RƏZANƏT
RƏZİL
OBASTAN VİKİ
Rəzi
Rəzi — İranın Ərdəbil ostanının Rəzi şəhristanının mərkəzi. Şəhərin əhalisi Azərbaycan türklərindən ibarətdirlər və Azərbaycan türkcəsinə danışırlar.
Rəzi Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 5014 nəfərdir. == Toponimiyası == Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Seyid Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.
Şərif Rəzi

Məhəmməd Rəzi Təbrizi
Məhəmməd Rəzi Təbrizi (1808-1869) - azərbaycanlı tarixçi. "Zinət üt-təvarix" adlı salnamənin müəllifi. == Həyatı == Məhəmməd Rəzi 1808-ci ildə Təbriz şəhərində Mirzə Məhəmməd Şəfi adlı şəxsin ailəsində doğulmuşdur. Mirzə Məhəmməd Şəfi Qacar sarayına yaxın adamlardan idi. Məhəmməd Rəzi ana dili ilə yanaşı ərəb və fars dillərini də yaxşı mənimsəmişdi. O şairliklə yanaşı xətatlıq sənətinə hakim idi. == Yaradıcılığı == "Zinət üst-təvarix" əsəri müqəddimə, iki hissə və nəticədən ibarətdir. Salnamədə Qacar-Rusiya münasibətlərinə geniş yer verilmişdir. Bununla yanaşı müəllif Azərbaycan haqqında da məlumatlar verir.
Rəziabad (Ərdəbil)
Rəziabad (fars. رضي اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (62 ailə).
Rəzin (Xudafərin)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (9 ailə).
Rəzin (Əhər)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (22 ailə).
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.

Digər lüğətlərdə

малонае́зженный марокка́нский неруши́мость ниже... перестрое́ние предписа́ние промча́ть санови́тая ужа́сно жанри́ст лю́мпен-пролетариа́т не то что непочте́ние оркестра́нтский разви́нчиваться antizymic Dalmatian hemoid modelist Star Chamber synchronistic unbethought warehouseman wild land привязь