cü ildə Salyan şəhərində dünyaya gəlib. 1980-ci ildə 84 saylı Bakı şəhər texniki məktəbinə daxil olub, 1982-ci ildə "Reklam" tərtibat işləri üzrə icraçı rəssam peşəsi üzrə məktəbin tam kursunu bitirib. 1984–1998-ci illərdə Salyan şəhər "Babək" kinoteatrında rəssam vəzifəsində çalışıb. 1998-ci ildən Salyan Dövlət Kukla Teatrında baş rəssam vəzifəsində işləyir.
Cəfər bəy Rüstəmbəyli
Cəfər bəy Rüstəmbəyli (1890, Aydınqışlaq, Nuxa qəzası – 1938, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin ticarət, sənaye və ərzaq nazirinin müavini, Azərbaycan Xalq Cümhuriyyətinin Kuban Don hökumətlərindəki diplomatik nümayəndəsi. == Həyatı == Cəfər bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1890-cı ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulmuşdu. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1905–1910-cu illərdə Sosialist İnqilabçılar Partiyası üzvü olmuş, 1911-ci ildə hərbi həkim kimi səfərbər edilmişdir. Cəfər bəy Rüstəmbəyli I Dünya müharibəsinin başlanması ilə əlaqədar xidmətə çağırılmış, əvvəlcə 58-ci piyada polkunda, sonra isə 1917-ci ilə qədər lazaretdə (hərbi xəstəxanada) həkim işləmişdir. 1917-ci ildən 18 fevral 1918-ci ilədək Krımda şəhər lazaretində həkim vəzifəsində çalışmışdır. === Həbsi === 1931-ci il, 5 sentyabr tarixdə Azərbaycan Milli Mərkəzinin 53 nəfər üzvünə qarşı ittiham irəli sürülmüşdür. Cəfər bəy Rüstəmbəyli 1938-ci ildə güllələnmişdir. == Diplomatik fəaliyyəti == Cəfər bəy Rüstəmbəyli "Əksinqilab, spekulyasiya, sabotaj və vəzifə cinayətləri ilə mübarizə" üzrə Azərbaycan Fövqəladə Komissiyasında yazdığı izahatnamədə qeyd edir ki, almanlar 1919-cu ilin yanvarında Krımı tərk etdikdən sonra Denikinin qoşunları dərhal oranı zəbt edərək, səfərbərlik elan etmişdir. Denikinin basqınlarından sonra Cəfər bəy Rüstəmbəyli də daxil olmaqla, Krımın müsəlman ziyalıları könüllülər ordusuna və onun elan etdiyi səfərbərliyə qarşı təşviqata başlamışdılar.
Fira Rüstəmbəyova
Fira Rüstəmbəyova — Azərbaycanın Əməkdar memarı. == Əsərləri == Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayış binası. 1974-cü il (Nazim Hacıbəyov və Vadim Şulgin ilə ortaqlı) == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Fira Rüstəmbəyovaya həsr edilmişdir.
Fətulla bəy Rüstəmbəyov
Fətulla Əsəd bəy oğlu Rüstəmbəyov (1867-1946) — məşhur Azərbaycan neft sənayesi təşkilatçısı. == Həyatı == Fətulla Əsəd bəy oğlu 1867-ci ildə Cavad qəzasının Marışlı kəndində anadan olmuşdu. Sonra Salyan şəhərinə köçmüşdülər. Burda ibtidai məktəbdə, Bakıda gimnaziyada təhsil almışdı. 1893-cü ildə Sankt-Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdi. Bakıda neft mədənlərində mühəndislikdən başlayıb idarə rəisi vəzifəsinə qədər yüksəlmişdi. 1898-1920-ci illərdə isə Bakı milyonçusu Musa Nağıyevin neft müəssisələrini idarə etmişdir. O, Musa Nağıyevi həmişə şəhərdə uca, yaraşıqlı binalar tikdirməyə həvəsləndirmiş və binaların tikilməsində yaxından iştirak etmiĢdir. "İsmailiyyə" kimi əzəmətli binanın tikilişi Nağıyevin xəsisliyi ucbatından arada yarımçıq qalmışdı. Məsələ belə olmuşdu: "İsmailiyyə"nin tikilişi layihəsində M.Nağıyevi qorxuya salmamaq üçün smetada xərc az göstərilmişdi.
Kamil Rüstəmbəyov
Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi. == Həyatı == 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir. 1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər. Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Pərviz Rüstəmbəyov
Pərviz Rüstəmbəyov (7 yanvar 1922, Bakı – 29 dekabr 1949, Bakı) — sovet repressiyasına məruz qalmış, azərbaycanlı saksafonçu, cazmen. == Həyatı == Pərviz İsmayıl bəy oğlu Rüstəmbəyov 1922-ci il yanvarın 7-də Bakıda anadan olub. Pionerlər Evində musiqi dərnəyinə gedib və burada klarnet ifa edib. 1940-cı ildə 18 yaşında ikən Tofiq Quliyev onu “Sənətkarlıq” kinoteatrında çıxış edən orkestrinə dəvət edib. İkinci Dünya Müharibəsi başladıqdan sonra orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdirirlər. Onları Naxçıvanda yerləşən 402-ci atıcı diviziyanın sərəncamına göndərirlər. 1942-ci ilin sonunda orkestr buraxıldıqdan sonra Pərviz Rüstəmbəyov A.V.Şestapalovun rəhbərliyi altında olan Aviasiya cazına təyinat alır. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə buradan tərxis olunur. 1944-cü ildə Eddi Rosnerin rəhbərlik etdiyi məşhur caz orkestri Bakıya konsert verməyə gəlib. Pərviz Rüstəmbəyovun ifası Rosnerin çox xoşuna gəldiyi üçün onu, öz orkestrinə birinci saksafonçu və klarnetçi kimi dəvət edir.
Rüstəm bəy Rüstəmbəyov
Rüstəm bəy Gülməmməd bəy oğlu Rüstəmov (1807, Şuşa – 1873, Şuşa) — Qarabağ bəyi, ştabs-kapitan. == Həyatı == Rüstəm bəy Gülməmməd bəy oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında almış, sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra Rusiya idarələrində işləmişdir. 1826-cı ildə üsyan edən Qarabağ bəylərinə qoşulmuşdu. Mehdiqulu хanın yanına qaçarkən yolda yaralanmışdı. Onu yaralı halda Vərəndə mahalının Çanaqçı kəndinə gətirmişdilər. Sağalandan sonra qəza idarəsində işləmişdi. Poruçik rütbəsindən kapitan rütbəsinədək ucalmışdı.
Rüstəmbəyovlar
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Şuşa şəhərində dörd ailə vardı ki, bunlar Rüstəmbəyov soyadını daşıyırdılar. Bu Rüstəmbəyovlar bir-biriləri ilə sümük qohumu deyildilər. Bu soyun ulu babası Rüstəm bəy Kəbirlidir. Rüstəm bəy Kəbirli elinin Əfətli obasında dövran sürmüşdü. Rüstəm bəyin Qasım bəy adlı oğlu vardı. Qasım bəy Kəbirli mahalının Əfətli obasında anadan olmuşdu. Qasım bəyin Gülməmməd bəy, Şirin bəy, Kazım bəy, Məhəmməd bəy, İskəndər bəy, İsfəndiyar bəy adlı oğlanları vardı. == Soyun məşhur nümayəndələri == Ağa bəy Rüstəmbəyov — Qarabağ bəyi, poruçik. Səlim bəy Rüstəmbəyov — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki.
Rüstəmbəyovlar (II)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Rüstəm bəydir. O, Salyan mahalının Marışlı kəndində anasdan olmuşdu. Fətəli xan Qubalıya xidmət etmişdi. Rüstəm bəyin Hüseyn bəy, Rza bəy, Ələkbər bəy adlı oğulları vardı. Hüseyn bəy 1777-ci ildə Salyan mahalının Marışlı kəndində doğulmuşdu. Molla yanında ibtidai təhsil almışdı. Sonra Ərdəbil şəhərində mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Mirzə Hüseyn bəyin Baba bəy, Əli bəy, Xəlil bəy, Əbdülhüseyn bəy adlı oğlanları vardı.
Rüstəmbəyovlar (Muğan)

Rüstəmbəyovlar (Qarabağ)
Rüstəmbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Şuşa şəhərində dörd ailə vardı ki, bunlar Rüstəmbəyov soyadını daşıyırdılar. Bu Rüstəmbəyovlar bir-biriləri ilə sümük qohumu deyildilər. Bu soyun ulu babası Rüstəm bəy Kəbirlidir. Rüstəm bəy Kəbirli elinin Əfətli obasında dövran sürmüşdü. Rüstəm bəyin Qasım bəy adlı oğlu vardı. Qasım bəy Kəbirli mahalının Əfətli obasında anadan olmuşdu. Qasım bəyin Gülməmməd bəy, Şirin bəy, Kazım bəy, Məhəmməd bəy, İskəndər bəy, İsfəndiyar bəy adlı oğlanları vardı. == Soyun məşhur nümayəndələri == Ağa bəy Rüstəmbəyov — Qarabağ bəyi, poruçik. Səlim bəy Rüstəmbəyov — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki.
Süleyman bəy Rüstəmbəyov
Süleyman bəy Rüstəm bəy oğlu Rüstəmbəyov (1831, Şuşa – 1882, Şuşa) — Qarabağ bəyi, çar zabiti, praporşik. == Həyatı == II Rüstəm bəyin ikinci oğlu Süleyman bəy 1831-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmətə başlamışdı. Poruçik rütbəsi vardı. Süleyman bəy Rüstəmbəyov 1872-ci ildə Bakı quberniyasının Cavad qəzasında rəis köməkçisi vəzifəsində çalışırdı. Süleyman bəy 1882-ci ildə vəfat edib. == Ailəsi == Süleyman bəyin Rüstəm bəy adlı oğlu, İmmi xanım adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qasım bəy Kəbirlinin törəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.
Səlim bəy Rüstəmbəyov
Səlim bəy Ağa bəy oğlu Rüstəmbəyov (1847, Şuşa – 1914, Şuşa) — Qarabağ bəyi, Çar Rusiyası ordusunun praporşiki. == Həyatı == Səlim bəy Ağa bəy oğlu 1847-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Kapitan Gülməmməd bəy Kəbirlinin nəvəsidir. Şuşa qəza məktəbində oxumuşdu. 1874-cü ildən 1882-ci ilədək Şuşa qəzasında polis pristavı, 1883-cü ildən 1888-ci ilədək Cəbrayıl qəzasında polis pristavı, 1890-cı ildən 1894-cü ilədək Cəbrayıl qəzasında rəsin böyük köməkçisi, 1896-cı ildən Zəngəzur qəzası polis idarəsinin rəisi, 1903-cü ildə Zəngəzur qəzası həbsxana komitəsində qəyyum, 1904-cü ildə Cəbrayıl qəzasında barışdırıcı münsif, 1910-cu ildə Zəngəzur qəzası polis idarəsinin rəisi və sərhəd komissarının müavini vəzifələrində çalışmışdı. Səlim bəy Rüstəmbəyov Cəbrayıl, Böyük Bəhmənli kənd məktəblərinin hamisi idi. == Ailəsi == Babası Gülməmməd bəy Qasım bəy oğlu Rüstəmbəyov - 1770-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi.
İsgəndər bəy Rüstəmbəyov
İskəndər bəy Rüstəmbəyov (d. Şuşa, Kaspi vilayəti, Rusiya imperiyası; 1845 - ö. Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — azərbaycanlı şair. == Həyatı == İsgəndər bəy Əsəd bəy oğlu Rüstəmbəyov Qarabağın məşhur bəy ailələrindən biri olan Rüstəmbəyovlar ailəsindəndir. 1845-ci ildə Şuşada anadan olmuş, ilk təhsilini mədrəsədə almışdır. İlk dövrlərdən etibarən fars və rus dillərini bilmişdir. Daha sonra təhsilini rusca almış və rus imperiyasının dövlət orqanlarında çalışmağa başlamışdır. Öz dövrünün ən təsili ziyalılarından biri olan İsgəndər bəy, Şuşa, Ağdam və ətrafdakı digər bölgələrin insanları qarşısında dəfələrlə çıxışlar etmiş, onları dünyəvi təhsil almağa, elmlənməyə dəvət etmişdir.İsgəndər bəy, əvvəldən ədəbiyyata böyük maraq göstərmişdir. 1907-ci ildə o, həmyerlisi Məhəmməd ağa Müctəhidzadəyə Qarabağ şairləri barədə antologiya hazırlamaq üçün yardım etmişdir. Daha sonra, "Riyazil aşiqin" kolleksiyası da mükəmməl nəşrlə 1910-cu ildə İstanbulda yayımlanmışdır.
İskəndər bəy Rüstəmbəyov

Şəfi bəy Rüstəmbəyli
Şəfi bəy Rüstəmbəyli (21 aprel (3 may) 1893, Aydınqışlaq, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 20 dekabr 1960, İstanbul, Türkiyə) — "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin birinci müavini. == Həyatı == Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 3 may (köhnə təqvimlə 21 aprel) 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində doğulub. Orta təhsilini Gəncədə klassik gimnaziyada başa çatdırdıqdan sonra 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Şəfi bəy qısa vaxtda universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. O, 1916-cı ildə ali hüquqşünas diplomu alaraq Gəncəyə qayıdıb bir müddət dairə məhkəməsində işləyir, Gəncənin mədəni və ictimai həyatında yaxından iştirak edir. === Mühacirət === 1920-ci il 28 aprel hadisələrindən sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Tiflisdə onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Lakin 1921-ci ilin fevralında Gürcüstan da qırmızı ordu tərəfindən işğal olunur. Bundan sonra Şəfi bəy Rüstəmbəyli Türkiyənin paytaxtı İstanbula köçür və qalan həyatını mühacirətdə keçirir. O, daim qırmızı ordunun istilasından əzab çəkən vətəninin taleyini düşünür və mübarizəsini mühacirətdə davam etdirir.
Şəfi bəy Rüstəmbəyov

Əsəd bəy Rüstəmbəyov
Rüstəmbəyov Əsəd bəy Fətulla bəy oğlu (2 sentyabr 1911, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası - Bakı, Azərbaycan SSR, SSRİ, 17 oktyabr 1982) — mühəndis, Azərbaycan alimi, neft və qaz quyu qazıması sahəsində mütəxəssis. Texnika elmləri namizədi (1972), Azərbaycan SSR əməkdar mühəndisi (1960). SSRİ-nin fəxri neftçisi (1971). == Həyatı == Əsəd bəy Fətulla bəy oğlu 2 sentyabr 1911-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir (İNDİKİ Azərbaycan Neft Akademiyası). Rüstəmbəyov dərin və çox dərin qazımanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparmışdır. Azərbaycanda, Başqırdıstanda yüksək məhsuldar yeni yataqların kəşfində və işə salınmasında fəal iştirak etmişdir.Rüstəmbəyov Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda, həmçinin Azərbaycanın müxtəlif rayonlarındakı mütəxəsislərinin təkmilləşdirilməsi prosesində, yeni texnika və texnologiyanın tətbiqi işində iştirak etmişdir. Bir sıra elmi əsər və ixtiranın müəlifidir. 8 orden və medallarla təltif olunmuşdur. 17 oktyabr 1982-ci ildə Bakıda vəfat etmişdir.
абрази́вный вывева́ние индивидуа́льный незави́дность неуклю́жий прескры́тно рацпредложе́ние боло́тистый желтозём комарьё мама́ев ма́ятниковый прибор приня́ть на душу электроте́хника cheque card dreamscape general discharge hendeca- semitransparent severe верба корректный литературоведение любимый местечко