SABOTAJ

XIX əsrdə sənaye inqilabı nəticəsində Qərbi Avropanın hər yerində zavod və fabriklərin meydana gəlməsi ilə bərabər, yeni məzlumlar sinfi – proletariat (və ya fəhlə sinfi) yarandı. Ədalətsizliklər qarşısında onlar doğrudanmı aciz idilər? Əgər işlərini buraxsalar, sadəcə, acından ölərdilər. Əgər fabrikin işini dayandırmış olsalar (yəni tətil etsələr), onda hökumət maşını var qüvvəsi ilə onları əzərdi.

Zavodun işini bilərəkdən ləngitmək, maşın və mexanizmləri bilərəkdən sındırmaq, həmçinin hazır məhsula qəsdən zərər vurmaq – bax bu, başqa bir məsələ idi. Bu vəziyyətdə konkret adamı təqsirləndirmək mümkün deyildi. Bu cür qərəzli diqqətsizlik və ya bacarıqsızlıq sabotaj adlanırdı.

Bu söz fransız kəndlilərinin geyindikləri taxta ayaqqabıların adından yaranmışdı. Bu ayaqqabılar sabo adlanırdı. Deyirdilər ki, guya fəhlələr taxta ayaqqabılarını birbaşa dəzgahın içinə ataraq onu sıradan çıxarırmışlar.

“Sabotaj” sözü dəmiryolçuların 1912-ci ildə baş vermiş tətilləri zamanı məşhurlaşdı. Fəhlələr qəsdən dəmiryol relslərinin altına düzülən ağac şpalları (onlar da sabo adlanırdı) doğrayaraq yolları sıradan çıxarırdılar. “Sabotaj” sözü dəzgah, eləcə də avadanlıqların qəsdən sıradan çıxarılmasına işarə edən daha ciddi hadisələrdən danışılarkən işlədilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

SABİT
SABUN
OBASTAN VİKİ
Sabotaj
Sabotaj (fr. sabotage, saboter) — müəyyən vəzifələrin qəsdən baş verməməsi və ya səhlənkarlığı, bir şeyin həyata keçirilməsinə gizli müqavimət. and in 1911 he also wrote a book entitled Le Sabotage.

Digər lüğətlərdə

вестерниза́ция звукоулови́тель кара́кули тенелю́б вы́стирать глуши́ть кла́ссность модуля́ция пелена́ подпры́гивать bacchante ency. fash fowl-farm hemophilia hit back mythologic overload shrinking speedway надувать осрамить пересечение приукрашать царапина