SAKIZ

saqqız
SAKINMAK
SAKİN
OBASTAN VİKİ
Sakız adası
Xios(yun.Χίος) — Yunanıstan ərazisinin bir hissəsi kimi Kiçik Asiya yarımadasına yaxın Egey dənizində yerləşən ada. Əhali 50 388 (2001 il siyahıyaalma). Xios adası,eləcə də Psara yaxınlığında yerləşən adalar(14,2 km şimal-qərb) və Inusses (6.3 km şərq) Yunanıstan Respublikasında inzibati vahid yaradır. Ən böyük məskunlaşma :Aya-İrmioni,Volisos,Vrondados,, Kambos,Karfas,Kataraktis, Lillikas, Megas-Limionas,Flatsia və Xios adalarında qeyd alınıb. Egey dənizinin suları ilə yuyulur. Xios adası Türkiyə Respublikası ilə su sərhədi mövcuddur. Adanın sahəsi — 842,289 кm² təşkil edir. Ada aypara formasına malikdir. Egey dənizində yerləşən digər adalar kimi, Xios tikanlı bitki örtüyü ilə, qayalıq ərazisi və hündür olmayan təpələri ilə xarakterizə olunur. Ən yüksək nöqtəsi — Pelineon zirvələri (1297 m / 4260 ft) və Oros zirvəsidir.(1188 m və ya 3900 ft).
Sakız adası qətliamı
Xios qətliamı (yun. Η σφαγή της Χίου) — 1822-ci ildə, Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı Osmanlı qoşunları tərəfindən Xios adasında on minlərlə yunanın öldürülməsi hadisəsi. Ətraf adalarda yaşayan yunanlar Xios adasına gələrək ada əhalisini üsyana qoşulmağa təşviq etmişdilər. Buna cavab olaraq Osmanlı əsgərləri adaya eniş etmiş, minlərlə insanı qətlə yetirmişdir. Xristianların qətliamı beynəlxalq ictimaiyyətin narazılığına səbəb olmuşdu. Christopher A. Long – The Series of EventsArxivləşdirilib 2018-04-08 at the Wayback Machine The Massacres of Chios Described in Contemporary Diplomatic Reports, edited and with an introduction by Philip P. Argenti (London: John Lane the Bodley Head Ltd., 1932).