SAF
SAFDİL
OBASTAN VİKİ
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. == İstinadlar == == Xarici keçidlər == Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Aleksey Safonov
Aktyor
Alessandro Safina
Alessandro Safina (14 oktyabr 1963, Siena, Toskana) — İtalyan tenor. == Bioqrafiyası == === Erkən illəri === Alessandro Safina 14 oktyabr 1963-cü ildə İtaliyanın, Toskana regionunun Siena şəhərində doğulub. Çox kiçik yaşlarında mahnı oxumaq kimi istedadının olduğu ailəsi tərəfindən kəşf edilib. Alessandro musiqi təhsili almağa başladıqda sadəcə 9 yaşı olub və klassik musiqiyə maraq göstərməyə başlayıb. Valideynləri opera həvəskərı olduğundan klassik musiqini Alessandroya aşılaya bilib və bu sahədə ona dəstək olublar. Xüsusi istedadı Alessandronun cəmi 12 yaşında musiqi akademiyasına daxil olmasına səbəb olub. === Karyerası === Artıq 17 yaşında Alessandro, Florensiyadakı professional Musiqi Konservatoriyası "di Luiza Cherubini"yə müraciət edib. Onun müraciəti qəbul edilib və qısa müddətdə Avropanın müxtəlif səhnələrində məşhur operaların aparıcı hissələrini ifa etməyə başlayıb. 1989-cu ildə, Mantovada italyan soprano Katia Riçiarelliyə həsr olunmuş "Concorso Lirico Internazionale" adlı müsabiqədədə birinci yerə layiq görülüb və opera sahəsində ilk mükafatını qazanıb. Bu mükafat onun parlaq karyerasının başlanğıcı olub.
Ayətullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Conatan Safran Foer
Conatan Safran Foer (ing. Jonathan Safran Foer; 21 fevral 1977, Vaşinqton şəhəri) — Yəhudi əsilli ABŞ yazıçısı. == Həyatı == Conatan Safran Foer 1977-ci il, fevralın 21-də Vaşinqtonda dünyaya göz açıb. Şəhərin tanınmış hüquqşünaslarından "American Antitrust İnstitute”-nun prezidenti Albert Foer və polyak əsilli biznes-leydi "Sixth and I Historic Synagogue”-un direktoru Ester Safran Foerin ailəsində doğulmuş Conatan ailənin ikinci oğludur. Conatanın böyük qardaşı Coşua Foer frilans müxbir, kiçik qardaşı Franklin isə "The New Republic” qəzetinin siyasət və mədəniyyət redaktorudur. Özü belə yazır: "Ailəmiz kənardan həmişə "yazıb-oxuyan” kimi görünsə də, valideynlərimin kitablarla arası yaxşı deyildi. Biz də məktəb illərində kitabı əlindən yerə qoymayan uşaqlar olmamışıq. Sadəcə axırda olmaq istədiyimiz yerlərə gəldik. Franklinin tarixə və siyasətə inanılmaz marağı var idi, Coşua isə səyahəti, yeni yerlər kəşf etməyi, təzə insanlar tanımağı sevirdi. Yazıçılıq isə mənim üçün hədəf olmasa da, hər zaman həyatın dörd təkərindən biri idi.” Rəngarəng və həssas uşaqlıq illərindən sonra Foer "Corctaun məktəbi”nə yazılır.
Cozef Safra
Cozef Safra (ərəb. يوسف صفرا‎, port. Joseph Safra; 1939, Hələb, Suriya — 10 dekabr 2020, San-Paulu, Braziliya) — ərəb əsilli yəhudi Braziliya bankiri, oliqarx. 4-cü nəslinin nümayəndəsi olduğu Safra ailəsinin sərvətini idarə edir. == Həyatı == Cozef Safra 1939-cu ildə Suriyanın Hələb şəhərində anadan olmuşdur. Braziliya və Livan vətəndaşı olan Cozef Safranın ailəsi 1952-ci ildə Braziliyaya köçərək San-Pauluda "Safra" bankını yaratmışdır. Cozef Safranın təşəbbüsləri sayəsində bu bank Braziliyada öz yerini tuta bilmişdir, amma uzun illər Braziliyada yaşamasına baxmayaraq o, bu ölkəni öz vətəni hesab etmir. O, heç də həmişə braziliyalılar üçün doğma dil olan portuqal dilində danışmır və bunun əvəzində ərəb, ivrit, ingilis, ispan və fransız dillərində danışır. == Maliyyə imperiyası == Hazırda onun maliyyə imperiyasının əsasını ilk növbədə "Banco Safra" (Braziliya), "J. Safra Sarasin" (İsveçrə) və "Safra National Bank of New York" (ABŞ) bankları təşkil edir. Bundan əlavə, braziliyalı milyarder bütün dünya üzrə çox sayda daşınmaz əmlaka sahibdir.
Inga saffordiana
Inga saffordiana (lat. Inga saffordiana) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Karlos Ruis Safon
Karlos Ruis Safon (25 sentyabr 1964, Barselona) İspaniya yazıçısı. Əsasən roman janrına üstünlük verir. Romanları 45 ölkədə 30-dan çox dilə tərcümə olunub. Xavyer Syerra və Xuan Qomez Xurado ilə birlikdə müasir İspaniya ədəbiyyatının ən tanınmış simalarından biridir.
Kərbəlayı Mirzə Ələkbər Safi
Кərbəlayı Mirzə Ələkbər Safi (1840, Şuşa) — şair. == Həyatı == Kərbəlayı Ələkbər Safi 1840-cı ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Mərdinli obasındandır. İbtidai təhsilini əmisindən almışdı. Sənətkarlıqla məşğul idi. O, həm də şair idi. Safi təxəllüsü ilə şeirlər yazırdı. "Məclisi-fərəmuşan"ın üzvü idi. Təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Kərbəlayı Ələkbər Məşədi Məhəmmədhüseyn Qarabağinin oğludur və təxəllüsü Safidir. Mərhum Şəhidin qardaşı oğludur.
Lütfullah Safi Gülpayeqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpaygani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayigani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpayqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Lütfullah Safi Gülpeyqani
Ayətullah Lütfullah Safi Gülpayigani (fars. لطف الله صافی گلپایگانی‎; 20 fevral 1919, Gülpaygan, İsfahan ostanı – 1 fevral 2022, Qum) — müctəhid.
Mehmed Əsad Saffət Paşa
Mehmed Əsad Saffət Paşa (1814, Konstantinopol – 1883, Konstantinopol) — II Əbdülhəmidin səltənətində 6 ay sədrəzəm olmuş Osmanlı dövlət adamı. Mehmed Esat Safvet Paşa Osmanlı hökumətində müxtəlif nazirliklərdə vəzifə yerinə yetirmiş və II. O, Əbdülhəmid dövründə 4 iyun 1878-ci il və 4 dekabr 1878-ci il tarixləri arasında altı ay böyük vəzirlik etmiş Osmanlı dövlət xadimidir. O, Tənzimat dövrünün ən mühüm simalarından biridir. O, “Hürriyyət” qəzetinin yaradıcısı Sedat Simavinin babasıdır. == Həyatı == Atası Sürmənə tayfasından Mehmet Hulusi Ağa olan Mehmed Esad Safvet Paşa 1814-cü ildə İstanbulda anadan olmuşdur. Təhsilinə məhəllə məktəblərində başlamış, Bəyazid mədrəsəsində davam etmişdir. O, 1831-ci ildə 17 yaşında ikən Divan-ı Humayun qələminə girərək məmur kimi fəaliyyətə başlamışdır. Burada onun ilkin adına ənənəyə uyğun olaraq Safvet təxəllüsü verilmişdir. O, tarixə vicdanlı və dəyərli dövlət xadimi kimi düşüb. Hazırcavab xasiyyəti var.
Peyami Safa
Peyami Safa (2 aprel 1899, Fateh – 15 iyun 1961, İstanbul) — əsasən romanları ilə məşhur olan türk yazıçısı. "Sərvər Bədi" təxəllüsü ilə də çıxış etmiş yazıçı jurnalistika sahəsindəki işləri və cəmiyyət həyatına dair fikirləri ilə də tanınır. == Həyatı == Şair İsmayıl Safanın oğlu kimi anadan olub. Atasının Sivasda sürgündə ölməyinin ardınca, 1901-ci ildə — 2 yaşında yetim qalmış və "Yetimi-Safa" adı ilə xatırlanmışdır. 8 yaşından 17 yaşınacan ağır sümük xəstəliyi keçirmişdir. Həkimlər onun qıçını kəsmək istəmiş, amma Peyami buna icazə verməmişdir. Yazıçının "Doqquzuncu cərrahiyyə palatası" romanını həmin günlərindən bəhs edir. Xəstəlik və müharibə səbəbilə təhsilini davam etdirə bilməmiş və anasına baxmaq üçün Vəfa idadiyyəsindəki təhsilini yarımçıq buraxmışdır. Keteon mətbəəsində işləməyə başlamışdır. Daha sonra Rəhbəri-İttihad məktəbində müəllimlik etmişdir.
Safa-Gəray
Safa-Gəray (tatar Safa Gäräy, Сафа Гәрәй, صفا گرای‎; krımtat. Safa Geray; 1510, Baxçasaray — 1549, Kazan) — Kazan xanı (1524—1531, 1536—1546, iyul 1546—mart 1549). == Tərcümeyi-halı == Krım çarı Fetih Gəray və noqay mirzə Xədicənin nəvəsi Cəlal Sultanın oğlu, Sahib Gərayın (1521—1524) bacısı oğlu və xələfi1524-ci ildə dayısı sahib Gərayın Krıma getdikdən sonra o 13 yaşında taxta çıxıbdı. Bulat Şirinin himayəsi altında ölkəni idarə edibdi. Özünü osman sulatnın vassalı elan edib və Moskva əlehinə vuruşub (1536—1537, 1541—1542, 1548). 1531-ci ildə Kazandan sürgün edilib. Hakimiyyətə Can Əli gəlib. 1535-ci ildə isə krım hərbiçilərin köməyi ilə yenidən hakimiyyətə qayıdıb. O Can Əlinin arvadı, noqayın qızı Sümbullə evlənir (1549—1554). 1546-cı ildə qaynatası Yusiflə müharibə edir.Yusifin qardaşı Yunisin köməkliyi ilə Noqayı alır.
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri.Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir.Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur.Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Safari (brauzer)
Safari — "Apple" tərəfindən hazırlanmış veb-brauzer. Bu, "macOS", "iOS" və "iPadOS" daxil olmaqla "Apple"ın əməliyyat sistemlərində quraşdırılmışdır. "Safari" KHTML-dən əldə edilən "Apple"ın açıq mənbəli brauzer mühərriki "WebKit"dən istifadə edir. "Safari" 2003-cü ilin yanvarında "Mac OS X Panther"də təqdim edilmiş, 2007-ci ildə çıxan ilk nəslindən bəri "iPhone"a daxil edilmişdir. Bu, o dövrlərdə "Mac"da ən sürətli brauzer idi. "Apple" 2007-ci və 2012-ci illər arasında "Windows" versiyasını saxlamışdı, lakin bazar payının aşağı olması səbəbindən onu tərk etmişdir. 2010-cu ildə "Safari 5" oxucu rejimi, genişləndirmələr və inkişaf etdirici alətləri təqdim etmişdir. 2017-ci ildə buraxılmış "Safari 11" veb izləməni bloklamaq üçün süni intellektdən istifadə edən "Ağıllı İzləmə qarşısının alınması"nı əlavə etmişdir. "Safari 13"də "Apple Pay" üçün dəstək və FIDO2 təhlükəsizlik açarları ilə autentifikasiya əlavə olunmuşdur. Onun interfeysi "Safari 15"də yenidən işlənmişdir.
Safari turizmi
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri.Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir.Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur.Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Safarşa
Safarşa — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü il Avqustun 23-də Ermənistan Respublikası Tərəfindən işğal olunmuşdur. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Safarşa Cəbrayıl rayonun eyniadlı i.ə.v-də kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Safbulaq
Safbulaq (əvvəlki adı: Çistı Klyuç) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun faktiki mövcud olan Çistı Klyuç kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Altıağac qəsəbə Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çistı Klyuç kəndi Safbulaq kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş rusca adı olan Çistı Klyuç "təmiz, saf" mənasındakı "çistı / çistıy" və "bulaq, çeşmə" mənasındakı "klyuç" sözlərindən ibarət idi. Bu ad hərfi tərcümə yoluyla Safbulaq olaraq rəsmiləşdirilmişdir.
Safed
Safed — İsraildə, şimal bölgəsində olan bir şəhər. == Tarixi == Yəhudiliyin dörd müqəddəs şəhərindən biridir və Kobudla təriqətinin mərkəzidir. Bundan başqa 900 metrin üzərindəki rakımı sayəsində, mülayim yayları və qarlı qışları ilə məşhur bir tətil məkanıdır. == Əhalisi == 2003-cü ilə olan əhalisi 26.600-dür.
Safeguard (sabun)
Safeguard (azərb. sağlam müdafiə‎) — Procter & Gamble şirkətinə daxil olan antibakterial sabun markası. Procter & Gamble-ın laboratoriyalarında hazırlandıqdan sonra Safeguard ilk dəfə 1963-cü ildə ABŞ-də satışa çıxarılmış və istehlakçılar tərəfindən maraqla qarşılanmışdır. Safeguard sabunları ABŞ, Meksika, Ukrayna, Latviya, Kanada, Misir, Çin, Nigeriya, Keniya, Pakistan və Filippin kimi ölkələrdə istehlakçıların ən çox üstünlük verdikləri sabun markası hesab olunur. 2012-ci ilin 30 aprel tarixindən etibarən yuxarıda göstərilən ölkələrə Estoniya, Beliz, Polşa, Litva və Sloveniyada qoşulmuşdur. 2012-ci ilin 1 may tarixindən etibarən isə Safeguardın əhatə dairəsinə Avstraliya, Yeni Zelandiya, Baham adaları, Qərbi Afrika, Banqladeş və Nepalda daxil olmuş və bununla da Safeguard bütün dünyanı əhatə etmişdir. == Tarixi xronika == 1963 — Procter & Gamble istehlaçıların bazarda antibakterial sabunlara olan tələbatını ödəmək üçün yeni layihənin üzərində işləməyə başladı. Şirkətin sabun istehsalında böyük təcrübəsi vardı. Belə ki, hələ 1879-cu ildə P&G tərəfindən istehsal edilən ağ rəngli suyun səthində qala bilən İvory sabunları qısa zamanda Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında məşhurlaşa bilmişdi. 1964 — Aparılan kiliniki testlər Safeguardın 99,3% dəri səthini müdafiə və mühafizə etdiyini göstərdi.
Safet Berişa
Safet Berişa (11 Noyabr 1949 – 19 Oktyabr 2016) — Müdafiəçi kimi çıxış etmiş Albaniya futbolçusudur. Berişa Teuta Durres FK, Partizan Tirana FK, Albaniya milli futbol komandasında çıxış etmiş və 20 müxtəlif kubokun sahibi olmuşdur. == Karyerası == === Erkən karyerası === Berişa kiçik yaşlarından ögey valideynləri tərəfindən saxlanılmışdır. Uşaqlıq illəri də Durres şəhərində keçmişdir. Berişa ilk gənclik karyerasına Teuta Durres FK klubunda başlamışdır. 1992-ci ildə o, ailəsi ilə birlikdə İtaliyaya mühacirət olunmuşdur. Əvvəlcə Bari, sonra isə Arezzo şəhərində yaşamağa başlamışdır. Berişa təcili yardım maşını ilə sürücü kimi çalışmağa başlamışdır.

Digər lüğətlərdə

бере́чься благоуха́ние гуманисти́ческий набры́згаться неполноце́нный ню́хальный опека́ться усмиря́ться христо́сик вулканоге́нный лимона́рий несгово́рчиво передовая ли́ния подме́нно прику́р растеря́ться ирбис glint picotee strongback беременеть неуклюжий осложнить скак шелохнуться