SAF

sif. [ ər. ]
1. Tərkibi təmiz olan, heç bir qatışığı olmayan, xalis qatışıqsız. Saf qızıl. Saf inci. Saf metal.
– Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər.
[Bəxtiyar:] Saf incidir hər bir sözü; Onu seçməz qoca gözü. A.Şaiq.
Bizi yola saldı Bakıdan bahar; Ləpələr Xəzərdə saf gümüşdülər. N.Xəzri.

2. Sağlam, zədəsiz, salamat. Saf bədən. Saf ürək. Saf qan.
[Zakir:] Hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən. Q.Zakir.
[Oğlan] …güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə.

3. Təmiz, aydın, parlaq, duru, şəffaf.
Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdilər. H.Nəzərli.
Duman tərk eləyir dağlar qaşını; Göstərir saf sular Ayı, ulduzu. N.Xəzri.

4. məc. Təmiz, düz, namuslu. Saf adam.
– Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə.
Qaratel İkramın xətrini çox istəyir, onu öz atası Qafar kimi saf və təmiz olduğuna şübhə eləmirdi. Ə.Əbülhəsən.

// məc. Ləkəsiz, səmimi. Saf məhəbbət. Saf duyğu. Saf qəlb.
– Təmiz qəlbimdəki saf niyyətimi; İstəyirsən bir də yoxla, sevirəm. S.Rüstəm.

□ Saf eləmək – təmizləmək, saflaşdırmaq, qatışıqlardan təmizləmək.
Deyirlər şireyi-innab təndə qanı saf eylər; Çox əmdim ləli-yarı, görmədim, Seyyid, bir asarın. S.Ə.Şirvani.
Ələsgər istər ki, bir bahar ola; Əridib gövhəri saf eyləmişəm. Aşıq Ələsgər.

◊ Özünü safa çıxar(t)maq – bax çıxar(t)maq (“öz”də).
İnsafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb, özümüzü safa çıxardaq. F.Köçərli.

Синонимы

  • SAF 1. saf bax sağlam 2. saf bax təmiz 1
  • SAF şəffaf — dumduru — tərtəmiz
  • SAF aydın — açıq — parlaq
  • SAF xalis — əsl
  • SAF təmiz — ləkəsiz

Антонимы

  • SAF SAF – ÇİRKLİ Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insana zövq-səfa verirdi (S

Этимология

  • SAF Ərəbcədir, bizdə qatqısız (qarışığı olmayan) sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SAƏT
SAF-ÇÜRÜK

Значение слова в других словарях