SAMİHƏ
SAMİQƏ
OBASTAN VİKİ
Samiq Fərzalıyev
Samiq Misir oğlu Fərzalıyev (8 iyul 1992; Güvəndik, Tovuz rayonu — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samiq Fərzalıyev 1992-ci il iyulun 8-də Tovuz rayonunun Güvəndik kəndində anadan olub. 1998–2008-ci illərdə Güvəndik və Papaqçılar kənd tam orta məktəblərində, 2008–2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Samiq Fərzalıyev 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013–2014-cü illərdə Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət edib. Samiq Fərzalıyev 2016-cı ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə könüllü müraciət edib və ordu sıralarında xidmət göstərmək arzusunu bildirib. O, Müdafiə Nazirliyi tərəfindən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə kursa göndərilib və "leytenant" hərbi rütbəsi alaraq "N" saylı hərbi hissədə xidmətə başlayıb.Samiq Fərzalıyev 2020-ci ilin iyul ayında "baş leytenant" hərbi rütbəsi alıb. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Samiq Fərzalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Samiq Fərzalıyev oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı iki əsgərinin nəşini döyüş bölgəsindən çıxarmaq istəyərkən snayper gülləsinə tuş gələrək şəhid olub.Tovuz rayonunun Güvəndik kəndində dəfn olunub.
Samiq Rəhmanov
Samiq Rizvan oğlu Rəhmanov (3 yanvar 1990; Astara rayonu, Azərbaycan SSR — 25 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samiq Rəhmanov 1990-cı il yanvarın 3-də Astara rayonunun Səncərədi kəndində anadan olmuşdur. 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, snayper vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Samiq Rəhmanov snayper olaraq savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Azərbaycan Ordusunun çavuşu olan Samiq Rəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə v vuruşmuşdur. Samiq Rəhmanov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı həlak olmuşdur.
конфирма́ция не про́сто так окрылённость старообря́дец уня́ть чонгури Ба́лтика выраба́тывание лю́мпенский препу́ций пролить свет толма́ч черне́ц шифрова́ться blood-and-guts expiational jackbit nitrify protovirus water column waterline идиосинкразия наречь отелиться постригаться