rəqqas
rəqqasəlik
OBASTAN VİKİ
Rəqqasə
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Hanako (rəqqasə)
Hisa Ota (大田 ひさ, Ota Hisa, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d] – 2 aprel 1945, Gifu) və ya səhnə adı ilə Hanako (花子) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır. == Həyatı və karyerası == Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir. 1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir. Uzun və qısaboy bədən quruluşuna malik olan Ota Londonda yerləşən Savoy teatrında çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir". Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir.
Yuriko (rəqqasə)
Yuriko Kikuçi (qızlıq soyadı Amemiya; 2 fevral 1920, San-Xose, Kaliforniya – 8 mart 2022, Manhetten, Nyu-York ştatı) və ya səhnə adı ilə Yuriko – yaponəsilli ABŞ rəqqasəsi və xoreoqrafı. Marta Qrehemin rəqs ansamblındakı fəaliyyətinə görə tanınır. Yuriko Amemiya 2 fevral 1920-ci ildə ABŞ-nin Kaliforniya ştatının San-Xose şəhərində ABŞ-yə immiqrasiya etmiş yapon ailədə doğulmuşdur. Anası Çiyo (Furuya) Amamiya öz klinikasını açdırmış sertifikatlı mamaça idi. Atası Morişiqe Amemiya isə qadın papaqları üçün dəvəquşu lələyi idxal etməklə məşğul olurdu və həyat yoldaşının klinikasında menecer kimi işləyirdi. 1923-cü ildə ispan qripi səbəbilə Yurikonun atası, eləcə də, 1 və 5 yaşında olan iki bacısı ölmüşdür. Bu səbəbdən Yurikonun anası onu Yaponiyadakı qohumlarının yanına göndərmişdir. Yuriko 1926-cı ildə Kaliforniyaya qayıtmış və anasının yeni əri Şoci Kinoşita ilə yaşamağa başlamışdır. Anası tərəfindən yerli rəqs məktəbinə yazdırılan Yuriko burada step-dans və baletlə tanış olmuşdur. 1929-cu ildə ailə Yaponiyaya səyahət etmiş və Kinoşitanın təklifi ilə Yuriko rəqs müəllimi Konami İşiinin dərslərinə yazılmışdır.
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.
Mavi rəqqasələr
Mavi rəqqasələr (fr. Danseuses bleues, ing. Blue dancers) — fransız rəssamı, impressionizmin banilərindən biri sayılan Edqar Deqa tərəfindən 1897-ci ildə çəkilmiş rəsm əsəridir. Əsərin ilk sahibi fransız kolleksiyaçı Düran-Rüel, ikinci sahibi isə rusiyalı kolleksiyaçı Sergey Şukin olmuşdur. Əsər 1918-ci ildən 1948-ci ilə kimi Yeni qərb incəsənəti dövlət muzeyində saxlanılıb. 1948-ci ildən A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində sərgilənir. Əsər pastel vasitəsilə 65×65 sm ölçüdə olan kağız üzərində işlənilib. == Yaranma tarixi == Əsər Edqar Deqanın yaradıcılığının son mərhələsinə aiddir, bu zaman rəssamın görmə qabiliyyəti zəifləmiş və o, böyük rəngli ləkələrlə işləməyə başlamış, şəklin səthinin dekorativ təşkilinə daha çox əhəmiyyət vermişdir. Rəqqasələr mövzusu rəssama çox yaxın idi və onun tərəfindən pastel, yağlı boya və şəkil janrında dəfələrlə təkrar olunmuşdur. Bəzi tənqidçilərin fikrincə boya ahəngdarlığının gözəlliyinə və kompozisiya həllinə görə, "Mavi rəqqasələr" əsəri həmin mövzuda Deqanın nail olduğu təcəssümün ən yaxşı nümunəsidir.
Şamaxı rəqqasələri
Şamaxı rəqqasələri (fr. La Danseuse de Shamakha; ing. Shamakhi dancers) — XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş saray mənşəli rəqqasə qrupları. Kiçik Asiyada məşhur idilər. Şamaxı rəqqasları və rəqsləri ilə bağlı mövcud sənədlər çox məhduddur. Rus rəssamı Qriqori Qaqarin 1840–1855-ci illərdə Cənubi Qafqazda hərbi xidmətdə olarkən Şamaxı rəqqasələrinin bir necə təsvirini yaratmışdır. Onların arasında Sankt-Peterburqda Rus Dövlət Muzeyində saxlanılan "Şamaxı rəqqasələri" tablosu daha məşhurdur. Tablonun mərkəzində Sona adlı rəqqasənin oynaması təsvir edilir. Ətrafda gənc rəqqas Hikmət, Sonaya əl çalan rəqqasələr Rəna və Nisə, daha sonra Səkinə, İzzət və Məleykə oturublar. Musiqiçilərin arasında çırtma ilə rəqsin ritmini nəzərə çatdıran Qəndixanımdır.

Digər lüğətlərdə