sadə poçt göndərişi

Göndərilmək üçün istifadəçidən qeydiyyat aparılmadan və qəbz verilmədən qəbul olunan, çatdırılan zaman isə ünvan sahibindən heç bir imza tələb olunmayan poçt göndərişi

sabit girov
sadə veksel
OBASTAN VİKİ
Poçt
Poçt (rus. Почта, lat. posta) — rabitə və məktub, açıqca, kiçik əşyalar və bəzən insanların nəql edilməsi. Nəqliyyat vasitələri ilə mütamadi olaraq məktub, dövri mətbuat, pul köçürmələri, banderolun göndərilməsini təmin edir. Daha çox dövlət müəssisəsi olurlar. Tarixən məktub, kitab, məhsul nümunələri və pul göndərilməsi nəticəsində yaranıbdır. Bir çox poçt təçkilatları Beynəlxalq Poçt İttifaqının üzvləridir. == "Japan Post" == Yapon poçtu sürətli və keyfiyyətlidir. 70-ci illərdə kredit xidmətinin təqdimatı da poçta həvalə edildi. "Japan Post" 30% paya malik olaraq nəhəng bank və sığorta şirkətini özəl sektora vermək niyyətindədir.
Bu-Sadə
Bu-Sadə (ərəb. بوسعادة‎) — Əlcəzairin şimalında, Msila vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, eyniadlı vahənin ərazisində, dəniz səviyyəsindən 553 metr yüksəklikdə yerləşir. == Hekayə == Bu-Sadə şəhəri 1849-cu ilin noyabrında Fransa qoşunları tərəfindən fəth edilmişdir. Qala və kazarmaları olan şəhər XIX əsrin sonu–XX əsrin əvvəllərində mühüm hərbi məntəqə olmuşdur. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 125,573 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Eyniadlı hava limanı şəhərdən 7 kilometr şimalda yerləşir.
Sadə efirlər
SADƏ EFİRLƏR - üzvi maddə olub, ümumi formulu: R-O-R, Ar-O-Ar -dır. Quruluşu: a. (simmetrik) nüm.: R-O-R / dimetil efiri, dipropilefiri və s. b. (qeyri simmetrik) nüm.: R-O-R’ / metiletilefiri, etilizopropilefiri və s. Fiziki xüsusiyyətləri: Sadə efirlər eyni sayda karbon atomu saxlayan spirtlərə nəzərən daha az ərimə - qaynama temperaturuna mailk olurlar. Buna əsas səbəb isə, onların tərkibində hidrogen rabitəsinin olmaması kimi izah olunur. == Tərkibi və nomenklaturası == Simmetrik efirləri adlandırmaq üçün R-qrupunun adından sonra "efir" sözü əlavə edilər: Məs., etil efiri (dietil efiri), propil efiri (dipropil efiri), fenil efiri (difenil efiri). Etil efirini çox vaxt sadəcə efir, yafud dietil efiri adlandırırlar. Qeyri-simmetrik efirləri adlandırarkən əvvəlcə kiçik radikalı sonra isə böyük radikalı adlandırıb efir sözünü əlavə edirlər: Məs., metil etil efiri, vinil propil efiri, metil fenil efiri.
Sadə islimilər
Sadə islimilər — kiçik ölçülü piçəklərin (spiralların) sonunda və böyük ölçülü piçəklərin çevrə gəzişində yerləşən butavari, sadə formalı (bəzəksiz) islimilərə deyilir.
Sadə simisifuqa
Sadə süjet
Sadə süjet — Sadə süjet (ES) nağıl mətninin süjet quruluşunun əsas vahidini təyin etmək üçün Litva folklorşünası Bronislava Karbelite tərəfindən gətirilən termindir. Alim bu terminin mənasını belə izah edir: "Elementar süjet, qəhrəman bir şeyə çatdıqda iki personajın və ya onların qruplarının bir toqquşmasını (bəzən — bir obrazın obyektiv şərtlərlə toqquşmasını) təsvir edən mətn parçaları və ya müstəqil mətnlərdir. Elementar süjetin qəhrəmanı taleyi özündə təsvir olunan xarakterdir; qəhrəmanın məqsədi toqquşmanın əldə olunan müsbət, yaxud mənfi nəticəsinə görə qurulur. Hər elementar süjetdə mütləq üç quruluş elementi mövcuddur — ilkin vəziyyət, qəhrəmanın hərəkəti və nəticə. Kerberlite, beş böyük elementar süjet qrupunu müəyyənləşdirmişdir: düşmənlərdən xilas olmağa və onlar üzərində hökmranlığa təşəbbüs; rahatlıq yaradan obyektlərin alınması; ailədə, cəmiyyətdə bərabər, yaxud yüksək mövqe əldə etməyə təşəbbüs; gəlin, yaxud kürəkən axtarışı; klanın və ya ailənin bütövlüyü, tamlığı uğrunda edilən təşəbbüs.Folklorşünaslar folklorun digər növləri üçün də müxtəlif və fərqli elementar süjet qrupları ayırd edə bilər. Məsələn, epik süjetlər üçün sadə epik süjetlərin 8 növünü fərqləndirmək mümkündür. == İstinadlar == == Ədəbiyyat == Кербелите Б.П. — Историческое развитие структур и семантики сказок (на материале литовских волшебных сказок). Автореферат докторской диссертации. 1989 Кербелите Б.П. — Типы народных сказок. Структурно-семантическая классификация литовских народных сказок".
Sadə ədəd
Sadə ədəd - 2-dən başlayaraq yalnız 2 böləni (1-ə və özünə) olan natural ədəddir. == Sadə ədədlər cədvəlinin tərtibi tarixi == Sadə (əsli) ədədlər cədvəlini tərtib etmək işi ilə riyaziyyatçılar hələ çox qədim zamanlarda məşğul olmuşlar.Birinci belə işi riyaziyyatçı və coğrafiyaşünas Eratosfenin adına çıxırlar (bu alim bizim eradan əvvəl III əsrdə yaşamışdır). Eratosfenin üsulu ondan ibarətdir ki, natural ədədlər sırasından tədricən bütün mürəkkəb ədədlər pozulur. Əsli ədədlər cədvəli düzəltmənin bu üsuluna "Eratosfen xəlbiri deyirlər". == Sadə ədədlər == Vahiddən başqa, ancaq birə və özünə bölünən hər bir natural ədəd sadə (əsli) ədəd adlanır. 1 ədədi nə sadə (əsli) ədəd və nə də mürəkkəb ədəddir. Sonu 0, 4, 6, 8 rəqəmləri ilə qurtaran sadə ədədlər olmadığı kimi, sadə ədədlər içərisində 2, 5 ilə qurtaran ancaq bir ədəd var ki, o da 2 və 5 özüdür. Deməli 2 və 5-dən başqa bütün qalan sadə ədədlərin sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtarır. Qeyd edək ki, sonu 1, 3, 7, 9 rəqəmləri ilə qurtaran ədədlərin hamısı hökmən sadə ədəd olmur. 21, 27, 33, 39 və digər ədədlər mürəkkəb ədədlərdir.
Sadə qarğaotu
Sadə qarğaotu (lat. Actaea simplex) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qarğaotu cinsinə aid bitki növü.
E-poçt
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Elektron poçt

Poçt (Gəncə)
Poçt — Azərbaycan Respublikasının Gəncə şəhərinin inzibati ərazi vahidində qəsəbə.
Poçt indeksi
Poçt indeksi - yazışmaların çeşidlənməsini asanlaşdırmaq məqsədilə poçt ünvanına əlavə edilən hərf və ya rəqəm ardıcıllığı. Hazırda dünyadakı poçt xidmətlərinin əksəriyyəti, o cümlədən Azərbaycan Respublikasında poçt xidmətlərini həyata keçirən "Azərpoçt" MMC poçt indekslərindən istifadə edir.
Poçt kodları

Poçt kodu

Poçt markaları
Poçt markası — poçt ödəniş nişanı. Markanın yaranması və onun poçt ödəniş nişanı kimi istifadəsinin tarixi barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər, lakin bir sıra faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb.1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill, maraqlı bir hadisəyə şahid olmuşdu. Şotlandiyaya etdiyi bir səfər əsnasında, gənc bir qızın daşıma ödənişini ödəyə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona öncə verdiyini gördü. Bunun üzərinə ödənişi özü ödədi. Gənc qız ona təşəkkür etdi və bu pula ehtiyac olmadığını söylədi. Çünki, zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək, nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi. Bu hadisəyə şahid olan Hill, məktub yollanırkən, pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsi lazım olduğunu düşündü. Daşıma haqqının, zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq, məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi.
Poçt markası

Poçt yolları
Poçt yolları — Azərbaycanda tarixən daxili və xarici iqtisadi (xüsusil ticrət) və mədəni münasibətlərinin əlaqələndirilməsinə xidmət edən vasitələrdən biri. == Haqqında == Ölkənin iqtisadi və mədəni həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayan poçt yolları təkcə ayrı-ayrı yaşayış məntəqələri arasındakı əlaqənin deyil, Azərbaycanın başqa ölkələrlə əlaqəsinin möhkəmlənməsində də müstəsna əhəmiyyətə malik olmuşdur. Orta əsr ərəb coğrafiyaşünas-səyyahlarının (İbn Xirdadbeh, əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və s.) məlumatlarına görə, IX əsrin ortalarından Azərbaycandan keçən mühüm yol qovşaqlarında 50-dən artıq poçt-gömrük məntəqəsi vardı. Yolçular atlarını bu məntəqələrdə dəyişir, poçt baratlarını bu və ya digər yerə aparan qasidlər burada təyin edilir, gömrükxanalar burada olurdu. Tədqiqatlardan və etnoqrafik şahidlərdən aydın olur ki, qədim yolların əsasında salınması poçt yolları təkcə minik və yük heyvanları üçün yox, həm də təkərli nəqliyyat vasitəsinin hərəkəti üçün əlverişli idi. Bakıdan Tiflisə doğru uzanan poçt yolu Şamaxıdan və Şirvan ərazisindən keçən yeganə magistral yolu olduğundan, Şirvan iqitsadiyyatın şah budağı hesab olunurdu. Yerli əlaqə yollarını, demək olar ki, hamısı, hətta təsərrüfat əhəmiyyətli xırda yolların çoxu həmin magistrala qovuşurdu. Ona görə də Şirvanı iqtisadi və mədəni həyatı üçün bu yolun müstəsna əhəmiyyəti vardı. Bakı-Tiflis poçt yolu Azərbaycan ərazisini bütünlüklə kəsib keçərək Ağstafada iki qola haçalanırdı. Bu yolun bir qolu Dilican- İrəvan-Naxçıvan-Culfa vasitəsilə Təbriz və İranın içərilərinə, digər qolu isə Tiflisə, oradan da Aleksandropola və Qarsa gedirdi.
Poçt ünvanı
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Sadə qız (Buqro)
Sadə İngilis Vikipediyası
Sadə İngilis Vikipediyası ingilis dilinin əsas səviyyəsində yazılmış onlayn ensiklopediya olan Vikipediyanın ingilis dilli versiyasıdır. 18 sentyabr 2001-ci ildə yaradılmışdır. Bir çox məqalələr İngilis Vikipediyasındakı eyni məqalələrdən daha qısadır. Kimsə mürəkkəb ingilis dilində bir fikri başa düşə bilmirsə, Simple English məqaləsini oxuya bilər. 2003-cü ildə Sadə İngilis Vikipediyası səhifələr yaratmağa və dəyişikliklərə icazə verməyə başlayanda İngilis Vikipediyasında artıq 150.000 məqalə var idi. Sadə İngilis Vikipediyasında 199.206 məqalə var. Sadə İngilis Vikipediyası 2020-ci ilin dekabrına olan ən böyük 50-ci Vikipediyadır.
Sadə ədədlərin tənhalığı
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. == Məzmun == Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
Azərbaycanın poçt və poçt markaları tarixi
Azərbaycanın poçt və poçt markaları tarixi Azərbaycanın tərkibində olduğu dövlətlərin (Rusiya imperiyası və SSRİ), XX əsrin əvvəllərində mövcud olan müstəqil dövlət qurumlarının və müstəqil Azərbaycan Respublikasının (1992-ci ildən bəri) poçt sistemi ilə əlaqədar olaraq müxtəlif dövlərə bölünür. Azərbaycanda poçtun tarixi Səfəvilər dövründən başlayır. Poçt sisteminin əsas inkişaf dövrü isə Azərbaycanın Rusiya imperiyasının və SSRİ-in tərkibinə daxil olduğu dövr, XIX–XX əsrlərdir. SSRİ-in dağılması ilə müstəqil Azərbaycanda poçt rabitəsinin inkişafında gerilik müşahidə olunur. Azərbaycan 1992-ci ildə özünün ilk poçt markalarını çıxarır. Azərbaycan 1 aprel 1993-cü il tarixindən Ümumdünya poçt ittifaqının üzvüdür, 2002-ci ildən isə WADP Nömrələmə Sisteminin iştirakçısıdır. İlk standart poçt markası 20 oktyabr 1919-cu ildə, ilk poçt-xeyriyyə markası 22 oktyabr 1921-ci ildə, ilk poçt bloku 1 fevral 1993-cü ildə, ilk kommemorativ poçt markası 23 sentyabr 1993-cü ildə buraxılmışdır. == Erkən dövr == === Orta əsrlər === Azərbaycanda poçt xidmətlərinin tarixi qədim dövrlərə gedib çıxır. Həmin dövrlərdə yazılı informasiyanın mübadiləsi üçün qasidlər, çaparlar, dəvə karvanları və digər rabitə yolları istifadə edilirdi. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir.
Butan poçt markaları və poçt tarixi
Butanın poçt və poçt markalarının tarixi 1962-ci ildən başlayır, bu ildən etibarən poçt şöbələrinin açılması və özünə məxsus poçt markalarının nəşr edilməsi başlanıldı. Butan krallığı 1969-cu ildən Ümumdünya poçt birliyinin üzvüdür. Butanda markaların emissiyası müqavilələr əsasında aparılır, bu müqavilələr xarici filatelistik aqentliklər ilə imzalanır (Yaponiya, İtaliya, Böyük Britaniya və başqaları). Markaların emissiyası ölkə poçtunun tələbindən qat-qat çox olur. Butanın filatelistik tarixində Bert Kerr Todd əhəmiyyətli şəxsiyyət idi. Güman edilir ki, Bert Kerr Todd Buran krallığına ayaq basmış ilk amerikalıdır. Butanın poçt markalarının nəşrinə aid proyektin həyata keçirilməsində köməklik göstərirdi. Berr Toddun səyi nəticəsində Buran öz qeyri ad markaları ilə tanınmış oldu. Bert Todda fikirləşirdi ki, bu markalar bütün dünyada böyük marağa səbəb olacaq. == Poçtun inkişafı == Cənubi Asiyanın Şərqi Himalay dağlarında Butan krallığın 1949-cu ilə kimi Böyük Britaniyanın protektorat statusu var, 1949-cu ildən etibarən Hindistan ilə xüsusi müqavilələri olduğundan azad dövlətə çevrildi, bu müqavilələrdə hind protektoratı nəzərdə tutulurdu.
Gürcüstanın poçt markaları və poçt tarixi
Poçt markaları və Gürcüstan poçtunun tarixi— Bu poçt markalarına və Gürcüstan poçtunun tarixinə bir baxışdır. Gürcüstan Avrasiyanın Qafqaz bölgəsində yerləşir. Şərqi Avropa ilə Qərbi Asiyanın qovşağında yerləşir, qərbdə Qara dənizlə, şimalda Rusiya ilə, cənubda Türkiyə və Ermənistanla, şərqdə isə Azərbaycanla həmsərhəddir. Gürcüstan 69.700 km² ərazini əhatə edir və 4.385 milyon əhalisi var. XIX əsrin əvvəllərində Gürcüstan Rusiya İmperiyasına birləşdirildi. 1917-ci il Rus İnqilabından sonra qısa bir müstəqillik dövründən sonra, 1921-ci ildə Bolşevik orduları tərəfindən işğal edilmiş və 1922-ci ildə Sovet İttifaqına daxil edilmişdir. 1991-ci ildə Gürcüstanın müstəqilliyi bərpa edildi. == İlk markalar == Gürcüstan Demokratik Respublikası olaraq Gürcüstanın ilk markaları 26 may 1919-cu ildə buraxıldı. Növbəti seriya 1921-ci ildə çıxdı. == Gürcüstan Sovet Sosialist Respublikası == 1922-ci ilin yanvar və fevral aylarında Gürcüstanın Sovet Respublikasına üzvlüyünə dair beş markalı seriya buraxıldı.
Azərbaycan poçt indeksləri
Azərbaycan poçt indeksləri — Azərbaycanın poçt indeksləri 4 simvoldan ibarətdir. Dörd simvollu poçt kodu AZNNNN formatındadır. İlk iki rəqəm Azərbaycanın bölgələrini müasir idarələrə, o cümlədən Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağa uyğun olaraq göstərir. == Tarixi == 1970–1991-ci illərdə Azərbaycan Sovet İttifaqının tərkibində olduqda, Sovet İttifaqının bütün ərazisi 37NNNN altı rəqəmli poçt kodunu istifadə etmişdir. Müstəqillik qazandıqdan sonra, Azərbaycan indiki 4 rəqəmli rəqəmli kod formatına keçmişdir. == Rayonlara görə indekslər == == Qeydlər == == İstinadlar == == Həmçinin bax == Poçt indeksi Azərpoçt Azərbaycanın telefon kodları ISO 3166-2:AZ Azərbaycanın inzibati bölgüsü Azərbaycanın poçt və poçt markaları tarixi == Xarici keçidlər == "Azərpoçt" (ingilis). "Azərbaycanın poçt kodları" (rus).
выстила́ние га́мма дефля́ция нецелесообра́зный потому́-то хити́нный бактриа́н заводоуправле́ние пресле́довать приплю́щить прови́нчивать ярый bertha blackjack burgher coenosis pericardia Purim rareripe smother spiry whame допечатывать развеивать шепнуть