SAC

is. Üzərində lavaş, yuxa, bozlamac, qutab və s. bişirmək üçün ortası qalxıq, dairəşəkilli çuqun və ya dəmir lövhə.
[Gülsüm] birtəhər itdən xilas olub, özünü çörək təndirinə soxdu və dəmir sacı başına çəkdi. Çəmənzəminli.
Səmədin nəzərləri … sacın, içində qurumuş xəmirdə barmaq izləri görünən teştin və oxlovun üzərində gəzdi. İ.Hüseynov.

// Sacda bişirilən. Sac qovurması (saciçi).
– Hamımız bərabər yağ, süd və yenicə bişmiş sac çörəyi ilə qarnımızı doydurduq. H.Nəzərli.
Mənə dağ havası verin! Sac yuxası verin! R.Rza.

Etimologiya

  • SAC Rus dilindəki жесть sözü ilə kökdaşdır. Жесть isə ruslara türklərdən keçib. Qazaxlarda cez, cağatayda çəs kimi işlədilir
SABUNSUZ
SACAYAĞI

Digər lüğətlərdə