SƏMA

hədis elmində müəllimin, yaxud təriqət başçısı olan şeyxin öz müridlərinə hədis öyərtdiyi zaman, hədisləri öz yad-daşından, yaxud yazılı bir mənbədən rəvayət edərək oxuması və tələbələri də bu hədisləri yazmayaraq, eşitdikləri şəkildə rəvayət etmələrinə səma deyilir. Hədis təhsilində imla yolundan fərqli olaraq səma yolu daha qədim olsa da etibarlılığı baxımından daha zəyifdir. Bu səbəbdən hədis tənqidçiləri səma yolu ilə rəvayət edən raviləri araşdırmış, onları şəxsiyyət baxımından tədqiq et-miş, yalançı hədislərin ortaya çıxmaması üçün ən xırda detallarına qədər araşdırmışlar.
SƏMA
SƏNƏT
OBASTAN VİKİ
Gülnar Səma
Gülnar Səma, Gülnar Qasımlı (1986, Dondar Quşçu, Tovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitab, poema və monoqrafiya yazıçısı."Gənc Ədiblər Məktəbi"nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının "Gündəlik Analitik İnformasiya Agentliyi"nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri. == Həyatı == Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib. === Təhsili === 2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. == Fəaliyyəti == 2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində "Hədəf" hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Məleykə Səma
Məleykə Səma (Məleykə Əhmədova) — Qarabağ müharibəsinin ilk günlərindən həkim-cərrah olaraq ermənilərlə döyüşlərdə yaralanmış yüzlərlə Azərbaycan əsgərini ölümdən qurtaran birinci dərəcəli tibb xidməti kapitanı, "Azərbaycan bayrağı" ordenli. == Həyatı == Məleykə Səma Ermənistanın Loru mahalının Allahverdi (Tumanyan) rayonunda anadan olmuşdur. Məleykənin üç qardaşı şəhid olub, atası Əhməd kişi isə üçüncü şəhid oğlu - Kamandarın ölümünə dözməyərək həyatla vidalaşıb. 1988-ci ildə Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Böyük qardaşı Kamandar Əhmədov Qarabağ uğrunda müharibədə şəhid olmuşdur. Kamandar Əhmədov Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bakı küçələrindən biri Kamandar Əhmədovun adını daşıyır. 2006-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məleykə prezident İlham Əliyevin sərəncamına əsasən, İkinci Fəxri xiyabanda dəfn edilibdir.
Səma məbədi
Səma məbədi (天壇|Tiāntán/Tyantan) — Pekində yerləşən tarixi abidə. == Tarixi == Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil edir. Məbədin ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir.
Səma obyektləri
Astronomik obyekt, göy cismi və ya səma cismi — müşahidə edilə bilən kainatda mövcud olan, təbii olaraq yaranan fiziki varlıq, birləşmə və ya struktur. Astronomiyada obyekt və cisim sözləri çox vaxt bir-birini əvəz edir. Bununla belə, astronomik cisim və ya göy cismi vahid, möhkəm əlaqəli, bitişik varlıq, astronomik obyekt və ya göy obyekti isə bir neçə cisimdən və ya bununla bərabər alt strukturlu digər obyektlərdən ibarət ola bilən mürəkkəb, daha zəif birləşmiş strukturdur.Astronomik obyektlərə planetar sistemlər, ulduz qrupları, dumanlıq və qalaktikalar, astronomik cisimlərə isə asteroidlər, peyklər, planetlər və ulduzlar aiddir. Kometa həm cisim, həm də obyekt kimi təyin edilə bilər: o donmuş buz və toz nüvəsi nəzərdə tutulduqda cisim, diffuz koma və quyruğu ilə bütün kometi təsvir edərkən obyektdir. == Qalaktika və daha çoxu == Kainatın iyerarxik quruluşa malik olduğunu söyləmək olar. Ən böyük miqyaslarda quruluşun əsas komponenti qalaktikadır. Qalaktikalar qruplar və topalar şəklində qurulur, çox vaxt daha böyük ifrattopalar daxilində, demək olar ki, voydlər (qaranlıq boşluqlar) arasında böyük saplar boyunca düzülür və müşahidə oluna bilən kainatı əhatə edən bir şəbəkə yaradır.Qalaktikalar birləşməyə səbəb ola biləcək digər qalaktikalarla qarşılıqlı əlaqə də daxil olmaqla, formalaşma və təkamül tarixlərindən asılı olaraq müxtəlif morfologiyalara, nizamsız, elliptik və diskəbənzər formalara malik olur. Diskəbənzər qalaktikalar spiral qollar və bariz bir halə kimi xüsusiyyətlərə malik linzaşəkilli və spiral qalaktikaları əhatə edir. Əksər qalaktikaların nüvəsində ifratkütləli qara dəlik var ki, bu da aktiv qalaktika nüvəsinin meydana gətirə bilər. Həmçinin, qalaktikaların cırtdan qalaktikalar və kürəvi topalar şəklində peykləri də ola bilər.
Dəmir (səma daşı)
Dəmir (Səma daşı) Dəmir yer qabığında ən çox yayılmış elementlərdən biridir. Bu cəhətdən o bütün keçid elementləri arasında birinci yeri tutur. Dəmirin bioloji sistemlərdə iştirakı hələ çoxdan məlum olmuşdur. Həm də belə sistemlərdə ona Fe2+ və Fe3+ ionları şəklində təsadüf olunur. Hər iki oksidləşmə halında dəmir ionları üçün oktaedrik quruluşda kompleks əmələ gətirmək xarakterdir. Dəmir insan orqanizminə əsasən bitki mənşəli qidalar və əl ilə daxil olur. İnsan bədənində dəmirin miqdarı 3-4 qramdır ki, bu da orqanizmdəki bütün digər keçid metalların ümüumi miqdarından çoxdur. Bədənin dəmir ehtiyatının 65-70% -i hemoqlabinin tərkibində 15%-I qaraciyərdə, dalağda, sümük iliyində və böyrəklərdə cəmlənmişdir. Qalanı isə zülal sintezində və plazmada oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir. Bioloji sistemlərdə dəmir onunla birləşən liqandın təbiətindən asılı olaraq, müxtəlif ion halında, məsələn, mioqlobin və hemoqlabində Fe2+-ionu katalaza və oksidazalarda isə Fe3+-ionu şəklində olur. Dəmirin insan orqanizmindəki bir vacib vəzifəsi çoxlarına məlumdur.
Lanqkavi səma körpüsü
Lanqkavi səma körpüsü — Malayziyada körpü == Tarixi == Körpü 2005-ci ildə istifadəyə verilmişdir. == Quruluşu == Körpüyə çıxmaq üçün funikulyordan istifadə edirlər. Gəzmək üçün olan sahə 410 fut və təxmini 125 metrdir. Körpü Qanqun Mat Çinçanq dağının zirvəsində, dəniz səviyyəsindən 2300 fut hündürlükdə yerləşir. Xüsusi lift ilə dağa qalxan turistlər tropik meşələri və Malayziyanın ən gözəl dağ mənzərələrini seyr edə bilirlər.
Səma qəsri Laputa
Səma qəsri Laputa(yap. 天空の城ラピュタ ) - Hayao Miyazakinin yazıb yaratdığı 1986-ci il tam metrajlı anime. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. == Məzmun == Qədim əfsanə olan Laputa uçan adadır.Bəziləri oranı böyük hərbi baza ,bəziləri isə sonsuz xəzinəsi olan saray hesab edir. Səma qəsri Laputa göylərdə-buludların arasında, gözlərdən uzaqda yerləşir.Bu sirli qalaya gedən yolu yalnız Şitanın sehirli güclərə malik tumarı vasitəsi ilə tapmaq olar.Tumar göy rənglidir və üzərində qızılı simvol var. == Film heyəti == == Rolları səsləndirənlər == == Saundtrek siyahısı == Səma qəsri Laputa animasiyasının saundtreki - 1986-cı ildə buraxılmış saundtrek albomudur.Saundtrek siyahısı 14 trekdən ibarətdir.Bütün treklərin müəllifi Co Hisayşidir. "The Girl Who Fell from the Sky" – 2:27 "Morning in Slag Ravine" – 3:04 "A Fun Brawl (Pursuit)" – 4:27 "Memories of Gondoa" – 2:46 "Discouraged Pazu" – 1:46 "Robot Soldier (Resurrection/Rescue)" – 2:34 "Carrying You" – 2:02 (Xor: Suginami Children's Choir) "Sheeta's Decision" – 2:05 "On the Tiger Moth" – 2:32 "An Omen to Ruin" – 2:18 "The Sea of Cloud Under the Moonlight" – 2:33 "Laputa: Castle in the Sky" – 4:36 "The Collapse of Laputa" – 2:00 (Xor: Suginami Children's Choir) "Carrying You" – 4:07 (İfaçı: Azumi Inoue) == Maraqlı faktlar == Film İMDBnin hazırladığı Top 250 film siyahısında 230-cu mövqedə qərarlaşıb.İMDB xalı 8,1-dir.
Açıq səma altında muzey
Açıq səma altında muzey — Muzeydə eksponatlar açıq səma altında nümayiş olunur və qorunur. ==== Haqqında ==== Açıq səma altında muzeyin təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə olaraq isveçrəli alim Ç.Bonsetten tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. İsveçrə 1891-ci ildə isə Qezelius məşhur "Skansen" muzeyini təşkil etdi. Avropa və Amerika qitələrində belə muzeylər çoxdur (Kopenhagendə – 1897, Osloda – 1902, Arnxemdə – 1912 və s.). Təkcə Polşada belə muzeylərin sayı 35-ə çatmışdır. Finlandiyada Serasaari adasında ənənəvi kəndli malikanəsi və o cümlədən XVIII əsrə aid zəngin etnoqrafik abidələr saxlanmaqdadır. Burada bütün sənətkarlıq emalatxanaları və dəyirmanlar işlək vəziyyətdə nümayiş etdirilir. Almaniyanın Zanvüst şəhərində alman kəndinin 250 illik tarixini izləmək mümkündür. Buxarestdə yerləşən muzey-kənd də diqqəti cəlb edir. Muzeydə 62 kompleks abidə və 18 min eksponat nümayiş etdirilir.
Enən səma (teleserial, 2011)
Enən Səma - elmi fantastika janrında ABŞ teleserialı.
Səma şairi (film, 2003)
== Məzmun == Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən film 1918-ci ilin martında ermənilərin Bakıda törətdikləri soyqırım hadisələri ilə başlanır. Nadir sənədli kadrlarda Hüseyn Cavid Bakı nümayişçiləri arasında görünür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Azər Turan Rejissor: Şamil Nəcəfzadə Operator: Nizami Abbas Bəstəkar: Ərtoğrul Cavid Məsləhətçi: Turan Cavid == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Azərbaycan fişəng və səma fənərləri
Azərbaycan fişəng və səma fənərləri — Azərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir. == Adlandırmalar == === Taraqqa, beşaçılan, onaçılan, tumanagirən === Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır. Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı. Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…"Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar. Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır. === Üskü, lopa, şar === Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı. İlk üç çərşənbədə tonqalda yandırılan lopa üç dəfə ev-eşin dövrəsində dolandırılar və bu sözlər deyilərdi: Ovsun üçün istifadə edilən bu sözlərdə şər qüvvələrin qorxub-qaçması, bir daha evə yaxınlaşmaması ifadə olunub.Naxçıvan bölgəsində lopa ilə birlikdə şar adından da istifadə edilir, ilaxır çərşənbədə uşaqlar tərəfindən hazırlanan "şarlar" yandırılıb fırladılaraq göyə atılırdı. Bakı kəndlərində həm tonqala, həm də göyə atılan lopalara üskü deyilir, Novruz qabağı çərşənbələr üskü çərşənbəsi adlandırılırdı.
Açıq Səma Altında Muzey (Naxçıvan)
Açıq Səma Altında Muzey — Naxçıvan şəhərində muzey. Muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir.
Səma qapılarını döyərək (film, 1997)
Səma qapılarını döyərək (ing. Knockin' On Heaven's Door) — tragikomediya janrında çəkilmiş alman filmi. Rejissor və ssenarist Tomas Yanın filmi. Filmin ingilis dilindəki adı (Knockin’ on Heaven’s Door) Bob Dilanın eyniadlı mahnısının karer-versiyasıdır. Filmin teqlaynı: "Ein schnelles Auto, 1 Million Mark im Kofferraum und nur noch eine Woche zu leben". (Sürətli avtomobil, baqajdan 1 milyon marka və yalnız bir həftə yaşamaq). == Məzmun == İki cavan oğlan — qaydalar haqqında heç narahat olmayan Martin Brest (Til Şvayger) və qanunlara tabe olan Rudi Wurlitzer xəstəxanada eyni palatada qalırlar. Ölümcül xəstə olduqlarını və təxminən bir həftə yaşayacaqlarını öyrənirlər. Pasientlərin bir-birinə öz həyatından danışdığı zaman, onların çarpayısı üzərində yerləşən carmıxa çəkilmiş İsanın şəkli olan xaç tumba üzərinə düşür və sınır, onun içindən tekila şüşəsi aşkar edilir. Çox düşünmədən təzəcə dostlaşmış oğlanlar onu içirlər, həmçinin Martin üçün əhəmiyyətli bir detal aşkarlanır: sən demə Rudi heç bir zaman dəniz görməmişdir.
Səma
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Səma (rəqs)
Səma və ya Sama (Ərəbcə: سماع ) - sufilərin musiqisi olub, onun dinləyərək rəqqasların ruha gəlib və fırlanaraq rəqs etməsi sayılır. Ərəbcə "eşitmək" mənasını verən "səmi" sözü, məcazi olaraq "musiqi, nəğmə, rəqs" deməkdir. Zaman keçdikcə sufilər və din xadimləri bu nəğmələrə qulaq asaraq, ayaqüstə fırlanaraq Allaha zikr etməyə başlayırlır. 13-cü yüzillikdə Mevlanə tərəfindən dini nəğmə dünyada daha geniş miqyasda yayılmağa başlayır və ayin halına çevrilir.2008-ci ildə UNESCO-nun Mədəniyyət irsinə daxil edilir. == Tarixi == Sufilər İslamı qəbul etdikdən sonra səmanı, vəhfi, musiqi və şeir dinləyərək qalxıb hərəkət etməyə dönməyə başlayır. İslam dünya meydana gəldikdən sonra onun səmavi din olub-olmaması çox sual meydana çıxartdı. Bu din gəlməmişdən öncə sufilər bir çox halal olanları haram qəbul etmişdilər. Sufilər bir yerə yığlıb, müzakirələr aparır, nəsihətlər verilir və Allah inam, etibar və sevgisinə dair şeir və ilahilər oxunurdu. Şeir və musiqilər gözəl səsə malik olan şəxslər tərəfindən söylənirdi. Səma rəqsini bir və ya bir neçə nəfər qrup halında rəqs edirdilər.
Səma Altı
"Səma Altı" (çin. 天下; Tyənsya) — Çin dilində milli və mədəniyyət konsepti. == Tarixi və siyasi inkişafı == Bu konseptin Şan sülaləsi zamanı yaranması ehtimal edilir. == Həmçinin bax == Odlar Yurdu == İstinadlar == == Notlar == Mizoguchi Yuzo, et al. Chūgoku Shisō Bunka Jiten 中國思想文化事典, Tokyo University Press, 2001. Hayashiya Tatsusaburō, Nihon no Rekishi 12 - Tenka Ittō 日本の歴史 12 - 天下一統, Chūō Kōron Publishing, 1966. Tamagake Hiroyuki, Nihon Chūsei Shisōshi Kenkyū 日本中世思想史研究, Perikan Publishers. 1998. Mizubayashi Takeshi, et al. Taikei Nihon-shi 2 - Hōshakai-shi 体系日本史 2 - 法社会史, Yamakawa Publishing.
Səma Aydəmir
Səma Aydəmir (17 avqust 1985, Bursa) — Türkiyəli yüngül atlet. == Karyera == 2012-ci il London Olimpiadasında 4x400 m estafet yarışında iştirak etmək hüququ qazandı. O, 6 iyun 2012-ci ildə Ankarada keçirilən yarışda 400 m maneəli qaçışda 56,62 saniyə ilə ən yaxşı dərəcəsini əldə edib.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə( Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir.Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın “Çıxış” kitabının 16-cı fəslində, “Saylar”ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir.Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu.O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı.Yeməyə heç nə yox idi.İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər.Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi.Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər.Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.Forması keşniş toxumuna bənzəyir, mirvariyə bənzəyir, ağ rəngdədir.İsraillilər mannanı yığıb dəyirmanda əzdilər və ya məhlulda döydülər, qazanda qaynadıb tortlar düzəldiblər, təzə yağ kimi dad verirdilər.Adətən altı gün ard-arda yağış yağır, lakin şənbə günü bir gün dayanır ki, insanlar şənbə günü keçirsinlər.Ona görə də altıncı gün yağan yağışın miqdarı ikiqat olacaq.İlk beş gündə düşənlər eyni gündə yeyilməlidir, əks halda səhərə qoyulsa, qurd böyüyəcək və iylənəcək;Yalnız Yeşua xalqı İordan çayının o tayından Kənan torpağına apardıqdan və onlar Kənan torpağının məhsullarını yedikdən sonra yağış dayandı . Forması: Keşniç toxumuna bənzəyir, həm də mirvariyəbənzəyir.Rəngi ağ rəngdədir.
Səma mexanikası
Göy mexanikası (ing. celestial mechanics) — mexanika qanunlarının köməyi ilə göy cismlərinin hərəkətini öyrənən astronomiya bölməsi. Göy mexanikası Ay və planetlərin fəza koordinatlarını hesablayır, Ay tutulmasının vaxtını və yerini müəyyən edir, kosmik cisimlərin real hərəkətini dəqiqləşdirir. Göy mexanikası Günəş sistemini, planetlərin Günəş ətrafında, peyklərin planetlər ətrafında dövr etməsini öyrənir. Həmçinin bu elmi sahə ilə kometa və kiçik planetlərin hərəkətinin trayektoriyasının hesablanır. Uzaq planetlərin və ulduzların hərəkətini bəzən əsrlərlə müşahidələrdən bilmək olur. Günəş sisteminin cisimlərinin hərəkəti isə gözlə də görünə bilər. Onun öyrənilməsi İohan Keplerin (1571–1630) və İsaak Nyutonun (1643–1727) əsərlərindəki göy mexanikası qanunları ilə başladı. Bununla yanaşı bilavasitə göy mexanikasında öyrənilən məsələlərə misal olaraq aşağıdakıları göstərmək olar: Bilavasitə Nyutonun ümumdünya cazibə qanunu ilə bağlı astronomiya məsələləri Cazibə nəzəriyyəsi-tərpənməz cisimlərin qravitasiya sahəsi haqqında təlim n {\displaystyle n} cisim məsələsi-bir-birini Nyutonun ümumdünya cazibə qanunu ilə cəzb edən n {\displaystyle n} maddi nöqtənin hərəkəti Birinci yaxınlaşma hesab edilən bu nəzəriyyədən Eynşteynin qravitasiya nəzəriyyəsi əsasında n {\displaystyle n} cismin hərəkətinin relyativist nəzəriyyəsi və s.
Səma Ramazanoğlu
Səma Ramazanoğlu (25 avqust 1959, Dənizli) — Türk həkim və siyasətçisi, Türkiyə Respublikasında keçmiş Ailə və Sosial Siyasətlər naziri. 4 noyabr 2015-ci il - 24 may 2016-cı il tarixləri arasında Türkiyənin 64-cü hökumətində Türkiyə Respublikası Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb. O, ilk dəfə 2015-ci ilin noyabrında Türkiyədə keçirilən ümumi seçkilərdə Dənizlidən millət vəkili olaraq parlamentə seçilib. Ramazanoğlu deputat və nazir olmazdan əvvəl 2003-2009-cu illərdə keçmiş baş nazir və Ədalət və İnkişaf Partiyası lideri Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi olub. O, həm də Ədalət və İnkişaf Partiyasının qurucularındandır. Bacısı Səlma Aliyə Kavaf da 2009-2011-ci illərdə Ədalət və İnkişaf Partiyasından nazir olub. == Erkən həyatı və təhsili == Səma Ramazanoğlu 25 avqust 1959-cu ildə Dənizlidə Niyazi və Gülsərən Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İlk və orta təhsilini Dənizlidə başa vurduqdan sonra 1983-cü ildə Ankara Universiteti tibb fakültəsini bitirmişdir. Təhsilini başa vurduqdan sonra müxtəlif səhiyyə ocaqlarında həkim işləyib. O, İsveçrənin Bern Universitetinin xəstəxanasında və doğum evində radiologiya üzrə rezidenturanı bitirib.Türkiyəyə qayıtdıqdan sonra müxtəlif xəstəxanalarda rentgenoloq mütəxəssisi kimi fəaliyyətini davam etdirib.
Səma buğası
Səma buğası, Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası, Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma öküzü
Səma buğası, Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası, Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Səma aşağı enir
Səma aşağı enir (ing. The Sky Is Falling) — Sidni Şeldonun 2001-ci ildə yazdığı romandır.
Səma dəfni ayini
Səma dəfni ayini — mərhumun cəsədini havada asmaqla həyata keçirildiyi dəfn edilmənin ən qədim dini ayinlərindən biri. Ayinin dini motivasiyası müxtəlif xalqlar üçün fərqli olmuşdur. == Ümumi məlumat == Səma dəfn mərasimi qədim dövrlərin bir çox xalqı arasında mövcud olmuşdur. Bu gün Cənubi Amerikanın bəzi tayfaları arasında da müşahidə edilir. Bəzi xalqlar üçün ayin bütün ölülərlə əlaqəli, bəzilərində isə yalnız bu və ya digər səbəbdən "seçilmişlər" lə əlaqəli şəkildə yerinə yetirilmişdir. Bu ayin haqqında ən qədim istinadlardan biri Nimfodorun mesajıdır (e.ə. III əsr). O, özünün "Barbar qanunları" əsərində yazırdı: == Zərdüştlük == Qədim zərdüştlər ölü cəsədini yırtıcı quşlar tərəfindən ziyafət üçün Dahma adlanan bir tikiliyə qoyulmalı olduğuna inanırdılar, çünki cəsədlərin basdırılması və ya yandırılması qədim dində qadağan edilmişdir. Səbəb isə suyun və torpağın çirklənməsinə səbəb olacağını düşünmələridir. == Gürcülər üçün səma dəfni ayini == 1814-cü ildə David Baqrationi "Gürcüstan tarixi" kitabında məlumat verdi: == Şimali Amerikalılar arasında səma dəfni == Hava dəfn mərasiminin Şimali Amerikadakı hinduların bəzi qəbilələri arasında mövcud olduğu da bilinir.
Torpaq. Dəniz. Od. Səma
== Məzmun == Film 4 novella-mahnıdan ibarətdir: torpaq, dəniz, od , səma. Novellaların adları rəmzi məna kəsb etdiyi kimi, filmdəki kiçik kənddə bir-birinin davamı olan və bir-birini əvəz edən 4 nəslin də müxtəlif dövrlərlə əlaqədar talelərinin rəmzi mənası vardır. == Festivallar və mükafatlar == 1) 1968-ci ildə İrəvanda Zaqafqaziya və Ukrayna Respublikalarının II Zona Kinofestivalı Rejissor Şamil Mahmudbəyova uşaqlarla işə görə Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Anar Quruluşçu rejissor: Şamil Mahmudbəyov Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Geyim rəssamı: Elbəy Rzaquliyev Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Ağahüseyn Kərimov Rejissor assistenti: Ə. İsmayılov, Murad Məlikov, Xamis Muradov, Nelli Mahmudova Operator assistenti: Eduard Qalakçiyev, Rafiq Kərimov, Həmzə Əhmədoğlu Rəssam assistenti: T.Məlikzadə Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Filmin direktoru: Daniil Yevdayev Çalır: Azərbaycan SSR Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsinin Kamera Orkestri Dirijor: Nazim Rzayev Filmin redaktoru: Y.Vəkilov === Rollarda === İsmayıl Osmanlı — Kərim baba Ələddin Abbasov — Əli Tamara Kokova — Gülsüm Fidan Qasımova — Sevda Ələsgər İbrahimov — Kamil Kamran Rəcəbli — Kamil (uşaq) Sevda Əliyeva — Solmaz Cəmilə Məmmədova — Solmaz (uşaq) Fikrət Əliyev — Murad Vaqif Həsənov — Murad (uşaq) Rafiq Tağıyev — Murad dayı Əliheydər Həsənzadə — ovçu Zemfira Sadıqova — Fatma Q.Cəfərova - Fatmanın qızı Pyotr Jarikov - həkim Hamlet Xanızadə — neftçi Xamiz Muradov Hacıməmməd Qafqazlı — kənd sakini Ənvər Həsənov — gənc əsgər Törəxanım Zeynalova — qarı Yusif Yulduz — kənd sakini Mayak Kərimov — qonaq Mixail Mineyev - polkovnik === Filmi səsləndirənlər === Yusif Vəliyev — Əli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Həsən Əbluc — Kamil (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Murad dayı (Rafiq Tağıyev) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Həkim (Pyotr Jarikov)(titrlərdə yoxdur) Ətayə Əliyeva — Gülsüm (Tamara Kokova) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Sevda (Fidan Qasımova) (titrlərdə yoxdur) Əzizağa Qasımov — polkovnik (Mixail Mineyev)(titrlərdə yoxdur) Bahadur Əliyev — komandir (titrlərdə yoxdur)Ramiz Məlik — Murad (Fikrət Əliyev (rejissor)) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154; 257.
Sahn-ı Səman mədrəsələri
Sahn-ı Səman mədrəsələri (Osmanlıca: صحن ثمان) — Fateh Sultan Mehmed tərəfindən İstanbulda inşa edilən yüksək dərəcəli mədrəsə. == Haqqında == Sahn-ı Seman İstanbulun fəthindən sonra Fatih Sultan Mehmed tərəfindən qurulan təhsil ocaqları arasında ən yüksək təhsil ocağıdır. Səhn-i Səman; Quran, hədis, kəlam, fiqh və təfsir kimi İslam elmləri ilə yanaşı, fizika, kimya, riyaziyyat və astronomiya kimi əqli elmlərdən də məruzələrlə çıxış etmişdir. Fatih Kompleksi daxilində yerləşən Sahn-ı Seman kompleksin bütövlüyü çərçivəsində inşa edilmişdir. Onun tikintisi 1462-1470-ci illər arasında davam etmişdir. Səhn-i Səmanın meydana gəlməsində Əli Kuşçu ilə Fatih Sultan Mehmetin birliyi ön plana çıxır. Sahn-ı Seman İstanbuldakı ilk türk ali təhsil müəssisəsidir. Sahn-ı Səman mədrəsələri Fatih Külliyesinin ən yüksək səviyyəli mədrəsələridir. Mədrəsələrdə Əli Kuşçunun hazırladığı tədris planının olduğu və onun “Kânûnnamə” şəklində edildiyi məlum olsa da, indiyə qədər araşdırılan Osmanlı arxiv sənədləri arasında bu sənədə rast gəlinməmişdir. Ola bilsin ki, bu qanunun əsli 1918-ci ildə kompleksdə baş verən yanğında məhv olub.
Səmanın aşağı sərhədi (film, 2013)
Səmavi Mələkə
Səmavi Mələkə (lat. Regina Caeli) əsasən Katolik Kilsəsinin xristianları və daha az dərəcədə Anqlikanizm, Lüteranizm, və Şərqi Pravoslavlıqda xristianlar tərəfindən Bakirə Məryəmə verilən ünvandır. . Bu mövzuya dair katolik təlimi 1954-cü ildə Papa XII Pius tərəfindən nəşr edilmiş Ad Caeli Reginam ensiklopediyasında ifadə edilir. Məryəmin oğlu İsa Məsih İsrailin və İsrailin padşahı, eyni zaman da səmavi kral olduğuna görə Məryəmin də Cənnət Kraliçası adlandırıldığını bildirir. Həqiqətən də, İsrailin Davud ənənəsi padşahın anasını İsrailin Ana Kraliçası kimi tanıyırdı. "Səmavi Mələkə" titulu uzun müddətdir ki, katolik ənənəsi olub, dualara və sədaqət ədəbiyyatına daxil edilib və Qərb sənətində yüksək orta əsrlərdən Məryəmin tacqoyma mərasimi, ona kilisə tərəfindən rəsmi tərif statusu verilməmişdən çox əvvəl görülürdü. Səmavi Mələkə (lat. Regina Caeli) İsanın anası Məryəmin istifadə etdiyi bir çox Kraliça titullarından biridir. Bu titul qismən qədim katolik təlimindən irəli gəlir ki, Məryəm yer üzündəki həyatının sonunda bədən və ruhən cənnətə qəbul edilib və orada Kraliça kimi şərəfləndirilib. Pius XII 13 may 1946-cı ildə Fatimaya radio mesajında Kraliça titulunun teoloji səbəblərini izah etdi, Bendito seja :O, Allahın Oğlu, səmavi Anası üzərində Onun padşahlığının izzətini, əzəmətini və hökmranlığını əks etdirir, çünki insan Qurtuluş işində Şəhidlər Padşahı ilə … Ana və əməkdaşlıq edən kimi iştirak edərək, o, qalır.
Səmavi Qusarlar
Səmavi Qusarlar (rus. Небесные Гусары) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. 1989-cu ildə qurulmuşdur. 1991-ci ildə ağ, qırmızı və göy rənglərdən ibarət xüsusi dizaynını aldı və Su-25 təyyarələri ilə uçuşalr həyata keçirməyə başladı. Qrup hücum təyyarələri ilə pilotaj göstərən ilk komandalardan biridir. == Yenidən qurulması == 1995-ci ildə komanda təyyarələrdənm məhrum oldu. 2000-ci ildə yeni pilotlar L-39 Albatros təyyarələri ilə təlimlərə başladılar. 2003-cü ildə komanda MiQ-29 təyyarələri əldə etdi. 2005-ci ildə eskadron ləğv olundu.
Səmaya mən baxıram, həsrət ilə yanıram
Səmaya mən baxıram, həsrət ilə yanıram (ukr. Дивлюся на небо та й думку гадаю) — sözləri 1841-ci ildə ukraynalı romantik şair Mixailo Petrenko tərəfindən yazılmış mahnı. 1903-cü ildə Lyudmila Aleksandrova tərəfindən bu şeirə musiqi bəstələnib. Musiqiçi, xormeyster və musiqi müəllimi olan Vladislav Zaremba bu mahnını vokal və piano ifasına uyğunlaşdırmışdır. Bu həm də kosmosda ifa edilən ilk mahnı hesab edilir. Belə ki, 12 avqust 1962-ci ildə Ukrayna əsilli ilk kosmonavt Pavel Popoviç "Vostok-4" sovet kosmik gəmisinin göyərtəsində bu mahnını oxumuşdur. == İstinadlar == == Ədəbiyyat == Михайло Петренко: Життя і творчість (художні тексти, дослідження, документи). // Упорядники О. Є. Петренко, О. О. Редчук. Оформлення Д. О. Редчук. «Фенікс».
Səmaya pilləkən (film, 1978)
Səmaya pilləkən — 1978-ci il istehsalı Azərbaycan filmi. == Məzmun == Film bizim müasirimiz, respublikanın əməkdar inşaatçısı, 10-dan artıq yeni məktəb tikmiş Məmməd Hüseynov və onun briqadası haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sirus Zindadel Operator: Faiq Qasımov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Səmaya yönəldilmiş (film, 1975)
== Məzmun == Kinolent "Azərneftkimyamontaj" birliyinin 50 illik yubileyinə həsr olunmuşdur. Film neft və qaz sənayesi üçün böyük qurğular quran fəhlələrin çətin işindən danışır. Filmin çəkilişləri Sov. İKP XXII Qurultayı Adına Zavodda, Xəzər dənizində lentə alınmışdır.
Səmayazarlar
Səmayazarlar (ing. Skytypers Air Show Team) Amerika Birləşmiş Ştatlarında mərkəzləşən mülki aerobatika komandasıdır. Tarixi 1932-ci ildən başlayır. Uçuşlar üçün T-6 Texan təyyarələri istifadə olunur. Təyyarələr səmada hərflər çap edə bilən xüsusi tüstü sistemi ilə təmin olunub. Aviaşoularda daha çox reklam yazılışı istifadə olunur. == Erməni soyqırımı hadisəsi == 20 aprel 2016 tarixində Nyu-York şəhərində komanda səmada yazma tapşırığı yerinə yetirib. Səmada "101 years of Geno-lie," "Gr8 ally = Turkey," "BFF = Russia + Armenia," və "FactCheckArmenia.com." yazılıb. Daha sonra komanda Erməni soyqırımının təkzibini dəstəkləmədiyini bildirərək öz veb saytlarında üzrxahlıq mesajı yerləşdirib.
Səmayi-Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayi–Şəms
Səmayi-Şəms – zərbi muğamı "Şur" muğam və məqam kökünə əsaslanır. O, müstəqil bir zərbi muğam olmaqla yanaşı, həmçinin "Şur" dəstgahının kulminasiya şöbəsi sayılır. Belə ki, müasir "Şur" dəstgahında o, "Şikəsteyi – fars" və "Əşiran"dan sonra ifa olunur. Məhz ondan sonra isə "Hicaz" və "Sarənc" şöbələri gəlir. Adlarını çəkdiyimiz şöbələr "Şur" dəstgahının "Səmayi – şəms"ndə oxunmaqla yanaşı, Səmayi – şəms müstəqil zərbi muğam şəklində ifa olunan zaman da xanəndələr həmin şöbələri "Hicaz" və "Sarənc"i ona əlavə edirlər. Lakin bu zaman improvizə səciyyəli vokal partiya əvvəlki kimi dəqiq ölçüyə əsaslanan müşayiət fonunu davam etdirir. Deməli, Səmayi – şəms başqa zərbi muğamlara nisbətən daha iri həcmlidir. Çünki onun müstəqil şəkildə ifası zamanı "Hicaz" və "Sarənc"də toxunulur. Onu da qeyd edək ki, tarda müşayiət zamanı Səmayi – şəms güclü, dolğun mizrab işlətməklə çalınmalıdır. Səmayi –şəmsin mətni ancaq əruz vəznində yazılmış qəzəllər təşkil edir.
Səmayə Musayeva
Musayeva Səmayə Məmməd qızı (1 noyabr 1944, Qax rayonu) — Azərbaycan aktrisası. == Həyatı == Musayeva Səmayə Məmməd qızı 1 noyabr 1944-cü ildə Qax rayonunda anadan olmuşdur.1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnistutunun «Musiqili-komediya aktyorluğu» fakultəsini bitirmişdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətinə başlamışdır. Bir çox televiziya tamaşalarına və kino-filimlərə çəkilmişdir. Teatrda işlədiyi müddət ərzində Fikrət Əmirov «Gözün aydın»da Gülər, Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Milyonçunun dilənçi oğlu»nda Rəqs müəllimi, Oqtay Kazımi, Ramiz Heydər «Qızıl toy»da Ballı, Süleyman Ələsgərov, İsi Məlikzadə «Subaylarınızdan görəsiniz»də Gülxanım, Süleyman Ələsgərovun, İsi Məlikzadə «Hərənin öz ulduzu»nda Xurma, Səid Rüstəmov, Süleyman Rüstəm «Durna»da Lalə, Nisə, Zülfüqar Hacıbəyov «50 yaşında cavan»da Mələk, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”Səlimə, Səid Rütəmov, Məmməd Səid Ordubadi «Beş manatlıq gəlin»də Səlbi, Şəfiqə Axundova, Novruz Gəncəli “Ev bizim sir bizim” Mələk, Emin Sabitoğlu, Sabit Rəhman “Hicran” Fatı (ikinci qruluş 1993), Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Nənəmin şahlıq quşu” Güllü, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Ceyran, Ramiz Mustafayev «Volqalı canan»da Təşəkkür, Zakir Bağırov, Şamxal Məcidov “Qaynana”da Mülayim, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq evlənərik” Zeynəb, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkin «Bir günlük siğə»də Ruqiyə, V. Dolidze, A. Saqarelli “Xanuma” Nənə kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır. 2000-ci ildə «Əməkdar artist» fəxri adını almışdır. 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səmayə Piriyeva
Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I çağırış üzvü; Sabirabad rayonunun İcra Hakimiyyətinin başçısı (1999–2000). == Həyatı == Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda və Ali Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Səmayə Piriyevanın bir övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.

Digər lüğətlərdə

анкети́ровать антагонисти́чески заключе́ние мину́скульный мо́дник остеклене́лый прогля́дываться размыва́ние сде́льщик стульча́к бу́бен лучеобра́зно май полноформа́тный прокле́йщица чупрасый aseity bane sort вделывать гарпунить гуммиарабик износиться неудовлетворительный рванина