RƏFAİL

Allah sağaltdı (Tanrının buyruğunu yerinə yetirən mələklərdən birinin adıdır).
RƏFAƏT
RƏFAİLƏ
OBASTAN VİKİ
Rəfail
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael SüleymanovDigərRafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəfail Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi. == Həyatı == 1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir. İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var. 2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib. == Siyasi fəaliyyəti == 1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub.
Rəfail Becanov
Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru. == Həyatı == Rafail Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib. Evlidir. 2 övladı var. == Fəaliyyəti == 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub. 1993-cü ildən jurnalistikadadır.
Rəfail Fətullayev
Fətullayev Rəfail Rüfət oğlu (22 mart 2003, Bankə, Neftçala rayonu – 13 sentyabr 2022, Alagöllər, Kəlbəcər rayonu) — == Həyatı == Fətullayev Rəfail Rüfət oğlu 23.03.2003-cü ildə Neftçala Rayonunun Bankə qəsəbəsində dünyaya gəlib. 2021-ci ildə Hərbi Xidmətə çağırılıb. 13 sentyabr 2022 Kəlbəcər rayonu Alagöllər ərazisində şəhid olub. 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Mərkəzi qəbiristanlığında dəfn olunub.
Rəfail Həsənov
Rəfail Həsənov — Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri (2019), sosiologiya elmləri doktoru, professor. == Həyatı == R.M.Həsənov 12 noyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərinin 190 saylı məktəbini bitirdikdən sonra Kazan Dövlət Pedaqoji İnstitutunun Tarix-fililogiya fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsinə daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. 1989-cu ilədək Kazan şəhərində peşə məktəbi və texnikumda komsomol komitəsinin azad katibi olmuş, orduda hərbi xidmət keçmişdir. 1994-cü ildə “Şəxsiyyət azadlığı və ictimai məsuliyyət” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Transformasiya şəraitində vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən BDU-nun Sosiologiya kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən həmin kafedranın professorudur. O, 2002-ci ilin avgustundan Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin (CESS), 2012-ci ildən bu günə kimi ABŞ-nin Merivud Universitetində yerləşən Yaxın Şərqdə Dövlət İdarəçiliyi və Siyasəti Assosiasiyasının (AMEPPA) və 2019-cu ildən Ümumdünya Sosiologiya Assosiasiyasının üzvüdür. 100-ə yaxın elmi məqalənin, 1 monoqrafiyanın, 2 kitabın, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. Xaricdə çıxan nüfuzlu jurnallarda məqalələri dərc olunmuşdur.
Rəfail Tağızadə
Rəfail Tağızadə (azərb. Rəfail Alı oğluTağızadə‎; 11 fevral 1958, Sofulu, Ağdam rayonu) — şair, publisist, Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı (2006), Ümid Partiyası Ali Məclisinin sədri, “Ədəbi ovqat” dərgisinin təsisçisi, Prezident təqaüdçüsü (2011). == Həyatı == Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == Rəfail Alı oğlu Tağızadə müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib. Ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunub. "Qapı" (2004) və "Qarabağ rüzgarları" (2009), "Gecə xəyalları" (2013), “Su üzərində bahar (2019)” şeir kitablarının müəllifidir. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabının tərtibçisi və redaktorudur.
Rəfail İncəyurd
Rəfail İncəyurd (tam adı: Rəfail Ağakişi oğlu İsmayılov; 4 iyul 1954, Kəmərli, Qazax rayonu) — Azərbaycan şairi. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Rəfail İncəyurd 4 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirmişdir. Ədəbi həyata yeniyetmə yaşlarından başlamışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1981–1998-ci illərdə Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, Müəllim nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, Odlar Yurdu və Diplomat nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışıb. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rəfail İsmayılov
Rəfail Əsəd oğlu İsmayılov — Azərbaycanlı şəhid. == Həyatı == İsmayılov Rəfail Əsəd oğlu 1971-ci il aprel ayının 23-də Şəmkir rayonunun Zəyəm-Çirdaxan kəndində anadan olmuşdur. 1978-ci ildə Gədəbəy rayonunun 2 saylı Qoşabulaq kənd orta məktəbinin 1-ci sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1989-cu ildə Rusiyaya hərbi xidmətə getmişdir. 1991-ci ildə hərbi xidmətdən gəlmişdir. 1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusunda xidmətə başlamışdır. 30 yanvar 1992-ci ildə Qubadlı rayonunda şəhid olmuşdur. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Rəfail İşiyev
Rəfail İşiyev (tam adı: Rəfail Əhmədağa oğlu İşiyev; 4 sentyabr 1979; Cəlilabad rayonu, Azərbaycan — 3 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya gəlib. == Hərbi fəaliyyəti == Rəfail İşiyevin ömrünün 16 ili orduda keçmişdir. O, 16 ilin PDM (BMP) mütəxəssisi idi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdir. Vətən Müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və idarə etdiyi BMP vurulmuşdur. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılmışdır. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurmuşdur. İkinci dəfə də texnikası vurulmuş və yaralanmışdır. Amma, bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP-ilə döyüşlərə qatılıraq düşmənə qan uddurmuşdur.
Rəfail Şeydayev
Rəfail İldam oğlu Şeydayev (1 avqust 2000, Xaltan, Quba rayonu – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəfail İldam oğlu Şeydayev 1 avqust 2000-ci ildə Quba rayonunun Nütəh kəndində anadan olub. == Hərbi xidməti == Rəfail Şeydayev 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 7 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəfail Əlizadə
Rəfail Həsənəli oğlu Əlizadə — fizika - riyaziyyat elmləri doktoru, professor == Həyatı == Əlizadə Rəfail Həsənalı oğlu 1956-cı il yanvarın 4-də Alıkeyxalı kəndində anadan olub. Kiçik yaşlarında ikən ailəliklə Cəbrayıla―rayon mərkəzinə köçüblər. 1963 -1973-cü illərdə Maksim Qorki adına Cəbrayıl orta məktəbində oxuyub. Respublika Riyaziyyat Olimpiadalarında 1971-ci ildə I yeri, 1972-ci ildə II yeri əldə etmiş, 1973-cü ildə Rusiyada çıxan populyar "Kvant" jurnalının məsələlər guşəsinin qaliblərindən biri olmuşdur. Rəfail Əlizadə 1978-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirərək əvvəlcə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990-1993-cü illərdə isə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Rəfail müəllim 1994-2000-ci illərdə Türkiyənin İzmir şəhərindəki Dokuz Eylül Universitetində, 2001-2010-cu illərdə İzmir Yüksək Texnoloji İnstitutunda professor vəzifəsində işləmiş, 2010-cu ildən hal-hazıra qədər İzmir özəl Yaşar Universitetində pedaqoji fəaliyyət göstərir. Professor Rəfail Əlizadə 15 magistr, 7 elmlər doktoru işinə rəhbərlik etmiş, yetişdirdiyi tələbələr arasında 2 professor və 2 dosent vardır. Türkiyə Milli Komandasının Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirakında Rəfail müəllimin xüsusi rolu və əməyi vardır. Qürürverici haldır ki, şagirdi Amerikada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl medalını almışdır. Rəfail müəllim eyni zamanda TÜBİTAK - ın lisey müəllimləri üçün təşkil etdiyi riyaziyyat olimpiadası kurslarında dərs deyir .
Rəfail Fətullayev (əsgər)
Fətullayev Rəfail Rüfət oğlu (22 mart 2003, Bankə, Neftçala rayonu – 13 sentyabr 2022, Alagöllər, Kəlbəcər rayonu) — == Həyatı == Fətullayev Rəfail Rüfət oğlu 23.03.2003-cü ildə Neftçala Rayonunun Bankə qəsəbəsində dünyaya gəlib. 2021-ci ildə Hərbi Xidmətə çağırılıb. 13 sentyabr 2022 Kəlbəcər rayonu Alagöllər ərazisində şəhid olub. 14 sentyabr 2022-ci il tarixində Neftçala şəhər Mərkəzi qəbiristanlığında dəfn olunub.
Rəfail Oğuztürk Dağlı
Rəfail Oğuztürk – şair, tarixçi-etnoqraf, pedaqoq, hərbçi. == Həyatı == Rəfail Oğuztürk Dağlı (Mustafayev Rəfail Salman oğlu) 1966-cı il may ayının 22-də Bakı şəhərində anadan olub. Əslən Sayad-Xızı (indiki Xızı) rayonundandır. Səlcuqlu Dövlətinin qurulmasında misilsiz xidmətləri olan, Türk tarixində daha çox “Arslan Yabqu elatı” kimi tanınmış “Dağlı” (Qara Dağlı) oğuz elatının məşhur isalu-əfşar tayfasındandır. 1973-1983-cü illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 21 saylı orta məktəbdə oxuyub. 1983-cü ilin dekabr ayından 1985-ci ilin iyunayına qədər fəhləişləyib. 1985-ci ilin avqust ayında Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Mühəndis Məktəbinə daxil olub və 1990-ci ildə bu məktəbi bitirib. 1990 – 1991-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsində xidmət edib. 1991-ci ildə Zaqafqaz Hərbi Dairəsinə keçirilib. 1992-ci ildən 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib.
Rəfail Əlizadə (alim)
Rəfail Həsənəli oğlu Əlizadə — fizika - riyaziyyat elmləri doktoru, professor == Həyatı == Əlizadə Rəfail Həsənalı oğlu 1956-cı il yanvarın 4-də Alıkeyxalı kəndində anadan olub. Kiçik yaşlarında ikən ailəliklə Cəbrayıla―rayon mərkəzinə köçüblər. 1963 -1973-cü illərdə Maksim Qorki adına Cəbrayıl orta məktəbində oxuyub. Respublika Riyaziyyat Olimpiadalarında 1971-ci ildə I yeri, 1972-ci ildə II yeri əldə etmiş, 1973-cü ildə Rusiyada çıxan populyar "Kvant" jurnalının məsələlər guşəsinin qaliblərindən biri olmuşdur. Rəfail Əlizadə 1978-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirərək əvvəlcə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990-1993-cü illərdə isə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. Rəfail müəllim 1994-2000-ci illərdə Türkiyənin İzmir şəhərindəki Dokuz Eylül Universitetində, 2001-2010-cu illərdə İzmir Yüksək Texnoloji İnstitutunda professor vəzifəsində işləmiş, 2010-cu ildən hal-hazıra qədər İzmir özəl Yaşar Universitetində pedaqoji fəaliyyət göstərir. Professor Rəfail Əlizadə 15 magistr, 7 elmlər doktoru işinə rəhbərlik etmiş, yetişdirdiyi tələbələr arasında 2 professor və 2 dosent vardır. Türkiyə Milli Komandasının Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirakında Rəfail müəllimin xüsusi rolu və əməyi vardır. Qürürverici haldır ki, şagirdi Amerikada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl medalını almışdır. Rəfail müəllim eyni zamanda TÜBİTAK - ın lisey müəllimləri üçün təşkil etdiyi riyaziyyat olimpiadası kurslarında dərs deyir .

Digər lüğətlərdə

имитати́вный краснота́л неприня́тие смычо́к довооружи́ть зашмы́гать конезаво́д недопои́ть па́водковый позиро́вка помилосе́рдовать мезгит anglesite gamin mahatma polysyllabic selling-race telemetrical transmigrant unprofessed water cannon бесследный заговорить захотеться рассадник