RƏNDƏ
RƏŞADƏDDİN
OBASTAN VİKİ
Kəsəmənli Rəşad
Rəşad Nüsrət oğlu Kəsəmənli (20 iyul 1975, Bakı) — Azərbaycanlı aktyor. == Həyatı == Kəsəmənli Rəşad (Reşat) Nüsrət oğlu 1975-ci il iyulun 20-i Bakı şəhərində anadan olub. Əslən Qazaxın (Ağstafanın) Qıraq Kəsəmən kəndindəndir. 1982-ci ildə 95 saylı orta məktəbə daxil olub və 2 il sonra 173 saylı orta məktəbdə təhsilini davam etdirib. 10 yaşından 14 yaşına kimi aktyorluq dərnəyinə gedib. 1992-ci ildə orta təhsilini bitirib, Təfəkkür Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Bir il təhsil aldıqdan sonra könüllü olaraq ordu sıralarına yazılıb. 1995-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra isə yarım qalan hüquq təhsilini davam etdirməyib. Sənədlərini uşaqlıqdan həvəsində olduğu ADMİU aktyorluq fakültəsinə verib və yüksək balla qabiliyyət imtahanından keçib. Aktyor sənəti müəllimi Azərpaşa Nemətov olub.
Rəşad Səfərəliyev
Rəşad Səfərəliyev (tam adı: Rəşad Fərman oğlu Səfərəliyev; 2 oktyabr 2001; Xaçmaz, Azərbaycan — 27 sentyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Səfərəliyev 2001-ci il oktyabrın 2-də Xaçmaz rayonunda anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Səfərəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Rəşad Səfərəliyev sentyabrın 27-də şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Səfərəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Rəşad Tağıyev
Rəşad Ənvər oğlu Tağıyev (1981, Neftçala rayonu) — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı. == Həyat və fəaliyyəti == Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 2007–2013-cü illərdə "Ata Konsaltinq" MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ" MMC-də baş direktorun müavini kimi fəaliyyət göstərib.2013–2015-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015–2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Təhsil nazirinin 2020-ci il 11 dekabr tarixli əmri ilə vəzifəsindən azad edilərək Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub"Dövlət qulluqçularının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. === Ailəsi === Ailəlidir, iki övladı var.
Rəşad Təhməzov
Rəşad Qərib oğlu Təhməzov (12 yanvar 2002; Ərəbşalbaş, Qobustan rayonu, Azərbaycan — 29 sentyabr 2020; Gülüstan, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Təhməzov 2002-ci ilin yanvar ayının 12-də Qobustan rayonunda dünyaya gəlib. Xəzər rayonu, Qala qəsəbəsi 92 saylı tam orta məktəbdə təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb. 2020-ci il yanvarin 24-də həqiqi hərbi xidmətə yola düşən Rəşad Goranboy rayonunda, N saylı hərbi hissədə xidmət keçib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rəşad Təhməzov Goranboy, Tərtər, Murovdağ və Suqovuşan istiqamətlərində döyüşüb. O, sentyabrın 29-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində hərbi əməliyyatlar zamanı digər növ partlayışlarla və qəlpələrlə törədilmiş zədələnmə nəticəsində şəhid olub. Qobustanda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Təhməzov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəşad Xəlifə
Rəşad Xəlifə (19 noyabr 1935 – 31 yanvar 1990, Tuson, Arizona) ― misirli biokimyaçı və Qurançı.
Rəşad Yusibov
Rəşad Nazim oğlu Yusibov (19 avqust 1996; Şəmkir, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəşad Yusibov 19 avqust 1996-cı ildə Şəmkir şəhərində anadan olmuşdur. 2002-ci ildə Şəmkir şəhəri C. Rüstəmov adına tam orta məktəbin birinci sinfində təhsil almış, 2013-cü ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Rəşad Yusibov 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmağa başlamışdır. 2016-cı ildə hərbi xidmətini başa vurmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Yusibov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonu döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur. Həmin ilin 19 dekabr tarixində doğulduğu Şəmkir şəhərində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Yusibov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Yusibov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rəşad Zeynallı
Rəşad Zeynallı (tam adı: Rəşad Qiyas oğlu Zeynallı; 21 aprel 1998; Bakı, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeynallı 1998-ci il aprelin 21-də Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində (AZTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb. Subay idi. Zeynallı Rəşad Qiyas oğlu ailəsinin,dostlarının,onu tanıyanların həyatında gözəl əməlləri,qüsursuz əxlaqi ilə yaddaşlarında iz qoyub getdi. Rəşad hər bir valideynin arzu etdiyi gözəl bir övlad,sədaqətli dost,onu tanıyan ətrafı üçün xoş rəftar,alicənab,mehriban,saf,təmiz birisi olaraq xatirələrə həkk oldu.Bu gün Rəşadı istər orta məktəb,istər universitet müəllim kollektivi fəxirlə yad edir,onunla qürur duyurlar. Qürur verici haldır ki,Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.Bu gün hərbi hissə komandirləri,əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid,cəsur,vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar.Rəşad əsgər yoldaşlarının xatirəsində,hər zaman məsləhət ala biləcəyimiz biri,çox gözəl dost,mehriban,mərhəmətli,tikəsini hamı ilə bölüşən,kimsənin haqqına girməyən,yersiz zarafatları sevməyən,gözəl təşkilatcılığı malik biri kimi yaddaşlarına həkk olub. ŞƏHİD ATASI ZEYNALLI QİYASIN OĞLU RƏŞADLA BAĞLI SON XATİRƏSİ: Hərbi xidmətdə olarkən Rəşadın tərxis olunma əmri verilmişdi,xidmətini başa vurub evə gəlməyinə saylı günlər qalmışdı.Rəşada xəbər vermədən getmişdik onun görüşünə,bizim gəlişimiz onun üçün gözlənilməz və sevincli oldu. Evə qayıdarkən mülkü geyimdə gəlməyi istədiyini eşitdiyim üçün bəyəndiyi geyimləridə alıb aparmışdım.Bu bizim Rəşadla sonuncu görüşümüz imiş...görüşüb ayrıldıq,maşına oturanda bizi geri çağırdı bir-bir hamımızla yenidən görüşdü.Məni qucaqlayıb bərk-bərk özünə sıxdı,boynumdan öpdü,heç vaxt belə etməmişdi,sanki mənimlə sonuncu dəfə görüşdüyünü hiss edirmiş.....
Rəşad Zeyniyev
Rəşad Ələkbər oğlu Zeyniyev (13 sentyabr 2001, Cəlilabad rayonu – 8 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Zeyniyev 13 sentyabr 2001-ci il tarixində Cəlilabad rayonunda anadan olub. Rayonun Petrovka kəndinin 5 saylı tam orta məktəbində təhsil alıb. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. 8 il ərzində güləş idman növü ilə məşğul olub. Ailədə 3 övladdan son beşik olub. == Ailəsi == Subay idi. Atası — Zeyniyev Ələkbər Poladxan oğlu Anası — Zeyniyeva Təranə Tərlan qızı == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayında Cəlilabad rayon hərbi komissarlığından hərbi xidmətə yollanıb. 28 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücayət göstərib.
Rəşad İlyasov
Rəşad İlyasov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur.
Rəşad İsmayılov
Rəşad İsmayılov ( Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018—2022). == Həyat və fəaliyyəti == Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. ==== Təhsili ==== 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı. === Təkmilləşdirmə Kursları === 2003 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "İctimai Sərmayənin Mərkəzləşdirilməsi və Yoxsulluğun Aradan Qaldırılması" seminar proqramı.
Rəşad İzbırak
Rəşad İzbırak - Cümhuriyyət vaxtının coğrafiyaçılarından olub, müasir coğrafiyanın qurucularındandır. == Həyatı == Rəşad İzbırak 1911-ci ildə Harputda anadan olub. Uşaqlığı və gəncliyi isə Kayseridə keçib. Kayseri liseyini bitirdikdən sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 1934-cü ildə məzun olub. 1935-ci ildə ixtisasını artırmaq üçün Almaniya Berlin Universitetinə göndərilib. Burada prof.Norbert Krebsin yanında doktorant olub və ‘’Geomorphologische Studien im Westlichen Bayerischen Walde’’ adlı tezisi üzrə 1939-cu ildə müdafiə edib. 1944-cü ildə dosent 1953-cü ildə isə professor olub. Həmin ildə Dil və Tarix Coğrafiya fakültəsinin fiziki coğrafiya kafedrasına dekan seçilir. 1981-ci ildə təqaüdə çıxır və 1988-ci ildə vəfat edir.
Rəşad Şiriyev
Rəşad Rasim oğlu Şiriyev (5 dekabr 2001; Bürsülüm, Lerik rayonu, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Şiriyev 5 dekabr 2001-ci ildə Lerik rayonunun Bürsülüm kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəşad Şiriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə səhər saatlarında Talış-Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşad Şiriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Rəşad Şiriyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rəşad Şolan
Rəşad Fərhad oğlu Şolan (Məmmədov Rəşad Fərhad oğlu; 27 iyun 1980, İmişli rayonu) — cərrah-uroloq, transplantoloq, Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, "Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası"nın İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi (2019-2021), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti, Respublika Diaqnostika Mərkəzinin "Böyrək xəstəlikləri və transplantologiya" şöbəsinin müdiri, AMEA A.Qarayev adına Fiziologiya İnstitutunun "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru. == Həyatı == Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987-1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur. 1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 2000-ci ildə "Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi" mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur. 2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə "İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə" mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür. 2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin "Urologiya" kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur. 2003-2009-cu illərdə Ege Universitetinin "Urologiya" kafedrasının assistenti olmuşdur.
Rəşad Şəfiyev
Rəşad Vaqif oğlu Şəfiyev (13 oktyabr 1991; Gəncə, Azərbaycan — 28 oktyabr 2020; Bərdə, Azərbaycan) — Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Şəfiyev 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə orta təhsil almışdır. Ailəli idi. 2 övladı var. == Hərbi xidməti == Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak etmişdir. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak etmişdir. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılmışdır.
Rəşad Əhmədov
Rəşad Əhmədov (5 yanvar 1981, Yevlax) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Rəşad Əhmədov 1981-ci il yanvarın 5-də Yevlax şəhərində anadan olub. == Karyerası == Rəşad Əhmədov 2001-ci ildə Niderlandda baş tutan hərbçilər arasında Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Bir il sonra Birləşmiş Ştatlarda baş tutan hərbçilər arasında Dünya Çempionatında isə Rəşad Əhmədov bürünc medala sahib oldu. 2002-ci ilin mayında Rəşad Əhmədov birinci ciddi uğuruna imza atdı. Samsun şəhərində Avropa Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla başa vurdu. Bir il sonra isə Rəşad Əhmədov Almaniyanın Qarmiş-Partenxirhen şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmin il Fransanın Paris şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Rəşad Əhmədov Azərbaycan idmanında bu idman növü üzrə olimpiya lisenziyasına sahib olan birinci azərbaycanlı olaraq tarixə düşdü. Afina Olimpiadasından əvvəl Rəşad Əhmədov 2004-cü ilin mayında Norveçin Lillehammer şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Rəşad Atakişiyev
Rəşad Saləddin oğlu Atakişiyev (7 yanvar 1985, Pravda, Şamxor rayonu – 24 iyul 2019, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu. == Həyatı == Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub. Ailədə üç qardaş olublar.O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Rəşad Atakişiyev oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini "Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb. O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biridir.
Rəşad Ağayev
Rəşad Ağayev (2 iyul 2000, Bakı – 2 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağayev Rəşad 2 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Evin tək oğlu olan Rəşad,Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1-ci və 2-ci kursu 7 nömrəli Peşə liseyində oxuduqdan sonra, 3-cü kursda Step Akademiyasına qəbul olub və Akademiyanı proqramist dizayner kimi bitirib. == Hərbi xidməti == Rəşad Ağayev 4 iyul 2019-ci il tarixində Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsinə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində ordu sıralarına qatılmışdır. 3 oktyabrda isə, Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.
Rəşad Babayev
Rəşad Babayev (şahmatçı) — Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster. Rəşad Babayev (gizir) (04.06.1992 – 2020) — Vətən müharibəsi şəhidi. Rəşad Babayev (əsgər) (15.03.1999 – 2020) — Vətən müharibəsi şəhidi.
Rəşad Budaqov
Rəşad Ramiz oğlu Budaqov (13 mart 1986, Yevlax – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Budaqov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rəşad Bəxtiyarov
Rəşad Bəxtiyarov (24 dekabr 1978) — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci ildə Bakıda anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründə Milli Teatrın tamaşalarının kütləvi səhnələrində sözsüz rollar ifa edib. 2001-ci ildən teatrın truppasında fəaliyyət göstəriba. Rəşad Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları oynayıb: Şəmsi bəy ( "Eşq və intiqam" S.S.Axundov ), Müxbir ( "Kəllə" N.Hikmət ), Qəzet satan ( "Hərənin öz payı" X.Qoca ), Kinto,Qarson və Rəssam ( "Brüsseldən məktublar" H.Həsənov ), Silvestr ( "Skapenin kələkləri"J.Molyer ), Bədxəbər ( "Varlı qadın " Ə.Əmirli ), Orxan ( "Afət" H.Cavid ), Ərəb zabiti ( "Dar ağacı" B.Vahabzadə ), Milis ( "Ölüləri qəbristanlıqda basdırın" İ. Şıxlı ), Baloğlan ( "Eloğlu" A.Şaiq ), 1-ci gənc ("Mesenat" Ə.Əmirli ), Abdi ("Qanlı Nigar" S.Şəndil), Andrey ("Keçmişdən gələn zəng", A.Krım), şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu), Xlopov ("Müfəttiş", Nikolay Qoqol), Toğrul ("Yaşar", Cəfər Cabbarlı). Rəşad Bəxtiyarov "Həqiqət işığında"(Mirzəyev) və "Bəyaz həyat" (Sonanın oğlu) telefilmlərində çəkilib. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Rəşad Cavadov
Rəşad Fərzəli oğlu Cavadov (1 sentyabr 2001; Hil, Qusar rayonu, Azərbaycan – 21 yanvar 2021; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi iştirakçısı. == Həyatı == Rəşad Cavadov 1 sentyabr 2001-ci ildə Qusar rayonunun Hil kəndində Fərzəli Cavadovun ailəsində anadan olmuşdur. 2007–2018-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Rəşad Cavadov 2019-cu ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xüsusi Təyinatlı Qüvvələrin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rəşad Cavadov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı və kəşfiyyatçı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Cavadov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Vətən müharibəsi bitdikdən sonra Rəşad Cavadov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam etmişdir. Rəşad Cavadov 21 yanvar 2021-ci ildə Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək həlak olmuşdur.
Rəşad Cəfərzadə
Rəşad Əlyar oğlu Cəfərzadə (d. 14 oktyabr 1994; Bakı, Azərbaycan - ö. 16 dekabr 2015; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı. 2015-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Əslən Ağdam rayonundan olan Rəşad Cəfərzadə 14 oktyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. Hələ uşaq yaşlarında, anasını və atasını itirən Rəşad Cəfərzadəyə, onun dayısı və xalası baxırdı. == Hərbi xidməti == Əsgər Rəşad Cəfərzadə 2015-ci ildə, dekabrın 16-da axşam saatlarında Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Dekabrın 17-si isə Rəşad Cəfərzadə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Cəfərzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Rəşad Əhmədzadə
Rəşad Rüfət oğlu Əhmədzadə (3 aprel 1963, Bakı) — Kukla teatrının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Rəşad Əhmədzadə 3 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 172 saylı orta məktəbdə oxuyub (1970–1980). 1980-ci ilin dekabr ayında Ş. Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrında fəaliyyətə başlayan Rəşad Əhmədzadə hərbi xidmətdən (1981–1983) sonra yenə Musiqili Komediya teatrına qayıdaraq 1996-cı ilə qədər burada səhnə maşinisti, texnik-radist , işıqçı, butaforçu, inzibatçı, bədii quruluş hissə müdiri və direktor müavini vəzifələrində çalışıb. 1989–1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1996-ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında direktor müavini vəzifəsində çalışıb. 2010-cu ilin aprel ayından Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru təyin olunmuşdur. 2011-ci ildən "UNİMA" Azərbaycan Milli Mərkəzinin Prezidentidir. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.2017-ci ildə-2018-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının direktoru vəzifəsini müvəqqəti icra edib.
Rəşad Əliyev
Rəşad Əmiralı oğlu Əliyev (17 aprel 1991, Salyan rayonu – 5 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Əliyev 1991-ci il aprelin 17-də Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. Orta təhsilini Ərəbqardaşbəyli kənd məktəbində almışdır. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hərbi məktəbi bitirdikdən sonra 1 il təlim keçmişdir. Ailəli idi. Zəhra adında bir qızı və Tunar adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Naxçıvan MR-nın Culfa rayonunda N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Rəşad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşad Əliyev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Rəşad Ələkbərov
Rəşad Ələkbərov (azərb. Ələkbərov Rəşad İlqar oğlu;‎15 sentyabr 1997, Gəncə – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il 15 sentyabrda, Gəncə şəhərində anadan olmuşdur. Əslən Gədəbəy rayonundandır Gəncə şəhəri 44 saylı orta məktəbi bitirmişdir. === Ailəsi === Anası Nailə Ələkbərova Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. “Gəncə” alayının tərkibində 1992-1993-cü illərdə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ müharibəsi veteranıdır. Dayısı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, ehtiyatda olan zabit Faiq Ələkbərlidir == Hərbi xidməti == 2016-ci iyulundan 2018-ci ilin yanvarınadək Ağcabədi, Füzuli, Beyləqan rayonlarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Rəşad Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunmasında iştirak edib. Şuşa işğaldan azad olduqdan sonra ordumuzun Şuşa-Laçın istiqamətində irəliləyişi zamanı noyabrın 9-da şəhid olub. Gəncənin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
"1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945-ci ildə təsis olunmuş SSRİ medalı.
"Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri."Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər."Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
"Rəşadətli əməyə görə" nişanı
"Rəşadətli əməyə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı. == Təsisi == "Rəşadətli əməyə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir. == Statusu == "Rəşadətli əməyə görə" nişanı dövlət qulluğunda, iqtisadiyyat, elm, təhsil, səhiyyə, mədəniyyət, idman, hüquq-mühafizə və sosial sahələrdə, ədəbi-bədii yaradıcılıqdakı nailiyyətlərə, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətə görə verilir."Rəşadətli əməyə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları və "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı olduqda onlardan sonra taxılır."Rəşadətli əməyə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur. == Təsviri == "Rəşadətli əməyə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində yuxarı çevrə boyunca "RƏŞADƏTLİ ƏMƏYƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissəsində qoşa sünbül təsviri vardır. Yazı və təsvirlər qabarıqdır.Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır. Ortasında nişanın nömrəsi həkk olunmuşdur.
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı
"Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısı — Naxçıvan Muxtar Respublikasının "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilənlərin siyahısıdır.
1-ci dərəcəli "Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri."Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər."Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
2-ci dərəcəli "Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri."Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər."Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
3-cü dərəcəli "Rəşadət" ordeni
"Rəşadət" ordeni — Azərbaycan Respublikasının ordenlərindən biri."Rəşadət" ordeni ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə; əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatları zamanı hərbi hissə və birləşmələrə yüksək peşəkarlıqla rəhbərlik etdiklərinə; Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiklərinə; həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu və hərbi qulluq vəzifəsini yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə; fövqəladə hallarda və ya ekstremal şəraitdə insanların xilas edilməsində xüsusi xidmətlərinə; həmçinin dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə təltif edilirlər."Rəşadət" ordeninin 3 dərəcəsi var. Orden döşün sol tərəfinə, Azərbaycanın digər ordenləri olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
Qafur Rəşad Mirzəzadə
Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə (1884, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 27 noyabr 1943, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqoq, naşir-mühərrir, tərcüməçi, coğrafiyaçı, publisist. == Həyatı == Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə 1884-cü ildə may ayının 6-da Şamaxıda, kasıb savadı olmayan Ələkbər kişinin ailəsində dünyaya gələn Qafur Rəşad artıq 7 yaşinda ibtidai təhsilini mollaxanada, daha sonra 1894- cü ildə altı illik şəhər məktəbində almşıdır. Qafurun şəhər məktəbində oxuduğu üçüncü ildə boyaqçı Ələkbərin maddi vəziyyəti xeyli çətinləşmişdi. O, artıq Qafurun məktəb xərcini vermək iqtidarında olmadığından onu məktəbdən çıxarmaq istəyirdi. Lakin Qafur yaxşı oxuduğu üçün məktəbin müdüriyyəti onun xərcini hökumət hesabına ödəyir. 1901-ci ildə 17 yaşlı Qafur Şamaxı şəhər altı illik məktəbi bitirir. Onun daha oxumağa maddi imkanı olmadığından müəllimlik etmək qərarına gəlir. Daha sonra 1920-22 ci illərdə o ikiillik Ali Pedaqoji İnstitutda oxuyur, 1923-cü ildə isə Azərbaycan Politexnik İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub, 1927-ci ildə 43 yaşında ikən oranı bitirir.Müxtəlif mənbələrdən Qafur Rəşadın müəllimlik və maarifçilik fəaliyyətinə nəzər saldıqda görürük ki, o 18 yaşı tamam olmadan 1902-ci ildə Lahıc kəndinə müəllim təyin olunur. Birinci üç ildə kənddə xüsusi məktəb binası olmadığından dərslər darısqal bir evdə keçirilirdi. Sonralar maarifə çox həvəs göstərən kənd əhalisinin köməyi ilə məktəb üçün yeni bina tikilir və gənc müəllimin iş fəaliyyəti xeyli yaxşılaşır.
Rəşad İsmayılov (səfir)
Rəşad İsmayılov ( Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018—2022). == Həyat və fəaliyyəti == Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. ==== Təhsili ==== 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı. === Təkmilləşdirmə Kursları === 2003 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "İctimai Sərmayənin Mərkəzləşdirilməsi və Yoxsulluğun Aradan Qaldırılması" seminar proqramı.

Значение слова в других словарях

неразличи́мый отре́пья офи́товый перега́дить подго́нка припа́хивание расту́щий термидориа́нский бандеро́ль зачерстве́лый наложи́ть лапу обма́зать перебива́ться с хлеба на квас подно́счик светло-лило́вый хлорофо́сный Голубиная paralysing pop-bottle popover sports medicine thriftbox выжига самоуспокоение шажок