RƏHMƏT

is. [ ər. ] klas.
1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət.
2. məc. Nemət, bərəkət mənasında.
Alqış sənə, ey zəhmət; Dünyaya saçan rəhmət; Sənsən bu əməklərlə. A.Şaiq.

3. məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış.
4. Müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması.
□ …rəhmət! – Allah … günahından keçsin! Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana. Füzuli.

◊ Rəhmət demək (oxumaq) – yaxşılıqla anmaq, yaxşılığına danışmaq.
Düşmən düşmənə rəhmət oxumaz ki… – Sanma varis mənə rəhmət oxuyub heyf çəkər. M.Ə.Sabir.
[Mirzə Heydər:] Cəmi-aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev.
[Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov.

Rəhmət etmək – bax rəhmətə getmək.
Rəhmətə getmək – ölmək.
Vaxt yetişdi, anası … rəhmətə getdi; Bu həsrətin ağrısını duydu Əmirxan. S.Vurğun.

Allah rəhmət eləsin! – təsəlli və təziyə ifadəsi.
Yazıq Molla Tanrıqulu, Allah sənə rəhmət eləsin! C.Məmmədquluzadə.
[Molla Əkbər:] Bu tarçı … Əsəd deyildi… Tanrıçı Əsəd idi… Yaxşı adam idi.
Allah rəhmət eləsin… B.Talıblı.

Allah(ın) rəhmətinə getmək – bax rəhmətə getmək.
[Səkinə xanım:] Qardaşım Allahın rəhmətinə getdi. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏHMƏT bolluq — nemət
RƏHMDİLLİK
RƏHMƏTLİK
OBASTAN VİKİ
Rəhmət (Əbyəlil)
Rəhmət kəndi (başq. Рәхмәт) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayın kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Rəhmət kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 79 km., kənd sovetliyindən (Bayın): 12 km. ən yaxın dəmiryol stansiyasından (Taşbulat): 12 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Rəhmət Abad (Zərənd)
Rəhmət Abad ( Zərənd) (Farsca: رحمت‌آباد (زرندیه)‎) — İran İslam Respublikasının Mərkəzi ostanında bir kəndır.
Çaudhri Rəhmət Əli
Çaudhri Rəhmət Əli (urdu چودھری رحمت علی;16 noyabr 1897, Balaçaur[d] – 3 fevral 1951, Kembric) — Pakistan dövlətinin yaradılmasının ən erkən tərəfdarlarından biri olan Pakistan millətçisi idi.Pakistan Hərəkatının yaradıcısı kimi tanınır. Rəhmət Əlinin seminal töhfəsi 1933-cü ildə Kembric Universitetində bir hüquq tələbəsi olarkən "İndi ya da heç vaxt; Həmişəlik yaşayacağıq ya da məhv olmalıyıq?" Adlı bir kitab şəklində "Pakistan Bəyannaməsi" olaraq da tanınmışdır. Kitabça Londonda Üçüncü Dəyirmi Masa Konfransı üçün İngilis və Hindistan nümayəndələrinə gizli məktub olaraq göndərmişdi. Məktubların ona aid olduğu bilinəndən sonra o, işdən azad edildi. Lakin 1940-cı ilə qədər subkontinental müsəlman siyasəti qəbul etmək üçün toplandı və dərhal Hindistanın Mətbuatda "Pakistan qətnaməsi" adlandırılan Bütün Hindistan Müsəlman Lahor Lahor Qətnaməsinə səbəb oldu.
Hafiz Rəhmət xan Bəriç
Kuta Baba Hafız Rəhmət xan ibn Şah Aləm bin Mahmud xan Bəriç (d.1708 - ö. 1774) — Hindistanda hökm sürən kiçik Rohilla əfqan dövlətinin nəvvabı. == Həyatı == 1708-ci ildə doğuldu; atası, Qərbi Pakistanın Pişin bölgəsindəki Şurabəkdən Çeç Həzarəyə köç edən Əfqan Bəriç tayfasının rəisi Şah Aləm xandır. Şah Aləm xan, əski qulamlarından Davud xanın Hindistanın Kətir (indiki Rohilkənd) bölgəsində özlərinə xidmət etdiyi racə və zəmindarlar nəzdində nüfuz qazanıb yavaş yavaş yəni bir prənslik oluşturması üzərinə onun bu başarısına ortaq olmağı umarak Kətəhirə yönəldi; ancak Davud xanı qısqanması üzündən aralarında çıxan ixtilaf sonucu öldürüldü. Çox keçmədən Davud xanın da öldürülməsi üzərinə yərinə cəsur bir əsgər olan övladlığı Əli Məhəmməd xan keçdi və ona dəvrin Baburlu hökmdarı tərəfindən “nəvvab” ünvanı verildi. Əli Məhəmməd xandan cəsarət alan bölgədəki Əfqan əşirətləri (Rohillalar) Barəilly bölgəsində talana başladılar. Şikayətlər üzərinə Baburlu hökmdarı Nasırəddin Məhəmməd şah (1719-1748) onları cəzalandırmaq üçün hərəkətə keçdi. Ancaq Rohillalar Baburlulara qarşı umulmadıq bir zəfər qazandılar və daha fazla yer ələ keçirmək üçün cəsarətləndilər. Əskidən bəri yayılma siyasəti takib edən Əvəd nəvvabı Səfdər Cəng şiə olduğundan sünni Rohillalardan xoşlanmırdı. Bundan dolayı Baburlu hökmdarını Əli Məhəmmədə qarşı kışkırttı və düzənlənən səfər sonunda Əli Məhəmməd əsir alınıb Dehliyə götürüldü.
Aşıq Qurban Rəhməti
Aşıq Qurban Rəhməti (1970, Takab, Qərbi Azərbaycan ostanı – 8 dekabr 2017, Takab, Qərbi Azərbaycan ostanı) — Cənubi Azərbaycanlı tanınmış aşıq. == Həyatı == Aşıq Qurban Rəhməti 1970-ci ildə Cənubi Azərbaycanın Tikantəpə məntəqəsində anadan olmuşdur. İqtisadi çətinliklərə görə ailəsi ilə birlikdə sonralar Tehran şəhərinə köçmüşdür. == Yaradıcılığı == Aşıq Qurban Rəhməti qədim dövrlərdən Azərbaycan ədəbiyyatında mövcud olan bir çox dastanları əzbər bilməklə yanaşı, həm də özünün müəllifi olduğu xeyli şerləri vardır. Cənubi Azərbaycanda və ümumilikdə İranda çox tanınan Aşıq Qurban Rəhməti 2016-cı ildə Novruz bayramı şənliklərində Dünya Mədəniyyət Mirasları Siyahısında qeydiyyata alınmış Təxt-i Süleyman (Sorğulu) Kompleksində keçirilən mərasimə dəvət olunan aşıqlar arasında olmuşdur. == Ölümü == 2017-ci ilin dekabr ayının 8-də infarkt nəticəsində vəfat etmişdir.
Mehdi Rəhməti
Mehdi Rəhməti (fars. سید مهدی رحمتی‎; 2 fevral 1983, 3 fevral 1983 və ya 3 fevral 1981, Təbriz) — İran futbolçusu. == Həyatı == Mehdi Rəhməti 1983-cü ildə İranın Tehran şəhərində anadan olub. Rəhməti əslən Üskülüdür.
Mirzə Məhəmmədəli xan Rəhmətabadi
Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Rəhmətabadi (?-?)—Məşrutə hərəkatının fəal üzvü, İranın ictimai xadimi. == Həyatı == Mirzə Məhəmmədəli xan Hacı Mirzə Fətəli oğlu Gilan ostanının Rəhmətabad şəhərində anadan olmuşdu. Məşhur Səmia tayfası tayfasındandır. Mülkədar idi. Əyalətin müxtəlif yerlərində mülkləri vardı. Mirzə Məhəmmədəli xan Məşrutə inqilabı dövründə Rəştdən İran Milli Məclisinə vəkil seçilmişdi. O, vəkilliyini namizəd verərkən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Parlaman vəkilliyinə namizədlər: Ağayi [Seyid Həsən] Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah mirzə, Muxtarüddövlə, Doktor Vəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri. Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar – hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir. Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər". Mirzə Məhəmmədəli xan Rəhmətabadi sonadək mübarizəni davam etdirdi.
Rəhmətabad (Bicar)
Rəhmətabad (fars. رحمت آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 140 nəfər yaşayır (29 ailə). Əhalisini kürdlər təşkil edir.
Rəhmətabad (Xudabəndə)
Rəhmətabad (fars. رحمت اباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (48 ailə).
Rəhməti Təbrizi
Rəhməti Təbrizi (?-1616) — Azərbaycan şairi. == Həyatı == Təx­mi­nən XVI əs­rin or­ta­la­rın­da Təb­riz­də dün­ya­ya gəl­miş, Hin­dis­ta­na sə­fər edə­rək 1616-cı il­də ora­da və­fat et­miş Rəh­mə­ti Təb­ri­zi­dir. Təz­ki­rə­çi Tə­qi Əv­hə­di "Ərə­fa­tül-aşi­qin və ərə­sa­tül-ari­fin" ad­lı təz­ki­rə­sin­də onun Hin­dis­tan sə­fə­rin­dən əv­vəl (1605-ci il­dən ön­cə) 7-8 min beyt­lik di­va­nı­nı gör­dü­yü­nü qeyd et­sə də, şai­rin AMEA M.Fü­zu­li adı­na Əl­yaz­ma­lar İnsti­tu­tun­da sax­la­nı­lan şeir­lə­ri 2050 beyt həc­min­də­dir. Bu şeir­lə­rin ək­sə­riy­yə­ti fars­ca­dır, cə­mi 25 qə­zəl və 1 rü­bai (129 beyt) Azər­bay­can türk­cə­sin­də­dir. Şa­ir fars­ca yaz­dı­ğı fəx­riy­yə­lə­rin­də döv­rü­nün bir sı­ra sə­nət­kar­la­rı­nın, ərəb şair­lə­rin­dən Bux­to­ri və Bu fə­ra­sın, fars şair­lər­dən Ün­sü­ri, Ən­və­ri, Ru­də­ki, Əs­cə­di, Fü­tu­hi, Də­qi­qi və baş­qa­la­rı­nın adı­nı çə­kir, özü­nü on­lar­dan üs­tün sa­yır. Ad­la­rı­nı çək­mə­sə də, onun türk­cə şeir­lə­rin­də Nə­vai və Fü­zu­li­dən tə­sir­lən­di­yi­ni gör­mə­mək müm­kün de­yil. I Şah Ab­ba­sın döv­rün­də (1587-1629) Hin­dis­ta­na mü­ha­ci­rət edən şa­ir bu öl­kə­nin müx­tə­lif ədə­bi məc­lis­lə­rin­də çox yük­sək də­yər­lən­di­ri­lən Nə­vai şeir­lə­ri ilə da­ha ya­xın­dan ta­nış ol­maq im­ka­nı əl­də et­miş­di. C.Na­ğı­ye­va Rəh­mə­ti­nin Nə­vai ya­ra­dı­cı­lı­ğı­na ya­xın­lı­ğı ba­rə­də ya­zır: "Rəh­mə­ti də Nə­vai ki­mi in­sa­nı hər şey­dən uca tut­muş­dur. Əgər Nə­vai­də "Məs­hə­fi-hüs­nün­də gör­düm bis­mil­la­hi­ni" oxu­yu­ruq­sa, Rəh­mə­ti "Məs­hə­fi-hüs­nün­də ol pey­vəs­tə bis­mil­lah­lər" de­yir. Hər iki şair­də za­hid və vaiz­lə­rin tən­qi­di ey­ni­dir.
Rəhmətulla Müqəddəm
Rəhmətulla Müqəddəm Marağayi (fars. رحمت‌الله مقدم مراغه‌ای‎; 1921, Qoşaçay – 2012, Tehran) — İran Milli məclisinin üzvü. == Həyatı == Rəhmətulla Müqəddəm 1921-ci ildə Marağa şəhərində doğulumuşdur. O, orta məktəbi bitirdikdən sonra Paris şəhərində coğrafiya və jurnalistika fakültəsində ali təhsil almışdır. Müqəddəm Marağeyi mədəni şəxsiyyətdən daha çox, siyasi bir şəxsiyyət sayılır. O, birinci şəxsdir ki, böyük yazıçı Sadiq Hidayətin Parisdə cənazəsi başında hazır olmuşdur. Yəni Parisdəki İran səfarətinin göstərişi ilə o, səhər tezdən 1951-ci aprel ayının 10-da O görkəmli yazıçının cənazəsi başında bir fotoapartla hazır olur və bu faciəli hadisədən şəkil götürür. Müqəddəm hələ Parisdə olarkən orada nəşr olunan jurnallarla əməkdaşlıq edirdi. Onun çəkdiyi şəkillər Sadiq Hidayətin cənazəsindən çəkilən yeganə şəkillərdir. Ola bilsin ki, Fransa polisinin də əlində bu cənazədən fotolar olsun.
Rəşid Rəhməti Arat
Rəşid Rəhməti Arat (türk. Abdürreşid Rahmeti Arat; 15 may 1900, Köhnə Üzüm[d], Tsarevokokşayski qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 29 noyabr 1964, İstanbul) — Türk dilçi alim, professor. Əslən Kazan türklərindən olan Rəşid Arat, Türkiyədə müqayisəli Türk dili tədqiqatlarının banisi hesab edilir. == Həyatı == 15 may 1900-cü ildə bugünkü Tatarıstanın paytaxtı Kazan yaxınlığındakı Köhnə Üzüm şəhərində İsmətulla bəy və Mahbeder xanımın ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Köhnə Üzüm və Kazanda keçən Arat, ilk təhsilini doğulduğu kənddə tamamlamışdır. Daha sonra dayısı tərəfindən indiki Qazaxıstanın Petropavlovsk şəhərinə aparılır və burada müasir üsulla tədris aparan Türk-Tatar məktəbində təhsilini davam etdirir. Rus dilini də məhz bu təhsil ocağında öyrənmişdir. Vətəndaş müharibəsindən sonra orduya çağrıldı və yaralı olaraq Mançuriyanın Harbin şəhərinə getdi. Harbindəki Türk-Tatar icması arasında yaşamağa və işləməyə başladı. 1921-ci ildə yarımçıq qalan orta məktəb təhsilini tamamlayır.
Zöhrə Rəhmətullina
Zöhrə Yıhanur qızı Rəhmətullina (doğ. 26 avqust 1961, BMSSR. Aşağı Lemez kəndi) — fəlsəfə elmləri doktoru, professor; Başqırdıstan Respublikası Təhsil Naziri (2004-2006); Rusiya Federasiyasının VI çağırış Dövlət Dumasının (2011-2016-cı illər); Rusiya Federasiyası VII çağırış Dövlət Dumasının deputatı (2016-cı ildən). == Bioqrafiyası == 1985—1986 illər. laborat, baş laborant, Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü mühəndisi. 1986—1991 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü aspiranturasında təhsil almışdır. 1991—1996 illər. Başqırd Dövlət Universitetinin oktyabr inqilabınbın 40-cı ildönümü kafedrasının asistenti, baş müəllim, dosent. 1996—1999 illər. Başqırd Dövlət Universitetinin Oktyabr inqilabının 40-cı ildönümü doktoranturasında təhsil almışdır.
Əbülfəz Rəhmətov
Əbülfəz Hüseynverdi oğlu Rəhmətov (3 iyul 1989, Ambu, Lerik rayonu – 16 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Əbülfəz Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur. O, 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etmişdir. Kapitan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə taqım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlmiş və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir. Hərbi xidmət müddətində kapitan Əbülfəz Rəhmətov Dördgünlük müharibədə iştirak etmişdir. Həmçinin, 2020-ci ilin Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdür === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.

Digər lüğətlərdə

И́гры извраща́ть бруско́вый заде́лка коже́венный обессу́дить обмолоти́ть отпочко́вываться перегоро́дка Brownie point cattle-plague cut-price dependence Fairbanks mediate mirabilite out-of-court settlement p presidial thence tube mount typographically бриг насупиться неисповедимый