SAMİNƏN
SAMİRİ
OBASTAN VİKİ
Samir
Samir — Kişi adı. Samir Xasıyev — Azərbaycanın Milli Qəhrəmanı. Samir Şərifov — Azərbaycan Respublikasının Maliyyə naziriSamir ƏliyevSamir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid.Samir Cavadzadə — azərbaycanlı müğənni. Samir Ələkbərov — Azərbaycanın məşhur futbolçusu. Samir Musayev — azərbaycanlı futbolçu. Samir Cəfərov — Azərbaycanlı tenor, opera ifaçısı, Samir Abbasov — azərbaycanlı sabiq futbolçu, müdafiəçi. Samir MəmmədovSamir Məmmədov (boksçu) Samir Məmmədov (kiçik çavuş)Samir Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri.
Samir Abasov
Samir Abbasov (1 fevral 1978, Sumqayıt) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş baş məşqçisi. == Karyera == Samir Ramazan oğlu Abasov 1978-ci il fevral ayının 1-də Sumqayıtda anadan olub. Karyerasında yalnız Azərbaycan klublarında çıxış edib.
Samir Abbasov
Samir Abbasov (1 fevral 1978, Sumqayıt) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş baş məşqçisi. == Karyera == Samir Ramazan oğlu Abasov 1978-ci il fevral ayının 1-də Sumqayıtda anadan olub. Karyerasında yalnız Azərbaycan klublarında çıxış edib.
Samir Şərifov
Samir Rauf oğlu Şərifov (7 sentyabr 1961, Azərbaycan) — Azərbaycan Respublikasının maliyyə naziri, Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor. == Həyatı == Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub. Evlidir, üç övladı var. == Təhsili == 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi almışdır. == Fəaliyyəti == 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq demokratik Respublikası) iqtisadçı, 1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışmışdır. 1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləmişdir. 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışır.
Samir Əliyev
Samir Əliyev (futbolçu) — azərbaycanlı futbol mütəxəssisi, Səbail PFK sabiq baş məşqçisi. Samir Əliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi. Samir Əliyev (Tiqana) — 16 yaşlı şəhid.
Samir Ələkbərli
Samir Şamil oğlu Ələkbərli (2 iyul 2002; Qaradəmirçi, Bərdə rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Ələkbərli 2 iyul 2002-ci ildə Bərdə rayonunun Qaradəmirçi kəndində anadan olmuşdur. Əslən Şuşadan idi. == Hərbi xidməti == Samir Ələkbərli 2020-ci ilin avqust ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Samir Ələkbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Ələkbərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Samir Ələkbərli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Samir Ələkbərov
Samir Ələkbərov (8 oktyabr 1968, Bakı) — Azərbaycanın məşhur futbolçusu. Hücumçu olub. Futbol karyerasının böyük bir hissəsini Neftçi Bakı klubunda keçirib. Azərbaycan futbol üzrə yığma komandasının üzvü olub. Futbol karyerasını 2001-ci ildə başa vurub. Hal-hazırda Xəzər-Lənkəran futbol klubu nəzdində uşaq-yeniyetmə məktəbinin direktor köməkçisidir.
Samir Ələsgərov
Samir Ələsgərov (1972, Bakı) — Aktyor, rejissor, ssenari müəllifi. == Həyatı == Samir Ələsgərov Bakı şəhərində 1972-ci ilde dünyaya gəlib. Azərbaycan Bakı Dövlət universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1999-cu ildən səhnədədir. İlk işlərindən biri Atv telekanalında yayımlanan "Həftəbecər" adlı yumoristik layihədə Səfqulu obrazi olub. Vegeteryandı. Evlidir. == Filmoqrafiya == Bəyaz həyat (film, 2003) Ümid (film, 1995) Səhərə inan...
Samir Əsgərxanov
Sаmir Eldar oğlu Əsgərхаnоv - Azərbaycan publisisti, Həsənəli bəy Əsgərxanovun nəticəsi. == Həyatı == Sаmir Еldаr оğlu 1962-ci ildə Bakı şəhərində dünyаyа gəlmişdi. Əslən Füzuli rayonunun Yağlıvənd кəndindəndir. Аzərbаycаn Dövlət Tеlеrаdiо Vеrilişləri şirкətində “Хəzər” rеdакsiyаsının bаş rеdакtоru vəzifəsində işləyirdi. Aktual mövzuda publisistik yazıları ilə tanınırdı. Sаmir Əsgərхаnоv 1998-ci ildə vəfаt еdib. Milli Təhlüкəsizliк Nаzirliyi оnun şərəfinə «Sаmir Əsgərхаnоv» müкаfаtı təsis еdib. Münsiflər heyətinin sədr müavini Məmməd Cəfərlinin sözlərinə görə, S.Əsgərxanov adına müsabiqə artıq bir neçə ildir ki, keçirilir və məhz bu il müsabiqəyə çoxlu maraqlı kitablar, monoqrafiyalar, elmi-tədqiqat məqalələri və işləri, heykəltəraşlıq nümunələri, şəkillər, sənədli filmlər və s. təqdim olunub.
Samir Əsədli
Samir Şakir oğlu Əsədli (1 iyun 1983, Yardımlı rayonu) — azərbaycanlı siyasətçi, Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini, Mərkəzi İcra Aparatının rəhbəri. == Həyatı == Samir Şakir oğlu Əsədli 1 iyun 1983-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 2000-ci ildə Bakı şəhəri, 180 saylı orta məktəbi, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bitirib. 2004–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələri (Daxili Qoşunlar) sıralarında həqiqi hərbi xidmətdə olub. Evlidir. 3 oğlu, 1 qızı var. == Siyasi fəaliyyəti == 2011-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2012-ci ildən İctimai Palatanın və 2013-cü ildən isə Demokratik Qüvvələrin Milli Şurasının üzvü olub. 2010–2015-ci illərdə Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mərkəzi Nəzarət Təfriş Komitəsinin sədri olub. === Partiya fəaliyyəti === 2001-ci ilin iyun ayının 1-dən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olub.
Samir Abdullayev
Samir İlham oğlu Abdullayev (28 iyul 1998; Gəncə, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Abdullayev 28 iyul 1998-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2016-cı ildə Gəncə şəhər 37 nömrəli tam orta məktəbi bitirmişdir. == Hərbi xidməti == Samir Abdullayev 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Samir Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abdullayev 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 28 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Samir Abdullayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Samir Allahverdiyev
Samir Elçin oğlu Allahverdiyev (7 iyun 2001; Lənkəran şəhəri, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Allahverdiyev 2001-ci il iyunun 7-də Lənkəran şəhərində anadan olub. 2007-2018-ci illərdə R.Məmmədov adına 5 saylı Lənkəran şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Samir Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Samir Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Samir Allahverdiyev oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Alışov
Samir Cəmil oğlu Alışov (23 avqust 1997; Hacıqabul, Azərbaycan — 24 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Alışov 1997-ci ildə Hacıqabul rayonu Qubalı kəndində anadan olub.. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Samir Alışov könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü yazılıb. Fizuli və Hadrutun azad edilməsində iştirak edib. Samir Alışov oktyabrın 24-də Xocavənd istiqamətində şəhid olub. Hacıqabulda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Alışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Alışov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Samir Bayramlı
Samir Bayramlı Musa oğlu - Azərbaycanlı aparıcı. == Həyatı == 17 mart 1985-ci ildə Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub. == Fəaliyyəti == Professional televiziya fəaliyyətinə 2005-ci ildə başlayıb. İlk olaraq müxbir-aparıcı kimi, daha sonralar isə səhər verilişlərinin şəxsi rubrikalarının müəllifi və aparıcısı olan Samir 2007-2010-cu illərdə Azad Azərbaycan TVdə "Bizdən Sizə" adlı verilişin müəllifi və aparıcısı kimi fəaliyyət göstərib. 2007-2010-cu illərdə eyni zamanda dövrünün ən məşhur müsiqi yarışması olan "Yeni Ulduz"un aparıcısı olub. 2010-2011-ci illərdə Röya və Zamiq Hüseynovun iştirakı ilə "Doğma Diyar" layihəsinin aparıcısı kimi bütün Azərbaycanı dolaşıb. Bu layihədən sonra Azad Azərbaycan TVdə "Sən də Oyna" adlı məşhurların yarışdığı əyləncəli realiti verilişin aparıcısı olur. 2013-cü ildə dünyada ilk dəfə keçirilən 2013 Türkviziya Mahnı Müsabiqəsinin Azərbaycandakı proqramı üzrə aparıcı və Azərbaycan nümayəndə heyətinin rəsmi üzvü kimi çıxış edir. 2014-cü ildə yenə Azad Azərbaycan TVdə "Toydan Əvvəl"in aparıcısı olub.
Samir Bayramov
Samir Elxan oğlu Bayramov (15 avqust 1996, Azad, Xanlar rayonu – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Bayramov 1996-cı il avqustun 15-də Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Samir Bayramov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Samir Bağırov
Samir Bağırov (21 avqust 1967, Bakı) — Azərbaycanın estrada müğənnisi. Samir Bağırov Azərbaycanda müasir estradanın yaradıcılarından biri hesab olunur. Müğənni daima qeyri-adi görünüşü ilə fərqlənib. == Həyatı və kariyerası == === 1967-1987: Səhnəyə ilk addımları === Samir Rafiq oğlu İsayev (Samir Bağırov tatar əsilli atasının deyil, ata nənəsinin soy adından istifadə edir) 21 avqust 1967-ci ildə Qax rayonu Dəymədağlı kəndində anadan olub. Bakı Musiqi Akademiyasının klassik vokal şöbəsinə daxil olmuşdur. Konservatoriyada təhsil aldığı müddətdə sovet ordusuna hərbi xidmətə çağırıl və hərbi xidmətdə olduğu zaman hərbi-ansamblın konsertlərində solist kimi çıxış edir. Hərbi xidməti Ukraynada başa vurub. Hərbi xidməti başa vurduqdan sonra konservatoriyada təhsilini davam etdirib, başa vurur. İlk dəfə Teymur Mirzoyevin rəhbərlik etdiyi "Qaya" dövlət orkestrində işləməyə başlayıb. === 1988-1991: Bakı Payızı-88 === 1988-ci ildə Sevinc Kərimovanın təşkil etdiyi Bakı payızı müsabiqəsində laureat olmuşdur.
Samir Cavadzadə
Samir Cavadzadə (16 aprel 1980, Bakı) — azərbaycanlı müğənni. "Şeron" qrupunun keçmiş üzvü, 2008-ci ildə Elnur Hüseynovla birlikdə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində ilk dəfə təmsil etmişdir. Həmin müsabiqədə Elnur və Samir dueti 8-ci yeri tutmuşdu. == Həyatı və karyerası == Samir Cavazadə 16 aprel, 1980 ilində Bakıda anadan olmuşdur. Uşaqlıqdan etibarən oxumağa başlamışdır. 1992-ci ildə № 9 musiqi məktəbində təhsil almağa başlamışdır. Azərbaycan xalq musiqisinin ifaçısı, xanəndə sayılır. 1997-ci ildə Biznes Universitetinə "Xarici əlaqələr" fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra 5 il muğam kurslarında oxuyur. 1 il hərbi xidmətdən sonra Vaqif Gərayzadənin "Şeron" qrupunun üzvünə çevrilir.
Samir Cəfərov
Samir Qadir oğlu Cəfərov (19 noyabr 1976, Nehrəm, Naxçıvan rayonu) — azərbaycanlı tenor, opera ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2012). == Həyatı == 19 noyabr 1976-cı ildə Naxçıvan MSSR, Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1993–1997-ci illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr və kino sənəti ixtisası üzrə, 1999–2001-ci illərdə Bakı Musiqi Akademiyasında solo oxuma ixtisası üzrə təhsil almışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir. Ü. Hacıbəylinin "Koroğlu" operasında Koroğlu, Cüzeppe Verdinin "Traviata" operasında Alfred və "Riqoletto"da Hersoq partiyalarını ifa edir. 2001-ci ildə Almatında keçirilən Vokalçıların Beynalxalq Müsabiqəsinin laureatı olmuşdur (2 yer). 2002-ci ildə Moskva şəhərində "Qalina Vişnevskayanın Opera Mərkəzi"ndə təhsil almışdır. Repertuarında Avropa və Azərbaycan bəstəkarlarının operalarının aparici partiyaları, habelə mahnı və romanslar təmsil olunmuşdur. Rusiya, İspaniya və s. ölkələrdə qastrol səfərlərində olmuşdur.
Samir Fərzəliyev
Samir Vaqif oğlu Fərzəliyev (8 dekabr 1996; Quzanlı, Ağdam rayonu, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Fərzəliyev 8 dekabr 1996-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Vaqif Fərzəliyevin üçuşaqlı ailəsində anadan olmuşdur. Əslən Ağdam rayonunun Qiyaslı kəndindəndir. 2002–2011-ci illərdə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Samir Fərzəliyev 2015-ci ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun sıralarında, Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2016-cı ilin oktyabrında hərbi xidmətini başa vurmuş və bir müddət mülki fəaliyyət göstərmişdir. Samir Fərzəliyev 7 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Samir Fərzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.
Samir Hüseynov
Samir Əlizadə oğlu Hüseynov (15 noyabr 1994, Vov, Lerik rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Hüseynov 15 noyabr 1994-cü ildə Lerik rayonunun Vov kəndində anadan olmuşdur. Orta təhsilini 2001-ci ildən şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində almışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra 2013-cü ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya gedərək bir müddət işləmişdir. 2016-cı ildə könüllü olaraq yenidən hərbi sahəyə qayıtmış və Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq işləməyə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Samir Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində Ermənistan Ordusunun xeyli zabitini məhv edərək qeyri-bərabər döyüşdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Samir Kazımoğlu
Samir Tağızadə Kazım oğlu — yazıçı-jurnalist, professor. == Həyat və fəaliyyəti == Samir Tağızadə Kazım oğlu 11 fevral 1950-ci ildə Tovuz rayon Bayramlı kəndində anadan olmuşdu. 1978-ci ildə Bakı Dövlət Universitetinin məzunu idi. 1978-1979-cu illərdə Ulduz jurnalında şöbə müdiri vəzifəsində çalışmışdı. Samir Kazımoğlu Ağrı, Vəfa Günü, Kəşf, Dözüm, Əsrik, Takip və s. kimi tanınmış roman və hekayə kitabları müəllifi idi. Ankara Universitetinin dəvəti ilə Türkiyəyə gedən Samir Kazımoğlu Dil və Tarix Coğrafiya fakültəsində Müasir Türk ləhçələrini tədris editmişdir. == Əsərləri == Unudulmaz görüşlər, Bakı, 1977. Dözüm, Bakı, 1986. Rus və Avropa mətbuatı M.F. Axundov haqqında, Bakı, 1987.
Samir Kaçayev
Samir Ziyəddin oğlu Kaçayev (d. 6 mart 1994; Çuxuryurd, Şamaxı rayonu, Azərbaycan — ö. 2 aprel 2016; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. == Həyatı == Samir Kaçayev 1994-cü ilin 5 mart günündə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Qaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) daxil oldu. 2015-ci ildə ADRA-nı müvəfəqqiyətlə bitirən Samir Qaçayev həmin ildəcə magistaturaya qəbul oldu. == Hərbi xidməti == Əsgər Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Samir Mehdiyev
Samir Mehdiyev (kapitan)
Samir Mikayıllı
Samir Sabir oğlu Mikayıllı (1 yanvar 1993; Ağcabədi rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Mikayıllı 1993-cü il yanvarın 1-də Ağcabədi rayonunun Salmanbəyli kəndində anadan olub. 1999-2007-ci illərdə Ə. Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali hərbi Məktəbinə daxil olmuşdur. Həmin il seçim prosesinə qatılmış, bütün müsbət göstəricilərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göstərişi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kara Harp Okuluna (Quru Qoşunları üzrə Ali Hərbi Məktəb) daxil olmuş və 2014-cü ildə həmin məktəbi motoatıcı ixtisası üzrə üzrə bitirmişdir. Ona "leytenant" hərbi rütbəsi verilmişdir. 2014-cü ilin sentyabr ayından 2015-ci ilin aprel ayına qədər Türkiyə Respublikası Tuzla Piyada Məktəbində zabit ixtisas kursunu keçmişdir. == Hərbi xidməti == 2015-ci ilin aprel ayının 3-dən iyul ayının sonunadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit ixtisas kursu keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə xidməti vəzifəsini yerinə yetirmək üçün 2015-ci ilin avqust ayından 2015-ci ilin noyabr ayına qədər "N" saylı hərbi hissədə motoatıcı taqım komandiri, 2015-ci ilin noyabr ayından 2018-ci ilin oktyabr ayına qədər "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrup komandiri, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin sentyabr ayının 22-dək "N" saylı hərbi hissədə Qərargah və təchizat bölüyünün komandiri, 2020-ci ilin sentyabr ayından şəhid olduğu tarixədək "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı bölük komandiri vəzifəsində xidmət etmişdir.Samir Mikayıllı 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. === Günnüt əməliyyatı === 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib.
Samir Muradov
Samir Tahir oğlu Muradov (30 dekabr 1995, Siyəzən – 22 oktyabr 2020, Ərgünəş, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Muradov 30 dekabr 1995-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2002-ci ildə Siyəzən rayonu 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini bitirmişdir. == Döyüş yolu == Azərbaycan Ordusunun əsgəri olan Samir Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayıl rayonunun, Hadrutun, Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Muradov oktyabrin 22-də Xocavənd rayonu,Ərgünəş (dağ)ında gedən qızğın döyüşlər zamanı qarnından və ayağ nahiyəsindən aldıqı qəlpə yarası nəticəsində ön xətdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildiAzərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aşıq Samirə
Samirə Zimirxan qızı Əliyeva (29 sentyabr 1981, Bakı) — aşıq, müğənni, aktrisa. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru, "Əməkdar mədəniyyət işçisi. == Həyatı == Əliyeva Samirə Zimirxan qızı 29 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı şəhəri, Xətai rayonu 221 saylı orta məktəbdə təhsilə başlamış, 1998-ci ildə 98 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildən Aşıq sənəti ilə məşğuldur. 1993-cü ildə Respublika üzrə keçirilən "Gənc istedadlar" telemüsabiqəsinin qalibi olmuş elə həmin ildə Şotlandiyanın Aberdin şəhərində keçirilən "Ümumdünya gəncləri festivalı" laureatı, həmin ildə "Sübh şəfəqləri" telemüsabiqəsinin, 1994-cü ildə "Yanvar şəhidləri" şeir müsabiqəsinin, İstedad – 95 müsabiqəsinin, həmin ildə "Aşıq qızların I Respublika" müsabiqəsinin, 1996-cı ildə "Xalq çalğı alətləri ansamblının" şəhərlər arası keçirilən müsabiqənin, "Pöhrə — 97" müsabiqəsinin ," İstedadlar axtarırıq — 97" müsabiqəsinin, "Vətənimdir – Odlar Yurdu — 98" müsabiqəsinin qalibi, "Gənclik — 99" gənc müğənnilərin Respublika estrada – mahnı müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. 1998–2002-ci illərdə ADMİU-nun "Kütləvi tədbirlər rejissoru" üzrə bakalavr, 2002–2004-cü illərdə "Mədəniyyətşünaslıq" üzrə magistr təhsili almışdır. 2008-ci ildə YUNESKO-nun "Aşıq sənəti"nin təbliği naminə keçirdiyi seçimi nəticəsində qadın aşıqları arasında seçilmiş, bu təşəbbüslə Fransada çıxarılan "Azərbaycan Aşıq Sənəti Anatologiyası" adlı diskdə ifaya yer ayrılmışdır. 2009-cu ilin mart ayında Fransanın "Luvr" muzeyində aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olması ilə bağlı keçirilən konsertdə qadın aşıqlarını təmsil etmiş və uğurla çıxış etmişdir. 2004-cü ildən ADMİU-nin "Estrada və populyar musiqi" kafedrasında müəllim, 2011-ci ildən "Aşıq sənəti" kafedrasında baş müəllim, 2017-ci ildən isə dosent vəzifəsində çalışır.
Cleopatra (Samirə Əfəndiyeva mahnısı)
Cleopatra (azərb. Kleopatra‎) – Azərbaycanı 2020 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Samirə Əfəndiyevanın müsabiqədə ifa etdiyi mahnı. Mahnının sözləri və musiqisi Luuk van Beers, Alan Roy Scott və Sarah Lake-yə aiddir. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcəkdi. Koronavirus xəstəliyi ilə əlaqədar olaraq, yarışma təxirə salınmışdır və Samirə Əfəndiyeva İTV-nin qərarıyla 2021-ci ildə keçiriləcək müsabiqədə Azərbaycanı yeni bir mahnı ilə təmsil edəcək.
Mata Hari (Samirə Əfəndi mahnısı)
Mata Hari — Azərbaycanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Samirə Əfəndi 2021 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil etdi. 11 mart 2021-ci il tarixində mahnının tizeri yayımlanmışdır, müsabiqə mahnısının adı isə 13 mart 2021-ci il tarixində açıqlanmışdır. 15 mart 2021-ci il tarixində isə mahnının rəsmi təqdimatı Avroviziya Mahnı Müsabiqəsinin yutub səhifəsində edilmişdir.
Mata Hari (Samirə Əfəndiyeva mahnısı)
Mata Hari — Azərbaycanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Samirə Əfəndi 2021 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil etdi. 11 mart 2021-ci il tarixində mahnının tizeri yayımlanmışdır, müsabiqə mahnısının adı isə 13 mart 2021-ci il tarixində açıqlanmışdır. 15 mart 2021-ci il tarixində isə mahnının rəsmi təqdimatı Avroviziya Mahnı Müsabiqəsinin yutub səhifəsində edilmişdir.
Məhəmməd bin Sani Al Samir
Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني‎; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامر‎ Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu. == Həyatı == Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub. Onun digər qardaşıları bunlardır: Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al SamirUzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi.
Samir Abasov (dəqiqləşdirmə)
Samir Abasov — futbolçu. Samir Abasov (əsgər) — Vətən müharibəsi şəhidi.
Samir Abasov (əsgər)
Samir Adəm oğlu Abasov (24 avqust 2001, Uzunboyad, Dəvəçi rayonu – 13 oktyabr 2020, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Abasov 24 avqust 2001-ci ildə Şabran rayonunun Uzunboyad kəndində anadan olmuşdur. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Samir Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abasov 13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Abasov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Samir Abasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29. dekabr 2020) — "Laçının azad olunmasına görə" medalı (ölümündən sonra) (5.
Samir Əliyev (Tiqana)
Samir Qədir oğlu Əliyev (9 iyun 1977, Qaracallı, Cəbrayıl rayonu – 15 avqust 1993, Binədərəsi, Xocavənd rayonu) — Tiqana, 16 yaşlı şəhid. == Həyatı == Samir Əliyev 1977-ci il 9 iyun Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Samir evin tək oğlu idi. 1984-cü ildə qonşu kənddə yerləşən Balyand kənd orta məktəbinə daxil olub. 6-cı sinifdən sonra təhsilini Doşulu kənd məktəbində davam etdirib. 8-ci sinifə qədər təhsil alıb. Samir atları çox sevirdi. Hətta döyüşlər vaxtı ağ atı da olub. Ermənilər bizə qarşı ilk təxribatları törədən zaman onun 11 yaşı var idi. Cəbrayılda düşməndən qorunmaq üçün özünü müdafiə batalyonları yaradılan zaman cəsarəti ilə fərqlənən Samir rayonun müdafiəsində dayanan hərbçilərin yanına gedər və onlarla həmsöhbət olar, hərbiçilərə yardım edərdi.
Samir Əliyev (baş-leytenant)
Samir Əliheydər oğlu Əliyev (9 avqust 1999, Zığ – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Samir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Əliyev sentyanrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Əliyev (futbolçu)
Samir Əliyev (14 aprel 1979, Vorontsovka) — azərbaycanlı futbol mütəxəssisi, Səbail-in sabiq baş məşqçisi. Futboçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir. == Karyerası == Peşəkar futbol karyerasına 1996-cı ildə Azərbaycanın 18 yaşlı gənclər komandasının oyunçularından tam heyətlə hazırlanan "U-18" komandasında çıxışla başlamışdır. Daha sonra MOİK (Bakı) ordu klubunda 2 mövsüm çıxış edib. 1999—2002-ci illərdə "Neftçi"də oynamışdır. 2002-ci ildə "Azərbaycanın ən yaxşı futbolçusu" seçilib ("Futbol +" qəzetinə əsasən). 2002-ci ildə Ukraynanın "Volın" (Lutsk) klubu ilə müqavilə imzaladı və həmin klubda 2 mövsüm çıxış etmişdir. 2004-cü ildə Rusiyanın “Uralan” (Elista) komandası ilə Azərbaycana qayıtdı və burada Xəzər-Lənkəran klubunda çıxış etməyə başladı. 2005-2006-cı illərdə "İnter" (Bakı) klubunda oynayıb. 2006-2010-cu illərdə "Neftçi"də çıxış etmişdir.
Samir Əliyev (leytenant)
Samir Əliheydər oğlu Əliyev (9 avqust 1999, Zığ – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Samir Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Samir Əliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Samir Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Əliyev sentyanrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Samir Əliyev - Tiqana
Samir Qədir oğlu Əliyev (9 iyun 1977, Qaracallı, Cəbrayıl rayonu – 15 avqust 1993, Binədərəsi, Xocavənd rayonu) — Tiqana, 16 yaşlı şəhid. == Həyatı == Samir Əliyev 1977-ci il 9 iyun Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olub. Samir evin tək oğlu idi. 1984-cü ildə qonşu kənddə yerləşən Balyand kənd orta məktəbinə daxil olub. 6-cı sinifdən sonra təhsilini Doşulu kənd məktəbində davam etdirib. 8-ci sinifə qədər təhsil alıb. Samir atları çox sevirdi. Hətta döyüşlər vaxtı ağ atı da olub. Ermənilər bizə qarşı ilk təxribatları törədən zaman onun 11 yaşı var idi. Cəbrayılda düşməndən qorunmaq üçün özünü müdafiə batalyonları yaradılan zaman cəsarəti ilə fərqlənən Samir rayonun müdafiəsində dayanan hərbçilərin yanına gedər və onlarla həmsöhbət olar, hərbiçilərə yardım edərdi.
Samir Ələkbərov(idmançı)
Samir Ələkbərov Ələsgər oğlu (27 avqust 1980) — azərbaycanlı fudokan karate-do ustası, Beynəlxalq yarışların qalibi və mükafatçısı, ehtiyyatda olan baş-leytenat hərbi rütbəli zabit, vətən müharibəsi iştirakçısı, Qubadlı və Cəbrayıl rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuş, 4-cü dan qara kəmər ustası, Fudokan federasiyasının idarə heyətinin üzvü və Gəncəbasar regionu üzrə baş məşqçi. == Həyatı == Ələkbərov Samir Ələsgər oğlu 27 avqust 1980-cı ildə Azərbaycan respublikasının Ağstafa şəhərinin Göyçəli kəndində anadan olub. Uşaq yaşlarından karate-do idman növü ilə peşəkarcasına məşğul olan Samir Ələkbərov həmçinin peşəkar məşqçi kimi fəaliyyət göstərir. Rəhbəri olduğu Ağstafa Fudokan Komandasının Respublika və dünya səviyyəsində bir çox titullu tələbələr yetişdirmişdir. == Uğurları == Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, dəfələrlə Azərbaycan çempionu, 4-cü dan qara kəmər ustasıdır İkinci Qarabağ müharibəsi iştirakçısı, Qubadlının azad olunmasına görə və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub. == İstinadlar == Ağstafada Fudokan karate-do üzrə seminar keçirilib Ağstafada şəhidlərimizin xatirəsinə həsr olunmuş fudokan karate-do idman növü üzrə gənc və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.
Samira Jazzy
Samira Jazzy (Samirə Rəcəbli, tam adı: Samirə Rəcəbəli qızı Rəcəbli; d. 1 dekabr 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan müğənnisi, back vokalist, səs aktyoru.1999-cu ildən bəstəkar və pedaqoq Nailə Mirməmmədlidən vokal dərsləri alıb və 2004-2005-ci illər arasında onun yaratdığı "Kapriz" qrupunun solistlərindən biri olub. Samira Jazzy səs aktyorudur. Televiziya və radioda yayımlanan reklam çarxları, çağrı mərkəzləri, sənədli filmlər, cizgi filmləri, tədqimat videolarında Samiranın səsini eşitmək olar. Eyni zamanda o, ölkənin nəqliyyat sektorunun bələdçi səsidir. Samira Jazzy 2021-ci ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində keçirilən Simurq 2021 qala gecəsində il ərzindəki aktiv fəaliyyətinə görə "Simurq 2021" mükafatına layıq görülüb. == Həyatı == === Erkən illəri === Samira Jazzy, tam adı ilə, Samirə Rəcəbəli qızı Rəcəbli 1 dekabr 1980-ci il tarixində Bakı şəhərində doğulub. Uşaqlıqdan musiqi duyumu ilə fərqlənib, uşaqlıqdan eşitdiyi musiqiləri pianoda ifa etməyə başlayıb.6 yaşında Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinifinə qəbul olunub. 1998-2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin filologiya fakültəsi – ingilis dili tərcüməçisi üzrə təhsil alıb. Tələbəlik illərində universitetin mədəni kütləvi tədbirlərində iştirak edib.
Samirə
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.

Digər lüğətlərdə

будя́к комисса́р осту́кивать припе́рчивание сига́ра фа́нзочка аромати́чный грязелече́ние заморо́чить мы́щелка незарегистри́рованный орнаменти́роваться перворо́дный грех перека́пчиваться рассо́хнуться струи́стый hard clam pluckiness somnolent sthenic towngate whole-souled zenith tube женский нелицеприятный