RƏFTAR

сущ. обращение:
1. обхождение, поведение, поступки, действия по отношению к кому-л. Pis rəftar плохое обращение, yaxşı rəftar хорошее обращение, uşaqla rəftar обращение с ребенком, nəzakətli rəftar вежливое обращение, ciddi rəftar строгое обращение
2. обхождение, манера держаться. Rəftarındakı nəzakətlilik изысканность в обращении; rəftar etmək kimlə, nə ilə обращаться с кем (держать себя с кем-л. каким-л. образом)
RƏFİQLİK
RƏFTARLI
OBASTAN VİKİ
Rəftar İmanov
Rəftar Cəlil оğlu İmanov (16 oktyabr 1929) — tarixçi-alim, Azərbaycan Dövlət Dəniz Akademiyasının Kafedra müdiri, qarabağşünas. == Həyatı == Rəftar Cəlil оğlu İmanov 16 oktyabr 1929-cu ildə Füzuli rayonunun Dövlətyarlı kəndində dünyaya göz açıb. Natamam оrta təhsilini Dövlətyarlı kəndində aldıqdan sоnra оrta təhsilini Füzuli Pedoqoji texnikumunda başa çatdırmışdı. Оrta təhsillə kifayətlənməyən R.İmanоv ali təhsili almaq üçün 1946-cı ildə indiki Bakı Dövlət Univesitetinin tarix fakültəsinə daxil оlur. Burada о, akademik İsmayıl Hüseynov və Əlisöhbət Sumbatzadə, Akademiyanın müxbir üzvüləri Zülfəli İbrahimov, Əlövsət Quliyev və İqrar Əliyev, prоfessоrlar Hətəm Şahmalıyev, Mehdi İrəvanski, Məmməd Şıxlı və Miryusif Mirhadıyev (1922-1994), dоsent Əkbər Dadaşlı və digər görkəmli tarixçi alimlərin mühazirələrinii dinləyərək savadlı tarixçi kimi fоrmalaşmışdı. Bakı Dövlət Univesitetini müsbət göstəricilərlə başa vurmuş R. İmanоv 1951-ci ildə dоğma rayоnunun Qarğabazar kənd оrta məktəbinə təyinat alır. Gənc müəllim dərs dediyi bütün siniflərdə tarix fənninin sirlərini şagirdlərə öyrətməkdə xüsusilə canfəşanlıq edərək Füzuli rayоnunun tarix müəllimləri arasında layiqli hörmət qazanmışdı. R.İmanоv pedoqoji fəaliyyətilə yanaşı elmi fəaliyyətlə də məşğul оlmağı qarşısında məqsəd qоymuşdu. Beləliklə о, 1967-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstutununun aspirantı оlmuşdur. 1973-cü ildə isə о, Akademiyanın vitse prezidenti, akademik İ.A. Hüseynоvun rəhbərliyilə başa çatdırdığı «Azərbaycanın yeni şəhəri Daşkəsənin yaranması və inkişaf tarixi (1945-1970)» mövzusunda namizədlik dissertasiyasını Akademiyanın Tarix Instutunda müvəffəqiyyətlə müdafiə etmişdir.
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası
İşgəncə və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası (ing. European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment) — 1987-ci ildə qəbul edilmiş və 1989-cu ildə yeddi ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minən Avropa Şurası konvensiyası. 1993-cü ildə Konvensiyanın tərkib hissəsi olaraq (Konvensiyanın bütün üzv dövlətləri tərəfindən təsdiq edildikdən sonra) Konvensiyaya dəyişikliklər edilərək qüvvəyə minən iki əlavə protokol qəbul edildi. Avropa Şurasına üzv olan 47 dövlətin hamısı konvensiyanın tərəfdarıdır və 2015-ci il üçün hər iki protokol. Konvensiya azadlıqdan məhrum edilmiş şəxslərlə pis rəftarın qarşısını almaq üçün məhkəmədənkənar bir mexanizm təmin edir. Bu mexanizm, Avropa İşgəncə və İnsani və ya Alçaldıcı Mübarizə və Cəzanın Qarşısının Alınması Komitəsinin üzvlərinin seçilmiş ölkələrə səfərlərinə əsaslanır. Komitə, Avropa Şurasına üzv dövlətlərin müvafiq orqanlarına verdiyi ətraflı tövsiyələrində, davamlı olaraq azadlıqdan məhrum edilmiş şəxslərin həbs şərtlərinin qiymətləndirilə biləcəyi bir sıra standartlar hazırlamışdır. Bu dəst polis idarələrində pis rəftara qarşı qanuni qorunma zəmanəti, həbsxanalarda saxlama şəraiti və rejimi, tutulmuş və ya məhkum mühacirlərin işgəncə və ya pis rəftarla üzləşdikləri ölkələrə geri dönməsinin qarşısını alma mexanizmləri kimi anlayışları əhatə edir. Komitənin fəaliyyəti yalnız həbsxana ziyarətləri ilə məhdudlaşmır. Komitə üzvləri şəxslərin azadlıqdan məhrum edildiyi istənilən yerə baş çəkə bilərlər.
Rəftaridil Qadınəfəndi
Rəftaridil Qadınəfəndi (5 iyun 1838, Şimali Qafqaz – 3 mart 1936, İstanbul) — 33. Osmanlı sultanı V Muradın ikinci xanımı. == Həyatı == Rəftaridil xanım 1838-c ildə Qara dəniz sahillərində yaşayan abadzex əsilli ailədə dünyaya gəlmişdir. Ailənin ondan başqa, sonrakı illərdə yüksək vəzifəli Osmanlı məmurları ilə evlənən Tərandil və Ceylanmələk adlı 2 qızı daha vardı. Davam edən müharibələr səbəbilə ailə Osmanlı torpaqlarına köç etmiş, ailənin hər 3 qızı da Osmanlı sarayına təslim edilmişdi. Nəhayət, Osmanlı hərəmində gözəlliyi ilə məşhurlaşan Rəftaridil xanım 4 fevral 1859-cu ildə Dolmabağça sarayında Şahzadə Muradla evləndirildi. Bu nigahdan 2 oğlu dünyaya gəlsə də, ikinci oğlu Şahzadə Süleyman körpə yaşlarında vəfat etmişdi. Ərinin 1876-cı ildə baş tutan 3 aylıq səltənəti əsnasında ikinci qadınəfəndi oldu. Əri taxtdan endirildikdən sonra isə bütün ailəsiylə birlikdə ərinin 1904-cü ildə vəfat etdiyi Çırağan sarayında yaşamağa başladı. Daha sonra 1910-cu ildə oğlu Şahzadə Mehmed Səlahəddin Əfəndi Ortaköy səmtində bir köşk alaraq ailəsini buraya köçürdü.
Rəftarıdil Qadınəfəndi

Digər lüğətlərdə

ализари́новый апати́чески бронироваться жере́бчик маложи́рный награжде́ние напо́ристость пострека́ть приспособле́нчество упа́рхивать заче́рпывание тагано́к то́панье улепи́ть тиран day-hole feign hammal kerolite octahedral orotund Scotch egg subcenter живот португалец