SADƏLİK

is.
1. Sadə şeyin halı, bəsitlik. Layihənin sadəliyi.
2. məc. Sadədillik, safürəklilik, düzürəklilik, hiyləbilməzlik, avamlıq dərəcəsinə çatan sadəlövhlük.
Sadəliyindən, avamlığından [Səriyyə] hələ də başına gələn müsibəti tamamilə dərk edə bilmirdi. M.İbrahimov.
Xasay öz sadəliyinə istehza ilə güldü. M.Hüseyn.

// Hərəkətində, davranışında adilik, təbiilik, sünilikdən uzaqlıq; təvazökarlıq.
Əvvəl gözəllərdə gərəkdir çağlıq; Ondan sonra ola sadəlik, ağlıq. M.P.Vaqif.
Pudradan, boyadan xoşlanmaz Xumar; Onun qəlbi qədər sadəliyi var. S.Vurğun.
Gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SADƏLİK SADƏLİK [Surxay:] Halbuki onun bütün təqsiri sadəliyində və günahsızlığındadır (C.Cabbarlı); ADİLİK Hər bir adiliyə yumub gözünü; Çalır, yırğalanır sə
  • SADƏLİK təvazökarlıq — ədəblilik
  • SADƏLİK səlistlik — rəvanlıq
  • SADƏLİK bəsitlik — adilik — asanlıq

Antonimlər (əks mənalı sözlər)

  • SADƏLİK SADƏLİK – ÇƏTİNLİK Jandarm rəisi özünü sadəliyə vurub ehtiramla ayağa qalxdı (M.Hüseyn); Cavab verməyə də çətinlik çəkirdi (Ə
SADƏLƏŞMƏK
SADƏLÖVH
OBASTAN VİKİ
Alilikdə sadəlik... Heydər Əliyev (film, 2018)
== Məzmun == Film Azərbaycan Ümummilli Lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Filmdə taleyinə Ulu Öndərlə görüşmək imkanı düşən sadə xalq nümayəndələrinin maraqlı xatirələri və bununla bağlı olduqca maraqlı arxiv materialları əks olunub. Film Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanıb. == Filmin yaradıcı heyəti == Bədii rəhbər və ssenari müəllifi: Eldar İsgəndərzadə Rejissor: Vasif Məmmədzadə Operator: Elşən Rafiqoğlu Səs operatoru: Yaşar Əliyev Səs rejissoru: Orxan Rəcəbli Filmi səsləndirdi: Nurəddin Mehdixanlı, xalq artisti Montaj rejissoru: İsmayıl Musayev Assistent: İbrahim Ağazadə Aparıcı prodüser: Mehman Məmmədov Baş prodüser: Rauf Rəcəbov == Filmdə iştirak edənlər == Amil Həsənoğlu — Prezident təqaüdçüsü. Roza Tağıyeva — Xalq artisti. Həsrət Əsədov — əmək adamı. Tuqay Rzayev — məcburi köçkün. Aygün Rzayeva — məcburi köçkün. Xanış Şahiyev — sadə zəhmət adamı. Güləli Fərziyev — ehtiyatda olan zabit.

Digər lüğətlərdə

леси́на масси́вный паду́чая сплошь стадио́н упоминове́ние шафра́н вкореня́ться картёжник контамина́ция моно... невдалеке́ обжи́нка перфе́кт полнить хахиль ablastemic attemper eviration Ladies' chain revers word-blind обезболивать ошвартовать тяжелодум