sənəd abidəsi

Müəyyənləşdirilmiş qaydada sənəd abidəsi kateqoriyasına aid edilmiş nadir və ya xüsusi tarixi-mədəni dəyəri olan arxiv sənədi

sənəd
sənədləşdirilmiş informasiya
OBASTAN VİKİ
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. == Sənədlər üzrə təsnifat == Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə == Sənədlərin növləri == İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Elektron sənəd
Elektron sənəd — informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd. Hər hansı bir faylı elektron sənəd adlandırmaq üçün bu fayl e-imza ilə kodlaşdırılmalıdır. Elektron sənəddə dəyişiklik etməyə icazə verilmir. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Elektron sənəd dövriyyəsi - informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya proseslərini nəzərdə tutur. Elektron sənəd dövriyyəsində istifadə olunan proqramlar, texniki vasitələr və texnologiyalar isə elektron sənəd dövriyyəsi vasitələri hesab olunur.
Sənəd dövriyyəsi
Sənəd dövriyyəsi — hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədlərə sənəd dövriyyəsi deyilir. == Ümumi anlayış == Sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır. Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Xartiya (sənəd)
Xartiya (yunanca, chartes - kağız, fərman) — orta əsrlərdə, eləcə də indiki zəmanəmizdə kütləvi-hüquqi xarakterli sənədlərə verilən ümumi addır. Xartiyalara misal olaraq Şəhərin Xartiyası, Kommunal Xartiyalar, 1838-ci il Xalq Xartiyası, Konstitusiya Xartiyaları və s. göstərmək olar.
Elektron kitab (sənəd)
Elektron kitab — hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. == Elektron kitab == Elektron kitab sözü bir çox mənada istifadə olunur. Elektron kitab (sənəd), elektron kitab (qurğu). Elektron formasında yazılmış kitaba elektron kitab deyilir. Elektron kitab hər hansı mövzuda yazılmış kitabın elektron formasıdır. Elektron kitab elektron nəşrin bir qoludur. Elektron kitab bu və ya digər formatda, məs: Microsoft Word kimi mətn redaktorlarında yaradılan DOC formatında, hipermətn dili (HTML – Hiper Text Markup Language, hipermətnə nişan qoyma dili) – vasitəsi ilə yaradılan mətn formatında və ya (ZIP, RAR, ARY) – sıxılmış (arxivləşdirilmiş) formatda yayımlanmış kitab mətnlərindən ibarətdir. Həmin mətnlər HTML dilinin vasitəsi ilə müxtəlif freym strukturların yaradılması, mətn və şəkillərin formatlaşdırılması, siyahı və cədvəl strukturlarının təşkil edilməsi, şərh və istinadların daxil edilməsi əsasında yaradılır. Bir neçə il əvvəl mətn blokunun formatları olan hipermətn HTML və ya PDF (Portable Document Format, sənədlərin keçirilə bilən formatı) formatları elektron nəşrlərə multimedia komponentlərinin daxil edilməsi imkanına malik olan yeganə formatlar idi.
Atatürk abidəsi
Atatürk abidəsi (Kanberra)
Azadlıq abidəsi
Azadlıq abidəsi (latış. Brīvības piemineklis‎) — Latiyanın paytaxtı olan Riqa şəhərində Latviya Müstəqillik Müharibəsində (1918-1920) həlak olan əsgərlərin şərəfinə tikilən memorial. Latviyanın azadlıq, müstəqillik və suverenliyin rəmzi sayılır. == Tikilməsi == Latviya Azadlıq Müharibəsinin döyüş zamanı ölən əsgərlərin hatirəsinə memorial tikməyə fikir ilk dəfə erkən 1920-ci illərdə ortayaş çıxmış. 1922-ci ilin iyulun 27-də, Latviyanın Baş Naziri, Ziqfrids Anna Meierovitss "memorial sütunun" dizayn müsabiqəsi üçün qaydaları təsis etməyə əmr verib. Fəqət, nəticədə qalib gələn layihə, ona 57 naqqaş etiraz etdiyinə görə, imtina olunub. 1923-cü ilin oktyabr ayında yeni müsabiqə elan olunub və orada ilk dəfə Azadlıq abidəsi ifadəsi işlənilirdi. Müsabiqədə iki layihə qalib gəlmiş və beləliklə, yenisi 1925-ci ilin mart ayında keçirilməli idi. Lakin, jüri ilə anlaşılmazlığına görə, onun nəticəsi olmayıb. Son müsabiqə 1929-cu ilin oktyabrında elan olunmuş.
Ağdaban abidəsi
Ağdaban abidəsi — Şərur rayonu ərazisində, Zəngəzur silsiləsi ilə Dərələyəz silsiləsinin qоvuşduğu bölgədə təbiət abidəsi. Hündürlüyü 3093 m. Naxçıvan çayın mənbəyindədir. Zirvəsi günbəzvarı, kоnusvarı fоrmaya malik оlub, Alt Pliоsen vulkanizminin əmələ gətirdiyi püskürmə mərkəzidir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 14.
Barbaros abidəsi
Barbaros abidəsi İstanbul şəhərinin Beşiktaş səmtində yerləşən 1944-cü ildə Barbaros Xeyrəddin Paşanın xatirəsinə bürüncdən inşa edilmişir. Beşiktaşın simvoluna çevrilmiş abidənin önündə hər il "Dənizçilik bayramı" və "Dəniz Qüvvələri Günü" qeyd edilir. Abidə Barbaros Xeyrəddin Paşa türbəsinin arxasında yerləşir. Abidənin qoyulacağı meydanın hazırlanması və yerinin təyin edilməsi işlərini fransız memar və şəhərsalma üzrə mütəxəssis olan Henri Prost tərəfindən həyata keçirilmişdir. Abidə 1941-43-cü illər aralığında inşa edilmiş və 1944-cü ildə yerinə qoyulmuşdur. Heykəl Zühtü Müridoğlu və Əli Hadi Bara tərəfindən düzəldilmiş, bürünc işləri isə Yusif Akpınar və Əli Heydər Seymənə aiddir. Abidənin ümumi uzunluğu 11,50 metrdir. Bürünc tökülən qismi isə 6 ton 900 kilodur. Abidə altlıq, heykəl və sütundan ibarət olmaqla ümumilikdə 3 hissədən ibarətdir. Abidənin ön tərəfi gəmi göyərtəsi formasındadır.
Buqut abidəsi
Buqut yazısı — Monqolustan Xalq Respublikası sərhədləri daxilində Buqut dağı yaxınlığındakı bir ovada ucaldılmış, I Göytürk xaqanlığı dövrünə aid dikli daş.Bilinən qədim türk bengi daşlarındandır. 572-580-ci illər arasında keçən tarix hadisələrdən bəhs edildiyi bioqrafik və didaktik əsərdir.Adını Arhanqay Aymaq elinin Bayn Tsaqaan Gol (Müqəddəs Bəyaz göl) bölgəsindəki Buqut dağından almışdır. Bu dağın təxminən 10 km şərqindəki geniş ovada inşa edilmişdir. Birinci Göytürk xaqanlığı dövrünə aid xatirə məzar külliyyəsindəki əsərlərdəndir. Abidə tısbağa formalı daş üzərində oturdulmuşdur.Abidənni yeri 1956-cı ildə monqol elm xadimi Ts. Dorjsüren tərəfindən aşkarlanmışdır. Buqut abidəsi və bu abidəyə aid tısbağa formalı daş bu gün Çeçerleq muzeyinin baxçasındakı açıq sahədə nümayiş etdirilir. == İçindəkilər == I Göytürk xaqanlığı dövrünə aid abidənin üç üzündə Soqd hərfləri ilə yazılmış soqdca mətni, bir üzündə isə brahmi hərfləri ilə yazılmış sanskritçə mətn əks olunmuşdur. Mətnlərdə 572-580-ci illərdə baş vermis tarixi hadisələrdən bəhs edilməkdədir. Sözü gedən tarixi hadisələrə daxildir: “Türk/Bilgə/Xaqanı Nivarın Mahan Tiginin ölümündən sonra bir bengü daşın dikilməsini buyurması”, “Mahan Tigin və Muhan Xaqanın ortaq hökmdarlıqları”, “Mahan Tiginin taxta çıxışı”, “Mahan Tigin ilə Ttapar Xaqanın ortaq hökmdarlıqları”.
Bömbögör abidəsi
Bömbögör abidəsi – Monqolustanda Bayanhöngör aymağı, Bömbögör somunun şimal-qərbindəki Şiveni Herem bölgəsində olan Göytürk abidəsidir. == Haqqında == Məzar kompleksi bir tümsək, bir dikili daş və daş çəpərlərdən ibarətdir. Abidə Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnistitutunda çalışan elm adamlarının Qovi-Altay və Bayanhöngör aymağında etdiyi axtarışlar nəticəsində tapılmışdır. Tədqiqatçılar abidənin 718-742 illəri arasında qurulduğunu, Göktürklərin barışmaq üçün iddia qaldırmaq üçün Karluksa bir şahzadə gəlin kimi göndərə biləcəyi bir dövrün ola biləcəyini düşünürlər. Göktürklərin və Karluksun 718-ci ildə bir döyüşdə bir-biri ilə vuruşması buna qismən dəstəklənir. Abidə mətninin fotoqrafı və kopyası tapılmasınından sonra nəşr edilmişdir. Abidə mətnini ilk dəfə monqol elm adamı Ts. Battulqa, ikinci dəfə yapon elm adamı S. Kosetu, üçüncü və son dəfə də türk elm adamı Xədicə Şirin yayımlamışdır. == Abidədəki mətnlər == Dikili daşın təpəsində 4 qısa yatay sətir və yan tərəfində dikinə formada qazılmış uzun sətir vardır. Abidə üzərində bir çox damğa vardır.
Bülbülün abidəsi
Bülbülün abidəsi — Bakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə. == Məzmun == Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır. == Açılışı == 31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.
Bəzirxana abidəsi
Bəzirxana abidəsi — Sədərək rayonunun Sədərək kəndinin şimal-qərbində, Köhnə Kərki kəndi yaxınlığında orta əsrlərə aid karxana-arxeoloji abidə. 1960-cı illərdə burada yerin altından nəhəng zəyərək daşı tapılmışdır. Mütəxəssislərin fikrincə, XII əsrə aid edilən, diametri 3 m-dən artıq olan və dəyirman daşı formasında hazırlanmış həmin daşdan Bəzirxanada müxtəlif bitkilərin, xüsusilə zəyərəyin yağını çıxarmaq üçün istifadə edilmişdir. Bu məqsədlə Bəzirxana daşı, yaxud zəyərək daşı adlanan həmin daş qoşqu heyvanı vasitəsilə hərəkətə gətirilirdi. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 43.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. == Abidənin təsviri == Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Füzuli abidəsi
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. == Tarixi == 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibəti ilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir.Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.Heykəlin işlənməsini xatırlyarkən T. Məmmədov deyir ki, “ İlk işlərimdən biri də Füzulinin heykəli olub. Onda cavan idik, işləmək üçün pul lazım idi. Ömər Eldarov da mənimlə Leninqradda oxumuşdu.
Güvənpark abidəsi
Güvənpark abidəsi — Ankara Qızılay Meydanında Güvənparkda yerləşən, Türk millətinin polis və jandarmeriya olan güvənini, Atatürkün istiqlaliyyət müharibəsində və inqilab hərəkətlərində birlikdə olduğu dostlarını təmsil edən və insan zəkasını, fermerin əkinçilik işlərini əks etdirən çıxıntılı abidədir. Respublika rəhbərliyinin ictimai binalarını, evlərini və ətrafını planlaşdıran Avstriyalı memar Clemens Holzmeister, Qızılay Meydanında bir park və bir abidə təklifi ilə tikintisinə başladı. Bürüncdən hazırlanan heykəllər Avstriyada Vyanadakı Erdberg tökmə zavodunda hazırlandı. Mamak daşı üzərində istifadə edilən daş çıxıntılar Türkiyə istehsalıdır. Abidənin daş hissələrində Franz Wirt, Triberer və Anton Hanakın tələbələri ilə türk ustaları işləmişdir. Anton Hanak tərəfindən inşasına başlanan abidə onun vəfatı səbəbi ilə Josef Thorak tərəfindən 1935-ci ildə tamamlanmışdır.Abidənin uzunluğu 37 metr, orta blok 8 metr, yan qanadlar 2 metr, tunc fiqurlar 6 metr uzunluqdadır. Abidə, 2013-cü il Gəzi parkı etirazları hökumət əleyhinə qraffiti və 2016-cı ildə hökumət əleyhinə nümayişlərdə hərbi çevriliş zamanı silah izləri ilə zərər görüb. Bu zərərlərə görə eyni illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən qayğıya götürülmüşdür.
Kennedi abidəsi
Kennedi abidəsi (ivr. ‏יד קנדי‏‎) — İsraildə, Yerusəlim yaxınlığındakı Mateh Yehuda Bölgəsində yerləşən, 1963-cü ildə Texasın Dallas şəhərində öldürülən ABŞ-nin 35-ci Prezidenti Con Kennedinin xatirəsinə ucaldılmış abidə. 18 metr (59 ft) olan abidə, kəsilmiş ağac kötüyünə bənzəyir. Abidənin içərisində isə Kennedinin tunc relyefi, mərkəzdə isə əbədi alov var. Alov, 51 sütunla əhatə olunmuşdur, bu da ABŞ-nin 50 ştatını və Vaşinqtonu ifadə edir. ABŞ ştatlarının gerbləri (və Kolumbiya dairəsi) sütunların hər birində göstərilir, sütunlar isə incə şüşəli panellərlə ayrılır. Hal-hazırda abidəni eyni anda 100 nəfər ziyarət edə bilər. Abidə 1966-cı ildə Amerika yəhudi icmalarının bağışladığı vəsait ilə inşa edilmişdir.Kennedi abidəsi və ona bitişik gəzinti yerləri Kennedi Sülh Meşəsinin bir hissəsidir. == Adı == İsraildə bir sıra abidələr üçün (məşhur Holokost xatirə muzeyi Yad Vaşem də daxil olmaqla) istifadə olunan yad sözü Yeşaya Kitabının 56-cı fəsli, 5-ci ayədən gəlir: "Evimdə və divarlarımda onlara bir xatirə və bir ad verəcəyəm" == Yeri == Abidə Yerusəlimdən 7 mil (11 km) uzaqlıqda, Hadassa Xəstəxanası ilə eyni istiqamətdə, Yerusəlim təpələrinin ən üstündə, 825 metr (2,707 fut) yüksəklikdə yerləşir. Abidəyə ən yaxın şəhər isə İordan çayının qərb sahilində yerləşən Betar şəhəridir.
Konstitusiya abidəsi
Konstitusiya abidəsi — Türkmənistanın paytaxtı Aşqabadda abidə.Türkmənistanın paytaxtı Aşqabadda tikilmiş, 185 metr hündürlüyündə olan “Konstitusiya abidəsi” 18 may 2011-ci ildə açılıb. Abidə Konstitusiya Günü və türkmən şairi Məhtimqulunun doğum günü açılıb. Aşqabadın ən hündür abidəsi olan bu abidə 45 milyon avroya başa gəlib. Abidəni Türkiyənin “Polimeks” şirkəti hazırlayıb.
Kültigin abidəsi
Kül Tiğin kitabələri —Monqolustanda Orxon Yenisey Muzeyində ziyarətçilərə sərgilənməktədir. Kül Tigin abidəsi Kül Tiginin qardaşı və Göktürklərin xaqanı Bilgə Xaqan tərəfindən 732 ci ildə qardaşı adına, qardaşının xidmətlərindən dolayı ona duyduğu minnəti göstərmək məqsədiylə tikilmişdir. Bu kitabədə Bilgə Xaqan danışır.Türkologların Orhun abidələri olarak adlandırdıqları yazıtlardan biri olan Kültigin kitabəsi Türk dilinin ən köhnə nümunələrindəndir. Monqolıstanda köhnə Moğol başşəhəri Qaraqorumun 32 km. güneyində, köhnə Uyğur paytaxtı Karabalasagunun 28 km güneyindədir. Boz bir qranit qaya üzərində duran dörd üzlü bir yazıttır. Üç üzü (Kök) türkcə mətinden; bir üzü (qərb üzü) isə Çincə mətinden ibarətdir.18 iyul 1889-da rus etnoqraf Nikolay Yadrintsev tərəfindən tapılmış ve Danimarkalı filoloq Vilhelm Thomsen tərəfindən Danimarka Krallıq Akademiyasının Kopenhagendəki 15 dekabr 1893-cü ildə ilk dəfə oxunmuşdur. İki hissədən ibarətdir: birinci hissə 13, ikinci hissə 53 sətirdən ibarət olmaqla, Kültigin abidəsi ümumilikdə 66 sətirdən ibarətdir. == Kitabələr == Qədim Türk xalqlarının ən dəyərli maddi mənbə nümunələrindən biri kitabələrdir. Kitabələr bütün Türk xalqlarının yayıldığı coğrafiyada tapılmaqda, araşdırılıb tədqiq edilməkdədir.
Ləm abidəsi
Ləm abidəsi — Lənkəran rayonunun Boladi kəndində yerləşir. XIX əsrdə yayda istidən qorunmaq və istirahət etmək üçün inşa edilmişdir. Dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli bir guşədir. Bura hətta yay evi də deyirlər. Ləmlər ümumən cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışdır. İstilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi - sütunları qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir. Bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər respublikanın cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir. == Xarici keçidlər == Lənkəran ləmləri.
Qağayı abidəsi
"Qağayı" abidəsi və ya "Qağayı" heykəli — Sumqayıt şəhərinin girəcəyində Bakı-Quba yolunun üzərində ucaldılmış abidə. Abidə 24 ədəd üst-üstə spiral şəklində qoyulan daş və onların üzərində olan qağayı qanadlarından ibarətdir. == Tarixi == Abidə 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. İlk əvvəllər abidə 15 daş blokdan ibarət idi. Bu isə memarın şəhərin 15 illiyi münasibəti ilə sumqayıtlılara ərmağanı olmuşdur. Abidənin üzərində əvvəllər Sumqayıt yazısı olmuşdur. Sonrakı illərdə aparılan dəyişikliklər zamanı isə 15 daş blok prinsipinə əməl edilməmişdir. Üstəlik abidə alüminium konstruksiyalı bloklarla əvəzlənmişdir. Hazırda abidənin hündürlüyü 13 metr təşkil edir. Blokların sayı isə 24 ədədə çatdırılmışdır.
Qeysəriyyə abidəsi
Qeysəriyyə və ya Ordubad zorxanası — Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində yerləşən 17-ci əsrin tarixi və memarlıq abidəsidir. Ordubad şəhərinin mərkəzi bazar meydanında yerləşən abidə Naxçıvanın Türk-İslam abidələrindən biridir. Qeysəriyyənin ümumi sahəsi 540 m²-dir. Böyük bir günbəzdən və ona bitişik 16 kiçik qübbədən ibarətdir. Abidə 10x10 m² olan mərkəzi səkkizbucaqlı zaldan və onun üzərini örtən dairəvi günbəzdən, günbəzi künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan və dayaqlarla kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir. Abidə bişmiş kərpicdən inşa olunmuşdur. Divarının qalınlığı isə 80 sm-dir. Abidənin mərkəzi günbəzi də daxil olmaqla ümumi hündürlüyü 8,5 m-dir. Tarixi binanın pəncərələri şəbəkə metodu ilə hazırlanmışdır. == Tarixi == "Qeysəriyyə" sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü "Şərq bazarı" deməkdir.
Qoşundaş abidəsi
Qoşundaş abidəsi — Zəngəzur mahalının Qarakilsə (02.03.1940-dan Sisian) rayonu ərazisində, rayon mərkəzi olan Qarakilsə qəsəbəsindən 3 km. aralıda e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqları.Qoşundaş abidəsi şaquli vəziyyətdə cərgə ilə düzülmüş, elə buradan da Qoşundaş adını almış bu daşlar Neolit dövrü yadigarıdır. Daş düzümünün mərkəzində çox güman ki, sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir. Abidənin Qoşundaş adını isə ermənilər sətri tərcümə edərək Zorakarer adlandırmışlar. == Tarixi == Bu daş abidə eramızdan öncə ikinci minilliyə aid olub. Sisian rayonunda, köhnə Qarakilsə kəndi (indiki Sisian) ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir.Sisian azərbaycanlıları arasında yayılmış bir rəvayətə görə bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Bu insanlar oğuzların ulu babaları imişlər. Qoşundaş isə bir döyüşdə həlak olmuş əsgərlərin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur.Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır.
Qırxpillə abidəsi
Qırxpillə abidəsi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində kəhriz sistemləri üzərində inşa edilən tarixi abidə. Bişmiş kərpicdən və ya yerli materialdan inşa olunmuşdur. Belə abidələr Şahtaxtı, Qarabağlar, Naxçıvan və digər yerlərdə də var. Yaşayış məntəqələrində daha çox rast gəlinir. Hazırda Ordubad və Əylis məntəqələrində bu abidələr xalq tərəfindən mühafizə olun maqdadır. Tədqiqatçılar Ordubad, Əylis kəhriz sistemləri üzərində inşa olunmuş Qırxpillələri Azərbaycanın qədim irs abidələrindən biri hesab edirlər. Dərinlikdən asılı olaraq Qırxpillələrdə pillələrin sayı müxtəlif olur, yəni “40 pillə” sözü şərtidir. Riyazi məntiqdə isə 40 pillədə hər pillənin hün dürlüyü 20 sm hesablanarsa (40 x 0,2 m = 8 m), onda Ordubaddakı kəhrizlərin orta dərinliyinin 8 metrə yaxın olması həqiqəti təsdiq edilər. Pillələrin düzülüşü həyətin şəraitinə və kəhrizin dərinliyinə görə birbaşa enən və ya döngəli, yəni 10-15 pillədən bir istiqamətini dəyişərək dolanan pilləli olur. Qırxpillələrdə həmişə sabit tem peratur (+8-100C) olduğun dan ilin fəslindən asılı olmayaraq, oraya qoyulmuş ərzaq xarab olmur.
Qələbə abidəsi
Qələbə abidəsi (Xankəndi)
безви́нная дави́льня изю́мный отмота́ть переве́даться возникнове́ние га́рус наркоби́знес недействи́тельность пито́мник проко́пка тотеми́зм тума́к шумово́й педаль холод amphithecium amylase bring forward decrystallization nebbish thenardite беглость жерех ополчить