səhifə bağlama

mizanpaj

səhifə
səhnə
OBASTAN VİKİ
Bağlama
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Bağlama (ədəbiyyat)
Bağlama — Azərbaycan aşıq şeir şəkillərindən olub, deyişmənin bir qoludur. Deyişmə iki aşığın üzbəüz, sazın müşayiəti ilə sual-cavab şəklində çalıb oxumalarıdır. Deyişmədə aşıq şeirinin bütün şəkillərindən istifadə edilə bilər. Bu aşığın bilik, bacarığından asılıdır. Aşıq deyişmələrinin ən maraqlı mərhələsi, eyni zamanda kulminasiya nöqtəsi qıfılbənd adlanır. Bu şeir şəklinə qıfılbənd, bəzən isə bağlama da deyilir. Elmi araşdırmalarda hər iki addan istifadə edilib. 3, 4, 5 bəndlik şeirdir. Bağlama çox vaxt aşıq deyişmələrində oxunur və ustad aşıqlar özlərinin dərin fəlsəfi məzmunlu bağlaması ilə müqabil tərəfə üstün gəlir, onu "bağlayır". Azərbaycan şifahi xalq ədəbiyyatında Aşıq Ələsgərin bağlamaları məşhurdur.
Ana Səhifə
Səhifə başlığı
Səhifə başlığı (header) – mətinlərin emalı və çap sistemlərində: səhifənin yuxarısında çap edilən bir və ya bir neçə sətirdir. Yuxarı kolontitul yalnız birinci səhifədə, yaxud bütün səhifələrdə çap edilə bilər, cüt və tək səhifələrdə müxtəlif ola bilər, mərkəzə, sol qırağa və sağ qırağa görə düzləndirilə bilər. Yuxarı kolontitul, adətən, səhifənin nömrəsindən və eləcə də tarixdən, müəllifin adından və ya sənədin titul başlığından ibarət olur. Başlıq – sənədi tanıdan və onun qalan tərkibindən öndə gələn müəyyən informasiya elementidir. Başlığın özəlliyi onun istifadə olunduğu kontekstlə müəyyənləşir, məsələn: rabitə sistemlərində başlıq, verilənlər paketindən öndə gələn və idarəedici simvollardan, məsələn, göndərən və alan stansiyanın identifikasiyalarından ibarət olan baytlar qrupudur; verilənlər bazasında başlıq, sahələri və verilənlər yazılarında olan informasiyaların tiplərini müəyyənləşdirən yazıdır; verilənlərin saxlanması sistemlərində faylın başlığı verilənlər faylının "kimliyini" müəyyənləşdirir; o, faylın adından, ölçüsündən, yaradılma və ya dəyişdirilmə tarixindən və vaxtından ibarət olur; başlıq verilmiş faylı yaradan proqramın da "kimliyini" müəyyənləşdirə bilər; proqramlaşdırmada başlıq (header və ya heading), ondan dərhal sonra gələn proqramı, funksiyanı və proseduru tanıdan sətirdir; çalışdırılabilən proqramlarda başlıq, proqramın ölçüsünü, yerləşmə yerini və onun haqqında başqa məlumatları özündə saxlayan verilənlər blokudur; qurğuların idarəedilməsi vasitələrində qurğunun başlığı, bu qurğunun idarəolunması proqramının (qurğunun drayverinin) başlanğıcında həmin qurgu haqqında təsviri xarakterli informasiya blokudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Səhifə düzəni
Səhifə düzəni (ing. page layout) — sənədin səhifələrində mətnin və qrafikanın yerləşdirilməsi prosesi. Səhifə düzəni ilə işləyə bilən proqramlar mətnin ayrı-ayrı hissələrinin yerlərini dəyişdirə və mətn üzərində aparılan xüsusi əməliyyatları dəstəkləyə bilir; onlar bir çox cəhətdən mətn prosessorlarına nisbətən yavaş işləsələrdə, mətnin bir neçə sütuna bölünməsi, rəng ayrımı, kerninqvə sözlərin sətirdən-sətrə keçirilməsi kimi mürəkkəb əməliyyatları yerinə yetirə bilir. == Həmçinin bax == Növbələnmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 625 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Veb-səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Veb səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s. Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları.
Əsas səhifə
Əsas səhifə və ya ana səhifə — veb-saytın əsas veb-səhifəsi. Həmçinin bu termin proqram ilk açıldığında veb-brauzerdə göstərilən başlanğıc səhifəsinə də istinad edə bilər. Adətən ana səhifə veb-saytın domen adının və ya subdomen adının kökündə yerləşir. Məsələn, domen misal.com kimidirsə, ana səhifə çox güman ki, www.misal.com/ ünvanında yerləşir.
Baş səhifə
Başlanğıc səhifə
Əsas səhifə və ya ana səhifə — veb-saytın əsas veb-səhifəsi. Həmçinin bu termin proqram ilk açıldığında veb-brauzerdə göstərilən başlanğıc səhifəsinə də istinad edə bilər. Adətən ana səhifə veb-saytın domen adının və ya subdomen adının kökündə yerləşir. Məsələn, domen misal.com kimidirsə, ana səhifə çox güman ki, www.misal.com/ ünvanında yerləşir.
Ana səhifə
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar. Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Səhifə təsviri dili
Səhifə təsviri dili (page-description language - PDL) – printerə və ya ekrana çıxarılan verilənləri təsvir etmək üçün tətbiq olunan proqramlaşdırma dili (məsələn, PostScript); səhifə təsviri dilinin göstərişləri əsasında printer və ya ekran səhifənin görüntüsünü formalaşdırır. PDL dilləri başqa proqramlaşdırma dilləri kimidir; onlar proqramın məntiqi axınını idarə etməyə və beləliklə də olduqca mürəkkəb görüntülər yaratmağa imkan verir. Səhifə təsviri dili təkcə spesifikasiyanı (məsələn, şriftləri və onların ölçülərini) verir, simvolların və qrafikanın çəkilməsi elə bağlı bütün işlər isə çıxış qurğusunun üzərinə düşür. Bu cür yanaşmada işin konkret realizasiyası çıxış qurğusundan asılı olduğundan, səhifə təsviri dili aparatdan asılı deyil, yəni PDL dilini başa düşən istənilən printer və ya digər çıxış qurğusu bu dildəki təsvirinə görə görüntünü yarada bilər. Ancaq bu imkanlar “o qədər də ucuz başa gəlmir”; səhifə təsviri dili tələb edir ki, printerlərin öz prosessorları və fərdi kompüterin yaddaşı ilə müqayisə oluna biləcək qədər (bəzən hətta artıq) yaddaşı olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Səhifə ər-Rza
Səhifə ər-Rza (ərəb. صَّحِيفَة ٱلرِّضَا‎, ; hərf. Rzanın səhifələri), həmçinin Səhifət əl-İmam ər-Rza ("İmam Rzanın səhifələri") — səkkizinci şiə imamı Əli ibn Musa ər-Rzaya aid edilən və 240 hədisdən ibarət toplu. "Rzanın səhifələri" şiə inancının əsas mənbələrindən biridir və İbn Bəbaveyhi və Şeyx Təbərsi kimi şiə alimlərinin diqqətini cəlb etmişdir. Burada müxtəlif mövzularda, o cümlədən Allaha dua. gündə beş vaxt namaz qılmağın və ölülər üçün dua oxumağın əhəmiyyəti, Məhəmmədin əhli-beytinin, möminin, ədəbin, Məhəmməd və Əhməd adlarının, müxtəlif yeməklərin, meyvələrin və məlhəmlərin, ata-anaya sədaqətin, qohumluq əlaqələrinin möhkəmlənməsinin və cihadın fəziləti, fırıldaq, qeybət və ya söz-söhbətə qarşı xəbərdarlıq və digər müxtəlif adət-ənənələr haqqında hədislər var. Məhəmmədin əhli-beytinə aid bölmədə onun on dörd üzvünün hər biri ayrı-ayrılıqda müzakirə edilir. == Müəlliflik == Kitabın ilk dəfə Abdullah ibn Əhməd ibn Əmir tərəfindən yazıldığı iddia edilmişdir. O, kitabın məzmununu atası Əhməd ibn Əmirdən, Əhməd ibn Əmir isə öz növbəsində 809–810-cu illərdə ildə Mədinədə Əli ər-Rzadan eşitdiyini söyləmişdir. Abdullah ibn Əhməd ibn Əmir sonradan mühüm şiə alimlərindən biri olan Nəcaşi tərəfindən etibarlı hədis ravisi kimi tanınmışdır. 1921–1922-ci illərdə "əl-Mahid" nəşriyyatı tərəfindən Qahirədə çap olunmuş versiya bu müəlliflik zənciri ilə başlayır: Əllamə Əbdülvasi, Şeyx Əbdülvasi, İmam Qasim ibn Məhəmməd, Şeyx Seyid Əmirəddin ibn Abdullah, Seyid Əhməd ibn Əbdüllahir, İmam Mütəhhər ibn Məhəmməd ibn Süleyman, İmam Mehdi Əhməd ibn Yəhya, Süleyman ibn İbrahim ibn Ömər Ələvi, atası İbrahim, Rizaəddin İbrahim ibn Məhəmməd Təbərni Təbrizi, Hafiz İbn Əsəkir, Zahir Sincani, Hafiz Beyhəqi, Əbulqasim Müfəssir, İbrahim ibn Xurə, Əbulqasim Abdullah ibn Əhməd ibn Əmirəltayi, Əli Rza, atası Musa, atası Cəfər, atası Məhəmməd, atası Əli, atası Hüseyn, atası Əli ibn Əbu Talib.