RÜSVA

is.
1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə.
Nə çəmən cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani.

// klas. Bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məs.: rüsvayi-dünya, rüsvayi-eşq, rüsvayi-xəlq.
Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir.

□ Rüsva(y) etmək (eləmək) – abırdan salmaq, adını ləkələmək, biabır etmək (eləmək). [Əsli:] Nə gəzirsən məlul-məlul bu yerdə; Aman Kərəm, məni rüsvay eyləmə! “Əsli və Kərəm”.
[Saray qızları:] Sevda?! Bu nədir, Sevda?! Etdin bizi sən rüsva. H.Cavid.
[Seyfəli:] Allah sizi kəssin, bizi el içində … rüsvay elədiniz! B.Bayramov.

Rüsva(y) olmaq – biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, abırdan düşmək, adı ləkələnmək.
[Ağa Mərdan:] Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında, qorxuram, iqrara qadir olmuya, rüsva olaq! M.F.Axundzadə.
Bir dərd əhli heç tapmadım burada; Nahaq yerə rüsvay oldum arada. Molla Cuma.
[Yaxşı:] Mən bütün dünyada rüsvay olaram. C.Cabbarlı.

Rüsvayi-aləm (cahan) etmək (eləmək) – cəmiyyət içərisində adını batırmaq, hörmətdən salmaq, biabır eləmək.
Rüsvayi-aləm (cahan) olmaq – bax rüsva(y) olmaq.
Mən belə rüsvayi-cahan olduğumu bilməzdim. Mir Cəlal.

RÜSUMAT
RÜSVALIQ
OBASTAN VİKİ
Xixon rüsvayçılığı
Qərbi Almaniya-Avstriya futbol qarşılaşması, 1982 FİFA Dünya kuboku çərçivəsində 25 iyun 1982-ci ildə İspaniyanın Xixon şəhərindəki El Molinon stadionunda oynanılan və 1-0 Qərbi Almaniyanın qalibiyyəti ilə nəticələnən qarşılaşmadır. Bu oyun, tarixə qara bir ləkə olaraq keçməsi ilə yanaşı futbolda qayda dəyişikliklərinin baş tutmasına səbəb olan oyunlardan biri olmuşdur. Bu oyun Alman futbol tarixinə Nichtangriffspakt von Gijón (Xixon aqressiyasızlıq müqaviləsi) və Schande von Gijón (Xixon rəzaləti) olaraq keçmişdir. == Oyun öncəsi == Qeyd: O illərdəki sistemə görə qalibiyyətə 2, bərabərliyə isə 1 xal verilirdi. Xallar bərabər olduqda isə ilk olaraq qol fərqi nəzərə alınırdı.Qərbi Almaniya, Avstriya, Əlcəzair və Çilidən ibarət 2-ci qrupda Əlcəzair ilk oyununda Almaniyanı 2-1 məğlub edərək kubokda bir Avropa komandasını məğlub edən ilk Afrika komandası oldu. Əlcəzair Çili ilə oyunu bir gün əvvəl qalibiyyətlə başa vurmuşdu. Qrupdakı son oyun Qərbi Almaniya ilə Avstriya arasında oynanılacaqdı. Qərbi Almaniyanın Avstriyanı 1-0, ya da 2-0 məğlub etməsi halında, Qərbi Almaniya və Avstriya top fərqi ilə Əlcəzairi üstələyəcəkdi. Qərbi Almaniyanın 3, ya da daha çox fərqlə qazanması halında Avstriya, oyunun heç-heçə, ya da Avstriyanın qalibiyyəti ilə bitməsi halında isə Qərbi Almaniya qrupda qalaraq kubokdan kənarlaşacaqdı. == Oyunun xülasəsi == Oyunda Qərbi Almaniya 10-cu dəqiqədə Hörst Hröbeskin qolu ilə 1-0 önə keçdi və oyunun davamında hər iki komanda oyunun bu hesabla bitməsi üçün əlindən gələni etdi.

Digər lüğətlərdə

вта́птывание выме́нивание ла́герный львёнок не де́ло остро... отка́шивание пиа́р поизлени́ться пригля́дно разли́тие телевизио́нщица феррожи́дкость ли́чность нама́лывать проли́в Donnybrook Fair elasticize gallinaceous Glauber hard-driving hellion off-center Paros козочка