RƏHİL
RƏHİMALLAH
OBASTAN VİKİ
Rəhim
Rəhim və ya Rahim — Kişi adı. Rəhim Nağıyev — fəlsəfəşünas. Fəlsəfə e. n. (1968). Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Rəhim Rəhmanzadə — ortopedik cərrahiyyə və ortopedik travma təsisçisiRahim adı olan tanınmışlarRahim Dünyamalıyev — Rahim Nuriyev — Rahim Sadıqov — Rahim Tağıyev — gizir.
Hacı Rəhim
Hacı Rəhim — erməni daşnaklarına qarşı vuruşan el qəhrəmanı. == Həyatı == Hacı Rəhim Molla Şəfi oğlu 1860-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. O, Daşkənddə dinin mahir bilicilərindən olmuşdur. Hacı Rəhimin babası Qazaxın Dəmirçilər kəndindən Göyçə mahalına köçübdür. Ümumiyyətlə bu nəsil axund, molla kimi kənddə və digər bölgələrdə tanınmışlar. Kənddə dini məktəb açmış və kənd sakinlərinə dini elmlərdən dərs keçmişdir. Əsrin əvvəllərində ermənilərin Göyчə mahalında törətdiyi qırğına başçılıq edənlərə qarşы amansızlıq göstərənlərdən biri də Hacı Rəhimdir. Ailələrində dünyaya göz açan qardaş-bacılarının hamısı saza-sözə maraq göstərən, ürəyindən keçənləri qələmə alan olmuşlar. 1918-ci ildə Göyçə mahalında erməni millətçilərinə qarşı xalqı səfərbər edən və özü də bu yolda döyüşən igidlərdən biri olmuşdur. Daşnak ordusuna başçılıq edən Andranik Ozanyanin silahdaşlarından sayılan erməni generalı Selikovun başını da Göyçə mahalının Zod kəndində o kəsmiş və başı da doğma kəndi Daşkəndə gətirmişdir.
Rəhim Hüseynov
Rəhim Hüseynov (nazir) — Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sədri (1992-1993). Rəhim Hüseynov (xalq komissarı) — Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR xalq əmək komissarının müavini. Rəhim Hüseynov (iqtisadçı) — Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri Rəhim Hüseynov (astrofizik) — Azərbaycanın astrofizika üzrə ilk elmlər namizədi, ilk elmlər doktoru Rəhim Hüseynov (seleksiyaçı) — ipəkçi alim və seleksiyaçı. Rəhim Hüseynov (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Rəhim Hüseynzadə
Rəhim Məmməd oğlu Hüseynzadə (15 dekabr 1951, Kirovabad) — Azərbaycanlı jurnalist, Azərbaycan Mətbuat Şurasının keçmiş icra katibi. "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). == Həyatı == Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə mart ayının 3-də Gəncə şəhərində doğulub. O, 1958–1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib 1973–1977-ci illərdə yeni yaradılmış Neftçala rayonunda nəşrə başlamış "Gündoğar" qəzetinin, 1977–1992-ci illərdə "Qələbə" Salyan rayon qəzetinin şöbə müdiri işləyib. Peşəkar jurnalist kimi Rəhim müəllim SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb. 1992–1996-cı illərdə yerli idarəetmə qurumunda işə cəlb edilib-- Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib.1998-ci ildə yenidən media sahəsində fəaliyyətə qayıdıb. O, müstəqil nəşrlər olan "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru olub və 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasında fəal iştirak edib. Rəhim hüseynzadə 2004-cü ildən 2017-ci ilə kimi Mətbuat Şurasının icraçı katibi çalışıb.
Rəhim Həmidov
Rəhim Əhtiram oğlu Həmidov (12 fevral 1996; Mırtı, Göyçay, Azərbaycan — 14 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhim Həmidov 12 fevral 1996-ci il Göyçay rayonu Mırtı kəndində doğulub.2004-cü ildə Qaraxıdır kənd orta məktəbinin 1-ci sinfinə getmiş, sonra isə təhsilini Göyçay rayonunun Mırtı kənd tam orta məktəbində 2014-cü ildə başa vurmuşdur. == Hərbi xidmətləri == Rəhim Həmidov 2015-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır, 2016-cı ilin oktyabr ayında xidmətini başa vurmuşdur. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsinə 29 sentyabr 2020-ci il tarixində qatılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəhim Həmidov Xocavənd və Füzulinin azad edilməsində savaşıb. Füzuli şəhərinin və bir neçə kəndinin işğaldan azad olunmasında iştirak edib. Bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Son dəfə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və 14 oktyabr 2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. Nəşi neytral zonada qaldığından 30 noyabr 2020-ci il tarixində ailəsinə təhvil verilmişdir. Rəhim Həmidov 30 noyabr tarixində Göyçay rayonunun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim Həmidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəhim Həsənov
Rəhim Həsənov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 125 dəfə baş hakim olmuşdur.
Rəhim Kazımbəyov
Rəhim Kazımbəyov (1883, Naxçıvan – 1958, Naxçıvan) — Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının məzunu. == Həyatı == R. Kazımbəyov 1897-ci ildə Baş Noraşen ikisinifli məktəbini bitirdikdən sonra əvvəlcə İrəvan gimnaziyasında, daha sonra da 1903–1908-ci illərdə Qori Seminariyasında təhsil almışdır (5). Rəhim Kazımbəyovun Qoridə oxuduğu illərə dair xatirələrini akademik İsa Həbibbəyli əldə edərək ilk dəfə onu öz məqaləsində vermişdir. Seminariya haqqında təsəvvürləri genişləndirmək baxımından həmin xatirələrdən bir parçanı bir daha oxuculara çatdırmaqda fayda görürük: "Mən seminariyada 5 il oxudum. Bu beş ilin ikisi hazırlıq, üçü isə əsas siniflərdə keçdi. Bütün fənlər rus dilində tədris olunurdu. Yalnız həftədə bir saat şəriət dərsi keçirilirdi. Bu fənni iki müəllim aparırdı: Birincisi hazırda Məmməd adlı oğlu ADU-nun (indiki BDU) fizika-riyaziyyat kafedrasında professor olan, ikincisi isə, özünün maarifçilik sahəsində əsərləri ilə tanınmış Firudin Köçərli idi"(5). R. Kazımbəyovun xatirəsində həmçinin Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Azad Əmirovun seminariyada təhsil aldıqlarından Üzeyirin və Müslümün mahir skripka çaldıqlarından danışılır. Rəhim Kazımbəyov Qoridən qayıtdıqdan sonra 1908-ci ildə indiki Şərur rayonunun Qıvraq kəndində, daha sonra Şərurda, Naxçıvanda orta məktəblərdə və pedaqoji texnikumda rus dili müəllimi kimi fəaliyyət göstərmiş və "Azərbaycan məktəblərində rus dilinin tədrisi" adlı metodik kitabça da yazmışdır.
Rəhim Mədətov
Mədətov Rəhim Səlim oğlu 1949-cu ildə Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olunmuşdur. 1971-ci ildə təhsilini tamamlamış və Dəvəçi rayon Xalq Maarif şöbəsində fizika müəllimi vəzifəsində çalışmışdır. O, 1973-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirir. == Elmi fəaliyyəti == Elmi fəaliyyətinin ilk dövrünü Azərbaycan EA-nın Fizika İntitutunda akademik H.B.Abdullayevin və prof. E.Y. Bəkirovun rəhbərliyi ilə keçirmişdir.1977-ci ildə Azərbaycan EA-nın Rəyasət Heyətinin qərarı ilə EA-nın Radiasiya Tədqiqatları Sektoruna kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. İlk tədqiqat işlərində özünü nəzəri və praktiki cəhətdən hazırlıqlı eksperimentator kimi göstərmişdir. Bu keyfiyyəti nəzərə alan Elmi Şura ona “Ge-Si bərk məhlulu əsasında fotoqəbuledicilərin hazırlanması və onların elektrik və fotoelektrik xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat institutlarına, o cümlədən Moskva “ Старт” (Start) Elmi Yaradıcılıq Birliyinə ezam olunur və Ge-Si bərk məhlulu əsasında p-n keçidlərin hazırlanma texnologiyasının elmi əsasını yaradır. 1981-ci ildə “Ge-Si bərk məhlulu əsasında hazırlanmış fotodiodların fotoelektrik xassələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və SSRİ Ali Attestasiya Komitəsinin qərarı iləfizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə baş elmi işçi adına layiq görülüb. 1982-1985-ci illər ərzində əldə etdiyi elmi nəticələr Azərbaycan və SSRİ-nin EA-nın mühüm nəticə kimi qəbul edilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.
Rəhim Nağıyev
Nağıyev Rəhim Səfər oğlu (d.1921) — fəlsəfəşünas, fəlsəfə e. n. (1968). == Həyatı == == Yaradıcılığı == Üzeyir Hacıbəyovun ədəbi-bədii irsinin tədqiqi ilə məşğul olmuşdur. 1947-ci ildə ADU-da Ü.Hacıbəyovla keçirilən görüşdə bəstəkarın ədəbi-bədii yaradıcılığı mövzusunda məruzə ilə çıxış etmiş, "Ü.Hacıbəyovun ədəbi-bədii yaradıcılığı" mövzusunda diplom işi yazmışdır. Ü.Hacıbəyovun ədəbi-bədii irsinə və estetik görüşlərinə həsr olunmuş məqalələrin və "Üzeyir Hacıbəyovun estetik görüşləri" (1985) monoqrafiyasının müəllifidir. Həmin əsərlərdə Ü.Hacıbəyovun Azərbaycanda ictimai-estetik fikrin inkişafında rolu, onun sənətin, xüsusilə musiqi sənətinin spesifik xüsusiyyətləri, realizm, xəlqilik, novatorluq, ideyalılıq, müasirlik və sənətkarlıq problemlərinə dair baxışları açıqlanır.
Rəhim Novruzi
Rəhim Novruzi (fars. رحيم نوروزي‎) - İran aktyorudur. 1967-ci il təvəllüdlüdür. Bir çox filmlərdə rol almlış və mükafatlar qazanmışdır. Ədəbi ənənələrlə teatr nümayişi sahəsində bakalavr dərəcəsi almışdır. Pakistan, Misir və digər ölkələrin filmlərində rol almışdır.
Rəhim Nəvəsi
Rəhim Nəvəsi — Cənubi Azərbaycanlı realist rəssam. Vyana İncəsənət Məktəbində təhsil alıbdır.
Rəhim Qazıyev
Rəhim Həsən oğlu Qazıyev (17 fevral 1943, Nuxa) — Azərbaycan Respublikasının Müdafiə naziri (1992–1993), Azərbaycan SSR Ali Sovetinin deputatı (1990–1993), 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından biri. == Həyatı == Rəhim Qazıyev 17 fevral 1943-cü ildə Azərbaycan SSR-in Şəki şəhərində həkim ailəsində anadan olmuşdur. 1950-ci ildə Şəki şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 1960-cı ildə həmin məktəbi bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni riyaziyyat müəllimi ixtisası üzrə bitirib. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun Ali riyaziyyat kafedrasında əmək fəaliyyətinə başlayıb.[mənbə göstərin]1975-ildə Politexnik İnstitunun bölünməsi ilə əlaqədar yeni yaranan Azərbaycan İnşaat İnstitutunun "Ali riyaziyyat" kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirir. Pedaqoji fəaliyyətinnən ayrılmadan dissertant kimi MDU-nun Mexanika-riyaziyyat fakültəsinin "Qaz və dalğa dinamikası" kafedrasında akademik Xəlil Raxmatulinin rəhbərliyi altında "Deformasiyaya uğramayan bərk cisimlərin mexanikası" ixtisası üzrə elmi tədqiqatlar aparır. 1979-cu ildə akademik Raxmatulinin rəhbərliyi ilə apardığı elmi tədqiqatlar üzrə dissertasiya müdafiə edərək Fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi alır.[mənbə göstərin] === Ailəsi === Ailəlidir. Sevinc, Aytən və Şəbnəm adlı qızları var. == Siyasi fəaliyyəti == 1988-ci ildə Xalq Hərəkatına qoşulmuş, 1989-cu il iyulun 16-da AXC-nin yaranması ilə əlaqədar keçirilən konfransda AXC-nin ilk idarə heyətinin üzvü seçilmişdir.
Rəhim Qocayev
Rəhim Xəlil oğlu Qocayev (10 avqust 1979, Şəki, Azərbaycan SSR) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Rəhim Xəlil oğlu Qocayev 10 avqust 1979-cu ildə Şəkidə doğulub. Şəki şəhər 10 saylı məktəbdə oxuyub. Məktəb illərindən "Radio-Elektronika" ilə məşğul olub. Bu bilgisinə görə 1997-ci ildə Şəki Dövlət Dram Teatrına radist götürülüb. Həmin ilin sonunda hərbi xidmətə gedib. 1997 – 1999-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən Teatrda radist işləyib. İşlədiyi müddətdə Aktyor sənətinə böyük maraq oyanıb və həmin truppada çalışmaq arzusunda olub. Bu həvəsinə görə onu müxtəlif tamaşalarda kütləvi səhnələrdə sınayıblar.
Rəhim Qurbani
Rəhim Qurbani (Qurbanov Rəhim Kazım oğlu; 22 dekabr 1951, Zərkənd, Basarkeçər rayonu – 1 dekabr 2020, Gəncə) — azərbaycanlı şair. Əsasən təcnis sənətkarı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər Birliyinin (2015) üzvü. == Həyatı == Rəhim Qurbani 1951-ci il dekabr ayının 22-də Qərbi Azərbaycanın, Göyçə mahalının Zərkənd (Zərzibil) kəndində ziyalı ailəsində anadan olubdur.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirib tarix müəllimi ixtisasını almış, həmin ildən doğma kəndlərində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı. Gənc müəllim kimi işlədiyi vaxtdan yaradıcılıqla məşğul olmuş, dövrü mətbuatda — "Sovet Ermənistanı", "Vardenis" qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur. Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Azərbaycana köçmüş, 1989-cu ildən Gəncə şəhərində məskunlaşmışdır. 1989–2017-ci illərdə Gəncə şəhər 9 saylı orta məktəbdə tarix müəllimi işləyib. 1 dekabr 2020-ci ildə Gəncə şəhərində vəfat etmiş və Gəncədəki Fəxri Xiyabanda dəfn olunmuşdur.
Rəhim Rzayev
Rəhim Rzayev (tam adı: Rəhim Mikayıl oğlu Rzayev; d. 1 iyun 1958, İmişli) — fizika riyaziyyat elmləri doktoru, professor, ADPU “Riyazi analiz” kafedrasının professoru. == Həyatı == Rəhim Rzayev 1958-ci il iyunun 1-də İmişli rayonunda anadan olub. 1973-cü ildə İmişli rayonunun Əliqulular kəndindəki orta məktəbi bitirib. Ailəlidir, 2 övladı, 4 nəvəsi var == Təhsili == Ali təhsillidir. 1978-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU-nu) “riyaziyyat” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə “Məxsusi inteqralların lokal xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.01.01-Riyazi analiz ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. 1998-ci ildə “Funksiyaların orta ossilyasiyası üzərinə qoyulan şərtlərlə təyin edilən fəzalarda inteqral operatorlar və bəzi tətbiqlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 01.01.01-Riyazi analiz ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “professor” elmi adını alıb. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar müəllim" adına layiq görülüb. == Fəaliyyəti == 1978-1987 Azərbaycan EA-nın Kibernetika İnstitutu; baş laborant, kiçik elmi işçi;1987-1989 Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsi; kiçik elmi işçi, elmi işçi;1989-1990 Leninqrad Maliyyə-İqtisad İnstitunun Bakı Filialının “Riyaziyyat” kafedrası; laboratoriya müdiri, baş müəllim;1990-2000 Azərbaycan Dövlət İqtisad İnstitutunun “Riyaziyyat” kafedrası; baş müəllim, dosent, professor;2000-2012 Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrası; professor;2012-2016 ADPU-nun “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri; 2010-2014 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun "Riyazi analiz" şöbəsinin müdiri (əvəzçiliklə);2016-cı ilin sentyabrından ADPU-nun “Riyazi analiz” kafedrasının professoru2003-2010 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika Elmləri üzrə Ekspert Şurasının üzvü;2013-2014 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və Mexanika Elmləri üzrə Ekspert Şurasının sədri;“Azerbaijan Journal of Mathematics”, “AMEA-nın Xəbərləri (riyaziyyat buraxılışı) (fizika-texnika və riyaziyyat elmləri seriyası)”, “AMEA Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri”, “ADPU-nun xəbərləri” jurnallarının Redaksiya Heyətlərinin üzvü;AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinin verilməsi üzrə Müdafiə Şurasının üzvü.
Rəhim Rəhimli
Rəhim Rəhimli (28 dekabr 1976, Ağdam – 30 sentyabr 2022, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktyor. == Həyatı == Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdam şəhərində anadan olmuşdur. == Vəfatı == 2022-ci il sentyabrın 30-da ürək tutmasından dünyasını dəyişib. Bülbülə qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == Ekstravaqant tərzi ilə daima diqqət çəkmişdir. Çoxsaylı klipləri və mahnıları ilə tanınırdı. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" kanalının direktoru işləyib.Daha çox bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. == Kliplər == == Həmçinin bax == Sevərsənmi (albom) == İstinadlar == == Xarici keçidlər == Azərbaycanı tərk etdi, insanlardan gizləndi, heç vaxt ailə qurmadı – O, hansı müğənnimizlə sevgi yaşadı?
Rəhim Rəhimov
Rəhim Rəhimov (nazir) — Rəhim Rəhimov (onkoloq) — həkim, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor.
Rəhim Rəisniya
Rəhim Rəisniya — İran tarixçisi və yazıçı. Əslən azərbaycanlıdır. Bakı Dövlət Universitetinin fəxri doktoru seçilmişdir. == Əsərləri == Şirvan məntəqəsinin ümumi tarixi (Şirvanşahlar zamanı). Tehran, İran Xarici İşlər Nazirliyi nəşriyyatı, 2001, 284 s.(fars dilində).Azərbaycan İran tarixi gedişində. 3 cilddə. Tehran, "Məbna" nəşriyyatı, 2000, 2108 s.(fars dilində).İran və Osmanlı Türkiyəsi 20-ci əsrin astanasında. 2 cilddə. Tehran, "Məbna" nəşriyyatı, 2006, 1677 s. (fars dilində).Tatarıstanda yeni hərəkat.
Rəhim Sadıqbəyli
Rahim Telman Sadıqbəyli (Rahim Telman Sadigbayli) (25 iyun 1965, Lənkəran) — Rejissor. Ssenari müəllifi. Tv prodüser, Aktyor. Rejissor assistenti. İkinci rejissor. == Həyatı == 1965-ci il iyun ayının 25-i Azərbaycanın Lənkəran şəhərində anadan olub. İlk təhsilini Lənkəran şəhər 1-nli orta məktəbdə 1972-82 ci illərdə alıb. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət institutunun (Hal hazırda Mədəniyyət və İncəsənət universiteti) dram və kino aktyorluğu fakultəsinə daxil olub. 1983-85-ci illərdə hərbi xitmətdə olub. 1988-ci ildən 1993-cü ilə qədər Azərfilm kinostudiyasında rejissor asissenti və ikinci rejissor kimi çalışıb.
Rəhim Sadıxov
Rəhim Sadıxov (18 iyul 1996, Moskva) — Azərbaycan futbolçusu. == Karyera == Moskva "Spartak"ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində paytaxtın "Solyaris" (16 oyun) və "Torpedo" (71 oyun, 23 qol) klublarında çıxış edib.
Rəhim Seyfullayev
Rəhim Seyfullayev — Azərbaycan Respublikasının əməkdar memarı (19.04.2000), SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü, Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu (1999) == Həyatı == Rəhim Seyfullayev 16 fevral 1944-cü ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik universitetində memarlıq təhsili almışdır. 1970-ci illərdə Norilsk şəhərinə köçür və 10 il orada həyat yoldaşı Nailə Seyfullayeva ilə birgə memarlıq və interyer sahəsində fəaliyyət göstərir. SSRİ Memarlar ittifaqının və SSRİ Rəssamlar ittifaqının üzvü olur. 1982-ci ildə vətənə qayıdan memar Bakının baş rəssamı vəzifəsinə dəvət olunur. 1999-cu ildə R.Seyfullayev Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvu seçilir. == Mükafatları == 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar memarı adına layiq görülmüşdür. == Layihələri == Fəvvarələr meydanı — 1980-ci illər Gənc Tamaşaçılar Teatrı — 1986-cı il (Sənan Salamzadə ilə birgə) Nizami 10 ünvanında yerləşən ofis binası — 1998–2000 illər İçəri Şəhərdəki ofis binası — 2000–2003 illər İçərişəhərdə mehmanxana layihəsi — 2000–2003 illər == Memarın fikirləri == Memarlıq yüksəldən, endirən, coşduran, süstləşdirən, qızdıran və üşüdəndir, nəvazişli və iyrəncdir. Memar boşluğun sehrbazıdır. Memarın başlıca ifadə vasitələri – Forma, işıq, rəng, material və onun fakturasıdır.
Rəhim İmamov
Rəhim Rauf oğlu İmamov (9 avqust 1990; Xaspoladoba, Xaçmaz rayonu, Azərbaycan — 21 oktyabr 2020; Gecəgözlü, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəhim İmamov 9 avqust 1990-cı ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində anadan olmuşdur. == Hərbi xidməti == Rəhim İmamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Rəhim İmamov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəhim İmamov 21 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəhim Şmidt
Rəhim Şmidt (alm. Rahim Schmidt‎; 1 fevral 1959, Miyana şəhristanı, Şərqi Azərbaycan ostanı) ౼ Azərbaycan əsilli həkim və alim, alman siyasətçi (Almaniya Xristian Demokratik İttifaqı partiyası). 2016-cı ilin mayına qədər Reynland-Pfaltsın dövlət parlamentində deputat. == Təhsil və elm == Şmidt orta təhsilini 1978-ci il tarixində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına (AFR) getmişdir. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil almışdır. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı işlə uğurla başa vurmuşdur. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəsindən dəstək ala bilmədiyi üçün o, təhsil aldığı müddətdə müvəqqəti əlavə işlərlə məşğul olmuşdur. "İLAR-viruslarının tədqiqatı (Prunus Nekrotik Ringsport virusu) mövzusundakı 1991-ci il tarixli doktorluq işinə və onların mayaotu tərkibləri üzərində artırılması" işinə görə aqrar elmləri doktoru dərəcəsini almışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olunmuşdur. Tibb üzrə ikinci təhsilini 1994-cü ildən etibarən Rostok Universitetində və Frankfurt am Mayn-ın Yohann Volfqanq Höte Universitetində almış və bu təhsili 2003-cü ildə uğurla başa vurmuşdur.
Rəhim Şəhriyari
Rəhim Şəhriyari — məşhur azərbaycanlı muğənni və Araz musiqi qrupunun qurucusudur. 1970-ci ildə Şənbi-Qazanda anadan olmuşdur.Müxtəlif musiqi üslublarında oxuyan Rəhim Şəhriyari pop və muğam ritmlərini bir yerdə də ifa edir. İranda populyarlıq qazanmış bir çox musiqinin müəllifidir. == Araz musiqi qrupu == Araz qrupu İran azərbaycanlılarından ibarətdir. Qrup 1996-cı ildə Rəhim Şəhriyari tərəfindən yaradılmışdır.Azərbaycan pop musiqisi, Azərbaycan folklor musiqisi və xalq musiqisinin ifası ilə məşğuldurlar. Qrup Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Astara, Kərəc və Bəhmən də konsertlər vermişdir. Həmçinin, ABŞ, Kanada və Avropada da Araz qrupu tərəfindən konsertlər verilmişdir. Canada and Europe. == ABŞ-də konsert == 2016-cı ildə Novruz bayramı münasibətilə ABŞ-də orada yaşayan İran azərbaycanlıları üçün silsilə konsertlər vermişdir. Konsertlərini Los-Anceles Kaliforniya Universitetində, San-Dieoqo Müasir İncəsənət Muzeyində, Tomas Ceferson İctimai Birliyi Mərkəzində, Turlock İctimai Birliyi Teatrında vermişdir.
Rəhim Əliyev
Əliyev Rəhim Nadir oğlu — tənqidçi,[mənbə göstərin] nasir,[mənbə göstərin] 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1996). == Həyatı == Rəhim Əliyev 1950-ci il noyabrın 6-da Bakı şəhərinin yaxınlığındakı Ramana qəsəbəsində anadan olmuşdur. Burada 198 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1968–1973). 1973–1975-ci illərdə Sovet ordusunda zabit rütbəsində moto-piyada hissəsində hərbi qulluqda olmuşdur. Y. Qarayevin "Səhnəmiz və müasirlərimiz" adlı kitabına yazdığı ilk mətbu rəyi 1973-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra dövri mətbuatda ədəbi-tənqidi məqalələri vaxtaşırı çıxır. Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda laborant (1975–1976), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1976–1978), tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1978–1985), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi olmuşdur (1988–1991). 2020-ci ildən həmin şöbənin müdiridir. Azərbaycan Respublikası Prezident Aparatında məsləhətçi, Teleradio şirkətində sədr müavini işləmişdir (1990–1991), C. Cabbarlı fondunun sədri seçilmişdir (1994-cü ildən). "1970-ci illər lirikasının inkişaf meylləri" mövzusunda namizədlik (1983), "C. Cabbarlının yaradıcılıq təkamülü: metod, üslub, janr" mövzusunda doktorluq (1996) dissertasiyası müdafiə etmişdir.
Abdulla Rəhimov
Abdulla Rəhimov- Azərbaycanlı döyüşçü. == Həyatı == Abdulla Rəhimov 1958-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini Nəsimi rayon 247 nömrəli orta məktəbdə almişdir. Sonra 1975-ci ildə Abdulla Rəhimov əsgərliyə yollanmişdir. Qarabağ müharibəsi illərində Abdulla Rəhimov öz şücaətləri ilə seçilmişdir. 1994-cü il yanvarın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Ailəli idi. 2 övladi var.Hal-hazırda oxuduğu 247 nömrəli məktəb onun adını daşıyır.
Arif Rəhimov
Arif Məhi oğlu Rəhimov (1938, Ağdam) — texnika elmləri doktoru, professor. == Həyatı == Arif Rəhimov 1938-ci ildə Ağdamda anadan olmuşdur. O, 1955-ci ildə Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra 1955–1960 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft-mexanika fakültəsində təhsil almışdır.O, 1965 ildə namizədlik, 1996 ildə doktorluq dissertasiyasını müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Arif Rəhimov hazırda Azərbaycan Dövlət Neft Akademiyasının kafedrasının müdiridir. == Elmi fəaliyyəti == Arif Rəhimov 100-ə yaxın elmi məqalə, 2 kitab, 4 dərs vəsaiti çap etdirmişdir.Onun elmi işi əsasən mahiyyəti yeni kompozisiya materiallarının yaradılması və yeni mütərəqqi e’mal üsullarının tərtibi məsələlərinə həsr olunmuşdur. Arif Rəhimov ÇİXTHS-nin bürünc medalına layiq görülmüşdür. == İstinadlar == == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Arif Rəhimzadə
Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri. == Həyatı == Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur. 1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur. 1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir. 1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I–III çağırış Milli Məclisinin deputatı seçilmişdir.
Arzu Rəhimov
Arzu Yusif oğlu Rəhimov (1 oktyabr 1964, Naxçıvan) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (2012–2023), Dövlət Miqrasiya Xidmətinin rəisi (2007–2012), Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargah rəisi (2006–2007). == Həyatı == Arzu Rəhimov 1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. Arzu Rəhimov 1982-ci ildə Novosibirsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olmuşdur və 1986-cı ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Arzu Rəhimov 1986–1989-cu illərdə Sovet Ordusunun sıralarında bir sıra vəzifələrdə xidmət eləmişdir. 1992-ci ildə isə Azərbaycan Ordusunun sıralarında xidmət eləməyə başlamışdır. 1992–2004-cü illərdə Sərhəd Qoşunlarının sıralarında baş zabit, Hərbi Hissə Komandiri və digər vəzifələrdə xidmət eləmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli 160 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini təyin edilmişdir. 2004-cü il iyulun 30-da isə Arzu Rəhimova Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "general-mayor" ali hərbi rütbəsi vermilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il tarixli 742 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilmişdir və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi təyin edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixli 2130 nömrəli Sərəncamına əsasən Arzu Rəhimov Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsindən azad edilmişdir və Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilmişdir.
Asif Rəhimov
Asif Rəhimov — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Asif Rəhimov 1981-ci il yanvar ayının 21-də Oğuz rayonunun Qumlaq kəndində anadan olub. 1998-ci ildə həmin kənddə orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Madəniyyət və İncəsənət Universitetinə qəbul olub. 2002-ci ildə bu universitetin teatr kollektivi rejissoru fakultəsini bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2003-cü ildən Bakı Bələdiyyə Teatrının aktyorudur.
Asif Rəhimov (şəhid)
Asif Rəhimov — 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. Asif Rəhimov Qarabağ müharibəsinin iştirakçısıdır. 20 aprel 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. == Həyatı == Asif Rəhimov 21 oktyabr 1974-cü ildə anadan olmuşdur. == Şəhidlik zirvəsi == Asif Rəhimov 7 noyabr 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Asif Rəhimov 1994-cü ilin 20 aprel tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur. Hacıqabul rayonunun Atbulaq kəndində dəfn olunmuşdur. == Ailəsi == Subay idi.
Asif Rəhimov (əsgər)
Asif Həsrət oğlu Rəhimov (17 aprel 1993; Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan — 3 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Rəhimov 17 aprel 1993-cü ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində Həsrət Rəhimovun və Könül Rəhimovanın ailəsində anadan olmuşdur. 2000-ci ildə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2011-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir. Ailəli idi, Kənan adlı 3 yaşlı oğlu və Yağmur adlı 1 yaşlı qızı var. == Hərbi xidməti == Asif Rəhimov 2011-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2013-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunaraq mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Asif Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Azad Rəhimov
Azad Arif oğlu Rəhimov (8 oktyabr 1964, Bakı – 30 aprel 2021, Nyu-York, Nyu-York ştatı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının gənclər və idman naziri (2006–2021). == Həyatı == Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. Onun babası 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetini sədri olmuş Sadıq Rəhimovdur. Azad Rəhimov 1971-ci ildə Səbail rayonunda 134 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olmuşdur və 1981-ci ildə oranı bitirmişdir. Daha sonra o, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olmuşdur və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olmuşdur. 1986–1987-ci illərdə Sovet Ordusunun sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azad Rəhimov 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. O, 30 aprel 2021-ci ildə Bakı vaxtı ilə saat 22:45-də ABŞ-nin Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. 2 may 2021-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur. == Fəaliyyəti == Azad Rəhimov 1984-cü ildən 1986-cı ilə qədər Xətai rayonunda 245 nömrəli tam orta məktəbdə Komsomol Komitəsində vəzifəsində çalışmışdır.
Azadi Rəhimov
Azadi Rəhimov — Dağıstan Muxtar Respublikası Dərbənd şəhərinin meri == Həyatı == Azadi Rəhimov 1958-ci ildə Dağıstanın Tabarsan rayonunun Darvaq kəndində anadan olub. O, 1998-ci ildə Dağıstanın baş nazirinin müavini olub. 2002-ci ildə isə Dağıstan Respublikanın ədliyyə naziri olub.2015-ci il fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov 22 may 2015-ci ildə Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı – 25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb.1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır.1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır.Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.25 oktyabr 2005-ci ildə işə gələrkən evində ürəktutmasından vəfat etmişdir. == Filmoqrafiya == Ağarəfi Rəhimov aşağıdakı filmlərdə çəkilmişdir: Birisigün, gecəyarısı... (film, 1981) Üzeyir ömrü (film, 1981) Evlənmək istəyirəm (film, 1983) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Gülüş sanatoriyası (film, 1989) Qətl günü (film, 1990) Şirbalanın məhəbbəti (film, 1991) Yük (film, 1995) Kənddən gələn var (film, 1997) Kənddən gələn var.
Ağarəhim Rəhimov
Ağarəhim Nüsrət oğlu Rəhimov (26 oktyabr 1948, Ucar rayonu) — nasir, publisist, dramaturq, ssenarist, 1998-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, pedaqoji elmlər doktoru (1993), professor (1993). == Həyatı == Ağarəhim Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972–1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib. 1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur. A. N. Rəhimovun elmi fəaliyyəti "Ana dili tədrisinin aktual problemləri"nə həsr olunub. Onun 300-dən artıq elmi-nəzəri və praktik məqaləsi, ana dili tədrisinin problemlərinə aid 46 kitab və kitabçası, o cümlədən IV sinif üçün "Azərbaycan dili", ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", "Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı", "Şagirdlərin obrazlı nitqinin inkişafı" monoqrafiyaları çap olunub.
Ağaverdi Rəhimov
Ağaverdi Hacı Yarəli oğlu Rəhimov (1895, Balaxanı, Bakı qəzası – 29 avqust 1936, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin, Ağdaş Qəza Komitəsinin katibi. == Həyatı == Ağaverdi Yarəli oğlu Rəhimov 1895-ci ildə Bakı qəzasının Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində almış, gimnaziyanı bitirərək Kiyev Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, burada qeyri-qanuni tələbə təşkilatlarının işində fəal iştirak etmiş, tələbə çıxışlarının təşkilatçılarından olmuşdur. Tələbə həyəcanları ilə əlaqədar olaraq 1918-ci ildə Kiyev Universitetində dərslər kəsildikdən sonra Ağaverdi Rəhimov da Bakıya qayıtmışdır.1918-ci ildə Ağaverdi Rəhimov bolşevik Hümmət Partiyasının Balaxanı şöbəsinin sədri, mart ayında Balaxanı Kənd Deputatlar Sovetinin üzvü, sanitariya komissiyasının sədri seçilmişdir. Həmin ilin yayında Bakı Kommunasının süqutundan sonra o, gizli şəraitdə işləməyə başlayaraq 1919-cu ilin dekabr ayında bolşeviklər partiyasına daxil olmuş, partiyanın Balaxanı bölməsinin sədri olmuşdur.Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ağaverdi Rəhimov Balaxanıda partiya və həmkarlar ittifaqı işində çalışmış, Balaxanı-Sabunçu Rayon Sovetinin və Bakı Sovetinin üzvü, Azərbaycan K(b)P Balaxanı Yarımrayon Komitəsinin kətibi seçilmişdir. 1921–1922-ci illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin təşkilat şöbəsinin müdiri və katibin müavini vəzifələrində çalışmışdır. Sonra isə Balaxanı-Sabunçu Rayon İcraiyyə Komitəsinin sədri, Salyan Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Zavağzal Rayon Komitəsi və Şəhər Rayon Komitəsi təşkilat şöbəsinin müdiri olmuşdur.Ağaverdi Rəhimov sonrakı illərdə Zaqatala Qəza İcraiyyə İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Ağdaş Qəza Komitəsinin katibi və Naxçıvan Vilayət Komitəsinin katibi vəzifələrində işləmişdir. O, dəfələrlə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin, eləcə də 1923-cü ildən Azərbaycan K(b)P Mərkəzi Komitəsinin üzvü seçilmişdir.Ağaverdi Rəhimov ömrünün sonlarına yaxın L. Beriya adına Bakı ət kominatı zavodunda direktor müavini işləmişdir. O, 29 avqust 1936-cı ildə vəfat etmişdir.
Baxış Rəhimli
Baxış İlqar oğlu Rəhimli (19 fevral 1996, Bala Qacar, Bərdə rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baxış Rəhimli 19 fevral 1996-cı ildə Bərdə rayonunun Bala Qacar kəndində anadan olmuşdur. 2002-ci ildə Bərdə rayon H.Xəliloğlu adına Qullar kənd tam orta məktəbinə daxil olmuş, 2004-cü ildən təhsilini Bərdə rayon Akademik Z. Əliyeva adına məktəb-liseydə davam etdirmişdir. 2013-cü ildə həmin məktəbin məzunu olan Baxış 2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olmuş, 2019-cu ildə "İktisadi və İdari Bilimler" fakültəsindən həmin universitetin məzunu olmuşdur. == Hərbi xidməti == 2019-cu ildə ali təhsilini bitirən Baxış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Baxış Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baxış Rəhimli noyabrın 9-da, saat 17:00 radələrində Şuşanın azad edilməsi zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baxış Rəhimli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Baxış Rəhimli Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Bəxtiyar Rəhimli
Bəxtiyar Nəsimi oğlu Rəhimli (18 mart 2001, Tərtər, Azərbaycan — 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəxtiyar Rəhimli 18 mart 2001-ci il tarixdə Tərtər şəhərində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səfa Qaraxanov Füzuli və Hadrutun azad edilməsində savaşıb. 5 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 7 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəxtiyar Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Camal Rəhimov
Camal Rəhimov (16 sentyabr 1987) — Azərbaycanı təmsil edən çapar. == Həyatı == Camal Rəhimov 1987-ci il sentyabrın 16-da anadan olub. Üç yaşından xaricdə — əvvəl İstanbulda, sonra isə Brüsseldə yaşayır. Azərbaycanın Baş naziri olan Həsən Həsənovun nəvəsidir. == Karyerası == Karyerası ərzində Camal Rəhimov bir sıra beynəlxalq turnirlərin qalibi oldu. Camal Rəhimov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Bununla da Camal Rəhimov Azərbaycanı Olimpiya Oyunlarında atçılıq idman növü üzrə təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Olimpiya Oyunlarından əvvəl Camal Rəhimova Fransadan qiyməti 1 milyon 970 min avro məbləğində olan Ionesco De Brecca ləqəbli at alındı. Atın ödənişi SOCAR tərəfindən edildi. Bu hadisə həmin dönəmdə Azərbaycanda birmənalı qarşılanmadı və tənqid edildi.Camal Rəhimov olimpiada da avqustun 15-də mübarizə apardı.
Cavanşir Rəhimov
Cavanşir Rəhimov (tam adı: Cavanşir İzzət oğlu Rəhimov; 5 iyun 1973, Qaşqaçay, Qax rayonu – 6 avqust 1992, Çıraqlı, Ağdərə rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir. == Şəhadəti == 6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur.
Coşqun Rəhimov
Coşqun Allahverdi oğlu Rəhimov (8 dekabr 1972, Sumqayıt) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Coşqun Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın tanınmış aktyoru Hacı adını qazanmaq üçün müqəddəs Məkkəyə yola düşüb == Aktyor kimi == Həmkarı Rafael İsgəndərov ilə birlikdə "Bu Şəhərdə" adlı komediya teatrının qurucuları hesab olunurlar.
Cəbrayıl Rəhimov
Rəhimov Cəbrayıl Məmmədrza oğlu (1892, Bakı — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Şamaxı realnı məktəbini bitirmiş (1912), Moskva Kommersiya İnstitutuna daxil olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Dadaş Rəhimov
Dadaş Bəhmən oğlu Rəhimov (20 yanvar 1932, Siyov, Zuvand rayonu – 1992, Bakı) — Azərbaycan alimi, biologiya elmləri doktoru. == Həyatı == Dadaş Bəhmən oğlu Rəhimov 20 yanvar 1932-ci ildə Azərbaycan SSR Lerik rayonunun Siyov kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Siyov kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra, Lənkəran Kənd Təsərrüfatı Texnikumuna aqronomluq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə texnikumu bitirdikdən sonra 1949-1950-ci illərin Lerik rayonunun “Qızıl Oktyabr” kolxozunda və Lənkəran rayonunun “Avrora” sovxozunda aqronom vəzifələrində işləmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə "Bioloq-zooloq" ixtisasına daxil olmuşdur. D. Rəhimov 1960-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Zoologiya İnstitutunda ixtiologiya ixtisası üzrə namizədlik aspiranturasına daxil olmuş və A. Mahmudbəyovun elmi rəhbərliyi altında 1966-cı ildə “Orta və Cənubi Xəzərin qərb sahillərində xul balıqlarının növ tərkibi, biologiyası və ehtiyatınin vəziyyəti” mövzüsunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonralar o, demək olar ki, bütövlükdə Xəzərin xul balıqlarını öyrənmiş və 1991-ci ildə “Xəzər dənizinin xul balıqları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi fəaliyyəti == Dadaş Rəhimovun uzunmuddətli tədqiqatları nəticəsində Xəzər dənizində xul balıqlarının 11 cinsinə aid olan 36 növ və yarımnövlərini müəyyən etmişdir. O, elmdə 2 növ və 7 yarımnövü ilk dəfə təsvir etmişdir. Dadaş Rəhimov 1976-1980-cı illər ərzində kefalın Azərbaycanın şirinsulu göl və gölməçələrində yetişdirilməsi məsələləri üzrə tədqiqat işləri aparmışdır.
Dizac-i Rəhimpur (Urmiya)
Dizac-i Rəhimpur (fars. ديزج رحيم پور‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 113 nəfər yaşayır (28 ailə).
Düriyyə Rəhimova
Düriyyə Rəhimova — Dağıstanın xalq artisti. == Həyatı == Düriyyə Rəhimova 1929-cu ildə martın 15-də Quba rayonunun Qımıl kəndində anadan olmuşdur. Quba Dövlət Dram Teatrında işləməyə başlamışdır. Quba Dövlət Dram Tatrı bağlandığdan sonra Dağıstan Filarmoniyasına dəvət almış və orada işləmişdir. Sonralar Ləzgi Dövlət Teatrında fəaliyyət göstərmişdir. Dərbənd Azərbaycan Dövlət Dram teatrının yaradıcılarından biridir. Onlarla yadda qalan rolları vardır. 2014-cü ilin mart ayında uzun sürən xəstəlikdən sonra 85 yaşında yaşadığı Dərbənd şəhərində vəfat etmişdir.
Elcan Rəhimli
Elcan Ədalət oğlu Rəhimli (26 avqust 1992; Alpout, Bərdə, Azərbaycan — 16 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Rəhimli 1992-ci ildə Bərdə rayonunda dünyaya gəlib. Məktəbi bitirdikdən sonra 2010–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra yenidən müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elcan Rəhimli Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 16-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Bərdədə dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elcan Rəhimli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (5. noyabr 2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Elcan Rəhimov
Elcan Rəhim oğlu Rəhimov (6 avqust 1998-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Kəpəz === Rəhimov Kəpəz akademiyası vasitəsilə inkişaf etmişdir. Rəhimov əsas komanda ilə debütünü 30 oktyabr 2016-cı ildə etmişdir. O, 80-ci dəqiqədə Zirə klubu ilə qarşılaşmada Tural Qürbətovu əvəz etmişdir. Həmin görüşdə Kəpəz Azərbaycan Premyer Liqası görüşündə Zirəyə 2-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Mart 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Azərbaycan Superkuboku görüşləri daxildir.
Elmira Rəhimova
Elmira Allahverdi qızı Rəhimova (13 avqust 1941, Bakı) – Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə (1957–59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır.
Elnur Rəhimov
Elnur Məmmədkərim oğlu Rəhimov (25 iyul 2000; Qəbələ rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Rəhimov 2000-ci il iyulun 25-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. 2006-2017-ci illərdə F. Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbinə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elnur Rəhimov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2020-ci ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elnur Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Rəhimov noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib.

Значение слова в других словарях

везу́нец преди́ко сейсмометри́ческий слепа́я усека́ть чистошерстяно́й ширококоле́йка звонкий согласный изла́мывать сарма́тский фаланги́стский фисгармо́ника чернево́й архаровец бенефис estimate incontrollable lawsuit linga pozzuolana step turn tea-rose unblotted виноватый каёмка