SADIQ
SADIQƏLİ
OBASTAN VİKİ
Sadıqcan
Mirzə Əsəd oğlu Sadıq və ya Sadıqcan (1846, Şuşa – 1902, Şuşa) — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar.Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın pərdə tutma sistemini tamamilə dəyişdirib, onların sayını 28-dən 22-yə endirdi. Sadıqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Yetim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır. 1890-cı illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar. == Həyatı == === Uşaqlığı və erkən illəri === Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub.
Sadıqcanın evi
Sadıqcanın evi — Şuşa şəhərində XIX əsrdə tikilmiş yaşayış binası. Merdinli məhəlləsində yerləşir. Sadıqcan təxəllüslü — Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən Mirzə Əsəd oğlu Sadıqın yaşadığı ev. İmarət tarzən Sadıqcanın nəvəsi Sadıqov Rəhim adına qeydiyyatdadır. == Tarixi == Mirzə Əsəd oğlu Sadıqın evi Şuşa şəhərində Merdinli məhəlləsində, hal-hazırda onun adını daşıyan Sadıqcan, 40 ünvanında yerləşir. Bina XIX əsrin memarlıq abidəsidir. Sadıqcan təxəllüslü Mirzə Əsəd oğlu Sadıq musiqiçi, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkardır.Sadıq Mirzə Əsəd oğlu 1846-cı ildə Şuşa şəhərində anadan olub. Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib. Musiqiçinin doğulduğu ev bir mərtəbəli idi və iki otaqdan ibarət idi. Daha sonra, Mirzə Sadıq şöhrət qazanarkən, Şuşanın ən yaxşı küçələrindən birində üç mərtəbəli bir ev tikdi və özü də bir neçə gün tikinti işində iştirak etmişdir.Sadıqcanın evi Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır.
автокаскадёр гри́вистый гуманита́рий засева́ть копану́ть моло́дка обмётывание остереже́ние преду́тро разночино́вный нашпи́ливать подра́знивать приме́ривать эликсир жи́зни гондола estray gaming intellectual sourball императив маркитант мясорубка неистовство отжать тапир