SALAVAT
SALEHƏ
OBASTAN VİKİ
Saleh
== Saleh peyğəmbər == Saleh peyğəmbər Səmud qövmündə yaşayırdı, amma onlardan deyildi. Səmud qövmü Nuh peyğəmbərin kötücəsi Səmud ibni Amirin və ya, Səmud ibn Adın övladları hesab olunur. Saleh peyğəmbərin də Səmudun nəslindən olduğu iddia olunur. Səmud qövmü Hicazla Şam arasında yerləşən Həcər adlı bir dövlətdə yaşayırdılar. Səmud qövmünün orada qalıb məskunlaşması barədə aşağıdakı fikirlər mövcuddur: Onlar yəhudilərdən olan bir tayfa idilər və Fələstin deyilən yerə gedib orada məskunlaşmışdılar, Onlar Fərat çayının qərbindən köçüb gələn Əmaqilə adlı tayfadandırlar, Misirin Əmaqilə tayfasından olmuş və Misir sultanı Əhməs tərəfindən qovulublar, Onlar Ad qövmünün qalıqları idi və dövlətləri də o qövmün istismar etdiyi dövlətlərdən idi.Sonuncu fikir Quran ayələrinə daha uyğundur. == Səmud qövmünün mədəniyyəti == Quran ayələrindən Səmud qövmünün çox mədəni bir xalq olduğu anlaşılır: "Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmliklə ömür sürəcəksiniz?) Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?" Həmçinin ayələrdən onların əsas məşğuliyyətinin əkinçilik, çeşmələr çəkmək, xurma ağacları yetişdirmək olduğu və güzəranlarının xoş və rahat keçdiyi anlaşılır. Təbərsi Şüəra surəsinin bu ayələrinin təfsirində İbni Abbasdan nəql edir ki, Səmud qövmü yayda və hava mülayim olanda düzənliklərdə özlərinə evlər tikirdilər. Amma, qış gəldikdə isə dağları yarıb evlər yonurdular ki, daha möhkəm və daha isti olsun. Rəvayətlərdə həmçinin qeyd olunur ki, Səmud qövmü uzunömürlü bir xalq idi.
Bərham Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bərhəm Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Dmitri Saleh
Dmitri Sergeyeviç Saleh (3 noyabr 1989) — Belarusu, əvvəl isə Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Dmitri Saleh 1989-cu il noyabrın 3-də anadan olub. Dmitri Salehin qardaşı Roman Saleh də üzgüçüdür. == Karyerası == Dmitri Saleh 2008-2012-ci illərdə Belarusu Paralimpiya Oyunlarında təmsil edib. Dmitri Saleh 2008-ci ildə baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı və 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində qızıl medala sahib oldu. Daha sonra Dmitri Saleh 2012-ci ildə baş tutan London Paralimpiadasında mübarizə aparsa da, medala sahib ola bilmədi. 2016-cı ildə baş tutan XV Yay Paralimpiya Oyunlarında isə Dmitri Saleh və qardaşı Roman Saleh Azərbaycanı təmsil elədi. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu.
Ləzgi Saleh
Ləzgi Saleh (XVI əsr, Yuxarı Yaraq[d] – XVI əsr) — XVII əsr ləzgi əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid Yuxarı Yaraq kəndində anadan olub. == Həyatı == Saleh XVII əsrdə Yuxar-Yaraq kəndində anadan olub. O, ilk təhsilini kənd mədrəsəsində alıb. Saleh daha sonra burada işləməyə başlayıb. == Yaradıcılığı == Salehin məhəbbət lirikasının bir xüsusiyyəti ondan ibarətdir ki, onun şeirlərində aşiqin təsviri, mədhiyyəsi əsas yer tutur. Onlarda lirik qəhrəmanın hissləri gizlidir. Məşuqun vəsf və mədhində əsas təsvir vasitələri şairin ənənəvi şərq poeziyasından, farsçılıqdan və ərəbizmdən götürdüyü müqayisələrdir. Şairin "Çəkərəm tabı" və "Olmuşam müştaq" misraları ikihecalı müqayisə sistemi ilə səciyyələnir. Hər sətirdə iki müqayisə var.
Mədain Saleh
Mədain Saleh(ərəb. مدائن صالح, madāʼin Ṣāliḥ‎), Əl-Hicr və ya Hegra — Səudiyyə Ərəbistanın Əl-Mədinə bölgəsinin Əl-Ula sektorunda yerləşən İslamdan öncə arxeoloji kompleks.
Nabil Saleh
Roman Saleh
Roman Sergeyeviç Saleh (27 fevral 1994) — Azərbaycanı, əvvəl isə Belarusu təmsil edən üzgüçü. == Həyatı == Roman Saleh 1994-cü il fevralın 27-də anadan olub. Roman Salehin qardaşı Dmitri Saleh də üzgüçüdür. == Karyerası == === 2016-ci il Paralimpiadası === Roman Saleh və qardaşı Dmitri Saleh qardaşları 2016-cı ildə XI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Sentyabrın 8-də 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turniri baş tutdu. Təsnifat mərhələsinin "B" qrupunda mübarizə aparan Dmitri Saleh 58.82 saniyə nəticə göstərdi və 7 idmançı sırasında 2-ci pillənin sahibi oldu. "C" qrupunda mübarizə aparan Roman Saleh isə 58.40 saiyə nəticə göstərdi və qrupu 7 üzgüçü sırasında 3-cü pillədə başa vurdu. Nəticədə həm Dmitri Saleh, həm də Roman Saleh final mərhələsinə adladı. Final mərhələsində Roman Saleh 58.11 saniyə nəticə göstərdi və dördüncü pillədnin sahibi oldu. Dmitri Saleh isə 58.16 saniyə nəticə göstərdi və turniri beşinci pillədə başa vurdu.Sentyabrın 10-da isə 200 metr məsafəyə qarışıq üsulla üzmə turniri baş tutdu.
Sadıq Saleh
Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı – 27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. == Yaradıcılığı == === Səhnə həyatı === Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır.
Saleh Ağayev
Saleh Nurəddin oğlu Ağayev (30 aprel 1992, Günəşli, Biləsuvar rayonu – 12 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Ağayev 1992-ci il aprelin 30-da Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Ailəli idi. == Hərbi xidməti == Saleh Ağayev 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2012-ci ildən "kiçik gizir" rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Saleh Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saleh Ağayev oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Biləsuvar rayonunun Günəşli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saleh Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Saleh Bağırov
Saleh Ramiz oğlu Bağırov (10 mart 1981, Bakı) — teleaparıcı. == Həyatı == Saleh Bağırov 10 mart 1981-ci ildə Bakıda ziyalı ailəsində dünyaya göz açmışdır. Atası Ramiz Sadıq Saleh oğlu Bağırov uzun illər Azərbaycan Dövlət Televiziyasında ali dərəcəli səs rejissoru olmuşdur. Anası Nərgiz xanım Nəsirova ingilis dili müəllimidir. Saleh Bağırovun babası Sadıq Saleh Bağırov tanınmış teatr aktyoru Azərbaycan Respublikasının əməkdar artisi, həmçinin əmisi Pərviz Bağırov da aktyordur. Saleh uşaq yaşlarından etibarən teatra səhnəyə maraq göstərirdi. Hələ orta məktəbə getməmişdən öncə evlərinin həyətində uşaqları ətrafına toplayar, improvizə edilmiş səhnə qurar onlar üçün tamaşalar oynayardı. 1987-ci ildə evlərinin üzbəüz səkisində yerləşən 132 saylı məktəbə qədəm qoydu. Elə ilk gündən səliqəsi, dərsə davamiyyəti ilə ibtidai sinif müəllimi Cəmilə müəllimənin sevimlisinə çevrilən Saleh məzəli əhvalatları, zarafatları ilə bir müddət sonra sinif yoldaşlarının da rəğbətini qazanır. Məktəb illərindən etibarən Gənc Tamaşaçılar teatrında səhnələşdirilən tamaşalarda iştirak edir.
Saleh Güllücinski
Saleh Məşədi Teymur oğlu Güllicinski (1899, İrəvan – 3 yanvar 1938, Bakı) — Ermənistan SSR və Azərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru. == Həyatı == Saleh Güllücinski 1899-cu ildə İrəvanın sayılıb seçilən Məşədi Teymur və Leyli xanımın ailəsində doğulub. Onlar 5 övlad böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət. Ailə o zamanın maarifpərvər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib.Saleh Güllicinski erkən yaşında A. S. Puşkin adına İrəvan rus-tatar məktəbini, daha sonra 1916-cı ildə 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir.1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər.Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediklərindən: 1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün İrəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov, Abasqulu bəy Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir. Ermənistanda Sovet hakimiyyəti uğrunda azərbaycanlıların mübarizəsi Ermənistan KP MK-da şöbə müdiri, Xalq Komissarları Sovet sədrinin müavini, Maarif nazirinin birinci müavini vəzifələrində işləmiş Rza Vəlibəyovun 1969-cu ildə İrəvanda nəşr etdirdiyi "Keçmişdən səhifələr" aldı kitabında geniş şərh olunmuşdur. Müəllif azərbaycanlı mübarizlərdən Cahangir Ələkbərbəyov, Saleh Güllücinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmməd Yusifzadə, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlinski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh etmişdir.1921-ci il noyabrın 29-da Ermənistan Hərbi İnqilab Komitəsi Ermənistan SSR-in yarandığını elan edir. 1921-ci ilin fevralında daşnaklar yenidən İrəvəna daxil olurlar. Bu zaman bir çox inqilabçılar rus qoşunuyla bərabər İrəvanı tərk edir, ancaq Saleh Güllücinski, Əli Əkərəkli, Həsənəli Axundov şəhərdən çıxmırlar.
Saleh Hacıyev
Saleh Hacıyev (nazir) — nazir. Saleh Hacıyev (fizik) — fizik.
Saleh Həsənov
Saleh Valeh oğlu Həsənov (1986, Qızılhacılı, Qasım İsmayılov rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == 1986-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olub. Şəhid Dilbazi Qasımov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Pakistan Xüsusi Əməliyyat Məktəbini, 2017–2018-ci illərdə Rusiya Ryazan Hava Desant Məktəbini bitirib. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru Saleh Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Həsənova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. == Təltifləri == "Kəlbəcərin azad olunmasına görə" medalı "Şuşanın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013) " yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008) " yubiley medalı.
Saleh Kamrani
Saleh Kamrani — Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu, Azərbaycan Mərkəzi Partiyasının və "AzNews TV" televiziyasının təsisçisi. == Həyatı və fəaliyyəti == Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib.Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir. Urmiyada gecə yarısı İran xüsusi xidmət orqanları evə basqın edərək onu qardaşı ilə birgə həbs edirlər.
Saleh Musayev
Saleh Sabir oğlu Musayev (7 aprel 1970, Yevlax – 14 noyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. == Həyatı == Saleh Musayev 7 aprel 1970-ci ildə Azərbaycan SSR-in Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Yevlax şəhər 4 nömrəli məktəbə daxil olmuş, 1985-ci ildə bitirmişdir. 1985-ci ildə Bakıda yerləşən fizika-riyaziyyat təmayüllü liseyə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1987-ci ildə Ukrayna SSR-in Poltava şəhərində yerəşən general N. F. Vatutin adına Zenit-Raket Komandirlər məktəbinin Quru qoşunlarının havadan taktiki müdafiəsi ixtisasına qəbul olmuş, 1991-ci ildə radio mühəndisi ixtisası ilə leytenant rütbəsində məktəbi bitirmişdir. Elə həmin il 23 iyun tarixində SSRİ Müdafiə Nazirliyinin 0641 nömrəli əmri ilə Poltavada 35705 saylı hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilmişdir. === Döyüş yolu === 26 fevral 1992-ci il Xocalı soyqırımıdan sonra Saleh Musayev Azərbaycana gəlmək qərarı alır. Təyinatını Gəncə şəhərində yerləşən 732 saylı hərbi hissəyə alır və baş leytenant rütbəsində batalyon komandiri olaraq ön cəbhədə döyüşlərə yollanır. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayan Saleh Ağcakənd, Başkənd və bir sıra məntəqələrinon azad edilməsində fəal iştirak edir.
Saleh Müslüm
Saleh Müslüm Məhəmməd (kürd. Salih Muslim Mihemed‎; ərəb. صالح مسلم محمد‎‎, translit. Ṣāliḥ Muslim Muḥammad) — Şimali və Şərqi Suriya Muxtar Administrasiyasının (Rojava) əsas partiyası olan Demokratik Birlik Partiyasının (PYD) keçmiş həmsədri. Demokratik Dəyişikliklər üzrə Milli Koordinasiya Komitəsinin koordinator müavini olaraq, Suriyadakı vətəndaş müharibəsi dövründə ən öncül kürd nümayandə olmuşdur. == Həyatı == === İlk illəri === Suriya vətəndaşı olan Saleh Müslüm Məhəmməd 1951-ci ildə Kobani şəhərinə yaxın bir kənddə anadan olmuşdur. O, Suriyada təhsil aldıqdan sonra 1970-ci ildən 1977-ci ilə qədər İstanbul Texniki Universitetinin Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Qısa bir müddət Londonda, 1978–1990 illərdə isə Səudiyyə Ərəbistanında çalışır və 1993-cü ildə Hələbdə mühəndislik ofisi açır.Saleh Müslüm 1998-ci ildə İraqdakı Kürdüstan Demokratik Partiyasının (KDP) Suriya qolu olan Suriya üzrə Kürdüstan Demokratik Partiyasına (KDP-S) qoşulur. O, partiyanın hədəflərini yerinə yetirməməsindən məyus olması səbəbindən 2003-cü ildə partiyanı tərk edir. === Demokratik Birlik Partiyası (PYD) === Saleh Müslüm 2003-cü ildə yeni qurulan Demokratik Birlik Partiyasına (PYD) qoşulur, icra şurasının üzvü olur və 2010-cu ildə partiyanın sədri seçilir.
Saleh Məcidzadə
Saleh Nəriman oğlu Məcidzadə (16 iyul 1994; Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan — 11 oktyabr 2020; Daş Veysəlli, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Məcidzadə 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. Ölkədə keçirilən qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib. == Hərbi xidməti == 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib. O, 2016-cı il Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib. 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı kəndlərində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Saleh Məcidzadə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Saleh Məhərrəmov
Saleh Heydər oğlu Məhərrəmov (25 sentyabr 1965, Alışar, İliç rayonu) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014). == Həyatı == Məhərrəmov Saleh Heydər oğlu 25 sentyabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1982–1987-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1987–1990-cı illərdə aspiranturada oxumuş, 1991-ci ildə Moskvada Ümumittifaq Helmintologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1999–2000-ci illərdə NDU-da Zoologiya kafedrasının, 2000–2013-cü illərdə Təməl tibb fənləri kafedrasının, 2013-cü ildə yenidən Zoologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə AMEA Zoologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. ABŞ, Türkiyə, Rusiya və Ukraynada rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.
Saleh Məmmədov
Saleh Məmmədov (maliyyə naziri) (d. 1956) — Azərbaycan Respublikasının maliyyə naziri (1992–1993). Saleh Məmmədov (inşaatçı-mühəndis) (d. 1958) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Əməkdar Mühəndis. Saleh Məmmədov (baş çavuş) (1995—2020) — II Qarabağ müharibəsi şəhidi.
Saleh Nağıyev
Saleh Nağıyev — coğrafiya elmləri namizədi. == Həyatı == 1950-ci il mayın 5-də Gürcüstan SSR Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. 1959-1969-cu illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində oxuyub. 1969-1973-cü illərdə Lenin adına APİ-ni, 1980-1984-cü illərdə Certsen adına Leninqrad Dövlət Pedoqoji institunun aspirantura şöbəsini, 1987-ci ildə A.Jdanov adına Leninqrad Dövlət Universitetində coğrafiya elmləri namizədliyini müdafiə edib, 1989-1995-ci illərdə N.Voznisenski adına Leninqrad Dövlət Maliyyə-İqtisad İnstituna daxil olub və 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 1973-1974-cü illərdə Zaqafqaziya Hərbi Dairədə hərbi xidmətdə olub. 1973-1976-cı illərdə Gəncə şəhərində orta məktəbdə müəllim işləyib.1976-1981-ci illərdə Marneuli rayonunun Sulaveri rus orta məktəbində müəllim və direktor müavini işləyib. 1985-1990-cı illərdə Marneuli rayonunun partiya komitəsində təlimatçı, şöbə müdüri, 1990-1998-ci illərdə Marneuli rayonunun Qullar Upravasının sədri, 1998-ci ildən BDU-da işləyir. Ailəlidir iki övladı var. == Təhsili elmi dərəcə və adları == 1987-ci ildə c.e.n. „Пути развител сельского расселения населения юго-востокa ГССР“ (на примере Марнеульского района).
Saleh Nuriyev
Saleh Səxavət oğlu Nuriyev (18 iyul 2002, Sumqayıt, Azərbaycan — 16 oktyabr 2020, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saleh Nuriyev 18 iyul 2002-ci ildə Sumqayıt şəhərində doğulub. Əslən Qubadandır. Onun dayısı Orucov Kamran Niyətulla oğlu məzarsız qəhrəmanlardandır.Saleh Nuriyev 2008-ci ildə 33 nömrəli tam orta məktəbdə daxil olub və həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra valideynlərinin arzusu ilə Sumqayıt Dövlət Texniki Kollecində 3 illik natamam ali təhsil alıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Saleh Nuriyev Qubadlı və Cəbrayılın azad edilməsində savaşıb. 16 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Saleh Nuriyev Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Nuriyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Saleh Oxumuş
Saleh Oxumuş (türk. Salih Okumuş; 1968, Rizə, Rizə ili) — Türkiyə ədəbiyyatçısı, araşdırmaçı-yazar, şair, elmlər doktoru, professor == Həyatı == Saleh Oxumuş 1968-ci ildə Türkiyənin Rizə ilçəsinin Pazar kəndində doğulmuşdur. 1857-1858-ci illərdə Krım-Rus hərbi sırasında Kefedən Türkiyəyə köç edən Səlimoğlu sülaləsinə mənsubdur. Sülalə Orta Kefelili adıyla da tanınır. Ailə Cumhuriyyətdən sonra Soyad Qanununun çıxmasıyla Oxumuş soyadını alır. Ailədə oxuyub yazan simaların çoxluğu bu soyadı almağa səbəb olur. Ailənin böyüklərindən bəziləri İstanbulda Fatih Mədrəsəsində müdərrislik etmişdir. === Təhsili === Babası əski yazını bilən dinə bağlı bir şəxs olmuşdur. Ancaq ölkədə yaşanan qıtlıq və yoxsulluq səbəbindən uşaqlarını oxuda bilməmişdir. Altı qardaşdan ancaq biri təhsil almağa müvəffəq olur.
Saleh Poladı
Saleh Poladı (azərb. Poladı Saleh Əliqulu oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1968-ci il dekabrın 6-da Bakı şəhərində anadan olmuşdur. Nəsimi rayonundakı 159 nömrəli orta məktəbi bitirib. Sənaye malları kooperativində işləyirdi. Ailənin yeganə övladı idi. Tək qalmışdılar. Bir ana, bir oğul. Biri-birinə həyan olmuşdular.
Saleh Qafarov
Saleh Qafarov (30 avqust 1977, Aydınqışlaq, Qutqaşen rayonu – 14 may 2017, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. O, 2017-ci ildə Azərbaycan Ordusunun hərbçilərinin həbs edilməsi zamanı həbs edilib və istintaq zamanı vəfat edib. Ölümündən sonra bəraət alıb. == Həyatı == Saleh Qafarov 1977-ci il avqustun 30-da Qəbələ rayonunun Aydınqışlaq qəsəbəsində Şərif və Qənirə Qafarovların ailəsində anadan olub. Ailədə 13 övlad arasında 13-cü olan Saleh Qafarov ailəli idi və 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Saleh Qafarov hərbi təhsil alıb. O, Naxçıvan və Tərtərdə olmaqla, Azərbaycan Ordusunda 22 il xidmət edib. == Həbs edilməsi == Saleh Qafarov 2017-ci il martın 20-də Azərbaycan Ordusundan tərxis olundu. O, Orduda 22 il xidmət etdi. Həmin xidmətlərinə görə Saleh Qafarov, "Qüsursuz xidmətə görə" II və III dərəcəli medallarla təltif edildi.
Bosniyalı Saleh Paşa
Bosniyalı Saleh Paşa (ö. 15 sentyabr 1647) ― Sultan İbrahim dönəmində 1 il 9 ay günlük Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Əslən boşnaq olub, dəvşirilərək Əndəruna gətirilmişdir. Dəftərdar Mustafa Paşanın oğlu olub, təhsilini tamamladıqdan sonra divan katibliyində xidmət etməyə başladı. Sarayda müxtəlif vəzifələrdə çalışdıqdan sonra 1643-cü ildə baş miraxur, 1644-cü ilin iyununda yeniçəri ağası, 1644-cü ilin iyulunda baş dəftərdar olaraq təyin olundu. Bu vəzifədə ikən 17 dekabr 1645-ci ildə sədarətə gətirildi. 15 sentyabr 1647-ci ildə vəfat etdi.
Elçin Saleh oğlu Abbasov
Elçin Saleh oğlu Abbasov (1975 – 1994, Kəlbəcər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Abbasov Elçin Saleh oğlu 1975-ci ildə Gədəbəy rayonunun Şəkərbəy kəndində anadan olmuşdur. 1982-ci ildə Gədəbəy Şəkərbəy kənd orta məktəbinin birinci sinfinə getmiş, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Sonra isə Bakıda texniki peşə məktəbində təhsilini davam etdirmiş və oradan da hərbi xidmətə göndərilmişdir. 1994-cü ildə Kəlbəcərdə şəhid olmuşdur.
Firudin Qəmbər Saleh
Qəmbərov Firidun İslam oğlu (Firudin Qəmbər Saleh; 15 may 1952, Aşağı Şorca, Basarkeçər rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2003), "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Firudin Qəmbər Saleh 1952-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. == Kitabları == Bağışla, Vətən. Bakı: Zaman, 1999, 120 səh. Könül sevgisiz keçinməz. Bakı: Nurlan, 2007, 210 səh. Nurlu kəlamlar. "Şüarə" fəhmilə (rübailər), Bakı: Nurlan, 2009, 115 səh. Allah, Allah... deyir ürək.
Mehdi Seyid Salehi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Mirzə Saleh Axundov
Axundov Mirzə Salеh Molla Məhəmmədalı oğlu (1870, Quzanlı, Şuşa qəzası – Quzanlı, Şuşa qəzası) – həkim, şair, tərcüməçi. == Həyatı == Mirzə Saleh Axundov 1870-ci ildə Şuşa qəzasının Quzanlı obasında doğulmuşdu. O, ilk ibtidai təhsilini Axund Molla Hüsеynin yanında almışdır. O, burda ərəb əlifasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. Sonra 1884-cü ildə Quzanlı obasına yaxın olan Şuşa qəzasının Hindrax kəndində açılmış kənd natamam orta məktəbində oxumuşdur. Atası Salеhi ruhani təhsili almaq üçün Təbrizə göndərmişdir. Lakin Salеh Təbriz ali ruhani məktəbinə daxil olmaq əvəzinə, Tehran şəhərinə gеdib, Fransa dövləti tərəfindən açılmış tibb məktəbinin hazırlıq sinfinə daxil olmuşdur. Hazırlıq sinfində dörd il oxuyub, orta təhsilini artırmaqla bərabər, fransız dilinə yiyələnmiş, fars və ərəb dillərində olan biliyini daha da gеnişləndirmişdir. Sonra fransız tibb məktəbinə daxil olmuş və altı il təhsil alaraq həkimlik pеşəsini hərtərəfli öyrənmiş, mütəxəssis həkim diplomuna layiq görülmüşdür. Mirzə Salеh tibb təhsili aldıqdan sonra bir nеçə il Tehran və Təbriz şəhər xəstəxanalarında həkim kimi çalışmışdır.
Mirzə Saleh Axundov (II)
Axundov Mirzə Salеh Molla Məhəmmədalı oğlu (1870, Quzanlı, Şuşa qəzası – Quzanlı, Şuşa qəzası) – həkim, şair, tərcüməçi. == Həyatı == Mirzə Saleh Axundov 1870-ci ildə Şuşa qəzasının Quzanlı obasında doğulmuşdu. O, ilk ibtidai təhsilini Axund Molla Hüsеynin yanında almışdır. O, burda ərəb əlifasında yazıb-oxumağı, fars və ərəb dillərini öyrənmişdir. Sonra 1884-cü ildə Quzanlı obasına yaxın olan Şuşa qəzasının Hindrax kəndində açılmış kənd natamam orta məktəbində oxumuşdur. Atası Salеhi ruhani təhsili almaq üçün Təbrizə göndərmişdir. Lakin Salеh Təbriz ali ruhani məktəbinə daxil olmaq əvəzinə, Tehran şəhərinə gеdib, Fransa dövləti tərəfindən açılmış tibb məktəbinin hazırlıq sinfinə daxil olmuşdur. Hazırlıq sinfində dörd il oxuyub, orta təhsilini artırmaqla bərabər, fransız dilinə yiyələnmiş, fars və ərəb dillərində olan biliyini daha da gеnişləndirmişdir. Sonra fransız tibb məktəbinə daxil olmuş və altı il təhsil alaraq həkimlik pеşəsini hərtərəfli öyrənmiş, mütəxəssis həkim diplomuna layiq görülmüşdür. Mirzə Salеh tibb təhsili aldıqdan sonra bir nеçə il Tehran və Təbriz şəhər xəstəxanalarında həkim kimi çalışmışdır.
Mirzə Saleh Təbrizi
Mirzə Saleh Təbrizi (?-?) — XVII əsr Azərbaycan şairi. == Həyatı == Azərbaycan dilini ictimai həyatın bütün sahələrində yaymağa, dövlət dili səviyyəsinə qaldırmağa çalışan Şah İsmayıl Xətaidən sonra da Səfəvilər dövlətində türk dili ən yüksək dairələrdə öz nüfuzunu kifayət qədər saxlamışdı. Doğrudur, ardı-arası kəsilməyən Osmanlı-Səfəvi hərbi toqquşmaları nəticəsində Azərbaycan XVII əsrdə Səfəvilər dövlətinin siyasi-iqtisadi mərkəzi rolunu itirmiş, paytaxt I Şah Təhmasib Səfəvinin (1524-1576) dövründə Təbrizdən Qəzvinə, I Şah Abbas Səfəvinin (1587-1629) dövründə isə Qəzvindən İranın daxilində yerləşən İsfahana köçürülmüşdü. Buna baxmayaraq, Azərbaycan türkcəsi Təbrizdə və Qəzvində olduğu kimi, İsfahanda da sarayın və qoşunun işlək dili olaraq qalırdı. 1684-1685-ci illərdə İranda olmuş alman səyyahı Engelbert Kempfer Azərbaycan türkcəsinin Səfəvilər sarayında rəsmi dil olması haqqında məlumat vermişdir. Görkəmli Azərbaycan alimi Turxan Gəncəyi Avropa səyyahları–Petra della Valle, Adam Oleari, Şevalye Jan Şardən, Şanson və Rafael dü Manın əsərlərini, Şah Səfinin (1629-1642) Avstriya-Macarıstan imperatoru II Ferdinanda və Şah Sultan Hüseynin (1696-1722) Saksoniya hersoqu və Polşa kralı Avqusta məktubunu nümunə gətirərək Azərbaycan türkcəsinin İsfahandakı Səfəvi sarayında yüksək mövqeyə malik olduğunu göstərir. Alim 1636-cı ilin noyabrından 1638-ci ilin fevralına qədər İranda yaşamış alman səfiri Adam Olearinin belə bir məlumatından sitat gətirir: “ Türk dili İsfahanda o qədər əhəmiyyətə malikdir ki, orada çox nadir hallarda farsca bir söz eşidirsən”. 1648-ci ildə İsveç səfirinin başçılıq etdiyi İrana gələn heyətin katibi və həkimi olan alman Engelbert Kempferin yazdıqları isə həmin dövrdə sarayda yuxarı təbəqənin nümayəndələri arasında fars dilinin üstünlük təşkil etməsi barədə fikirləri tamamilə alt-üst edir: “Sarayda işlənən türk dili daha çox hakim sülalənin ana dilidir, nəinki sadə camaatın, bu dil saray vasitəsilə əyan-əşraf ailələrində elə geniş yayılmışdır ki, indi imtiyazlı təbəqədən olan hər hansı şəxsin onu bilməməsi utanc gətirən bir haldır”. XVII əsrdə Səfəvilər dövründə ən yüksək vəzifələrə sahib olan, türkcə şeirlər yazan şəxslərin adlarının sadalanması dediklərimizi bir daha təsdiqləyir. I Şah Abbas və II Şah Abbasın ana dilindəki şeirləri artıq məlum faktdır.
Mirzə Saleh xan Asəfəddövlə
Mirzə Saleh xan Hacı Mehdi oğlu Asəfəddövlə (1853, Təbriz – 1929, Təbriz) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. == Həyatı == Mirzə Saleh xan Asəfəddövlə Hacı Mehdi Kələntərin ailəsində Təbriz şəhərində, Bağmeşə məhəlləsində anadan olmuşdu. Mirzə İbrahim xan Kələntəriin böyük qardaşıdır. O, əvvəlcə Vəziri-Əkrəm ləqəbini daşıyırdı. Hacı Rzaqulu xan Şahsevən vəfat edəndən sonra onun Asəfəddövlə ləqəbini aldı. O, Təbriz, Qəzvin, Gilan və Zəncan əyalətlərinin valisi olmuşdu. Mirzə Saleh xan Asəfəddövlə 1929-cu ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011.
Molla Məhəmməd Saleh Mazandarani
Molla Məhəmməd Saleh Mazandarani (?-?)—XVII əsr İslam alimi. == Həyatı == İslam elm tarixində iz qoymuş alimlərin əksəriyyəti zahidanə həyat tərzi sürmüş, dünyanın rəngarəng nemətlərindən uzaq qaçmağa çalışmışlar. Əksəriyyət etibarilə bu alimlər cəmiyyətin kasıb təbəqəsindən çıxdıqları üçün nə atalarından onlara irs qalmışdı, nə də özləri var-dövlət yığmağa səy göstərirdilər. Xüsusilə, məşhur alimlərdən bir çoxunun tələbəlik dövrü ciddi maddi məhrumiyyətlər içində keçmişdir. Bu gün adlarını ehtiramla çəkdiyimiz bu şəxsiyyətlərin bəziləri hətta təhsil zamanı çıraq və yanacaq almağa belə imkan tapmır, gecələr dərslərini ya Ay işığında, ya da ümumi yerlərdə yandırılan çıraqların yanında oxuyurdular. Alimlərdən birinin dediyi kimi, gərək tələbənin gözü dünyaya qarşı kor olsun, yəni fikrini yalnız oxumağa versin, əyləncə, yeyib-içmək, rahatlıq dalınca qaçmasın. Miladi XVII əsrdə yaşamış məşhur alimlərdən biri də Məhəmməd Saleh Mazandarani idi.O, Mazandaran əyalətinin mərkəzi Sari şəhərinin yaxınlığında anadan olmuşdu. Məhəmməd Saleh Mazandarani gənclik illərində öz şəhərindən İsfahana təhsil almaq üçün gəlmişdi.. Amma o qədər kasıb idi ki, fərli-başlı geyimi də yox idi. Əbanın altından köhnə paltarlarını geyinir, üstdən əbaya möhkəm bürünürdü.
Məhəmməd Saleh (Çaldıran)
Məhəmməd Saleh (fars. محمدصلاح‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (9 ailə).
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini
Məhəmməd Saleh əl-Hüseyni əl Qəzvini — (?-?) - Xəttat və həkkak. Təbriz xəttatlıq məktəbinin nümayəndəsi. Adı Ordubad şəhərindəki Malik İbrahim qəbiristanlığında bir başdaşı üzərində qeyd olunmuşdur. Hicri 1202 ildə (miladi 1788 il) vəfat etmiş Mirzə Həşim Mirzə Mömin oğlunun məzar kitabəsini yazan və mərmər lövhəyə ıə həkk edən Məhəmməd Saleh əl-Hüseyni əl-Qəzvini 7əslən Qəzvin şəhərindəndir. Bu kitabə göstərir ki, 18 yüzillikdə Naxçıvanda digər şəhərlərdən də ustalar işləmiş və yaxud da naxçıvanlılar digər şəhərlərdən də gələn öz mərhumları üçün qəbirüstü abidələr hazırlatmışlar.
Məlik Saleh İsmayıl Zəngi
Məlik Saleh İsmayıl Zəngi (d. 1163 – ö. 1181) — 1174-cü ildə atası Nurəddin Mahmud Zənginin ölümündən sonra Hələb və Dəməşq atabəyi. == Həyatı == Atası vəfat etdiyində 11 yaşında idi. Bu səbəbdən atasının əmirləri tərəfindən hökumətə gətirildi. Bunlardan Hələb valisi Gümüştəkinin Dəməşq gəlincə uyğuladığı basqıdan rahatsız olan xalq Səlahəddin Əyyubini çağıraraq ona biət etdilər. Səlahəddin Əyyubi, Məlik Saleh İsmayıl Zənginin anası İsmətəddin Xatun ilə evləndi. Məlik Saleh İsmayıl Zəngini Hələb atabəyi kimi tanıdı. Dəməşqi isə öz hegemonluğu altına aldı. Məlik Saleh İsmayıl Zəngi 1181-ci ildə 18 yaşında ikən Hələbdə vəfat etdi.
Orxan Salehov
Orxan Fikrət oğlu Salehov (14 noyabr 1999; Şamaxı, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Orxan Salehov 1999-cu il noyabrın 14-də Şamaxı şəhərində anadan olub. 2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Orxan Salehov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Orxan Salehov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Salehov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı şəhərində Yeddi Günbəz qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Orxan Salehov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramiz Sadıq Saleh oğlu Bağırov
Ramiz Bağırov (müəllim)
Sadıq Saleh Bağırov
Sadıq Saleh Xəlil oğlu Bağırov (6 (19) mart 1907, Bakı – 27 sentyabr 1977, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Sadıq Saleh Xəlil oğlu Bağırov 19 mart 1907-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üçsinifli şəhər, sonra üç il 9 saylı, 1920–1922-ci illərdə sovet fəhlə məktəblərində təhsil alıb. 1926-cı ildə Əbilov adına klubun dram dərməyinə üzv olub. Həmçinin Qaraşəhər, Metallist, Həkimlər klublarının dram dərnəklərində həvəskar aktyorluq edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Tələbə vaxtı Akademik Milli Dram Teatrının yardım heyətinə götürülüb. Təhsilini başa çatdırdıqdan sonra isə bu truppaya götürülüb. == Yaradıcılığı == === Səhnə həyatı === Sadıq Saleh sənətə 1925-ci ildə gəlmişdir. Teatra məhəbbət Sadıq Salehdə çox gənc yaşlarında yaranmışdır.

Значение слова в других словарях

капели́рование компаньо́нка мароке́н переве́иваться цикло... глясе́ джигитова́ть плани́роваться подве́шиваться поотста́ть саранчо́вые смятка улан auscultation grind away modularizm purple medic self-validating взболтать вычислительный ковыль лохань подсадить подскакать соблазн