Sadir Məmmədov
Məmmədov Sadir Surxay oğlu (14.02.1950, Ağdam) — hüquq üzrə fəlsəfə doktoru, dosent, polis polkovniki, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki
== Həyatı ==
Sadir Surxay oğlu Məmmədov 14 fevral 1950-ci ildə Ağdam rayonunun Göytəpə sovetliyinin Kəngərli kəndində anadan olmuşdur.1956-cı ildə Göytəpə kənd orta məktəbinə daxil olmuş, 1966-cı ildə həmin məktəbin X sinfini bitirərək H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni bitirmişdir.
1970-ci ildən Ağdam rayonu Söyüdlüqol orta məktəbində tarix, ictimaiyyət müəllimi işləmişdir. Eyni zamanda Ağdam şəhəri Üzeyir Hacıbəyov adına müsiqi texnikumunda həmin fənlər üzrə müəllim işləmişdir.
1971-ci ildə hərbi xidmətə çağırılmış, 1972-ci ildə xidməti başa vuraraq Söyüdlüqol orta məktəbində müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.
1973-cü ildə Özbəkistan Respublikası Daxili İşlər orqanlarında xidmətə başlamışdır.
1 oktyabr 1973-cü ildə Buxara vilayətinin Nəvoi şəhər daxili işlər şöbəsinin cinayət-axtarışı bölməsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifələrində xidmətə başlamışdır.
1979-cu ildən Buxara şəhər Daxili işlər idarəsinin cinayət axtarış şöbəsinin rəisi vəzifəsində işləmişdir.
1982-ci ildə Moskva şəhərində keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasına daxil olmuşdur. 1984-cü ildə həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Bakı Milis Məktəbində xüsusi fənlər üzrə müəllim, baş müəllim və həmin kafedranın rəisi vəzifələrində işləmişdir.