RƏBBİN
RƏBİB
OBASTAN VİKİ
Mirzə Rəbi Cahanşahi
Mirzə Rəbi Cahanşahi (1882-?) — ictimai xadim. == Həyatı == Mirzə Rəbi Cahanşahi 1882-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müsəddiqülmülk ləqəbi ilə tanınırdı. Qəvamülüləma ləqəbli qazının oğlu idi. Mirzə Rəbi Cahanşahi bir neçə dəfə İran Milli məclisinə üzv seçilmişdi. == Mənbə == Ənvər Çingizoğlu, Cahanşahi ailəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.
Mirzə Rəbi Kəbiri
Mirzə Rəbi Kəbiri (1889, Marağa, Şərqi Azərbaycan ostanı – 1947, İran) — general-mayor, Azərbaycan Milli Hökumətinin Yollar, Poçt və tеlеqraf naziri. == Həyatı == Mirzə Rəbi Kəbiri 1889-cu ildə Marağa şəhərində anadan olmuşdu. == Siyasi fəaliyyəti == Cənubi Azərbaycanlı olan Mirzə Rəbi Kəbiri general və siyasətçi olmuşdur. Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti qurulan zaman həmin hökumətdə Yollar, Poçt və Teleqraf naziri olmuşdur. == Ölümü == 1946-cı ilin dekabr ayında SSRİ rəhbəri Stalinin Cənubi Azərbaycanı qərb qüvvələri və İrana güzəştə getməsindən sonra ingilis qoşunları tərəfindən dəstəklənən İran qüvvələri Azərbaycan Milli Hökumətinə silahlı hücuma başladılar. Nəticədə elə dekabr ayındaca milli hökumət süqut etdi. Azərbaycan Demokratik Firqəsinə qoşulan siravi şəxslərdən tutmuş, bütün səviyyələrdəki Milli Hökumət üzvləri və işçiləri kütləvi qırğınlara məruz qaldılar. Bu repressiyalar nəticəsində öldürülənlərdən biri də həmin hökumətin Poçt, Yol və Teleqraf naziri general Mirzə Rəbi Kəbiri olmuşdur. Onun cənazəsi insanlarda qorxu yaratması üçün bilərəkdən günlərlə dar ağacında saxlanılmışdır.
Rəbi-Rəşidi kompleksi
Rəb-i Rəşidi kompleksi (fars. رَبع رشیدی‎) — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. Lakin Rəb-i-Rəşidinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336 -cı ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəb-i Rəşidi süqut etdi. == Tarixi == Monqollar, xüsusən birinci yarım əsrlik talan və dağıntılar başa çatdıqdan sonra Yaxın Şərqdə Elxanilər dövlətinin yaranması ilə müsbət izlər buraxmağa başladılar. Xüsusən Qazan xanın (1295-1304) taxta çıxması və daxili çəkişmələrə son qoyaraq dövləti öz nəzarəti altına alması ilə Elxanilər dövlətində böyük inkişaf fəaliyyəti başlandı ki, burada Elxani hökmranlığının mərkəzi olan Azərbaycan imtiyazlı yer tuturdu. Bu dövrdə bir tərəfdən Təbriz kimi köhnə yaşayış məskənlərində yeni quruculuq işləri aparılır, digər tərəfdən isə Elxani dövlətinin ərazisində yeni məskənlər salınmağa çalışılırdı.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.
Rəbia Bala Xatun
Rabia Bala Malhun Hatun (Osmanlı türkcəsi : ربيعه بالا خاتون; 1258 – yanvar 1324, Söğüt, Biləcik ili) — Osmanlı imperiyasının qurucusu Osman Qazinin həyat yoldaşı və Şeyx Ədəbalinin qızıdır. O, Osmanlı İmperiyasının birinci vəziri Ələddin Paşanın anasıdır imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. == Həyatı == Ədəbəlinin qızı mənbələrdə müxtəlif adlarla çağırılır. Şeyx Ədəbalinin qızı Uric tarixində "Rabia", Aşıkpaşazadə, Neşri, Rüstəm paşa və Lütfi Paşanın əsərlərində "Mal/Malhun" kimi.İlk Osmanlı tarixçilərindən biri olan Âşıkpaşazadə, Mal/Malhun Hatunu Şeyx Ədəbalinin qızı kimi təsvir edir və Osmanın yuxusunu böyük bir dövlətin doğulmasının müjdəçisi kimi yozan Şeyx Edebalinin ona qızını verdiyini qeyd edir; O, Orxan bəyin də onun oğlu olduğunu bildirir. O, həmçinin əlavə edir ki, Şeyx Edebali və Mal Hatun bir-iki ay içində öldülər və onlardan üç ay sonra öləcək Osman bəy hər ikisini öz əli ilə Biləcikdə dəfn etdi. Bu məlumat doğrudursa, Orxanın anasının ölüm tarixi 1324-cü ilə uyğun gəlir.Ancaq Şeyx Ədəbəlinin qızının adını fərqli şəkildə Rəbiə və Bala Hatun kimi qeyd edən tarixçilər var. Lakin Bala Hatun adının yazılışı Mal Hatun yazısının (Kitâb-ı Tevârîh-i Âl-i Osman, vr. Bala Hatun 29b, Mal Hatun 39a) köçürülməsi zamanı edilən səhvə əsaslanır. Orxanın Şeyx Ədəbalinin qızı olan anasının adını Oruç bəy Âşıkpaşazade Tarixini görsə də, israrla Rabia Hatun olaraq yazmışdır (Oruç Beğ Tarixi, s.
Rəbiqə Nazimqızı
Rəbiqə Nazim qızı Zeynalova (5 noyabr 1979, Bakı) — azərbaycanlı şair, tərcüməçi, esseist. == Həyatı == Rəbiqə Nazimqızı 1979-cu il noyabrın 5-də Bakı şəhərində anadan olub. 263 saylı Bakı şəhər tam orta məktəbindən məzun olub. == Təhsili == 1995–1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 2006–2008-ci illərdə həmin fakültənin magistratura pilləsini ədəbiyyat ixtisası üzə bitirib. == Fəaliyyəti == 1998-ci ildən qəzet, jurnal, sayt və onlayn televiziyalarda müxbir, tərcüməçi və redaktor kimi çalışıb. 2006-cı ildən etibarən Rəbiqə Nazimqızı imzası ilə şeirlər yazmağa başlayıb. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzində dil mütəxxəsisi vəzifəsində fəaliyyət göstərir. == Şeir kitabları == 2008-ci ildə "Sənə qədər" adlı şeirlər kitabı çap olunub.2013-cü ildə "Yazıçı" nəşriyyatında "Epizodik sevgilər" adlı şeirlər kitabı çapdan çıxıb. 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzində "Çətirlərin qiyamı" adlı kitabı nəşr olunub.
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rəbiyyət Aslanova
Rəbiyyət Nurullah qızı Aslanova (4 iyul 1951, Kəlbəcər) — Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri. Fəlsəfə elmləri doktoru, professor. BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri. Yeni Azərbaycan Partiyasının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub. == Həyatı == Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973–1976-cı illərdə universitetin aspiranturasında oxumuş, 1977–1978-ci illərdə Bakı Dövlət Universitetində assistent olmuşdur. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildə "İslam mədəniyyət sistemində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Rəbiyə Şərmi Qadın Əfəndi
Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı. == Həyatı == Rabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir. == Övladları == Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.
Rəbiülaxır
Rəbiülaxır - Hicri təqviminin 4-cü ayı. 8 - şiələrin 11-ci imamı İmam Həsən Əskərinin mövludu.
Rəbiüləvvəl
Rəbbiüləvvəl - Hicri təqviminin 3-cü ayı. == Əlamətdar günlər == Rəbiüləvvəlin 8-i İmam Həsən Əskərinin vəfatı Rəbiuləvvəlin 12-si sünni mənbələrində Məhəmməd peyğəmbərin (s) mövludu. Rəbiuləvvəlin 17-si şiə mənbələrində Məhəmməd peyğəmbərin (s) mövludu. İmam Sadiqin (ə) mövludu. Rəbiuləvvəlin 18-i Əlinin (ə) qızı Ümmü Gülsümün mövludu. Rəbiüləvvəlin 26-sı Əbu Talibin vəfatı Quba məscidinin tikilməsi.
Rəbiə (qəbilə)
Rəbiə — ərəb qəbiləsi. Ərəbləşmiş daha doğrusu arabı-müstaribe (ərəbləşmiş ərəblər) adlanan Adnanilərə mənsubdurlar. == Tarixi == === Rəbiə qəbiləsi Azərbaycanda === Əş-Şeyban tayfası Məhəmməd Peyğəmbərin ulu babası olan Mudarın qardaşı Rəbiə bin Nizarın qurduğu Rəbiə qəbiləsindəndir. Şirvanşahların əslən İbrahim peyğəmbərin oğlu İsmayıl peyğəmbərin övladları olduğunu hesab edənlər də var. Rəbiə tayfasıdan olan Salman ibn Rəbiə əl-Bəhili xəlifə Osmanın (644-656) zamanında Aranı işğal etdi. Z. Bünyadovun fikrincə, Şirvan tarixində ərəb Rəbiə tayfasının Şeyban qəbiləsinin nümayəndələri böyük yer tutur. Bunlar əvvəlcə, mərkəzi Bərdədə olan yarımmüstəqil əmirlik, sonralar isə XI əsrədək yaşamış müstəqil Şirvanşahlar dövlətini yaratmağa müvəffəq olmuşlar. Məzyədilər kökcə Rəbiə adlı ərəb tayfasından idilər. Hələ xəlifə Osmanın (644-656) zamanında Aranı işğal edən Salman ibn Rəbiə bu tayfanın nümayəndəsi idi. Rəbiə tayfasının Şeybanilər nəslindən olan Məzyədilər Azərbaycanda hələ o zamandan yerləşməyə başlamışdılar.
Rəbiə Bala Xatun
Rabia Bala Malhun Hatun (Osmanlı türkcəsi : ربيعه بالا خاتون; 1258 – yanvar 1324, Söğüt, Biləcik ili) — Osmanlı imperiyasının qurucusu Osman Qazinin həyat yoldaşı və Şeyx Ədəbalinin qızıdır. O, Osmanlı İmperiyasının birinci vəziri Ələddin Paşanın anasıdır imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. == Həyatı == Ədəbəlinin qızı mənbələrdə müxtəlif adlarla çağırılır. Şeyx Ədəbalinin qızı Uric tarixində "Rabia", Aşıkpaşazadə, Neşri, Rüstəm paşa və Lütfi Paşanın əsərlərində "Mal/Malhun" kimi.İlk Osmanlı tarixçilərindən biri olan Âşıkpaşazadə, Mal/Malhun Hatunu Şeyx Ədəbalinin qızı kimi təsvir edir və Osmanın yuxusunu böyük bir dövlətin doğulmasının müjdəçisi kimi yozan Şeyx Edebalinin ona qızını verdiyini qeyd edir; O, Orxan bəyin də onun oğlu olduğunu bildirir. O, həmçinin əlavə edir ki, Şeyx Edebali və Mal Hatun bir-iki ay içində öldülər və onlardan üç ay sonra öləcək Osman bəy hər ikisini öz əli ilə Biləcikdə dəfn etdi. Bu məlumat doğrudursa, Orxanın anasının ölüm tarixi 1324-cü ilə uyğun gəlir.Ancaq Şeyx Ədəbəlinin qızının adını fərqli şəkildə Rəbiə və Bala Hatun kimi qeyd edən tarixçilər var. Lakin Bala Hatun adının yazılışı Mal Hatun yazısının (Kitâb-ı Tevârîh-i Âl-i Osman, vr. Bala Hatun 29b, Mal Hatun 39a) köçürülməsi zamanı edilən səhvə əsaslanır. Orxanın Şeyx Ədəbalinin qızı olan anasının adını Oruç bəy Âşıkpaşazade Tarixini görsə də, israrla Rabia Hatun olaraq yazmışdır (Oruç Beğ Tarixi, s.
Salman ibn Rəbiə
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Salman ibn Rəbiə əl-Bəhili
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Salman ibn Rəbiə əl-Bəxili
Salman ibn Rabiə al-Bəxili (ərəb. سلمان بن ربيعة الباهلي‎‎) (doğ.:naməlum - 650-ci ildə ölüb) Azərbaycanı işğal edən ərəb qoşunlarından birinə başçılıq edib. Xəlifə Ömərin dövründə, 633–644-ci illərdə Xilafətin Azərbaycan və Ərməniyyədəki qoşunlarının hərbi komandanı. Bələncər döyüşündə xəzərlər tərəfindən öldürülən qardaşı Əbdürrəhman ibn Rəbiə ilə birlikdə Şimali Qafqaz və Xəzər çöllərində ərəblərin hərbi əməliyatlarında iştirak edir. Rəbiə tayfasının nümayəndəsidir.
Ütbə ibn Rəbiə
Ütbə ibn Rəbiə (567, Məkkə – 624, ərəb. عتبة بن ربيعة‎) — İslam peyğəmbəri Məhəmmədə tabe olmaqdan imtina edən Qureyş qəbiləsinin başçılarından biri. Əbu Süfyanın qayınatası. Bədr döyüşündə öldürülmüşdür. == Bioqrafiya == Onun tam adı Əbu-l-Valid Ütbə ibn Rəbiə ibn Əbd-Şəms ibn Əbd-Mənaf əl-Kürəşidir. Məhəmmədin çoxlu sayda tərəfdarı olduğunu görən Ütbə, Qüreyşin digər rəhbərləri ilə məsləhətləşdikdən sonra Peyğəmbərin yanına gedir və istədiyi hər şeyi təklif edir. Sadəcə onun təlimlərinin təbliğindən əl çəkməsi istənilir.O, Bədr döyüşü ərəfəsində də Əmr ibn əl-Xədrəminin müsəlmanlar tərəfindən öldürülməsinə görə təzminat ödəməyi təklif edərək, Qureyşi müsəlmanların əleyhinə getməməyə inandırmağa çalışmışdır. Ütbənin özü döyüşdə ölümcül yaralanmış, cəsədi isə ümumi bir çuxura atılmışdır. Məhəmməd onun hədiyyələrini yüksək qiymətləndirdiyini bildirib. İslam ənənəsi onun üçün bəlkə də bir az daha əlverişlidir, çünki o, Üməvi deyil, Əbd-Şəms cinsinə mənsub idi.
Əbdürrəhman ibn Rəbiə
Əbd ür-Rəhman ibn Rəbiə ərəb: (عبدالرحمن بن ربيعة‎) erkən Xilafət dövrü ərəb sərkərdəsi. Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır. Təbəriyə görə 642-643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər. Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.

Значение слова в других словарях

биоэне́ргия двоему́жие докли́каться неводо́к приты́нный стеклоочисти́тель штанда́рт аноди́рованный выта́скиваться гор... задрапирова́ть проторённый раздолба́йство ти́гельный то́ркать exogamic horseleech hydro impuberal kite-balloon menstruate north-wester stage box veridic описать