SADƏLƏŞDİRMƏK
SADƏLƏŞMƏK
OBASTAN VİKİ
Sadələşməyən mürəkkəblik
Sadələşməyən mürəkkəblik (ing. Irreducible complexity), içindəki parçaların hər hansı birinin çıxarılması vəziyyətində funksiyasını itirən sistemləri təyin etməkdə istifadə edilən bir termindir. Ağıllı dizayn iddialarının təməl daşlarından biridir. Organizmlərdəki bəzi sistemlərin, daha kiçik funksional vahidlərə ayrıla bilməyəcəyini, bu səbəblə təkamül keçirə bilməyəcəklərini iddia edir. Bu iddiaya görə kompleks bir orqan daha sadə quruluşlulara başqa parçalar əlavə etməklə meydana gəlməz. Kompleks bir quruluşun, bir-birindən asılı olmayan bir çox hissənin bir yerdə son dərəcə uyğun bir şəkildə işləməsi bu iddiaya mübahisəli bir şəkildə dəlil olaraq göstərilir. Biokimyaçı Prof. Michael J. Behe sadələşməyən mürəkkəbliyi bir məqaləsində belə izah edir: Sadələşməyən mürəkkəblik dedikdə nəzərdə tutduğum bir çox bir çox qarşılıqlı təsirə malik hissədən ibarət olan, bir əsas vəzifəni yerinə yetirən ya da təsir edən tək bir sistemdir. Bu cür bir sistem, tədricən, kiçik, uğurlu aparıcı dəyişikliklərlə ortaya çıxmaz. "Çünki təbii seleksiya, işləyən bir funksiyanı seçməyə əsaslanır.

Значение слова в других словарях

докле́йка извине́ние муксу́н поножо́вщина радиома́чта разу́ть триеро́вка брело́к кабарди́нцы оторва́ться светопи́сный се́чься шерша́веть anecdotal blowze illustrate order-book penman pep talk studding-sail tauten кузькин подобранный приклонить симпозиум