SAL₂

is. Üzərində suda üzmək, şey daşımaq və ya bir sahildən o biri sahilə keçmək üçün bir və ya bir neçə sıra bir-birinə bağlanmış şalbanlardan ibarət nəqliyyat vasitəsi.
Uğuldayır uzaqda – o tayda toplar; Sal üstündə üzürəm o taya mən də. Ə.Cəmil.
Salın üstündəkilərdən kim isə su üzərindəki səyahətdən nəşələnərək bir ağız bayatı çağırdı. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAL sal bax bərə I
  • SAL böyük — iri — yekəpər
  • SAL daş

Omonimlər

  • SAL SAL I is. Körpü. Mən aşiqəm Salyana; Dara zülfün sal yana. Necəsən bir ah çəkim; Kür quruya, sal yana (Bayatı)
SAQQIZAĞACI
SAL₁

Digər lüğətlərdə