SADƏCƏ

sif.zərf
1. Sadə.
[Cənnətəli:] Mənim cəmi şeirlərim belə abdar, belə sadəcədir. Çəmənzəminli.
Dumanlı dağlara boylanıb durur; İndidən sadəcə rəsmlər qurur. S.Vurğun.
[Qız] güllü çitdən sadəcə don geymiş, qalın hörüklərinin birini döşündən, o birini arxasından sallamışdı. M.Hüseyn.

2. Ancaq, yalnız. Sadəcə mən gəldim.
– Belə şirniyyat bişirməyə imkanı olmayanlar bayramı sadəcə xuşgəbarla keçirərdilər. H.Sarabski.
O, bu sözlərə sadəcə gülümsünüb, heç bir cavab vermədi. M.Rzaquluzadə.
□ Sadəcə olaraq – “sadəcə” demək olub, mənanı bir qədər gücləndirir. Sadəcə olaraq tərslik eləyir.
SADƏ
SADƏDİL
OBASTAN VİKİ
Sadəcə Mariya (teleserial, 1989)
Sadəcə Mariya (isp. Simplemente Maria) — Meksikada 1989-cu ildə "Televisa" tərəfindən istehsal olunmuş telenovella. Prodüserləri Valentin Pimşteyn, Salvador Mexiya və Veronika Pimşteyndir. == Rollarda == Victoria Ruffo — Maria Lopez de Carreno. Manuel Saval — Juan Carloz del Villar. Jaime Garza — Victro Carreno. Silvia Derbez — Matilde Carreno. Juan Carlos Serran — Roman Lopez. Adriana Parra — Rita Fernandez de Lopez. Gabriela Goldsmith — Lorena del Villar de Rivera.
Sadəcə birgə (film, 2007)
Sadəcə birgə (fr. Ensemble, c'est tout) — Fransız filmi. Film Anna Qavaldanın eyniadlı romanı əsasında çəkilib. Roman 2004-cü ildə satışa çıxsa da, onun əsasında çəkilmiş film yalnız 2007-ci ildə ekranlaşdırılmışdır. == Məzmun == Kamilla adında cavan bir qız öz qonşusu Filiberlə dostlaşır və bir müddətdən sonra onun mənzilinə köçür. Orada o nəinki fiziki, həmçinin səmimi və ruhi bir istilik tapır. Elə orada da o aşpaz Frank ilə tanış olur. Əvvəlcə Frank ilə Kamilla arasında münasibətlər elə də yaxşı olmasa da, sonradan onlar möhkəm dost olurlar.

Digər lüğətlərdə

антикри́тика бюрокра́тка видеопира́т жело́бчатый злак изграфи́ть и́ссиня обма́тываться пома́заться абракада́бра му́ху проглотил раскоря́чкой теорети́чность густой ли сазан cathead circuitous creep dive jackboot ring-fence spike traitor кукольник Олимп