RƏDD₁

is. [ ər. ] Qəbul etməmə, yox cavabı vermə, mənfi cavab vermə.
[Cavanşir:] Sasani qoşunlarının sərkərdəsi Bəhrama rədd cavabı verilsin! M.Hüseyn.
Kazım əli ilə rədd işarəsi verdi. Mir Cəlal.

□ Rədd etmək1) qəbul etməmək, yox cavabı vermək, mənfi cavab vermək, razı olmamaq.
[Mirzağa] qorxurdu ki, Cəmilə onun təklifini rədd edər. S.Hüseyn.
Anam dayımın təklifini rədd etdi. S.S.Axundov;

2) özündən uzaqlaşdırmaq, başından eləmək.
Gülpəri də [Baharın] ona Nurəddin barədə gizlin gözətçi olmasını duyub, Baharı bir yolla rədd etmək fikrində idi. S.S.Axundov;

3) qovmaq, qəbul etməmək.
[Balaş:] Sevil! Diz üstə çöküb bir çocuq kimi yalvarıram; məni öldür, rədd etmə! C.Cabbarlı.
[Xalıqverdinin] aləmində qonağı rədd eləmək nanəciblik idi. Ə.Vəliyev.

Rədd ol! – birisini özündən uzaqlaşdırmaq, qovmaq məqamında işlədilir.
[Məşədi İbad:] Əşi, rədd ol o yana, bir sən qalmışdın ki, məni soyasan. Ü.Hacıbəyov.

Синонимы

  • RƏDD qaytarma — qovma — çıxartma — götürmə — inkaretmə
  • RƏDD təmizləmə — uzaqlaşdırma
RƏDD
RƏDDEDİLMƏZ
OBASTAN VİKİ
Rədd edilənlər salonu
Rədd edilənlər salonu (fr. Salon des Refusés) — əsasən Paris Salonunda sərgilənməkdən imtina edilən tabloların sərgiləndiyi salon. Salon rəssamların etirazlarından sonra 1863-cü ildə III Napoleonun göstərişi ilə yaradılmışdır.
Rusiya döyüş gəmisi, rədd ol!
Rus döyüş gəmisi, sikdir get (rus. Русский военный корабль, иди нахуй, Russki voyenni korabl, idi naxuy) — 2022-ci il fevralın 24-də rus qoşunlarının Ukraynanın İlan adasına hücumundan əvvəl adadakı sərhəd mühafizəçilərinin son sözləri. Özünü döyüş gəmisi kimi təqdim edən rus kreyseri Ukrayna sərhəd mühafizəçilərini təslim olmağa çağırdıqdan sonra aldıqları cavab belə olmuşdur. Adadakı on üç sərhədçi təslim olmaqdan imtina etdikdən sonra, rus əsgərləri 42 hektarlıq adayı əvvəlcə döyüş gəmiləri, daha sonra isə hərbi təyyarələri ilə bombalamışdırlar.Səs yazısı internetdə ajertaj yaratmış və müxtəlif sosial media platformalarında çox sürətlə yayılmış və o vaxtdan bu ifadə həm Ukrayna hərbçiləri, həm də işğala etiraz edən mülki şəxslər tərəfindən mitinqlərdə istifadə edilən şüarlardan birinə çevrilmişdir. Ukrayna prezidenti Vladimir Zelenski İlan adasındakı əsgərlərə ölümlərindən sonra Ukraynanın ən yüksək milli titulu olan Ukrayna Qəhrəmanı adını verəcəyini açıqlamışdır. 28 fevral 2022-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələri öz Facebook səhifəsində adanın bütün sərhədçilərinin sağ olduqlarını və Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirmişdir.

Значение слова в других словарях

и́глу крейси́ровать огласи́ть по-столи́чному полнокро́вность рэле́й сы́тая видоизмени́ться заме́длиться подшвырну́ть пять реферати́вный те́рция фортепья́но терлик agadic ensnare infusive retrainee sea-foam suggestibility wadding приличие проворовываться созидание