Səbinə Əsədova
Səbinə Çingiz qızı Əsədova (29 noyabr 1977, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı (2018-2020), "Tərəqqi" medalı lauratı (2021), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti (2000–2018), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının baş müəllimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadmeiyasının nəzdnində Şövkət Məmmədova adına Opera studiyasının direktoru, opera müğənnisi, mezzo-soprano.
== Həyatı ==
Səbinə Əsədova Çingizovna 1977-ci il noyabrın 29-da Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhər 33 nömrəli uşaq musiqi məktəbini, 1995-ci ildə isə Bakı şəhər Q.Şaroyev adına 35 nömrəli musiqi məktəbini bitirib. 1995–2001-ci illərdə bakalavr pilləsi üzrə dosent Sevda Məmmədovanın sinifində, 2001–2003-cü illərdə magistr pilləsi üzrə SSRİ xalq artisti, professor Fidan Qasımovanın sinifində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin "solo oxuma" ixtisası üzrə təhsil alıb . 2000-ci ildən 2018-ci ilə dək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solisti vəzifəsində çalışıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb:
Jorj Bizenin "Karmen" operasında Mersedes, Cüzeppe Verdinin "Trubadur" operasında Azuçena, "Riqoletto" operasında Maddalena və Çeprano, "Traviata" operasında Flora, "Don Karlos" operasında Emilia və Eboli, Volfqanq Amadey Motsartın "Hamı belə edir" operasında Dorabella, "Sehrli fleyta" operasında 2-ci xanım, "Fiqaronun toyu" operasında Marselina, Qaetano Donizettinin "Sevgi şərbəti" operasında Gianetta, Coakkino Rossininin "Sevilya bərbəri" operasında Berta, Cakomo Puççininin "Madam Butterfly" operasında Suzuki, "Canni Skikki" operasında Zita,"Il Tabarro" operasında Fruqola, Pyotr İliç Çaykovskinin "Qaratoxmaq qadın" operasında Qrafinya və Polina, Fikrət Əmirovun "Sevil" operasında Gülüş.
Səbinə Əsədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansambları ilə çıxış edib. Onun repertuarı barokko dövründən tutmuş muasir bəstəkarlarınin əsərlərinə kimi opera və kamera musiqisini əhatə edir.
Rusiya, İtaliya, İsveçrə və Azərbaycanda keçirilən opera ifaçılığı üzrə dünya şöhrətli sənətkarlardan: İrina Doljenko, Françeska Patane, Anatoliy Qusev, Luybov Stuçevskayadan ustad dərsləri almışdır.