RƏCƏZ

is. [ ər. ] klas.
1. Əruz vəznində olan şeir formalarından birinin adı.
2. Döyüş və güləşmədən əvvəl pəhləvanların üz-üzə durub oxuduqları şeir.
Uluq bəy əlindəki qılıncını göydə oynadaraq rəcəz oxuyur. A.Şaiq.
Bəylər pəhləvan kimi meydana girib, bir-birinə rəcəz oxudular. Ə.Vəliyev.

RƏCƏB
RƏD
OBASTAN VİKİ
Rəcəz
Rəcəz (Ərəbcə: رجز), Ərəb ədəbiyyatında Ərəb şeirinin en yayılmış formalarından biridir. Rəcəz, nəzm ilə əlaqəli bir termindir. Klassik Ərəblərin, qəsidə və rəcəz başda olmaqla bir sıra şeir növləri mövcuddur. == Satirik Rəcəzlər == Ərəb ədəbiyyatında satirik rəcəzlər, həcv sənətinin ortaya çıxma müddətindəki ikinci və ya üçüncü mərhələyə rast gəlinir. Həcvin əvvəlcə mənsur və ya ritmik ünsürlərlə qarışaraq keçdiyini, daha sonra Ərəb kahinləri vasitəsiylə səcin həcvlərə çevrildiyini ve önceki halının ləğv edildiyi hesab olunduğunda, rəcəzin vücuda gəlişi satirikliyin üçüncü keçidinə yerləşdirilir. == Hərb Rəcəzləri == İslamdan əvvəl və sonra, Ərəblərin hərb meydanlarında rəcəz şeirləri söylədikləri bilinir. Müharibə bölgəsində söylənən bu tərz şeirlər, hərb rəcəzi olaraq adlandırılır. Bu şeirlər adətən bədahətən söylənən və sünilikdən uzaq misralardan meydana gəlir. Mərhab ibn əl-Həras və Kəb ibn əlMâlik dövrünün hərb rəcəzi söyləyən şairlərini misal göstərmək olar.

Digər lüğətlərdə

дыша́ть кварте́т лейко́зный парти́йность шушу́кать криобио́лог проясня́ться синева́тость фокуси́рование стакан be calorimetry handy-andy infra-acoustic portrait-painter tiger-grass выкрошить выместить вытащить немалый пуще пятнистый разноска редут швейцарский