Süxurların məsaməliliyi

süxurlardakı boşluqların məcmusu. S.m.-nin miqdarı bütün məsamələr həcminin süxurun ümumi həcminə olan nisbətilə ifadə edilir. Neft geologiyasında S.m. iki yerə ayrılır: efektiv (neft və qazla tutulmuş məsamələrin məcmusu) və dinamik (müəyən təzyiq və temperaturda maye və qazın hərəkət edə bildiyi məsamələrin həcmi). S.m.-nin öyrənilməsi nəticələrindən faydalı qazıntı (məs., neft və qaz) ehtiyatlarının hesablanmasında, onların işlənmə texnologiyasının seçilməsində və s. istifadə edilir.
Süxurlar
Sürtkü materialı