rütbəsizlik
rütubətburaxma
OBASTAN VİKİ
Rütubət
Rütubət — atmosfer havasında olan su buxarının miqdarı ilə əlaqədar fiziki anlayış. Havada su buxarının miqdarı çox olduqca onun rütubəti də artır. Rütubət anlayışı iki mənada istifadə olunur : mütləq rütubət nisbi rütubətMütləq rütubət verilmiş temperaturda havanın həcm vahidinə olan su buxarının kütləsi ilə təyin olunur. Mütləq rütubət RM ilə işarə olunur. Düsturla mütləq rütubəti bu cür ifadə etmək olar: R M = m V {\displaystyle R_{M}={\frac {m}{V}}} Düsturdan göründüyü kimi mütləq rütubətin riyazi ifadəsi sıxlığın riyazi ifadəsinə ( p = m V {\displaystyle p={\frac {m}{V}}} ) çox oxşayır. Fərq yalnız vahidlərdədir : sıxlığın vahidi k q m 3 {\displaystyle {\frac {kq}{m^{3}}}} -dirsə rütubətin vahidi m q m 3 {\displaystyle {\frac {mq}{m^{3}}}} -dir. Nisbi rütubət adi havada olan su buxarının kütləsinin həmin şəraitdə doyma halındakı su buxarının kütləsinə olan nisbətini göstərir. Nisbi rütubəti RN (Fİ) kimi işarə edirlər. Nisbi rütubəti düsturla bu cür ifadə olunur: R N = m m + △ m = m M {\displaystyle R_{N}={\frac {m}{m+\triangle m}}={\frac {m}{M}}} Nisbi rütubət həmişə vahiddən kiçik olur. Buna görədə onu tez-tez faizlə ifadə edirlər.
Rütubət dövranı
== Atmosfer prosesləri == Atmosfer proseslərinin üç əsas tsikli var ki, onlar havanın formalaşmasına və iqlimin yaranmasında iştirak edirlər. Bunlar iqliməmələgətirən proseslərdir; istilik dövranı rütubət dövranı atmosfer sirkulyasiyası == Rütubət dövranı == Yer səthi ilə atmosfer arasında daimi su və ya rütubət dövranı baş verir. Okeanlar və dənizlərin, quru sularının səthindən, rütubətli torpaqdan və bitkilərdən buxarlanan su atmosferə daxil olur. Su buxarı atmosfer havasının əsas tərkib hissəsidir. Atmosfer şəraitində su buxarı kondensasiyaya uğrayaraq yer səthinə qayıdır və ümumiyyətlə buxarlanma ilə tarazlaşır.
Xəzər dənizində rütubət
Xəzər dənizində rütubət - Havanın nispi rütubətinin il ərzində orta qiyməti 70-80% olur. Qış aylarında 75-90% aralarında dəyişir. Onu da qeyd edək ki, ən yüksək rütubət dənizin şimalında və cənubunda olur. Yay aylarında ən aşağı rütubətə dənizin cənub-şərq hissəsində rast gəlmək olur. Hətta yayda dənizin cənub-şərqində rütubət 50%-dən də aşağı düşür. Dənizin qalan rayonlarında isə nisbi rütubət 55-75% aralarında olur. == Həmçinin bax == Xəzər dənizi Xəzər dənizinin iqlimi Xəzər dənizinin buzları == İstinadlar == Лоция Каспийского моря.
Altdan subasma (rütubətlənmə)
Altdan subasma (rütubətlənmə) - altdan rütubətlənmə prosesi təbii mühitin antropogen faktorlarının təsirinə qarşı cavab reaksiyasına parlaq misaldır. == Ümumi məlumat == İlk dəfə bu proses su anbarı yaradılarkən onun sahil boyu qurnt suyunun səviyyəsinin qalxması ilə diqqəti cəlb etmişdir. Hazırda latdan subasma dedikdə, qrunt suyunun müəyyən səbəbdən kritik həddə (Yer səthindən 1-2 metrə qədər) qədər qalxması başa düşülür. Yeraltı suların qalxması səbəbləri müxtəlifdir və praktiki olaraq insan fəaliyyəti ilə bağlıdır. Bura yeraltı sudaşıyan kommunikasiyalardan suyun sızması, asfalt döşəmə və ərazidə tikinti aparmaq, küçə, bağ, bağça, yaşıllıqların səmərəli suvarılması, su anbarlarından suyun sızması (filtrasiya) və s. aiddir.
Atsinanana rütubətli meşələri
Atsinanana rütubətli meşələri — 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir və Madaqaskarın şərqində yerləşən altı milli parkdakı 13 xüsusi ərazidən ibarətdir: Maroceci Milli Parkı Masuala Milli Parkı Zahamena Milli Parkı Ranumafana Milli Parkı Andrinqitra Milli Parkı Andohahela Milli ParkıAtsinanana meşələri adanın şərq hissəsi boyunca paylanır. Bu relikt meşələr Madaqaskarın adanın geoloji tarixini əks etdirən bənzərsiz biomüxtəlifliyinin yaşaması üçün zəruri olan ekoloji proseslərin davam etdirilməsi üçün çox vacibdir. 60 milyon il əvvəl Madaqaskar bütün digər torpaq kütlələrindən ayrılmasını tamamladı və bitki və heyvan həyatı təcrid olunaraq inkişaf etdi. Rütubətli meşələr həm ekoloji, həm bioloji proseslər, həm də biomüxtəlifliyi və təhlükə altına alınan növlər üçün əhəmiyyətinə görə diqqətəlayiqdir. Ərazidəki bir çox növ nadirdir və xüsusilə də lemur və digər primatların nəsli təhlükə altındadır.
Havanın mütləq rütubətliyi
== Havanın mütləq rütubətliyi == Havanın mütləq rütubətliyi-vahid hava həcmində (1m3-də) olan su buxarı kütləsinin qramlarla istifadə olunmuş sıxlığına (q/m³) deyilir. Havanın mütləq rütubətliyi temperatur ilə düz mütənasib olub, temperatur artdıqca onun da miqdarı artır.
Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, -20°C temperaturda o, 1,0mm, +20°C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir. === Mütləq rütubət === Mütləq rütubət(a) – 1m3 havadakı su buxarının kiloqramla miqdarıdır. === Nisbi rütubət === Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir: f = p / p 0 ∗ 100 % {\displaystyle f=p/p0*100\%} == Su buxarının elastikliyi == Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır.Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir. Hektopaskalla ifadə olunur.
Nisbi və mütləq rütubətlilik
== Rütubətlilik == Atmosferdə 13 min km3 həcmində su vardır.Havadakı suyun əsas hissəsi buxar halında,qalan isə su damcıları və buz halında olur.Havadakı suyun 86%i okean və dənizlərdən , 14%ə qədər isə quru səthdən daxil olur.Havada olan suyun miqdarı rütubətlilik göstəriciləri ilə təyin edilir.Havanın rütubətliliyi onun əsas elementlərindən biridir.Ona görə də havada olan suyun miqdarı nisbi və mütləq rütubətlik göstəriciləri ilə təyin edilir. == Mütləq rütubətlilik == Mütləq rütubətlilik 1 m3 havada olan suyun miqdarı mütləq rütubətlilik adlanır.O,qramlarla və ya parsial təzyiqin vahidləri ilə ölçülür.Mütləq rütubətlilik temperaturdan asılıdır.Temperatur artdıqca havada olan suyun miqdarı da artdı.Çünki isti havada daha çox buxar saxlamaq qabiliyyətinə malikdir. == Nisbi rütubətlilik == Nisbi rütubət - verilən temperaturda havanın mütləq rütubətinin həmin temperaturada doyan su buxarının sıxlığına nisbətinə bərabər olan fiziki kəmiyyətdir. φ = ρ p ρ 0 ⋅ 100 % {\displaystyle \varphi ={\frac {\rho _{p}}{\rho _{0}}}\cdot 100\%} Burada ρ p {\displaystyle {\rho _{p}}} — havadakı doyan su buxarının sıxlığıˌ φ {\displaystyle \varphi } — havanın nisbi rütubətidir. Nisbi rütubətlilik havanın su ilə neçə faiz doymasını göstərir .Havanın rütubətini ölçmək üçün hiqrometrdən və psixometrdən istifadə olunur. == Həmçinin bax == Rütubət dövranı, Rütubət == Xarici keçidlər == Su buxarı.
Rütubətli ekvatorial meşələr
Ekvatorial meşələr (Cəngəlliklər) — Ekvatorial və subekvatorial qurşaqlarda yerləşən həmişəyaşıl, enliyarpaqlı meşə zonasıdır. Burada hava daim isti və yağışlıdır. Temperatur və fəsillər dəyişmədiyi üçün ağaclar yarpaqlarını tökdükcə yeniləri əmələ gəlir. Buna görə də belə meşələr həmişəyaşıldır. Ekvatorial meşələrdə ağaclar olduqca hündür, iriyarpaqlı və sıx olur. İçəri gün düşmədiyindən bura daim qaranlıq və səssizdir. Rütubətliliyin və yağıntının bolluğundan meşədə gölməçələr yaranır. Buna görə də meşə sakinləri əsasən ağacda yaşayır. Ekvatorial meşələr çox yarusludur (mərtəbəlidir). Yaruslar arası ilə lianlar sarmaşaraq "tor" əmələ gətirir və içəri günəş işığının düşməsinin qarşısını alır.
Rütubətli subtropik meşələrin qırmızı torpaqları
Bu torpaqlar - Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-nin cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan respublikasının Qara dəniz sahillərində və Azərbaycan respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir. == İqlimi == Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Orta illik temperatur +14 °C, orta yanvar temperaturu +7 °C yaxın, orta iyul temperaturu +22 °C-yə yaxındır. == Bitki örtüyü == Bu torpaqlar üzərində palıd, vələs, fıstıq və şabalıd ağaclar yayılmışdır. Meşələrin biokütləsi 4000s\ha çoxdur. Meşə töküntüsü 210 s\ha yaxındır. == Torpaqəmələgətirən süxurlar == Püskürmə mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı allüvial ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.
Rütubətsevən bağacıq
Rütubətsevən bağacıq (lat. Eurygaster testudinarius) — buğumayaqlılar tipinin həşəratlar cinsinin taxtabitilər dəstəsinə aid olan növ. == Xarici quruluşu == Bu bağacığın başı kiçik olub, geniş və dairəvidir. Dilçəyi başın skul lövhəsinin təpəsindən kənara çıxır və onun zirvəsi təpə kənarından aşağıda yerləşir ki, ona böyürdən baxdıqda qabaq tərəfdən bir xətt təşkil etmir. Dilçəyin alt tərəfindəntəpəsinə yaxın enli bir çüxurluq vardır. Bel qabağının yan bucaqları bir qədər uzanır və qanad üstlüyünün əsasından bir az kənara çıxır. Digər bağacıq növlərinə nisbətən bədəni kiçikdir. Uzunuğu 8-10,5 mm.-dir. == Yayılması == Azərbaycanda bu növ ümumiyyətlə dağətəyi və dağlıq rayonlarda yayılmışdır. Bu növ Lənkəran zonasının dağətəyi rayonlarında (burada illik orta rütubət çoxdur) miqdarca daha çoxdur.

Digər lüğətlərdə

говоря́щая китобо́й мори́льщик стандартизова́ть дармое́дство зву́копись корча́га материалисти́чность непове́рхностно одури́ть фибрилля́ция шапка Alistair boron deltoid incapacity kayan libate lyric maremma multiplane northland nosographical shell-money рационально