SAĞRI

is. Heyvanın beli ilə quyruğu arasındakı dolğun və yuvarlaq tərəf. Atın sağrısı.
[Dərviş:] [Ruqiyyə] buzovu onun qabaq ayaqlarına bağladı, özü də inəyin sağrısına dirsəkləndi. A.Divanbəyoğlu.
[Səməd kişi] axırıncı sözləri deyə-deyə dönüb öküzlərə tərəf baxdı və bir-iki ağac da onların tozlu və arıq sağrılarına “ho, ho” çığıraraq endirdi. T.Ş.Simurq.

// İnsan bədəninin beldən aşağı oturaq hissəsi.
◊ Sağrı başmaq – keçmişdə: atın sağrı gönündən hazırlanan başmaq.
Əyləş məclisində, gəlməsini gör; Sağrı başmaq geyib, gəlməsini gör. Aşıq Ələsgər.
Çəkibdir burnuna qara yaşmağı; Ayaqda dikburun sağrı başmağı. H.K.Sanılı.

Omonimlər

  • SAĞRI SAĞRI I is. Budların üstü. O artıq atın belində idi, yerində oyur-oyur oynayan atın sağrısında dizləri üstündə durub, arxadan qollarını Cəbrayıl kişin

Etimologiya

  • SAĞRI “Почва земли” ifadəsini tərcümə edənlər çətinlik çəkirlər. Türk dillərində buna yer sağrısı deyilib. Sağrı ən çox “dəri” mənasında işlədilir, amma bur
SAĞMAL
SAĞRILI

Digər lüğətlərdə