RƏİYYƏT

is. [ ər. ] Bir dövlətin tabeliyində olan(lar); təbəə.
Atabəy Məhəmməd, Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib, rəiyyətlərinə böyük qələbənin xəbərini elan etdirdi. M.S.Ordubadi.

// Aşağı təbəqədən olan, yoxsul adam.
Böyük-kiçik, rəiyyət, xanım, ağa; Yapışdılar hər biri bir peşəyə. A.Səhhət.
[Şahnisə Vaqifə:] Kaş əliqabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Çəmənzəminli.

Синонимы

  • RƏİYYƏT rəiyyət bax vətəndaş
  • RƏİYYƏT əhali — təbəə

Антонимы

  • RƏİYYƏT RƏİYYƏT – BƏY Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir (Ə.Haqverdiyev)
RƏİSLİK
RƏİYYƏTPƏRƏST
OBASTAN VİKİ
Rəiyyət
Rəiyyət — mülkədardan asılı, onun torpağını icarəyə götürən (çox vaxt irsən) kəndli. İcarə haqqı əsasən natural (ərzaqla), bəzən isə pulla ödənilirdi.Bundan başqa rəyyətin üzərində bir çox mükəlləfiyətlər var idi: yol, arx, körpü tikmək; müharibə və sülh vaxtı vaxtı ərazidə yerləşən qoşunu və məmurları təmin etmək. Avropa kəndlisindən fərqli olaraq Müsəlman Şərqində rəiyyət biyara əsasən getmirdi. Mülkədarın torpağı bütünlüklə rəiyyətin arasında bölüşdürülürdü. Zaman-zaman kəndlilərin təhkim olunması baş versə də, Avropada olduğu kimi burada kəndlilər klassik mənada təhkimli sayılmırdılar, onlar nəzəri olaraq istənilən vaxt ağanı tərk edib başqa ağanın torpağına köçə bilərdilər, amma praktikada bu elə də asan deyildi. Elatdan (yarımköçəri mardarlar) fərqli olaraq rəiyyət daha çox vergi ödəyirdi. Dövlətin əsas vergi yükü rəiyyətin üzərinə düşürdü. Rəiyyət şəxsən azad olsa da, mülkədardan torpağa görə asılı idi.

Значение слова в других словарях

внутрико́жный да́льше за́городь засто́лица конкретизи́ровать ло́ховые пома́лывать сажа́ться формуля́рный перекоси́ть потяну́ть устана́вливаться эфио́п albuminate commemorate compony discomfortable dorsi- know mystery ship tortoise shell банщик дебетовать избавительница шпиговать