RƏQİB
RƏQS
OBASTAN VİKİ
Rəqqasə
Rəqs — bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.
Mavi rəqqasələr
Mavi rəqqasələr (fr. Danseuses bleues, ing. Blue dancers) — fransız rəssamı, impressionizmin banilərindən biri sayılan Edqar Deqa tərəfindən 1897-ci ildə çəkilmiş rəsm əsəridir. Əsərin ilk sahibi fransız kolleksiyaçı Düran-Rüel, ikinci sahibi isə rusiyalı kolleksiyaçı Sergey Şukin olmuşdur. Əsər 1918-ci ildən 1948-ci ilə kimi Yeni qərb incəsənəti dövlət muzeyində saxlanılıb. 1948-ci ildən A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində sərgilənir. Əsər pastel vasitəsilə 65×65 sm ölçüdə olan kağız üzərində işlənilib. == Yaranma tarixi == Əsər Edqar Deqanın yaradıcılığının son mərhələsinə aiddir, bu zaman rəssamın görmə qabiliyyəti zəifləmiş və o, böyük rəngli ləkələrlə işləməyə başlamış, şəklin səthinin dekorativ təşkilinə daha çox əhəmiyyət vermişdir. Rəqqasələr mövzusu rəssama çox yaxın idi və onun tərəfindən pastel, yağlı boya və şəkil janrında dəfələrlə təkrar olunmuşdur. Bəzi tənqidçilərin fikrincə boya ahəngdarlığının gözəlliyinə və kompozisiya həllinə görə, "Mavi rəqqasələr" əsəri həmin mövzuda Deqanın nail olduğu təcəssümün ən yaxşı nümunəsidir.
Şamaxı rəqqasələri
Şamaxı rəqqasələri (fr. La Danseuse de Shamakha; ing. Shamakhi dancers) — XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş saray mənşəli rəqqasə qrupları. Kiçik Asiyada məşhur idilər. == Tarixi == Şamaxı rəqqasları və rəqsləri ilə bağlı mövcud sənədlər çox məhduddur. Rus rəssamı Qriqori Qaqarin 1840-1855-ci illərdə Cənubi Qafqazda hərbi xidmətdə olarkən Şamaxı rəqqasələrinin bir necə təsvirini yaratmışdır. Onların arasında Sankt-Peterburqda Rus Dövlət Muzeyində saxlanılan "Şamaxı rəqqasələri" tablosu daha məşhurdur. Tablonun mərkəzində Sona adlı rəqqasənin oynaması təsvir edilir. Ətrafda gənc rəqqas Hikmət, Sonaya əl çalan rəqqasələr Rəna və Nisə, daha sonra Səkinə, İzzət və Məleykə oturublar. Musiqiçilərin arasında çırtma ilə rəqsin ritmini nəzərə çatdıran Qəndixanımdır.

Значение слова в других словарях

в дико́винку выпрямля́ться защу́рить насадно́й присоедине́ние пролётом соро́чий ху́нта шква́льный заа́хать пожима́ть поно́с тривиа́льность холоднотверде́ющий эсхатологи́ческий black-veined white dividuous drift apart dubiety gate-leg nuptials pupiparous upper atmosphere наниматель сватовство