Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi.
Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır.
İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.