SAQİF
SALAHƏDDİN
OBASTAN VİKİ
Məhəmməd Salah
Məhəmməd Salah (ərəb. محمد صلاح‎, tam adı Məhəmməd Salah Həmid Qali; 15 iyun 1992, Qarbiya, Misir) — İngiltərənin "Liverpul" futbol klubunun və Misir milli futbol komandasının heyətində hücumçu kimi çıxış edən peşəkar Misir futbolçusu. Salah peşəkar karyerasına 2010-cu ildə doğma vətənində — yetirməsi olduğu "Əl-Mokavlun Əl-Ərəb" komandasında başlayıb. 2017-ci ildən "Liverpul" komandasında çıxış edən futbolçu buna qədər ardıcıl olaraq "Bazel", "Çelsi", "Fiorentina" və "Roma" komandalarında forma geyinib. Salah erkən yaşlarından ölkəsini beynəlxalq arenada təmsil edir. O, 2011-ci ildə gənclərdən ibarət komandalar arasında dünya çempionatında, 2012 ildə isə Yay Olimpiya Oyunlarında çıxış edib. 2017-ci ildə əsas yığmanın heyətində Afrika Millətlər Kubokunun gümüş mükafatçısı olub. DÇ-2018-in seçmə mərhələsində 5 qol vuran Salah, Misir millisinin 28 illik fasilədən sonra dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasında əsas pay sahiblərindən biri olub. O, "Bazel" komandası ilə iki dəfə İsveçrə superliqasını (2012-2013, 2013-14), "Çelsi" komandası ilə isə Premyer Liqanı (2014-2015) və Liqa Kubokunu (2014-2015) qazanıb. 2012-ci ildə Afrikanın ən yaxşı gənc futbolçusu mükafatını alıb.
Mirzə Salah bəy Zöhrabbəyov
Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu Zöhrabbəyov (1859, Şuşa – 1940) — görkəmli pedaqoq, Fransada, Rusiyada oxumuş ziyalı. == Həyatı == Mirzə Salah bəy Hacı Nəcəf bəy oğlu 1859-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Fransaya yollanmış, burada 12 il təhsil aldıqdan sonra o, Rusiyaya gəlir və Sankt-Peterburq şəhərində təhsilini davam etdirmişdi. İnqilabdan əvvəl Şuşaya qayıdır, öz vəsaitinə məktəb tikdirir və həmin məktəbdə rus dili dərsini deməyə başlayır. Bu tədris fənni üçün Mirzə Salah bəy Zöhrabbəyov "Azərbaycanlılar üçün rus dilinin tədrisi" dərslik vəsaitini yazmışdır. Bir müddət Şuşa real məktəbində müəllim işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" dərsliyini tərtib etmişdi. Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə Şuşadakı, Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi. Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib.
Mirzə Salah bəy Zöhrabbəyovun evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb. == Memarlıq xüsusiyyətləri == 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib.
Salah
Salah — Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aid bir kənddir. == Tarixi == Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.
Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi
Zöhrabbəyovun evi ― Şuşanın məşhur soylarından biri Zöhrabbəyovların nəslindən olan Abbasqulu bəy Zöhrabbəyovun evi. Ev Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir və XIX əsrdə tikilib. == Tarixi == Evin sahibi Zöhrabbəyovlar soyunun nümayəndəsi II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Sonradan Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.Sovet işğalından sonra Abbasqulu bəyin evi müsadirə edilir özü isə ailəsi birlikdə Bakıya köçür. Sonradan bu ev şəkil qalereyasına çevrilib.8 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən pəncərələri və divar rəsmləri yoxa çıxıb. 28 illik işğal dövründə bina baxımsızlıq ucbatından dağıntılara məruz qalıb. == Memarlıq xüsusiyyətləri == 3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan ayağa antik rəsmlərlə bəzədilib.
Salah kəndi
Salah — Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aid bir kənddir. == Tarixi == Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.
İn-Salah
İn-Salah və ya Əyn-Salah (ərəb. عين صالح‎ ) — Əlcəzairin mərkəzində, Tamanrasset vilayəti ərazisində yerləşən vahə şəhəri. Şəhər bir vaxtlar Transsəhra ticarət yolunun ən vacib halqası idi. Təxmin edilir ki, şəhərin əhalisi 43.680 nəfərdir. İn-Salahın ərazisi böyük miqdarda neft və qaz ehtiyatlarına malikdir. Həmçinin ,şəhərin ərazisində çoxlu sayda zavodlar var. Şəhər Afrikanın şimalında, Böyük Səhranın mərkəzində yerləşir. "İn-Salah" adı "yaxşı bulaq" ifadəsindən gəlir. == Coğrafiya == Şəhərin qərb hissəsindəki dyunların dəyişkən qumları İn-Salahda yuyulur. Qum hər beş ildən bir təxminən bir metr sürətlə hərəkət edir.
Salah bəy Salahbəyov
Salah bəy Mirzə Məmmədqulu bəy oğlu Salahbəyov (1800-1867) — Qarabağ xanlığı atlı alayının naibi, mülkədar. == Həyatı == Salah bəy Mirzə Məmmədqulu bəy oğlu 1800-cü ildə İyirmidörd mahalının Saatlı obasında doğulmuşdu. Ibtidai təhsilini atasından almışdı. Qarabağ atlı alayında naib kimi xidmət еtmişdi. Praporşik rütbəsi almışdı. Praporşik Salah bəy bir sürə Cavanşir mahalında naib olmuşdu. Onun törəməsi Salahbəyov soyadını daşıyırdılar. Salah bəy 1867-ci ildə vəfat еdib. == Ailəsi == Salah bəyin Baxşalı bəy, Məmməd bəy, Hüsеynəli bəy və Fərzəli bəy adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məhəmmədqulu bəyin törəməsi (Sadıqbəyovlar, Tağıbəyovlar), "Soy" еlmi-kütləvi dərgi, 2010, №11, səh.10-13.
Arif Salahov
Arif Əliabbas oğlu Salahov (18 avqust 1937, Digah – 25 aprel 2006, Bakı) — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.[mənbə göstərin] == Həyatı == Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. === Təhsili və hərbi xidməti === 1955-ci ildə kənddə yerləşən 106 nömrəli orta məktəbi bitirmişdir. 26 oktyabr 1956-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarına hərbi xidmətə çağırılmışdır. 1956-1958-ci illər Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət keçmişdir. 1958-1961-ci illər Tula Hərbi Artilleriya Məktəbində təhsil almışdır. 1961-ci ildə Məktəbi bitirdikdən sonra “leytenant” hərbi rütbəsi verilmişdir. 1961-1965-ci illər Odessa hərbi dairəsinin Tiraspol şəhərində yerləşən 59-cu motoatıcı diviziyada taqım komandiri vəzifəsində xidmət etmişdir. 1965-1970-ci illər Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsil almışdır. 1970-ci ildə Məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya xidmətini davam etdirmək üçün göndərilmişdir. 1970-1972-ci illər diviziiyanın artilleriya alayının rəisi, 1972-1975-ci illər artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Aydan Salahova
Aydan Salahova (25 mart 1964, Moskva) — Azərbaycan rəssamı. Məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini ("Aydan") açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.
Azər Salahlı
Azər Salahlı (11 aprel 1994, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın və Azərbaycan milli futbol komandasının müdafiəçisi və yarımmüdafiəçisi. == Karyerası == Azərbaycan Premyer Liqasında "Keşlə"nin heyətində 17 may 2014-cü ildə "Şüvəlan"la oyunda debüt edib. [mənbə göstərin] == Milli komanda karyerası == Milli komandada debütünü 10 oktyabr 2020-ci ildə Millətlər Liqasının Monteneqro ilə oyununda edib.
Aşağı Salahlı
Aşağı Salahlı – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində yerləşən kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Qazax) – Azərbaycanın Qazax rayonunda kənd. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı XIX əsrin sonlarından ara-sıra rast gəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salalahlı şəklində də işlənmişdir. Kənd Kür çayınin sag sahilindən təxminən 6–7 km uzaqlıqda yerləşir.
Aşağı Salahlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baba Salahov
Ağababa Əliheydər oğlu Salahov (5 fevral 1923, Bakı – 12 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı və yaradıcılığı == Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir.Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir. Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.
Daş Salahlı
Daş Salahlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Ümumi məlumat == Daş Salahlı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Avey dağının şərq ətəyində yerləşir. Oykonim daş (ağ rəngli, əhəng tərkibli daşlıq sahədə yerləşdiyinə görə) və Salahlı (etnotoponim) komponentlərindən düzəlib, "daşlıq sahədə yerləşən Salahlı kəndi" mənasındadır. Bir haşiyə: Azı 200-300 il tarixi (Aveydağ və Damcılı mağaralarında yaşamış ulu əcdadlarımızla hazırkı əhalinin hər hansı bağlılığının olub-olmamasını nəzərə almadan təkcə kənd qəbristanlığında olan qəbirlərin yaşı və tarixi bunu deməyə əsas verir) olan bir kəndin, hasilatına təxminən 50-60-cı illərdən başlanan əhəng daşının (mişar daşının) adı ilə "Daş Salahlı" adlandırılması məsələsinə aydınlıq gətirilməsinə və bunun tarixi faktlara, elmi, mütəxəssis araşdırmalarına əsaslanmayan təsadüfi məntiq olmadığını dəqiqləşdirməyə ehtiyac var. Məlumatın əldə olunduğu mənbənin ("Azərbaycan toponimlərinin ensklopedik lüğəti" I cild) tərtibatçılarından və müəlliflərindən, bu sahənin mütəxəsslərindən xüsusilə bu məsələyə münasibət bildirmələrini xahiş edirik. Bizim etnoqrafiya, epiqrfiya, arxeologiya sahəsində kifayət qədər alimlərimiz və mütəxəssislərimiz var. Qədim qayaüstü, qəbirüstü və digər yazıların araşdırılmasında, tədqiq olunmasında-Epiqrafiya sahəsində Azərbaycan tarixinə ən dəyərli töhfələr vermiş alim Məşədixanım Nemətin (Nemətova) adını çəkmək kifayətdir. Onların dəyərli fikirləri bir kəndin barəsində məlumatların yer aldığı bu səhifəni daha da zənginləşdirəcək və bu məlumatlar kəndin 10 minlik əhalisi üçün də heç şübhəsiz maraqlı olacaq. Hazırda kəndin tarixi yerlərində aparılan arxeoloji qazıntı və axtarış işləri ümid edirik ki, bizim üçün daha qaranlıq mətləblərə aydınlıq gətirəcək.
Daş Salahlı bentonit gili yatağı
Daş Salahlı bentonit gili yatağı — Ağstafaçayın sol sahilində, Qazax çökəkliyinin cənub-qərb qanadında, Qızılqaya dağının cənub-şərq kənarında yerləşən yataq. Yatağın geoloji quruluşunda Üst Santon yaşlı orta-turş tərkibli vulkanoklastik süxurlar iştirak edir. Subvulkanik və ekstruziv kütlələrin təmasları boyu və onların aralarında qalan sahələrdə hidrotermal proseslər nəticəsində süxurlar güclü bentonitləşməyə məruz qalmış və yüksək keyfiyyətli bentonit gilinə çevirilmişdir. Yatağın ehtiyatları B+C1 kateqoriyası üzrə 86,0 mln. ton, C2 kateqoriyası üzrə isə 63,1 mln. ton təşkil edir.
Daş Salahlı bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Daş Salahlı manqan təzahürü
== Ümumi məlumat == Təzahür Qazax rayonu ərazisində yerləşir. Təzahür sahəsində əsas ən üst santon yaşlı turş tərkibli vulkanoklastik süxurlar yayılmışdır. Bu süxurlar qeyri-uyğun olaraq kompan yaşlı pelitomorf əhəngdaşları ilə örtülür. Əhəngdaşları ilə piroklastik süxurların təmas boyu qalınlığı 0,5 m.-d ən 2-3 m.- ə q ə d ər bentonit gili təbəqəsi qeyd olunur. Bu təzahür və ümumiyyətlə, Qızılqaya sahəsində aşkar olunmuş manqan daşıyan zonalar 1994-1998 ci illərdə Z. Q. Quliyev tərəfindən öyrənilmişdir. Bu sahədə aşkar olunmuş təzahürlər içərisində az-çox perspektivli birinci zonadır. Bu zona dağ qazmaları ilə yer səthində açılaraq sınaqlaşdırılmışdır. Dərinliyə isə iki buruq quyusu ilə öyrənilmişdir. == Proqnoz resursları == Təzahürdə P1 kateqoriyası üzrə manqanın miqdarı 210,3 min. ton, dəmirin miqdarı isə 576,4 min.
Daş Salahlı mağarası
Daş Salahlı mağarası — Aveydağ mağaraları qrupundan olan ən iri mağara. == Məzmun == Qazax rayonunun Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Hündürlüyü 35 metr, uzunluğu 17 metr, eni 10 metr, sahəsi 170 kv. metrdir. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən Paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır.
Daş Salahlı əhəngdaşı yatağı
== Yerləşməsi == Daş Salahlı əhəng daşı yatağı Qazax rayonu Daş Salahlı kəndindən 2,0 km. şimal-qərbdə yerləşir. == Öyrənilməsi == Yataq əvvəllər S. Dadaşov adına Azərbaycan Tikinti Materialları İnstitutu tərəfindən öyrənilmişdir. 1967-1968-ci illərdə yataqda yenidən kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat işlərinin əsas məqsədi Daş Salahlı əhəngdaşının sement istehsalına yararlı olmasını aydınlaşdırmaq olmuşdur. Aparılmış işlərin nəticəsinə görə əhəng daşları bütün növ sement istehsalına yararlı olduğu müəyyənləşdirilmişdir. Yatağın hesablanmış ehtiyatı bütün növlər və kateqoriyalar üzrə 7,4 mln. m³. təşkil edir. Daş Salahlı əhəngdaşı yatağı, əsasən qalın laylı, yarım kristallik maastrixt yaşlı əhəngdaşlarından ibarətdir.
Elgiz Salahlı
Elgiz Nurəddin oğlu Salahlı (11 sentyabr 1992; Beyləqan, Azərbaycan — 6 oktyabr 2020; Füzuli-Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgiz Salahlı 11 sentyabr 1992-ci ildə Beyləqan şəhərində Nurəddin Salahovun və Afət Salahovanın ailəsində anadan olmuşdur. 1998-2009-cu illərdə Beyləqan şəhər 1 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2016-cı il təvəllüdlü Dəniz adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Elgiz Salahlı 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elgiz Salahlı müddətdən həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur.
Elvin Salahov
Elvin Sabir oğlu Salahov (17 sentyabr 2001, Bakı – 23 oktyabr 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Salahov 17 sentyabr 2001-ci ildə Bakıda doğulub. Əslən Şabran rayonundandır. 2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olub. 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə bitirdiyi il ali məktəbə qəbul imtahanı verir, lakin ödənişli ixtisasa düşdüyü üçün oxumaq istəmir və həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır. == Hərbi xidməti == Elvin Salahov hərbi xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur.
Elza Salahova
Salahova Elza Əbdüləziz qızı (24 dekabr 1950, Bakı) — kimya elmləri doktoru. == Həyatı == Salahova Elza Əbdüləziz qızı 1950-ci ildə dekabr ayının 24-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1968-ci ildə 172 saylı orta məktəbi "gümüş medalla" bitirmiş və həmin ildə Azərbaycan Pedoqoji İnstitutunun Kimya fakültəsinə daxil olmuşdur. E. Ə. Salahova institutda oxuduğu müddətdə elmi işə maraq göstərmiş və tələbə elmi cəmiyyətinin fəal üzvü olmuşdur. 1972-ci ildə onun apardığı elmi tədqiqat işi respublikada Mendeleyev cəmiyyəti xətti ilə keçirilən elmi konfransında II yerqazanmış və mükafata layiq görülmüşdqür. E. Ə. Salahova 1972-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsinin "fərqlənmə" diplomu ilə bitirmiş, institutun kimya fakültəsinin elmi şurasının təqdimatı əsasında həmin ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur. 1979-cu ildə o, "renium ilə tellurun birgə elektrolitik çökməsi prosesinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini Lensovet adına Leninqrad Texnoloji İnstitutunda "elektrokimyəvi istehsalat" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi adına layiq görülmüşdür. 2010-cu ildə Kimya Problemləri İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında "Fiziki kimya" və "Qeyri üzvi kimya" ixtisasları üzrə "Renium xalkogenidlərinin elektrokimyəvi çökdürülməsinin elmi əsasları və alınmış yarımkeçirici təbəqələrin fiziki kimyəvi xassələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmləri doktoru adını almışdır. Təhsili, elmi dərəcə və elmi adları 1972-ci ildəm Azərbaycan Pedoqoji İnstitutunun kimya fakültəsini "fərqlənmə" diplomu ilə bitirmişdir. 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki kimya institutunun "elektrokimya"ixtisası üzrə aspiranturya daxil olmuşdur.
Elşən Salahov
Elşən Rövşən oğlu Salahov (1977, Bakı) — Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin hazırkı başçısı (2019-), başçının sabiq birinci müavini (2018-2019). == Həyatı == Salahov Elşən Rövşən oğlu 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1994-cü ildə Bakı şəhəri 237 saylı orta məktəb, 2000-ci ildə Xəzər Universitetini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.Elşən Salahov 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində əmək fəaliyətinə başlamışdır. O, qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsində baş məsləhətçi, sonra isə Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsində sektor müdiri vəzifəsində çalışmışdır. 2009-cu ildə isə "Bank Standart" Kommersiya Bankının "Mərdəkan" filialının direktoru olmuşdur. === Ailəsi === Ailəlidir 2 övladı var. Atası Xəzər rayon Ağsaqqallar Şurasının sədri Hacı Rövşən Salahovdur. == Siyasi fəaliyyəti == Elşən Salahov 2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyinat almışdır. 2018-ci ildə isə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin olunmuşdur. 2019-cu ildən Xəzər Rayon İcra Hakimiyyətinin başçısıdır.
Fizuli Salahov
Fizuli Salahov (28 aprel 1978, Dəvəçi rayonu – 13 dekabr 2017, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medal ilə təltif edilib. == Həyatı və döyüş yolu == Fizuli Süleyman oğlu Salahov 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal təqdim edilib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif edilib.
Kamil Salahov
Kamil Mətləb oğlu Salahov (30 iyul 1998; Yevlax, Azərbaycan — 28 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kamil Salahov 1998-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra 2016-2017-ci illərdə hərbi xidmətdə olub. Daha sonra yenidən Orduya yazılmaqla çalışmağa başlayıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kamil Salahov Suqovuşan döyüslərində savaşıb. Kamil 28 sentyabr 2020-ci ildə düşmənin doqquz postunu yararaq yaralı döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsi ilə başından vurularaq şəhid olub. Yevlaxda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamil Salahov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mirzəli bəy Salahlı-Kəngərli
Mirzəli bəy Seyidəli bəy oğlu Kəngərli (1817 - ?) — Qarabağ bəyi. == Həyatı == Mirzəli bəy Seyidəli bəy oğlu 1817-ci ildə Çiləbörd mahalının Kəngərli-Salahlı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. == Ailəsi == Mirzəli bəyin Salah bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Kəngərli eli. "Soy" dərgisi, Bakı, 1 (9) 2008.
Mustafa Salahov
Salahov Mustafa Səttar oğlu (29 avqust, 1931, Bakı şəhəri, Azərbaycan SSR) — azərbaycanlı alim, kimya elmləri doktoru, professor, Milli Elmlər Akademiyasının müxbir üzvü. == Həyatı == M.S.Salahov 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. O zaman Azərbaycan SSSR-in tərkibində idi.Məktəbi bitirəndən sonra Qorki Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və fiziki-kimya ixtisasını seçmişdir. İnstitutu bitirdikdən sonra M.S.Salahov 1955-ci ildə Sumqayıtda Sintetik Kauçuk zavodunda işləməyə başlamış və Azərbaycan Elmlər Akademiyasının Neft institutunun asperanturasına daxil olmuşdur.Bir müddət Rezin laboratoriyasının müdiri olmuşdur.M.S.Salahov kimya Elmlər doktoru və professordur. O, Azərbaycan Milli Elmlər Akademiyasinin 2001-ci ildən müxbir üzvü, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikasının əməkdar ixtiraçısı adına layiq görülmüş və Azərbaycan Respublikasının Memarlar ittifaqının fəxri üzvüdür. M.S.Salahov hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının polimer materiallar institutunda (Sumqayıt şəh.) monomer və polimerlərin stereokimya laboratoriyasına başçılıq edir.M.S.Salahov elmi və pedaqoji fəaliyyətini davam etdirir.O ,Bakı Dövlət Universitetinin professorudur.M.S. Salahovun rəhbərliyi altında 31 elmlər namizədi və 2 elmlər doktoru hazırlanıb.M.S.Salahov bir neçə kitabin müəllifidir : «Yarat, yaşa», «Akademik Yusif Məmmədəliyev», «Əshabi-Kəhf», «Şam-Əxi» və s. O, poema və şerlər də yazır. == Mükafatlar == 2004-cü ildə M.S.Salahov “Şöhrət” ordeni ilə tərtif olunmuşdur. O ak.
Məmmədnicat Salahov
Məmmədnicat Qılman oğlu Salahov (1934, Bakı) — heykəltaraş, dünyada futbol hakiminə qoyulan ilk heykəlin müəllifi. == Həyat və yaradıcılığı == Məmmədnicat Salahov 1934-cü ildə anadan olmuşdur. O, 1958-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Onun diplom işi — komsomolun 40 illiyinə həsr olunmuş "Gənclik" kompozisiyası hazırda İncəsənət Muzeyində saxlanılır 1959–60-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyən M. Salahov "Bir qalanın sirri", "Səhər", "Matteo Falkone" və başqa filmlərdə rəssam kimi çalışmışdır. Məmmədnicat Salahov Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra fəal yaradıcılığa başlamışdır. O, 1966–1969-cu illərdə gənclərin birinci respublika sərgisində "Quraşdırıcı" işi ilə iştirak etmiş, bəstəkar Cövdət Hacıyevin portretini yaratmış, Mirzə Fətəli Axundovun mərmərdən büstünü Azərbaycan Elmlər Akademiyası üçün işləyib hazırlamışdır. 1970-ci ildə M. Salahovun "Xəzər" alleqorik kompozisiyası respublika sərgisində nümayiş etdirilmişdir. Əsər rəhbərlik tərəfindən bəyənilmiş və Bakının dənizkənarı parkında qoyulması məsləhət görülmüş, məlum olmayan səbəblərə görə bu, baş tutmamışdır. Məmmədnicat Salahovun yaradıcılığında Böyük Vətən müharibəsi mövzusu xüsusi yer tutur. Onun bu mövzuda hazırladığı xatirə abidələri Kürdəmir, Masallı, Füzuli, Ağcabədi rayonlarında, Bakının Balaxanı və Hövsan qəsəbələrində ucalır.
выма́тывание вы́пильщик казармообра́зный медиаба́инг назнача́ться пермяки́ поблёкнуть пропо́йца сму́шек универса́нтка геотерми́ческий грима́сник навью́чивать неумы́шленно перевора́чивание преда́тельница солипси́зм ули́тка кромсать торосить чет ignobleness maximally ungird wheel head