səadət
səbat
OBASTAN VİKİ
Səbail
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Səbail-2
Səbail (tanrı)
Səbail — qədim dövrlərdə Abşeron yarımadasında yaşayanların mifologiyasında dəniz tanrısı. O, yer və dəniz arasındakı balansı qoruyur, dəniz küləklərinə nəzarət edir. Səbail haqqında məlumat Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən yazılmış, 365 səhifədən ibarət "Munisnamə" əsərində verilmişdir. Azərbaycanlı tədqiqatçı Cavid Ağa Bayıl qalasının adının eyniadlı tanrının adına əsaslanması, burada ona həsr olunmuş məbədin olma ehtumalını istisna etmir.
Səbail FK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarını ASCO Arenada keçirir.
Səbail PFK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarını ASCO Arenada keçirir.
Səbail bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səbail rayonu
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Səbail (dəqiqləşdirmə)
Səbail
Səbail-2 FK
"Səbail-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Səbail" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Səbail seçki dairəsi
Nəsimi-Səbail seçki dairəsi
29 saylı Səbail seçki dairəsi
23 saylı Nəsimi-Səbail seçki dairəsi
Səbailər
Səbailər (yun. Σαβαίοι)— Qədim Sami xalqı. Sami xalqlarından olan Səbailər naməlum tarixdə şimaldan cənubi Ərəbistana daxil olmuş və öz sami mədəniyyətlərini yerli əhaliyə qəbul etdirmişlər. Mərkəzi Yəməndə aparılan qazıntı işləri sübut edir ki, Səbai sivilizasiyası e.ə 10-12-ci əsrlərdə yaranmışdır. E.ə 7-5-ci əsrlərdən başlayaraq krallıqda "Səba kralı"ndan başqa özlərini "Səba mükərribləri" adlandıran kahinlər də var idi. Bu orta dövr, xüsusilə, Mərib və Sirvahda inşaat işlərinin, nəhəng abidə və məbədlərin tikintisinin geniş yayılması ilə səciyyələnir. Səbailərin idarəçiliyi dövründə Yəmənin zənginliyi və tərəqqisindən təsirlənən Romalılar bu ərazini "Ərəb Feliksi" adlandırmışlar. Roma imperatoru Oqustusun dövründə buranı fəth etmək üçün Aelius Qallusun rəhbərliyi altında hərbi ekspedisiya göndərilir. Məribin uğursuz mühasirəsindən sonra romalılar Roma tacirlərinin Hindistana səfərlərinin təyinatı üçün Ədən limanını dağıdaraq Misirə geri çəkilirlər.
Səbailik
Səbailik — Abdullah ibn Səba adlı yəmənli bir yəhudi tərəfindən qulat ideyaları üzərində qurulmuş bir təriqətdir və ilk dəfə Allahı (с.с.) insanlara tanıtmaqla insanın ilahilik prinsipini İslam dininə daxil etmişdir. Bu gün Nusayrilik inancında hakim olan Əlinin ilahilik və ilahilik prinsipi ilk dəfə bu təriqət mənsubları tərəfindən Ələvi məzhəblərinə daşınaraq qarışdırılmışdır. Etiqadın əsasları Əli ibn Əbu Talib üzərinə formalaşdırılmışdır. İbn Səba Tövratda hər peyğəmbərin bir nümayəndəsi olduğunu və Əli ibn Əbu Talibin İslam Peyğəmbəri Məhəmmədin (s.a.v) nümayəndəsi olduğunu gördüyünü; Məhəmmədin ən üstün peyğəmbər olduğunu, Əlinin isə üstün nümayəndə olduğunu bildirmişdir. O, həmçinin dedi: Sünni ilahiyyatçıları Səbailəri Əli ibn Əbu Talibin ilahiləşdirilməsini təbliğ edən ilk İslam hərəkatı hesab edirdilər. Rəvayətə görə, Əli ibn Əbu Talib, onu tanrı elan edən bir qrup səbainin yandırılmasını əmr etdi və onlar Əliyə dedilər: "İndi bildik ki, sən həqiqətən tanrısan, çünki odla cəza verən ancaq Allahdır". Səbailər Əlinin ölümünü inkar edirdilər. Onun qisas almaq və ədaləti bərpa etmək üçün qayıdacağına inanırdılar. Onlar Əlini Məhəmməd peyğəmbərin vəsiyyətinin davamçısı elan etmişlər və Əlinin imamətini “dayandırmaq” (təvəkkuf) və onun Məsih olaraq “qayıtması” ideyasını ilk dəfə irəli sürmüşdülər. Yenə bəzi səbailik mənsubları “Allah Əlidə və ondan sonra gələcək imamlarda təcəlli etdi” deyirlər.

Digər lüğətlərdə