RƏHİMULLA
RƏHMANƏ
OBASTAN VİKİ
Həşim Rəhman
Həşim Şərif Rəhman — ABŞ-lı peşəkar boksçu. "The Rock" yəni "Qaya" mənasını verən ləqəblə də məşhurdur. Ağır çəkidə WBC, IBO & IBF üzrə titulların sahibi. Toplam 62 döyüşün 50-sini qalib, 9-unu məğlub, 2-sini isə bərabərliklə keçirib. Qalib olduğu döyüşlərin 40-ı nokautla qeydə alınıb. 2001-ci ildə Lennox Lewisi 5-ci raundda etdiyi nokaut da bu siyahıya daxildir.
Mucibur Rəhman
Şeyx Mucibur Rəhman (benq. শেখ মুজিবুর রহমান; d. 17.3.1920 — ö. 15.8.1975) — Banqladeş Respublikasının siyasi lideri və dövlətin qurucusu. Banqladeş Respublikası Müvəqqəti Hökumətin baş naziri olmuş və 1971-ci ildə Banqladeşin ilk prezidenti seçilmişdir. Xalq arasında Şeyx Mucib və ya sadəcə Mucib adlanan Mucibur Rəhman, Bangabandhu (benq. বঙ্গবন্ধু — Banqladeş xalqının dostu) adına layiq görülmüşdür. O, həmçinin Banqladeş xaqlnını atası adlanır. Onun qızı Şeyx Hasina 2009-cu ildə ölkənin baş naziri seçilmişdi. == Həyatı == Mucibur Rəhman Britaniya Hindistanının Benqal əyaləti Gopalganc rayonu Tongipara kəndində anadan olmuşdur.
Rəhman Abdullayev
Rəhman Abdullayev (şəhid) — Birinci Qarabağ müharibəsi şəhidi. Rəhman Abdullayev (tarzən) — Azərbaycanlı tarzən.
Rəhman Atakişiyev
Rəhman Atakişiyev Müseyib oğlu (1948, Cəfərli, İmişli rayonu – 2008) — coğrafiya elmlər namizədi. == Həyatı == Atakişiyev R.M. oğlu 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub. 1963-cü ildə Cəfərli orta məktəbini, 1968-ci ildə BDU-nun geoloji coğrafiya fakultəsinin geologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1968–1970-ci illərdə Rusiya Federasiyasının Başqırdıstan respublikasında mühəndis geoloq işləmişdir. 1972–1973-cü illər ərzində AMEA Geologiya İnstitutunda işləmiş, 1973–75-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1975-ci ildən hal-hazıra qədər AMEA Coğrafiya İnstitutunun paleocoğrafiya şöbəsində işləyir. 2006-cı ildə "Orta Kür çökəkliyinin Üst Pliose – Pleystosendə paleocoğrafiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. O, Dördüncü Dövrün paleocoğrafiyasını öyrənilməsi sahəsində fəaliyyət göstərir. Onun əsas elmi əsərləri Azərbaycanın, o, cümlədən Kür çökəkliyinin iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, təbii şəraitin bərpasına həsr edilmişdir. Atakişiyev R.M. "SSRİ-nin Üst Aliosen-Pleystosenin paleocoğrafiyası" atlasının müəlliflərindən biri olmuşdur.
Rəhman Baba
Əbdürrəhman Momənd (puşt. عبدالرحمان بابا) və ya Rəhman Baba (puşt. رحمان بابا; 1632, Pişəvər – 1706, Pişəvər) — Əfqanıstan puştun sufi şairi, ilahiyyatçısı. == Həyatı == Əbdürrəhman Mümənd 1632-ci ildə Pişəvərin Bahadur kəndində anadan olmuşdur. Puştu dilində yazmışdır. Momənd qəbiləsinin xanlarından olmuş, lakin gənc yaşlarından asketik həyat sürmüşdür. Əbdürrəhman Moməndin ədəbi irsi mistik lirikadır. Divanı ilk dəfə 1877-ci ildə Lahorda nəşr olunmuşdur. 343 şeirdən ibarət divanın Pişəvər, Paris, Oksford, Mançester və s. şəhərlərdə saxlanılan 25-dən artıq əlyazma nüsxəsi var.
Rəhman Bayramov
Rəhman Dilcan oğlu Bayramov (20 avqust 1993, Gəncə – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhman Bayramov 20 avqust 1993-cu ildə Gəncə şəhərində Dilcan Bayramovun ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Göygöl rayon 8 mart qəsəbə tam orta məktəbində təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Rəhman Bayramov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətinə davam etmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rəhman Bayramov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Rəhman Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəhman Bayramov 9 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Rəhman Bəşirov
Rəhman Eyvaz oğlu Bəşirov (20 mart 2002; Salyan, Azərbaycan — 1 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhman Bəşirov 2002-ci ilin mart ayında Salyan rayonunda doğulub. R.Bəşirov ailənin beş övladından biri olub. 2020-ci ilin may ayında hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəhman Bəşirov Murov döyüşlərində savaşıb. 1 oktyabr 2020-ci ildə Tap Qaraqoyunlu istiqamətində gedən döyüşlərdə şəhid olub. Salyanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəşirov Rəhman ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəhman Bəşirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəhman Bəşirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəhman Hacıyev
Rəhman Hacıyev (jurnalist)
Rəhman Hətəmov
Rəhman Süleyman oğlu Hətəmov — Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Əməkdar məşqçi", 5-ci dan qara kəmər sahibi == Həyatı == Rəhman Hətəmov 12 yanvar 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == Rəhman Hətəmov ilk təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, ikinci təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində, magistr təhsilini isə Q.S.Skovoroda adına Xarkov Milli Pedaqoji Universitetində alıb. == Karyerası == 10 yaşından karate idman növü ilə məşğul olan Rəhman Hətəmov həm idmançı, həm də məşqçi kimi böyük uğurlara imza atmışdır. İlk məşqçisi doğma qardaşı Əhməd Hətəmov olan Rəhman idmançı kimi karyerasına 1992-ci ildən başlamışdır. 1993-cü ildə karate üzrə gənclər arasında dünya çempionu olmuş və bununla bu yaş kateqoriyasında (18 yaşadək) müstəqil Azərbaycanın idman tarixinə ilk dünya çempionu kimi düşmüşdür. 1997-ci ildə keçirilən Dünya çempionatında həm şəxsi mütləq çəki dərəcəsində, həm də komanda yarışlarında qızıl medal qazanmışdır. 2001-ci ildə Avropa çempionatında həm şəxsi mütləq çəkidə, həmdə komanda tərkibində qızıl medal qazanıb. Zədə aldığı üçün 2001-ci ildə 26 yaşında idmançı karyerasını bitirdi. 2007-ci ildə yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi, 2008-ci ildə isə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi olmuşdur. 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında milli komanda 4 qızıl (Firdovsi Fərzəliyev, Rəfael Ağayev, İrina Zaretska, Ayxan Mamayev) və 2 bürünc medal (İlahə Qasımova, Niyazi Əliyev) qazandı.2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatında komandanın qalibiyyəti haqqında Rəhman Hətəmov qeyd etmişdir: “Çempionat nəticəsində əldə etdiyimiz nailiyyətlər - 2 qızıl və 1 bürünc medal göstərdi ki, Azərbaycan karatesi Avropada ən güclü karate məktəblərindəndir.
Rəhman Musayev
Musayev Rəhman Elxan oğlu (7 fevral 1997; Qırılı Ağstafa rayonu — 14 avqust 2017; Murovdağ Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik çavuşu, Şəhid == Həyatı == Musayev Rəhman Elxan oğlu 1997-ci il 7 fevral tarixində Ağstafa rayonu Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. 2002–2013-cü illərdə Qırılı kəndi Sirac Əliyev adına tam orta məktəbdə təhsil almışdır. 2015-ci ilin Yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən imzalanmış qərara əsasən hərbi xidmətə yollanmış 2016-cı ildə isə könüllü Azərbaycan Sülhməramlı Qüvvələri-nin tərkibinə qatılaraq Əfqanıstanda xidmətini davam etdirmişdir. 2017-ci ilin Fevral ayında yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qayıdaraq "Müddətdən Artıq Hərbi Qulluqçu" kimi top komandiri vəzifəsində çalışmağa başlamışdır. Elə həmin il avqustun 14-də iş vaxtı Murovdağ istiqamətində baş vermiş qəzada şəhid olmuşdur.
Rəhman Mustafayev
Rəhman Mustafayev (polkovnik) — polkovnik Rəhman Mustafayev (diplomat) — Azərbaycan diplomatı.
Rəhman Məmmədov
Rəhman Məmmədov (nazir) — dövlət xadimi. Rəhman Məmmədov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Rəhman Orxan
Rəhman Orxan — SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Osman Mirzəyev adına Respublika mükafatı laureatı. == Həyatı == Rəhman Orxan 1950-ci il iyulun 24-də Şəki rayonunun Qayabaşı kəndində fəhlə ailəsində anadan olub. 1967-ci ildə Qayabaşı kənd orta məktəbini, 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib, 1982-83-cü illərdə Azərbaycan Marksizm-Leninizm Universitetində jurnalist ixtisasına yiyələnib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 1967-ci ildə akademik Y.Məmmədəliyev adına Azər­baycan Elmi-Tədqiqat Neft və Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Polimer Materialları İnstitutunda) laborant kimi başlayıb. 1971-1979-cu illərdə Azərbaycan Boru-prokat zavodunun Layihə şöbəsində, sonra isə prokat sexində mühəndis-konstruktor işləyib. 1979-cu ilin dekabrında həmin zavodda nəşr olunan «Metallurq» qəzetində çalışıb, 1981-ci ilin yanvarından isə «Vışka» qəzetinə müxbir vəzifəsinə işə dəvət olunub. 1983-cü ilin mayından 1992-ci ilin iyuluna qədər «Vışka» qəzetinin Sumqayıt-Quba, Naxçıvan-Dağlıq Qarabağ zonaları üzrə xüsusi müxbiri işləyib. Ölkə sənayesinin və iqtisadiyyatının, həmçinin Sumqayıtın metallurgiya, kimya və maşınqayırma sənayesinin inkişafına, şəhərin sosial-iqtisadi problemlərinə dair bir sıra məqalələrlə respublika qəzetlərində çıxış edib. 1979-cu ildən başlayaraq hazırladığı oçerk, reportaj, məqalə və publisistik yazılar ölkə mətbuatında dərc edilib, həmçinin keçmiş SSRİ-nin Xəbərlər Mətbuat Agentliyi (XMA) və AzərTAC vasitəsilə yayılaraq, dünyanın bir sıra mətbuat orqanlarında, eləcə də Türkiyənin «Zaman» qəzetində çap olunub. 1992-ci ilin iyul ayından 2001-ci ilədək missiyası erməni təbliğatına qarşı ideoloji mübarizə aparmaq olan, Azərbaycanın məşhur ictimai-siyasi xadimi, keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakovun və Kosmik uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimovun fəxri redkollegiya üzvləri olduğu, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Baltikyanı ölkələrdə, həmçinin İsrail və Bolqarıstanda, qismən isə ABŞ, Kanada və Monqolustanda da yayılan Beynəlxalq ictimai-siyasi «Bakinets» qəzetinin təsisçisi və baş redaktoru olub.
Rəhman Quliyev
Rəhman Quliyev — «Əməkdar mədəniyyət işçisi», Azərbaycan Dövlət Kukla Teatrının keçmiş direktoru. == Həyatı == Rəhman Ağarəhim oğlu Quliyev 26 iyul 1954-cü ildə Bakıda doğulub. 1974-1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. == Fəaliyyəti == 1978-1981-ci illərdə Azərbaycan Özfəaliyyət Yaradıcılığı Evində zəhmətkeşlərin istirahətinin təşkili şöbəsinin müdiri, 1981-1984-cü illərdə Bakı şəhəri Mədəniyyət İşçiləri Evinin direktoru, 1984-1989-cu illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının direktor müavini, 1989-cu ildən isə direktor vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 may 2006-cı il tarixli sərəncamına əsasən, «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb. O, 2010-cu il aprelin 7-də axşam saatlarında elə iş yerində dünyasını dəyişib.
Rəhman Qurbanov
Qurbanov Rəhman Əlisgəndər oğlu (1946, Bakı) — neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə sabiq vitse-prezident (2010-2016), "Azərbaycan Respublikası əməkdar mühəndisi", "Şöhrət" ordeni laureatı, Yeni Azərbaycan Partiyasının üzvü. == Həyatı == Qurbanov Rəhman Əlisgəndər oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili və karyerası == 1968-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. 1968-1986 illərdə “Xəzərdənizneft” Birliyinin Serebrovski adına (indiki “Qum adası”) neft və qazçıxarma idarəsində müxtəlif vəzifələrdə (usta, şöbə rəisi, sex rəisi, baş mühəndis) işləmişdir. 1986-1994-cü illərdə “Xəzərdənizneftqazsənaye” İB-nin “Qum adası” neft və qazçıxarma idarəsinin rəisi, 1994-2003-cu illər ərzində ARDNŞ-nin “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin baş direktoru, 2006-2010-cu illərdə ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini, Neft və qaz İdarəsinin rəisi, 2010-2016-cı illərdə isə SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti vəzifələrində çalışmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur. Texnika elmləri namizədidir. 6 monoqrafiya, onlarla elmi məqalə, patent və ixtiranın müəllifidir. 1986-cı ildə “Xalqlar dostluğu” ordeni ilə təltif edilmiş, 1988-ci ildə “Azərbaycan neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülmüşdür. Müstəqillik illərində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Respublikası əməkdar mühəndisi” adına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Rəhman Rasimoğlu
Ələsgərov Rəhman Rasim oğlu (Rəhman Rasimoğlu) — azərbaycanlı zurna və balaban ifaçısı, Əməkdar mədəniyyət işçisi. == Həyatı == Rəhman Rasimoğlu 4 may 1971-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində anadan olub. Tanınmış qara zurna, balaban ifacısı, əməkdar mədəniyyət işcisi Rasim Ələsgərovun oğludur. Azərbaycanın xalq musiqi alətlərində — qara zurnada, balabanda, tütəkdə, sazda, qoşanağarada, nağarada, çubuq nağarasında və davulda musiqi ifa edir. 1981-ci ildən atası və müəllimi Rasim Ələsgərovun yaratdığı "Şirvan" folklor ansamblının (1977) üzvü kimi dövlət tədbirlərində, konsertlərdə, eləcə də xarici ölkələrdə - Rusiyada, İranda, Türkiyədə, Rumıniyada, İsveçrədə, Fransada və s. Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edir. "Şirvan" folklor ansamblıyla yanaşı, 2003-2008-ci illərdə əməkdar artist, nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunda solo qara zurna-balaban ifacısı olub. "Natiq" ritm qrupuyla Tayvanda, Rusiyada qastrollarla yanaşı, Azərbaycanda bir cox dövlət tədbirlərində çıxışlar edib. Bundan başqa Olimpiya komplekslərinin və 2012-ci ildə Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin açılışında çıxış edib. 2014-cü ildə Rasim Ələsgərovun 25 nəfər yetirmələrindən ibarət "Rasimlər" folklor qrupunu yaradıb.
Rəhman Rəhmanov
Rəhman Rəhmanov (tam adı: Rəhman Tofiq oğlu Rəhmanov; 29 aprel 1957, Bakı) — Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Rəhman Tofiq oğlu Rəhmanov 29 aprel 1957-ci ildə Bakı şəhərində anadan olub. 8 saylı musiqi məktəbində oxuyub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakultəsində təhsil alıb. Televiziyanın yumor verilişdərindən tamaşaçılara yaxşı tanış olan Rəhman Tofiq oğlu Rəhmanov 1974-cü ildən bu günə qədər öz həyatını Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. Rəhman Rəhmanov koloritli, duzlu və məzəli aktyordur. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olub. Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Şah, Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» mono tamaşanıda bütün rolları ifa edib. Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak etmiş və «Qızıl Dərviş» mükafatı laureatı olmuşdur. Aparıcı səhnə ustasıdır.
Rəhman Surəsi
55-ci surə
Rəhman Səfərəliyev
Rəhman Səfərəliyev — Azərbaycan həkimi, tibb elmləri doktoru, professor. == Həyatı == Rəhman Salah oğlu Səfərəliyev 3 iyun 1935-ci ildə Laçın rayonunun Minkənd kəndində mühəndis ailəsində anadan olub. Kiçik yaşlarındaikən Minkənd orta məktəbində təhsil almışdır. Sonradan Bakı şəhəri Balaxanı kənd orta məktəbində təhsilini davam etdirmiş, 1951-ci ildə həmin məktəbi "qızıl medalla" bitirmiş və 1951-ci ildə Azərbayacan Tibb İnstitunun Müalicə profilaktikası fakultəsinə daxil olmuşdur. 1958-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən R.Səfərəliyev 1960-cı ildə aspiranturaya qəbul olur və Moskva şəhərinə göndərilmişdi. 1962-ci ildə aspiranturanı bitirmiş, 1963-cü ildə müdafiə edərək tibb elmləri alimlik dərəcəsi almışdır. 1992-cı ildə Bakı şəhərində doktorluq işini müvəffəüiyyətlə müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1963-cü ildən başlayaraq əvvəlcə parazitologiya institutunda -klinik şöbədə həkim, -baş elmi işçi, sonralar Epidemologiya, gigiyena və peşə xəstəlikləri Elmi Tətqiqat institutunda 1996-cı ilədək mədə-bağırsaq Protozooları laborotoriyasının şöbə müdiri və sonralar professoru vəzifəsində çalışmışdır. Rəhman Səfərəliyev tibb elmləri doktoru, professordur. 125-ə qədər elmi işin müəllifidir.
Rəhman Xəlilov
Rəhman Xəlilov (13 sentyabr 1977, Bakı) – Rusiya və Azərbaycanlı iş adamı və xeyriyyəçisidir. 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan milli komandasının bayraqdarı olmuşdur. Azərbaycanın Qış İdman Növləri Federasiyasının prezidentidir (2013-2015). == Bioqrafiya == 1977-ci il sentyabr ayının 13-də Bakı şəhərində anadan olmuş və Moskva şəhərində böyümüşdür. 1998-ci ildə Cenevrədə (İsveçrə) Avropa Universitetini bitirmişdir. 2001-ci ildə isə Cenevrə Beynəlxalq Universitetinin “Beynəlxalq Biznes” fakültəsini bitirərək diplom almışdır. == Karyera == 1997-2007-ci illərdə “Lukoil PSC”-nin strukturuna daxil olan Lukoil-Türkiyə və Litasko S.A (İsveçrə) şirkətlərində müxtəlif vəzifələrdə, həmçinin RIROIL (İsveçrə) neft ticarət şirkətinin rəhbəri vəzifəsində çalışmışdır. 2008-ci ildə neft və neft məhsullarının daşınması üzrə iri biznes olan REILGO (əvvəllər ISR Trans brendi altında) şirkətini təsis etmişdir. Şirkət dəmir yolu və su nəqliyyatı ilə xam neftin, mayeləşdirilmiş karbohidrogen qazlarının, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətləri sahəsində ixtisaslaşıb. Xəlilovun rəhbərliyi ilə şirkət yükdaşımalar bazarında liderlər sırasına daxil olaraq, Rusiyada ən böyük vaqon-sistern sahiblərindən birinə çevrilmişdir (3-cü yer).
Rəhman İsmayılov
Rəhman İsmayılov (əsgər)
Rəhman Şirinov
Şirinov Rəhman İsa oğlu (3 yanvar 1973, Yenikənd, Gədəbəy rayonu – 17 dekabr 1992) — Azərbaycanlı şəhid. == Həyatı == Rəhman Şirinov 1973-cü il yanvar ayının 3-də Yenikənd kəndində doğulub boya-başa çatmışdı. 1990-cı ildə keçmiş Sovet silahlı qüvvələrində xidmətə yollandı. 1992-ci il noyabrın 17-də düşmən tərəfindən başlanan ağır döyüşlərin birində R.Şirinov qəhrəmancasına həlak oldu. == Hərbi xidməti == 1990-cı ildə keçmiş Sovet silahlı qüvvələrində xidmətə yollandı. Ağır əməliyyatların birində daha çox fərqləndiyini nəzərə alan komandiri ona çavuş rütbəsi verildi. 1992-ci il noyabrın 17-də düşmən tərəfindən başlanan ağır döyüşlərin birində R.Şirinov qəhrəmancasına həlak oldu. Onu Gədəbəy rayonunun “Şəhidlər xiyabanı”nda dəfn etdilər. == İrsi == Gədəbəy rayonunun “Şəhidlər xiyabanı”nda Rəhman Şirinovu dəfn etdilər. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Rəhman Əjdərov
Rəhman Rasim oğlu Əjdərov (14 may 1997; Babək rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhman Əjdərov 1997-ci il mayın 14-də Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Rəhman Əjdərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəhman Əjdərov noyabrın 9-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhman Əjdərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəhman Əlizadə
Əlizadə Rəhman Balarza oğlu — Azərbaycan teatr dramaturq — rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sabiq baş rejissoru == Həyatı == Rəhman Əlizadə 19 dekabr 1947-ci ildə Bakıda doğulub. 237 saylı orta məktəbdə oxuyub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib (1972). 1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına mədəniyyət evində bədii rəhbər işləyib. 1983-cü ildən 1993-cü ilədək Mərdəkan Xalq teatrının rejissoru olub. İşlədiyi müddət ərzində "Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəlişah" (M.F.Axundov), "Ölülər" (C.Məmmədquluzadə), "Jorj Danden", "Zorən Nigah" (J.B.Molyer), "Əvvəlinci şərabçı" (L.Tolstoy), "Pəri Cadu" (Ə.Haqverdiyev) və s. tamaşalar hazırlayıb. "Bacıoğlunun nağılı" (hekayə, "Ulduz", 1979) "Yazı masası haqqında" (hekayə, "Azərbaycan", 1979) "Əncir qurusu" (povest, "Azərbaycan", 1981) "Diqqət! Başlayıram" (pyes, "Qobustan", 1980) Tamaşaya hazırlanmış ilk pyesləri: "Kəndimizin narları" pyes (Şəki Dövlət Dram Teatrı, 1980) "Doğmalar" pyes (Gəncə Dövlət Dram Teatrı, 1981) "Dadaşbala əməliyyatı" pyes (Dövlət Gənclər teatrı, 1986) "Sabah çoxdan başlanıb" pyes (Gənc Tamaşaçılar teatrı, 1988) "Laləli düzən" pyes (Dövlət Gənclər teatrı, 1991-ci il) 1993-cü ildən 2006-cı ilədək Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə dramaturq tək özünün qələmə aldığı "Sindibadın xoşbəxtlik adasına səyahəti", "Tıq-tıq xanım", "Bilqamıs əfsanəsi", "Keçəlin toyu", "Dəli Domrul", "Damdabaca", "Maymaq", "Eramızdan milyon il əvvəl", "Ay dəli", "Ələkbər əmi gülüş planetində", "Dəcəl çəpişlər, belə-belə işlər" pyeslərinə quruluş verməklə "Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" (Aleksandr Puşkin), "Göyçək Fatma" (K.Ağayeva) və s.
Rəhman Əsədullahi
Rəhman Süleyman oğlu Əsədullahi (20 mart 1951, Tehran) — Azərbaycan əsilli İranlı musiqiçi, bəstəkar, qarmon ifaçısı. Babası Əbdürrəhim bəy qarmon ifaçısı olub. Qarmonda ilk çalmağı anasından öyrənib. İlk musiqi təhsilini isə Tehran şəhərində tanınmış qarmon ifaçısı, əslən azərbaycanlı olan Əli Əkbər əfəndidən alıb. İran İslam İnqilabına qədər İranda çoxsaylı konsertlər verib. 1986-cı ildə İranı tərk etməyə məcbur qalıb və Almaniyaya mühacirət edib. 1995-ci ildə İsveçrədə keçirilən akkordeon və qarmon ifaçılarının müsabiqəsində birincilik qazanıb. == Bioqrafiyası == === Erkən illəri və gəncliyi === 1946-cı ilin noyabr ayında Seyid Cəfər Pişəvərinin qurduğu Azərbaycan Demokrat Firqəsi süqut etdikdən sonra Məhəmməd Rza Pəhləvi tərəfindən azadlıq mübarizələrində iştirak edənlərə qarşı divan tutulur və bu səbəbdən Təbriz şəhərindən Tehran şəhərinə böyük köçlər başlayır. Köçənlər arasında Rəhmanın atası Süleymanla anası Məsturə xanım da olur. 20 mart 1951-ci ilin Novruz bayramında Tehranda, Rəhman dünyaya gəlir.
Aza Rəhmanova
Aza Həsən qızı Rəhmanova (rus. Аза Гасановна Рахманова; 17 sentyabr 1932, Bakı – 18 noyabr 2015, Sankt-Peterburq) — Azərbaycan əsilli sovet və Rusiya həkim-infeksionisti, HİV-infeksiya və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri (1986–2001), Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti (1984-cü ildən ömrünün sonunadək), tibb elmləri doktoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi (1998).O, Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi."QİÇS. Seks. Sağlamlıq" (rus. СПИД. Секс. Здоровье) jurnalının təsisçisi və baş redaktoru, "HİV infeksiya və immunosupressiyalar" (rus. ВИЧ-инфекция и иммуносупрессии) jurnalının isə baş redaktorunun müavini olub.11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqaləsinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir.Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub. Onun tələbələri dünyanın müxtəlif ölkələrində çalışırlar. == Həyatı == === Erkən illəri === Aza Rəhmanova 17 sentyabr 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Həsən Paşa oğlu Rəhmanov Azərbaycan atıcı diviziyasının komissarı, sonralar Xəzər gəmiçiliyinin siyasi şöbəsinin rəisi, Azərbaycan SSR-nin mədəniyyət üzrə xalq komissarı, Azərbaycan Kommunist Partiyasının Naxçıvan vilayət komitəsinin birinci katibi kimi vəzifələrdə çalışmışdır. O, 1937-ci ildə həbs olunaraq repressiya olunmuş və 3 il sonra həbsxanada vəfat etmişdir.
Bağ Sib Rəhman Qüreyşi (Piranşəhr)
Bağ Sib Rəhman Qüreyşi (fars. باغ سيب رحمان قريشي‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Celi Əbdül-Rəhman
Celi Əbdül-Rəhman (ərəb. جيلي عبد الرحمن‎‎) (1931 - 24 avqust 1990) — XX əsrin ikinci yarısında Sudanın aparıcı şairlərindən biri olmuşdur. O, Şimali Sudanda Nil çayının adalarından olan kiçik Say adasında dünyaya gəlmişdir. Onun atası 1920-ci illərdə Misirə köçmüş və Misirin Əş-Şərqiyyə bölgəsindəki Kral sarayında qapıçı işləmişdir. Celi isə, Misirə iki yaşı olanda anası ilə birlikdə gəlmişdir. Ailələri böyük idi, üç bacısı və üç qardaşı var idi. O, şeir yazmağa 7 yaşından başlamışdır. 9 yaşı olanda isə o, bütün Quranı əzbərləmiş və buna görə kral mükafatı ilə təltif olunmuşdur. Celi ibtidai və orta təhsilini Qahirədə, Əl-Əzhər məktəbində tamamlamışdır. Əl-Əzhərdəki həyatı Celinin əsarət, zülm və sosial ədalətsizlik haqqındakı ideyalarını formalaşdırdı.
Fazil Rəhmanzadə
Fazil Rəhmanzadə (tam adı: Fazil Şamil oğlu Rəhmzandə; 9 fevral 1942, Bakı) — Azərbaycanın yazıçı-publisisti. Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi == Həyatı == Rəhmanzadə Fazil Şamil oğlu 9 fevral 1942-ci ildə Bakıda doğulub.1949-cu ildə Orta məktəbin birinci sinfinə daxil olmuşdur.1959-cu ildə Orta məktəbi bitirmişdir həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur(1959–1964). Mətbuata ilk gəlişi "Azərbaycan bədən tərbiyəçisi"qəzetinə korrektor bir müddətlik fasilədən sonra isə müxbir kimi çalışmışdır. Bir müddət isə "Ədəbiyyat və incəsənət"qəzetində işləyib.1961-ci ildə tanınmış jurnalist Şamil Şahməmmədovun dəvət ilə "Bakı" qəzeti ilə əməkdaşlıq edir. Əsasən idman mövzularında yazan F. Rəhmanzadə mədəniyyət sahəsində yazmağa qərar verir və "Bakı" qəzetinə "Bir saat bəstəkarın yanında" adlı yazı təqdim edir. Görkəmli bəstəkar Fikrət Əmirovdan bəhs edən bu yazı ilə "Bakı" qəzetinin yaradıcısı və baş redaktoru Nəsir İmanquliyevi təəccübləndirə bilmişdir həm idman, həm də mədəniyyətdən yazan gənc müxbiri Nəsir İmanquliyev "Bakı" qəzetinə işə dəvət edir. İlk öncə Fazil Rəhmanzadə "Bakı" qəzetində kiçik ədəbi işçi çalışır, daha sonra şöbə müdirinin müavini olur və 1967-ci ildə "Bakı" qəzetində ədəbiyyat, incəsənət və mədəniyyət şöbəsinin müdiri vəzifəsinə təyin olunur. Fazil Rəhmanzadə uzun illər bu vəzifədə çalışır. O, bu dövrdə mətbuatda yaradıcılıq fəaliyyəti zamanı əsasən özünə məxsus "Jurnalistin cib dəftərindən" rublikası altından müxtəlif səciyəli , marağlı və dəyərli qeydlər toplusu ilə oxucuların diqqəti cəlb etmişdir. Məhz həmin səpkili yazıları ona böyük şöhrət qazandırmışdır.
Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Gülüş fenomeni. Sabit Rəhman — rejissor Sənan Sultanovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli yazıçı, Azərbaycanın əməkdar incəsənət xadimi Sabit Rəhmanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Nişanlı qız", "Ulduz", "Hicran" tamaşalarının, "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?", "Ulduz" filmlərinin kadrlarından istifadə edilmişdir.
Hüseyn Rəhmanov
Hüseyn Əlipaşa oğlu Rəhmanov (dekabr 1902, Bakı – 21 aprel 1938, Moskva) — Azərbaycanın siyasi və dövlət xadimi. == Həyatı == H. Rəhmanov 1902-ci ilin dekabrında Bakıda dənizçi ailəsində anadan olmuşdur. O, ilk təhsilini rus-tatar (Azərbaycan) məktəbində almış, 1918-ci ildə isə I Bakı kişi gimnaziyasında oxumuşdur. H. Rəhmanov əmək fəaliyyətinə 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyində kuryer kimi başlamışdır. 1920-ci ildə bir neçə ay Bakı soveti yanında rayon ərzaq komitəsinin evlər idarəsinin təşkilində çalışan H. Rəhmanov könüllü olaraq ordu sıralarına gedir. Sonra o, əsgərlikdən hərbi məktəbə oxumağa göndərilir. H. Rəhmanov 1920–1921-ci illərdə Azərbaycan hərbi məktəbinin kursantı olmuşdur. O, kursant olmasına baxmayaraq, Azərbaycanda antisovet qüvvələrə qarşı mübarizədə iştirak etmişdir. 1921–1924-cü illərdə o, Maştağa və Şəhər rayon komsomol komitələrinin təşkilat şöbəsinin müdiri, Balaxanı-Sabunçu rayon komsomol komitəsinin katibi, Bakı şəhər komsomol komitəsinin təbliğat-təşviqat şöbəsi müdirinin müavini işləmişdir Həsən Rəhmanovun qardaşı, Aza Rəhmanovanın əmisidir. == Siyasi fəaliyyəti == 1924–1926-cı illərdə H. Rəhmanov Azərbaycan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
Həsən Rəhmanov
Həsən Əlipaşa oğlu Rəhmanov (dekabr 1900, Bakı – 1 oktyabr 1940, Azərbaycan SSR) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1936-1937). == Həyatı == Hüseyn Rəhmanovun qardaşı, Aza Rəhmanovanın atasıdır.
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov (film, 2014)
Kadrlarda yaşanan ömür. Tələt Rəhmanov — rejissor Sənan Sultanovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə aktyor, film direktoru Tələt Rəhmanovun xatirəsinə həsr olunur.
Maral Rəhmanzadə
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916, Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965). == Həyatı == Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. == Yaradıcılığı == 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
Qoşaqışlaq-i Mansur və Rəhman (Biləsuvar)
Qoşaqışlaq-i Mansur və Rəhman (fars. قوشاقشلاق منصورورحمان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (23 ailə).
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (Pərsabad)
Qışlaqəmirxanlı-i Pul-i Rəhman (fars. قشلاق اميرخانلوپل رحمان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 123 nəfər yaşayır (31 ailə).
Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı – 2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991). == Həyat yolu == 1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur. 1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı. 1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir. 1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi. 1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.
Rəhman Hacıyev (futbolçu)
Rəhman Xudayət oğlu Hacıyev — azərbaycanlı futbolçu. Hazırda Neftçi klubunda 17 nömrə ilə çıxış edir.
Rəhman Mustafayev (diplomat)
Rəhman Sahib oğlu Mustafayev (26 sentyabr 1963, Bakı) — azərbaycanlı diplomat. Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub.1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışdır.1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur.1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub.2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub. 2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.İngilis, fransız, rus və ərəb dillərini bilir. == Diplomatik fəaliyyəti == Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdır. Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri (23 iyun 2017—17 oktyabr 2022). Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri.

Digər lüğətlərdə

зала́мывать переприви́вка пе́рстный простира́ться исторга́ть парадокса́льный подра́нить уряжа́ть чем да́льше, тем... капь корега ante omnia bowdlerize gauge-door Iceland spar killed matter socker thrust-bearing underrun vanessa Yorkshire pudding бильярдный наружность отсучивать социологический