1. Sadə.
[Cənnətəli:] Mənim cəmi şeirlərim belə abdar, belə sadəcədir.
Dumanlı dağlara boylanıb durur; İndidən sadəcə rəsmlər qurur.
[Qız] güllü çitdən sadəcə don geymiş, qalın hörüklərinin birini döşündən, o birini arxasından sallamışdı.
2. Ancaq, yalnız. Sadəcə mən gəldim.
– Belə şirniyyat bişirməyə imkanı olmayanlar bayramı sadəcə xuşgəbarla keçirərdilər.
O, bu sözlərə sadəcə gülümsünüb, heç bir cavab vermədi.
□ Sadəcə olaraq – “sadəcə” demək olub, mənanı bir qədər gücləndirir. Sadəcə olaraq tərslik eləyir.