SƏLCUQİLƏR

сущ. истор. сельджукиды; см. səlcuqlar 2
SƏLBƏLƏMƏK
SƏLCUQLAR
OBASTAN VİKİ
Səlcuqilər
Səlcuqlular və ya Səlcuqilər — 1038-ci ildən 1157-ci ilədək mövcud olmuş, Böyük Səlcuq imperiyasını və digər kiçik dövlətləri idarə etmiş sülalə. Səlcuq türkləri Oğuz türklərinin Qınıq boyuna mənsub olmuşlar. Bu tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. X əsrin ikinci yarısında Türküstanda Qınıq boyunun başçısı Səlcuq bəy tərəfindən oğuz tayfalarının ittifaqı yarandı. İslam dinini qəbul etmələri Türküstanda onların nüfuzunu daha da artırıdı. Səlcuq bəyin vəfatından sonra Qəznəvi hökmdarları səlcuqları sıxışdırmağa başladılar. Səlcuqlar Qaraxanlılar və Qəznəvilər tərəfindən sıxışdırıldıqdan sonra qərbə doğru axışdılar. Azərbaycan və İran torpaqların keçib Bizans torpaqlarına hücum etdilər. Daha sonra Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azərbaycan torpaqlarını nəzarət altına aldılar. Səlcuqlar əvvəlcə, Xorasanda məskunlaşdılar.
Səlcuqilər sülaləsi
Böyük Səlcuqlu sultanları 1037 - 1157 illər arasında iqtidarda olan sultanlar. Səlcuq türkləri Oğuz türklərinin Qınıq boyuna mənsub olmuşlar.Bu sülalə adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. Toğrul bəy 1037-1063 (I Toğrul) Süleyman 1063.
Kirman Səlcuqiləri
Kirman Səlcuq dövləti (1048-1188) – Alp Arslanın qardaşı Qavurd bəyin üsyan ilə Böyük Səlcuq İmperiyasından ayrılıb qurduğu dövlət idi. Dövlətin hakimləri Kirmanşahlar adlanırdı. == Tarixi == Dövlətin əsasları Çağrı bəyin oğlu Qavurd bəyin 1048-ci ildə bölgəni ələ keçirməsi ilə qoyulmuşdu. Bölgə Büveyhi əmirlərinin canişini olan Bəhram ibn Ləşkəristan tərəfindən idarə olunurdu. Səlcuqların işğalından sonra əmisi Toğrul bəyin adına xütbə oxutduran Qavurd bəy Kirman hakimi kimi təsdiqlənmişdi. Alp Arslan 1072-ci ildə hakimiyyəti oğlu Məlikşaha vəsiyyət edib vəfat edəndə Qavurd bəy bu vəziyyətə razı olmayıb Kirmanda üsyana başlamışdı. Üsyan uğursuz nəticələnsə də Qavurdun davamçıları hakimiyyətlərini qoruyub saxlaya bilmişdilər. Dövlət II Məhəmmədin Oğuz sərkərdəsi Məlik Dinara məğlub olmasından sonra dağılmış və Kirman Oğuz dövləti tərəfindən əvəz olunmuşdur. == Ərazisi == Dövlətin ərazisi Kirman və Sistan kimi vilayətlərdən əlavə müasir BƏƏ və Oman bölgələrindən də ibarət idi.
Suriya Səlcuqiləri
Suriya Səlcuqlu dövləti (1092-1117-ci illər) – Türklərin Suriya ərazisində qurduğu dövlət Suriyanı fəth edən və 1078-ci ildən bəri Böyük Səlcuq Dövlətinin Suriya məliyi olan Alovlan (Sultan Alparslanın oğlu və Sultan Məlikşahın qardaşıdır) özünü sultan elan edərək, qardaşı oğlu Sultan Berkyarukun üzərinə getmiş, 1094-cü ilin dekabr ayında Bağdadı fəth edərək adına xütbə oxutdurmuş, lakin Reydə qardaşı oğluna məğlub olmuşdu (1095). Oğullarından Rıdvan Hələbdə və Dukak Şamda hakimiyyətlərini elan etmişlər. Hələb hakimi Rıdvan xristianlarla mübarizə aparmışdır. Bir ara sərhədlərini Cənubi Anadoluya qədər genişlətmişdi. 1117-ci ildə isə hər iki bölgədə də hakimiyyət Atabəylərin əlinə keçmişdir.
Xorasan Səlcuqiləri
Xorasan Səlcuqiləri (türk. Horasan Selçuklu Devleti; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnəhri və Xarəzmi əhatə etmişdi. Davud Çağrı bəy Alparslan Arslan şah İlyas ibn Davud Süleyman ibn Davud Məsud ibn Ərtaş Yabqu Maudud ibn Ərtaş Yabqu Arslan Arqun ibn Məhəmməd Böri Bars ibn Məhəmməd Təkiş ibn Məhəmməd Toğan ibn Alparslan Arslan Arqun ibn Məhəmməd Əhməd Səncər ibn Məlikşah Səlcuqlu dövlətinin bayrağında bir ikibaşlı qartal və üzərində bir yay ilə ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə Türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını Böyük Səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi. Və ehtimal ki, Xorasan Səlcuqluları da öz bayraqlarını bu bayraq əsasında düzəldiblər. Səlcuqluların gerbi ikibaşlı qartaldır.
İraq Səlcuqiləri
İraq Səlcuqlu dövləti (1157-1194) – Sultan Səncərin ölümündən sonra İraq Ərəb və İraq Əcəm (Qərbi İraq) idarə edən Böyük Səlcuqluların qalığıdır. Səlcuq Dövlətinin süqutundan sonra bugünkü İraqın hamısı və Suriyanın bəzi hissəsi üzərində qurulmuş olan Türk dövlətinin adıdır. Böyük Səlcuq Sultanı Məhəmməd Təpər 18 Aprel 1118-ci ildə ölüncə, oğulları taxt üzərində mübarizəyə başladılar və sonradan əmiləri Səncərin tabeliyinə girdilər. Səncər də Təpərın uşaqlarını İraq və Azərbaycana məlik olaraq təyin etdi. 1157-ci ildə Səncərin ölümü ilə Böyük Səlcuq Dövlətinin tarixə qarışmasıyla tamamilə müstəqil oldular və Şah adını daşımağa başladılar.