SADA

(Zəngibasar)
tamamilə, büsbütün. – Dedix’lərin hamısı sada yalandı
SAÇIPUÇUX
SADAL
OBASTAN VİKİ
El Sadar
Fucivara no Sadanaqa
Cakuren (寂蓮, 1139 – 9 avqust 1202) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長) – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir. == İlk illəri == Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir. O, Şunzey davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür. == Yaradıcılığı == Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.
Hüseyn Sadağiani
Hüseyn Sadağiani və ya Dr. Əmir Hüseyn Sadağiani (1 yanvar 1903, Təbriz – 1 dekabr 1982, Tehran) - azərbaycan əsilli İran futbolçusu və futbol məşqçisi. Hücumçu olmuş və kareyerasını bitirdikdən sonra 1941-ci ildən 1950-ci ilə qədər İran milli futbol komandasının baş məşqçisi olmuşdur. == Həyatı == 1903-cü ilin yanvar ayının 1-də Salmas şəhərində anadan olmuşdur. İran futbol tarixinin ən məşhur şəxslərindən hesab edilir. Kareyerası boyunca hücumçu kimi çıxış etmişdir. 1 dekabr 1982-ci ildə Tehran şəhərində vəfat etmişdir. == Kareyerası == === Klub kareyerası === Dr. Sadağiani İranın Avropa liqalarında oynayan ilk oyunçusudur. O, Fənərbaxça PFK və Rapid Vyana klublarında çıxış etmişdir.
Kətalim və Sadatşəhr
Kətalim və Sadatşəhr — İranın Mazandaran ostanının Ramsər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,900 nəfər və 5,234 ailədən ibarət idi.
Qızılca-i Sadat (Sərab)
Qızılca-i Sadat (fars. قزلجه سادات‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (53 ailə).
Sadaa
Sadaklar
Sadaklar — Azərbaycanda (Qafqaz Albaniyasında) yaşamış və Alban tayfa ittifaqında daxil olan türk mənşəli tayfalardan biri. Moisey Kalankatlı Qafqaz Albaniyasının bir tayfasının adını Savdey kimi çəkir Müəllifin yazdığından belə çıxır ki, bu tayfa I əsrdən bu ərazidə yaşamışdır. Azərbaycan tədqiqatçılarının bəziləri[kimlər?] bu tayfanı Qafqazmənşəli, bəziləri[kimlər?] isə türkmənşəli sayırlar. Əslndə Kalankatlının Savdey kimi göstərdiyi (əslində Kalankatlının etnonimi necə yazması məlum deyil. Erməni kilsə xadimləri[kimlər?] alban dilində yazılmış bütün əsərləri məhv edərkən[nə vaxt?] Kalankatlının əsərinin də orijinalını məhv etmişlər və biz bu əsərin qrabarcaya tərcüməsindən istifadə edə bilirik) bu etnonim sadak türk tayfasının adının qrabarca təhrifidir. Sadak türk tayfası qədim tarixə malikdir. Orta Asiyada bu tayfa e.ə. 519-cu ilə aid Bisutun qaya yazısında saklarla yanaşı xatırlanır. Daha sonra belə tayfa hunların arasında məlum olur. Qiyasəddin Qeybullayev qeyd edir ki, ehtimal ki, Azərbaycandakı sadaklar e.ə.
Sadako Sasaki
Sadako Sasaki (佐々木 禎子; 7 yanvar 1943 –– 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız. 6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir. 1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır. 25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir.
Sadako və min kağız durna
Sadako və Min Kağız Durna — 1977-ci ildə nəşr olunan Amerikalı yazıçı Eleanor Koerin uşaqlar üçün yazdığı kitabdır. İbtidai məktəblərdə sülh təhsil proqramları üçün istifadə etmək məqsədilə kitab dünyanın bir çox dilinə tərcümə edilib. Yapon məktəblisi Sadako Sasakinin hekayəsi Sietldə Xeyirxahlıq oyunlarının açılış mərasimində teatrda oynanıldı, 400 yerli məktəbli camaata 20000 kağız durna payladı, bununla da Sadakonun xatirəsi anıldı. Sietldəki suvenir durnalar ehtimal olunur ki, Yaponiyadan uşaqlar tərəfindən göndərilmiş 1000 ədəd orijinal hissədən hazırlanmışdır. Sadako Sasaki Xirosima və Naqasakinin ABŞ tərəfindən atom bombardmanı zamanı Xirosimada yaşayırdı. Xirosima bombalanarkən Sadako iki yaşında idi. Sadako partlayış baş verən vaxt evdə — partlayışın baş verdiyi yerdən 1 mil uzaqlıqda idi. Onun boynu və qulaqları arasında şişlər, 1955-ci ilin yanvarında isə ayaqları üzərində bənövşəyi ləkələr əmələ gəlir. Sonralar ona, leykemiya diaqnozu qoyulur. Sadakoya leykemiya diaqnozu qoyulandan sonra, xəstəxanada o, min kağız durna düzəltmək ümidilə vaxtını keçirirdi.
Sadal (Çaldıran)
Sadal (fars. ميدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 949 nəfər yaşayır (208 ailə).
Sadala burnu
Sadala burnu (bolq. нос Садала, ‘Nos Sadala’ \'nos sa-'da-la\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Bransfild boğazından 500 m aralıda, Robert burnundan 2.43 km şimal-şərqdə, Batuliya burnundan 2.97 km cənub-qərbdə, Kitçen burnundan isə 4.8 km cənub-qərbdə yerləşmişdir. Burun E.ə 87-79 illərdə Frakiya hökmdarı olan Sadalanın adını daşıyır. Bolqarıstan xəritəsinə 2009 və 2010-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Sadalmalik
Göy xəritəsində koordinatları 22h 05m 47.0s −00° 19 '11 .0" Sadalmelik olaraq da adlandırılan Alpha Aquarii (α Aquarii, qısaldılmış Alpha Aqr, α Aqr), Dolça ulduz qrupunda tək ulduzdur. Hipparcos missiyası əsnasında edilən paralaktik ölçmələrə söykənərək bu ulduz Günəşdən təxminən 520 işıq ili (160 parsek) məsafədə yerləşir. Görünən ulduz ölçüsü 2.94-dür. Sadalmelik (Alpha Aquarii), Dolça bürcü içində ola bilən ən parlaq bir ulduzdur. Parlaq ulduz Kataloqundakı ulduzun adı HR 8414-dür. HIP109074, Hipparcos Ulduz Kataloqunndakı ulduzun istinad adıdır. Henri-Dneper kataoqundakı ulduzun ID-si HD209750-dir. Sadalmelikin alternativ adı var, 34 Dolça, 34 Aqr. Planetlər kimi bütün ulduzlar, planetlərin olduğu yerdə mərkəzi bir nöqtə ətrafında dönərlər, onun da Günəş kimi mərkəzi bir ulduzdur. Ulduz üfüqdə −009.39 ± 000.14 və üfüqdə onları görsək 018.25 ± 000.19 şərqə doğru irəliləyir.
Sadalməlik
Göy xəritəsində koordinatları 22h 05m 47.0s −00° 19 '11 .0" Sadalmelik olaraq da adlandırılan Alpha Aquarii (α Aquarii, qısaldılmış Alpha Aqr, α Aqr), Dolça ulduz qrupunda tək ulduzdur. Hipparcos missiyası əsnasında edilən paralaktik ölçmələrə söykənərək bu ulduz Günəşdən təxminən 520 işıq ili (160 parsek) məsafədə yerləşir. Görünən ulduz ölçüsü 2.94-dür. Sadalmelik (Alpha Aquarii), Dolça bürcü içində ola bilən ən parlaq bir ulduzdur. Parlaq ulduz Kataloqundakı ulduzun adı HR 8414-dür. HIP109074, Hipparcos Ulduz Kataloqunndakı ulduzun istinad adıdır. Henri-Dneper kataoqundakı ulduzun ID-si HD209750-dir. Sadalmelikin alternativ adı var, 34 Dolça, 34 Aqr. Planetlər kimi bütün ulduzlar, planetlərin olduğu yerdə mərkəzi bir nöqtə ətrafında dönərlər, onun da Günəş kimi mərkəzi bir ulduzdur. Ulduz üfüqdə −009.39 ± 000.14 və üfüqdə onları görsək 018.25 ± 000.19 şərqə doğru irəliləyir.
Sadapur
Sadapur (Marathi:सैदापूर) — Hindistanda yerləşən kənddir. Kənd Maxaraştra ştatının Pune rayonunun Maval tesxilində yerləşir. Sadapur kəndi Mumbay-Pune köhnə avtomobil yolu və yeni Mumbay-Pune sürətli qatar yolu arasında yerləşir. Sadapurun yaxınlığında Devale, Devqar, Malavali və Tace kəndləri yerləşmişdir. Sadapur kəndinin yaxınlığında həmçinin Karcat Taluka, Taleqaon Dabade Taluka, Mulşi Taluka və Xalapur Taluka adlı tesxillər yerləşmişdir. Sadapura ən yaxın olan rayonlar Rayqad rayonu, Tane rayonu, Mumbay şəhəri və Mumbay şəhərətrafı rayonudur. Sadapur ətrafında yerləşən ən yaxın dəmir yol vağzalları Vadqaon dəmir yolu stansiyası, Beqdevadi dəmir yolu stansiyası, Teeqaon dəmir yolu stansiyası, Taleqaon dəmir yolu vağzalı və Vileqaon dəmir yolu stansiyasıdır. Sadapur ətrafında turistlər üçün görməli yerlər olan Lohaqad qalası və Karla mağarası yerləşmişdir. Kənd kimi Sadapur Hindistan və yerli Pançayati rac konstitusiyasında kəndin seçilmiş nümayəndəsi olan sərpənç tərəfindən idarə edilir. Kənd Maval talukasında yerləşmişdir.
Sadatlı
Sadatlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kənd qədim yaşayış maskanlarindan biridir. Bunu etrafındakı köhnə qabi ristanlıqlar sübut edir. Hazırkı kandin tamalini taxminan 250 il bundan avval Lerikin Şivlə kəndindən gəlmiş Sadat adlı şəxs qoymuşdur. Odur ki, kand Sadatlı adlanır. Çox keçmir ki, Ərdəbildən Yardımlının Şilavanga kandina kö çüb gələn Nagdili və Dəmirçili tayfalarından bir neçə çox Sadathya galit vo burada məskunlaşır. Bu tayfaların nümayəndələri hazırda Cəlilabadi Alagar, Yeddibulaq, Qamışlıgöl, Musali va s kandlarinda da yaşayır. Kond Burovar sıra dağlarının şərq ətəyində, Cəlilabaddan 17 km aralıda yerləşir. Sadatli qərbdən meşə ərazisi, şimal-qərbdən Yeddibulaq, cənubdan Kahrizbulaq va şərqdən Qamışlıgöl kandila hamsarhoddir. Kond tarixan maldarlıq va aking liklə məşğul olmuşdur.
Sadavat
Sadavat — Azərbaycan Respublikasının Ağdaş rayonunun Xosrov kənd inzibati ərazi dairəsində kənd.
Sadaxlı
Sadaxlı (gürc. სადახლო) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Sadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir. 2002-ci ildə Gürcüstanda aparlmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən kənddə 2272 ailədə 9450 nəfər əhali yaşayır. Kənd əhalisinin 50,1%-i kişilər, 49,9%-i isə qadınlardan ibarətdir. Ailələrin orta say tərkibi 4,2 nəfərdir. Rəsmi statistikaya əsasən kənd sakinlərinin 97%-i etnik azərbaycanlılardan ibarətdir. Sadaxlı kəndi əhalisinin sayına görə Borçalıda və Gürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir. Sadaxlı Marneuli rayonunun aqrar kəndidir.
Saday Abbasov
Saday Həmid oğlu Abbasov — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005–2012). Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub. 1962–1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub. 1972–1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb. 1977–1978-ci illərdə Azərbaycan EA-nın "Kaspi" EM-də mühəndis işləyib. 1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasında mühəndis (1978–1979) işləmişdir. 1979–1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994–1996), böyük elmi işçi (1996–2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə "Optika və molekulyar fizika" kafedrasında dosent vəzifəsində çalışmışdır. 1984-cü ildə "Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.
Saday Məmmədəliyev
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Saday Əliyev
Saday Əliyev 1948-ci il iyulun 1-də Hacıqabul rayonunun Navahı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. 1966-cı ildə Nizami adına Navahı kənd orta məktəbinin 11-ci sinfini qızıl medalla bitirmişdir. Elə həmin il N. Nərimanov adına Azərbaycan Tibb Universtetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1972-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Saday Əliyev 1972–1974-cü illərdə Almaniyadakı Sovet Qoşun qruplarının tərkibində hərbi həkim, 1974–1978-ci illərdə Bakı şəhəri, Qaradağ rayonunun 23 saylı birləşmiş xəstəxanasında cərrah işləmişdir. Lakin, Saday Əliyev həkim işləməklə yanaşı, elmin sirlərinə yiyələnmək arzusu ilə yaşayırdı. Bu istəklə o,1978-ci ildə ATU-nun "Cərrahiyyə" ixtisası üzrə kliniki ordinaturasına daxil olmuş,1980-ci ildə oranı bitirdikdən sonra I hospital cərahiyyə kafedrasında baş laborant vəzifəsində saxlanmışdır. 1988-ci ilədək I cərrahi xəstəliklər kafedrasının assisenti, 1996–2006-cı illərdə dosent vəzifələrində işləmişdir. 1988-ci ildə "Yüksək risk qrupundan olan xəstəliklərdə öd daşı xəstəliyinin müasir operativ müalicəsinin təhlili" mövzusunda namizədlik dissertasiyasını, 2001-ci ildə isə "Çənbər bağırsağın şiş mənşəli obturasion keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Saday Ağalar oğlu Əliyev 2006-cı ildə ATU-nun Elmi şurasının qərarı ilə I cərrahi xəstəliklər kafedrasının professoru seçilmişdir. O, Tibb Universitetinin Elmi şurasının üzvü, Doktorluq Dissertasiya Şurasının Elmi katibidir.
Qalacıq-i Sadat (Mahnişan)
Qalacıq-i Sadat (fars. قلعه جوق سادات‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (36 ailə).
Sadatoşi Yasuqi
Sadatoşi Yasuqi (八杉貞利, Yasuqi Sadatoşi, 16 sentyabr 1876, Tokio – 26 fevral 1966) – Yaponiya müəllimi və dilçisi. Rus dili üzrə mütəxəssis olmuşdur. Sadatoşi Yasuqi 1876-cı ildə Tokioda doğulmuşdur. 1900-cü ildə Tokio Universitetinin filologiya fakültəsindən məzun olmuşdur. O, rus ədəbiyyatının tərcüməçisi olan Futabatey Şimeyin azsaylı tələbələrindən biri olmuşdur. Futabateyin Tokio Xarici Dillər Məktəbindəki axşam dərslərinə qatılaraq ondan təsirlənmişdir. 1903-cü ildə Sankt-Peterburqa gedərək bir illiyinə Boduen de Kurtenenin tələbəsi olmuşdur. Yaponiyaya qayıtdıqdan sonra Tokio Xarici Dillər Məktəbinin professoru olmuş və 1935-ci ilə qədər bu postda qalmışdır. Təqaüdə çıxdıqdan sonra emerit professor olmuşdur. Mütəmadi olaraq Rusiyaya səyahət edərək Moskva, Leninqrad, Sibir və Mancuriya kimi yerlərdə olmuşdur.
Sadao Araki
Sadao Araki (荒木 貞夫, Araki Sadao, 26 may 1877 – 2 noyabr 1966, Tokio[d]) – Yaponiya İmperator ordusunun generalı. Ultramilliyyətçi olmuş, Mancuriyanın işğalını və Yaponiyada imperator ənənələrinin möhkəmləndirilməsini dəstəkləmişdir. == Həyatı == 1897-ci ildə Hərbi Akademiyadan məzun olmuş, 1904–1905-ci illərdə Rus-yapon müharibəsində kiçik zabit kimi döyüşmüşdür. 1908-ci ildə Ordu Heyəti Kollecini bitirdikdən sonra Rusiyada dil zabiti (1909) və hərbi ateşe (1912) kimi fəaliyyət göstərmişdir. 1918-ci ildə Yaponiyanın Sibir müdaxiləsində iştirak etmişdir. Araki general-mayor kimi 1923-cü ildə 23-cü piyada briqadasına komandanlıq etmişdir. 1927-ci ildə general-leytenant rütbəsinə yüksəlmiş və 1928-ci ildə Ordu Heyəti Kollecinin nəzarətçisi olmuşdur. 1929-cu ildə 6-cı piyada diviziyasına komandanlıq etmişdir. 1931-ci ildə Təhsil Nazirliyinin bir bölməsinin direktoru olmuşdur. Sağçı fikirləri ilə tanınan "Kokuhonşa" təşkilatının vitse-prezidenti seçilmişdir.