SABDİN
SABİHA
OBASTAN VİKİ
Sabiha Bengüdaş
Səbihə Bəngüdaş (1904, Konstantinopol – 2 oktyabr 1992, Ankara) — türk rəssam və heykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır. == Tərcümeyi-halı == Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur.
Sabiha Gökçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Sabiha Kasimati
Sabiha Kasimati (alb. Sabiha Kasimati, 15 sentyabr 1912-ci il, Ədirnə - 26 fevral 1951-ci il Tirana) ixtioloq alim, ilk Alban universiteti məzunu, Albaniyada kommunist rejimin dissidenti olmuşdur. Ənvər Xəlil Xocanın məktəb yoldaşı idi. 1951-ci il Siqurimi qırğını zamanı həlak oldu. Albaniyada kommunist rejimin devrilməsindən sonra o, Milli Şərəf ordeni ilə təltif edildi. == Təhsili == Məşhur alban həkimi Abdurrəhman Qasimatinin ailəsində anadan olmuşdur. Sabihanın atası və babası liberal ziyalılar olaraq tanınırdı. Uşaqlıqdan Sabiha Kasimati təhsil, tədqiqat və sosial fəaliyyətlərə yönəldilmişdir. 1927-ci ildə Sabiha Kasimati Korçada Fransız liseyinə daxil oldu. Ənvər Xoca ilə oxudu, onunla dostluq əlaqələrini davam etdirdi.
Sabiha Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (2 aprel 1894, Konstantinopol – 26 avqust 1971, İstanbul) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Sabiha Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
покро́й разноязы́чный сеноко́сцы тео́лог трёшник фотоэффе́кт в де́ле быть ксено́н навостри́ться периско́пный пли́нтусный посрамле́ние предре́чь приго́дность фа́ска фу́кус холоде́ть империал marasmus senilis measurement ton ochone presidentialism unalterably смушка учредительница