SAKİTLİK

is.
1. Səs, danışıq, hay-küy olmadığı hal; tam sükut, səssizlik. Sakitliyi gözləmək. Sakitlik yaratmaq. Sakitliyi pozmaq.
– Elə sakitlik idi ki, nə bir kimsənin səsi çıxırdı, nə də bir yarpaq tərpənirdi. S.S.Axundov.
[Qəhrəman:] Sükut deyirəm, səhv etməyiniz.
Onu ancaq o vaxt sakitlik adlandırmaq olardı. H.Nəzərli.

2. məc. Dinclik, əmin-amanlıq, asayiş, əmniyyət; dinc, sakit həyat. Hər yerdə sakitlik hökm sürür.
// Müvəqqəti sükut.
Müharibə meydanında sakitlik idi, iki tərəf də evlərinə çəkilmiş idi. Çəmənzəminli.

3. məc. Arxayınlıq, xatircəmlik; iztirab, həyəcan, qayğı olmadığı hal. Sakitliyini itirmək.
– Rüstəm kişini təəccübləndirən Aslanın sakitliyi, hətta Yarməmmədin bir qədər mülayim rəftarı idi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAKİTLİK 1. SAKİTLİK, XAMUŞAN Dərə, təpə sakitlikdir, xamuşan; Yoxdur kənd içində bir nəfər insan (A.Səhhət); XAMUŞANLIQ Ətraf tamam xamuşanlıq idi (S
  • SAKİTLİK səssizlik — sükut
  • SAKİTLİK süstlük — aram
  • SAKİTLİK dinclik — əmin-amanlıq — asayiş
  • SAKİTLİK rahatlıq — arxayınlıq — xatircəmlik
  • SAKİTLİK zəiflik — yavaşılıq

Antonimlər (əks mənalı sözlər)

  • SAKİTLİK SAKİTLİK – ÇAXNAŞIQLIQ İstirahət günü olduğundan şəhər milis idarəsində adi günlərə nisbətən sakitlikdir (C
SAKİTLƏŞMƏK
SAKLAR
OBASTAN VİKİ
Sakitlik (roman)
Sakitçilik (tur. Huzur) — Əhməd Hamdi Tanpınar tərəfindən 1949-cu ildə yazılmış sevgi mövzusunda roman. 22 Fevral 1948 — 2 İyun 1948 tarixləri arasında Respublika Qəzeti tərəfindən bölümmüş bu kitab, 1949-cu ildə kitab olaraq tək halında çap edilmişdir. 1949-cu ildən 2004-cü ilə qədər on üç dəfə çap edilən "Sakitçilik" romanı, ən son Dergah Nəşriyyat Evi tərəfindən nəşr olunmuşdur. Türk modernisminin qabaqcıllarındandır. Dr. Tanpınar, Tarık Temele yönəltdiyi 391 səhifəlik romanını, 1939-cu ildə İstanbulda Mümtaz xarakteri çərçivəsində qurur. Romanda sevgilisi Nurana qovuşma — qovuşa bilməmə qorxusu ilə yaşayan, İkinci Dünya Müharibəsinin hər an başlayacaq olması qorxusuyla tətikdə gözləyən, Respublika sonrası mədəniyyəti qəbul ikiləmələri ilə yaşayan, problemli bir qurşağın nümayəndəsi olan Mümtaz; Varlıq problemini həll etmək istəyən bir İstanbul əsilli oğlandır. Bir uşaqlı dul Nuran, Mümtazı sevən amma cəmiyyət təzyiqi və dedi-qodulardan bulanmış, Yeni respublikanın həyatına bir də müsbət qatqısı olmadığı aşikar etmiş, nəticədə cəmiyyətə qarşı uduzan və sevgisini yox edib, Mümtaz ilə evlənməkdən imtina edən — kitabın ana qadın qəhrəmanıdır.
Qərb cəbhəsində sakitlikdir (film)
Qərb cəbhəsində sakitlikdir (ing. All Quiet on the Western Front) — 1930-cu ildə istehsal olunmuş müharibə filmidir. Filmin rejissoru Lyuis Maylstoundur. Film ilk dəfə 21 aprel 1930-cu ildə Şimali Amerikada təqdim olunub. Film iki nominasiyada Oskar mükafatı qazanıb: Ən yaxşı filmə görə və ən yaxşı rejissor işinə görə. Film Qərb cəbhəsində yenilik yoxdur romanının əsasında çəkilmişdir. == Rollarda == Luis Volxaym — Kat Lyu Eyrs — Paul Boymer Con Rey]— Ximmelştoss və s.
Qərb cəbhəsində sakitlikdir (film, 1930)
Qərb cəbhəsində sakitlikdir (ing. All Quiet on the Western Front) — 1930-cu ildə istehsal olunmuş müharibə filmidir. Filmin rejissoru Lyuis Maylstoundur. Film ilk dəfə 21 aprel 1930-cu ildə Şimali Amerikada təqdim olunub. Film iki nominasiyada Oskar mükafatı qazanıb: Ən yaxşı filmə görə və ən yaxşı rejissor işinə görə. Film Qərb cəbhəsində yenilik yoxdur romanının əsasında çəkilmişdir. == Rollarda == Luis Volxaym — Kat Lyu Eyrs — Paul Boymer Con Rey]— Ximmelştoss və s.

Digər lüğətlərdə

дифтонгиза́ция край... паланти́н подлинне́ть пра́вка презри́тельный спа́рывание теплёхонький холе́рная вы́валить грай идефи́кс непримири́мость переливно́й повари́ться приса́сывательный бакалинцы вереть deviation refugium slip-rope snowplough tradic недогружать паломник