SAFLIQ

is.
1. Saf olma, təmiz olma, qatışıqlardan təmizlənmiş, saf şeyin halı. Metalın saflığı. Qızılın saflığı. Toxumun saflığı.
– Vaqifəm, çox əla bir gövhər idim; Saflıqda polada bərabər idim. M.P.Vaqif.

2. məc. Təmizlik, şəffaflıq, aydınlıq.
Oxqay! …Havadakı saflığa bax bir; Könül təzələnir, can təzələnir. B.Vahabzadə.

3. məc. Mənəvi təmizlik, düzgünlük, doğruluq, namusluluq.
Ay yenə də gülümsədi… saçlarını dağıdaraq; Dedi, insan qəlbindəki sadəliyə, saflığa bax! S.Vurğun.
Eldar hələ gözünün yaşı qurumamış, gülümsəyən bir körpə saflığı ilə, qəzəbli üzündə xəfif bir təbəssümlə mənə baxdı. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAFLIQ saflıq bax təmizlik 1
  • SAFLIQ aydınlıq — açıqlıq — səlislik
  • SAFLIQ duruluq — şəffaflıq — parlaqlıq
  • SAFLIQ səlislik — təmizlik — səliqəlilik
SAFLAŞMAQ
SAFÜRƏKLİ

Digər lüğətlərdə

архипа́стырь зафугова́ть кли́мат консервацио́нный круглота́ кукурузосажа́лка легко́ оживлённо оконча́тельность эпидиаско́п агре́ссор белору́сский ерети́чески колонизова́ться светлогла́зый укрепи́ть canikin dietetic dumper Famagusta ganged mother country sidehead well-meant пинок