Sürix protokolları
Sürix protokolları — 2009-cu il oktyabrın 10-da Ermənistan və Türkiyə tərəfindən imzalanmış ikitərəfli sazişlər. Müqavilələr iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin başlanmasını nəzərdə tutur. Sonradan nəticəsiz qalan müqavilə ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə bağlanmışdır.
10 oktyabr 2009-cu ildə Sürixdə ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana, Fransanın xarici işlər naziri Bernard Kuşner və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak etdiyi mərasimdə hər iki ölkənin xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan arasında iki protokol imzalanıb.
Qüvvəyə minməsi üçün bu protokol hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməli idi. Məsələləri bir-birindən ayırmağa çalışaraq, protokollarda Ermənistan-Azərbaycan münaqişəsi qeyd olunmayıb, ratifikasiya müddəti də göstərilməyib.
2010-cu il yanvarın 12-də Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan-Türkiyə protokollarını ölkə konstitusiyasına uyğun olub-olmmasını ölkə müzakirəyə çıxarır və bu, Türkiyə hökumətinin bu sazişlərdən imtina etməsinə səbəb olur.
2015-ci ilin fevralında erməni tərəfi Türkiyə tərəfinin siyasi iradəsinin olmadığını əsas gətirərək parlamentin protokollarını geri götürür. Daha sonra 2017-ci ilin dekabrında Türkiyənin addım atmamasına istinad edərək, erməni tərəfi onları etibarsız elan edəcəyinə söz verir. və 2018-ci il martın 1-də Ermənistan prezidenti Serj Sarkisyan onların denonsasiyası haqqında fərman imzalayır.