sümükdaxili

sümükdaxili
sümükdağıdan
sümükiçi
OBASTAN VİKİ
Sümükdaxili
Sümükdaxili, intraossear qısaca i.o. (lat. intra = daxili; lat. os = sümük) tibabətdə dərman və məhlulların orqanizmə yeridilmə - aplikasiya formasıdır. Adətən venadaxili inyeksiya yaxud infuziya mümkün olmadıqda (uşaqlara, kök və yanıqlı, politravmalı xəstələrə, kritik hallarda təcili yardım zamanı) tətbiq edilir. Bu məqsədlə qamış sümüyünün qabarcığından (lat. tuberosite tibiale) 2 sm aşağı və içəri tərəfində xüsusi bohrmaşın vasitəsilə iynə sümük iliyi boşluğuna yeridilir. Sümükdaxili infuziya ağrılı olduğundan əvvəlcə boşluğa yerli keyləşdirici (2%-4ml lidokain məhlulu) yeridilir, sonra isə infuziyaya başlanılır. Əldə edilən sümükdaxili giriş vasitəsilə demək olar ki, bütün növ şok əleyhinə dərman və infuziya məhlullarını, qan və qan əvəzedicilərini yeritmək mümkündür. Bu zaman sümükdaxili giriş vasitəsilə laborator analizlər üçün lazım miqdarda qan götürmək də mümkündür.

Digər lüğətlərdə