SABUN

is. Kirli və ya yağlı şeyləri və s.-ni yuyub təmizləmək üçün yağlardan və qələvi maddələrdən hazırlanan, suda tez əriyib köpüklənən bərk və ya yarımmaye kütlə. Paltar sabunu. Əl-üz sabunu. Ətirli sabun. Hamam sabunu. – [Səriyyə:] Səhər tezdən ikimiz də eyni vaxtda qalxdıq.
Məhrəba, sabun, diş fırçası götürüb suyun üstünə endik. İ.Əfəndiyev.

◊ Sabun köpüyünə (qovuğuna) dönmək – heç olmaq, puç olmaq, yox olmaq.
…Keçən ilin ortalarından tutulmağa başlanılan plan yeni ildə sabun qovuğuna dönmüşdü. Kirpi”.

Этимология

  • SABUN Yunan mənşəli sözdür. Bizdə onun yerinə açmalı (ehtimal ki, “çirki açan” deməkdir) kəlməsi işlədilib, sonra arxaikləşib
SABOTAJLIQ
SABUNBİŞİRƏN

Значение слова в других словарях