SALİFƏ
SALİHƏ
OBASTAN VİKİ
Bərhəm Salih
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Salih (Avurğazı)
Salih (başq. Сәлих, rus. Салихово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Türümbət): 2 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (90%) üstünlük təşkil edir.
Salih Bozok
Saleh Bozok (1881, Saloniki – 25 aprel 1941, İstanbul), Türk hərbçisi və siyasətçi. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi və daha sonra yavəri oldu. Atatürkün ən yaxın adamı olaraq bilinir. == Həyatı == Mustafa Kamal Atatürkün Selanikdən qonşusu və məktəb yoldaşı, eyni zamanda yaşda bir dostu idi. Hərbi məktəbi eyni ildə bitirdilər. Mustafa Kamal Hərbi Akademiyanı oxuyaraq kurmay oldu, Salih Bozok isə jandarma sinfini seçddi. Mustafa Kamal Paşa, "Baş Müvəffəq" olaraq vəzifəsinə Salih Bəy adlı "Milli Mübarizəni" təşkil etmək üçün Anadoluya hərəkət etmədən öncə Suriya cəbhəsində olarkən Salih Bozoku baş yavəri təyin etdi. Mustafa Kamal Paşa məclis başçısı olarkən Məclis başqanlığı yavəri oldu və sonra Atatürk prezident seçildikdən sonra da prezidentin yavəri vəzifəsini icra etdi. Polkovnik-leytenant rütbəsində istefa verdikdən sonra TBMM-nin 2-ci (Yozgat, Bozok) dövründə millət vəkili seçildikdən sonra da Mustafa Kamalın yanında idi. 4 dövr qədər Yozgat və daha sonra Bilecikdən millət vəkilli seçildi.
Salih Omurtak
Salih Omurtak (1889, Selanik - 23 iyun 1954, Ankara ) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir . == Həyatı və hərbi xidməti == Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur.
Salih Salihov
Salih Salihov — tibb elmləri doktoru, professor, Yəmən Krallığının həkim-terapevti (1960). == Həyatı == Salih Salihov 1909-cu ildə Ağdaş rayonunda anadan olub. 1922-ci ildə Bakıya gələrək fəhlə fakültəsinə qəbul olmuş və pedaqoji təmayüllü orta təhsil almışdır. 1933-cü ildə ali pedaqoji təhsil alan S Salihov bir müddət orta məktəb və texnikumlarda fizika-riyaziyyat fənləri üzrə müəllimlik etmişdir. Lakin təbabət elminə olan böyük həvəs onu 1939-cu ildə N. Nərimoanov adına Azərbaycan Tibb İnstitutuna gətrimişdir. 1943-cü ildə müalicə-proflaktika sahəsini bitirən S. Salihov institutda saxlanmışdır. S.Salihov 1950-ci illərdə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun Azərbaycan kurortlarının öyrənilməsində mühüm xidmətləri vardır. O, 100-dən artıq elmi məqalənin və üç monoqrafiyanın müəllifi olmuşdur. S.Salihov 1976-cı ildə vəfat etmişdir.
Salih Uçan
Salih Uçan (6 yanvar 1994, Marmaris, Muğla ili) bir türk futbolçudur . Super Liqa komandalarından biri olan Alanyaspor'da oynayır.
Tayib Salih
Ət-Tayyib Əs-Salih(ərəb. الطيّب الصالح‎) (1929 - 18 fevral 2009) — ən görkəmli Sudan yazıçılarından biri. Sudanın şimalında dünyaya gəlmişdir. Xartum Universitetini bitirdikdən sonra İngiltərədə London Universitetində təhsilini davam etdirmişdir. Kiçik fermer və dindar müəllim ailəsindən olan Ət-Tayyibin ilk məqsədi kənd təsərrüfatı sahəsində işləmək olmuşdur. Lakin, İngiltərəyə gəlməmişdən öncə radio verilişləri sahəsində çalışmışdır. O, həm roman, həm də kiçik hekayələr müəllifidir. Onun ən məşhur əsəri 1966-ci ildə Beyrutda nəşr etdirdiyi "Şimala köç fəsli" romanıdır ki, burada sudanlı tələbələrin İngiltərədən vətənlərinə qayıdış dövrünün gəlib çatması təsvir olunur. 2001-ci ildə əsər Dəməşqdəki Ərəb Ədəbiyyatı Akademiyası tərəfindən "XX əsrin ən məşhur ərəb romanı" elan olunmuşdur. Əsər ərəbcə yazılmış, sonradan isə, ingilis və fransız dillərinə tərcümə olunub.
Ət-Tayyib Əs-Salih

Mehdi Seyid Salihi
Mehdi Seyid Salehi (27 iyul 1981, Tehran) — İran futbolçusu, hücumçu. Seyid Salehi 2012-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulub. O Traktor Sazi gələndən öncə İsfahanın Sipahan klubunda oynamışdır.
Saliha Dilaşub Sultan
Salehə Dilaşub Sultan (v. 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan. == Həyatı == Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər.
Saliha Dilaşub Validə Sultan

Saliha Sebkati Sultan
Salehə Sultan (1680, Konstantinopol – 21 sentyabr 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.
Saliha Sebkati Validə Sultan

Saliha Sultan

Saliha Sultan (III Əhmədin qızı)
Salehə Sultan (d. 20 aprel 1715 - ö. 11 oktyabr 1778) - 23. Osmanlı padşahı III Əhmədin Hatəm Xanımdan doğulan qızıdır. == Həyatı == Saliha Sultan həyatı boyunca baş tutan evlilikləri ilə məşhurlaşmışdır. Evlilikləri ardıcıl olaraq aşağıdakı kimidir: 21 oktyabr 1727 tarixində Dəli Hüseyn Paşanın oğlu Sarı Mustafa Paşa ilə evlənmişdir. Bu evlilikdən bir oğlu və 4 qızı dünyaya gəlmişdir. 30 aprel 1740 tarixində Əli Paşa ilə evlənmişdir. Əli Paşa 1744-cü ilin aprel ayında vəfat etmiş və Salehə Sultan dul qalmışdır. Dekabr 1744 tarixində Xətibzadə Yəhya Paşa ilə evləndi.
Saliha Sultan (II Mahmudun qızı)
Salehə Sultan (16 iyun 1811, Konstantinopol – 19 fevral 1843, Konstantinopol) — 30. Osmanlı padşahı II Mahmudun və Aşubican Qadınəfəndinin qızı və Xəlil Rüfət Paşanın xanımı. == Həyatı == Salehə Sultan 1811-ci ildə İstanbulda dünyaya gəlmişdir. O, Xəlil Rüfət Paşa ilə 24 may 1834-cü ildə nikah bağlayır. 8 il, 8 ay, 12 gün davam edən bu evlilikdən Ayşə Sidiqə Sultan, Sultanzadə Cavid və Sultanzadə Əbdülhəmid dünyaya gəlir. Salehə Sultan 1843-cü ildə İstanbulda 32 yaşında ikən vəfat etmişdir.
Saliha Sultan (Əbdüləzizin qızı)
Fatma Salehə Sultan (d. 9 avqust 1862, İstanbul — ö. 1941, Qahirə) — 32. Osmanlı sultanı Əbdüləzizin Dürrünəv Qadınəfəndidən doğulan qızıdır. == Həyatı == Salehə Sultan 9 avqust 1862 tarixində İstanbulda Dolmabağça sarayında dünyaya gəlmişdir. Böyük qardaşı Şahzadə Yusif İzzəddin Əfəndidir. 1876-cı ildə atasının devrilərək öldürülməsinin ardından Fəriyə sarayında nəzarət altında yaşadı. Ancaq V Muradın taxtdan endirilməsinin ardından ailəsi ilə birlikdə azadlığa çıxdı. 20 aprel 1889 tarixində Ulduz Sarayında Qurdzadə Zülfüqar Əhməd Paşa ilə evləndirildi. Bu evlilikdən Kamilə xanım Sultan adlı qızı dünyaya gəldi.
Salihə Sera Kadıgil
Salihə Sera Kadıgil (29 noyabr 1984, İstanbul) — Türkiyə Böyük Millət Məclisi 27-ci və 28-ci çağırış millət vəkili. Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırış İstanbul millət vəkili == Həyatı == Sera Kadıgil 29 noyabr 1984-cü il tarixində İstanbulda anadan olub. 2003-cü ildə Vəfa liseyini bitirmiş, 2007-ci ildə isə İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olmuşdur. 2010-cu ildə həmin universitetdə özəl hüquq ixtisası üzrə magistratura pilləsini bitirib. Sera Kadıgil London Kraliça Meri Universitetində apardığı tədqiqatlar nəticəsində kino əsərləri üzrə magistrlik dissertasiyasını tamamlayıb. Hal-hazırda Sera Kadıgil İstanbul Universitetində doktorantura təhsilini davam etdirir.Evlidir. İngilis dilini bilir. == İctimai-siyasi fəaliyyəti == Sera Kadıgil hüquq karyerasını mədəniyyət və incəsənət sahəsinə yönəltmiş, fəaliyyətə başladığı gündən bu yana bir çox teatr və incəsənət təşkilatları ilə yanaşı, Aktyorlar İttifaqı, Kino və Televiziya İşçiləri Həmkarlar İtifaqı kimi həmkarlar ittifaqlarının vəkilliyini də üzərinə götürüb. İstanbul Vəkillər Kollegiyasının Heyvan Hüquqları Komissiyasının İdarə Heyətinin üzvü vəzifəsində çalışıb.2018-ci il Türkiyə Parlament seçkilərində Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışına İstanbul 1-ci seçki dairəsi üzrə millət vəkili seçilmişdir. Parlamentdə o, Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin üzvüdür.
нефтегазодобыва́ющий отковы́ривание панту́фли подкула́чница прикоко́шить взреве́ть обсе́чка ру́ны ста́вить палки в колёса шмалева́ть могила робандать aspiration bank-side bon appetit consume hydrogen loir message centre nodulize plastomagnet soda bottle spider mite zymogen астроботаника